V FƏSİL
GÖBƏLƏKLƏRİN
BÖYÜMƏSİ, İNKİŞAFI VƏ HƏRƏKƏTLƏRİ
5.1. Böyümə anlayışı
Hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət
dəyişikliklərinə məruz qalır.
Böyümə termini, həmişə hansısa prosesin, hadisənin gös-
təricinin artması kimi izah edilir. Biologiyada böyümə adı
altında «canlı sistemlərin və onların hissələrinin quruluş və
həcmcə dönməyən artımı» başa düşülür. Böyümənin bu
tərifində onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə
alınır. Burada orqanizmin quruluş elementlərinin əmələgəlmə
sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil edən mürəkkəb
mübadilə reaksiyalırının xarakteri öz əksini tapmamışdır. Bəzi
hallarda böyümə orqanizmin ölçülərinin və çəkisinin artması
kimi göstərilir. Lakin bir sıra hallarda orqanizmin və ya
hüceyrələrin ölçülərinin artması onların çəkilərinin azalması ilə
bir vaxta düşür, yaxud da orqanizmdə quruluş elementlərinin
əmələ gəlməsi, çəkinin və həcmin sabit qalması şəraitində
meydana çıxır. Bütün bunlar ümumqəbulolunmuş böyümə
anlayışına tənqidi yanaşmağa əsas verir.
XX əsrin əvvəllərində İost (1903) göstərirdi ki, orqanizmin
ölçülərinin hər hansı artımı hələ böyümə deyil. O, qeyd edirdi
ki, böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr
canlı vəziyyətə keçir. Sonralar, İ.M.Şmalhauzen (1935)
böyüməyə belə tərif vermişdir. «Canlı varlıqların böyüməsi,
orqanizmin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu
zaman orqanizmdə sərbəst enerjinin miq-darı yüksəlir».
Nəhayət, D.A.Sabinin böyümə prosesinə aşağıdakı tərifi
verdi: «böyümə – orqanizmin quruluş elementlərinin yenidən
əmələgəlmə prosesidir». Lakin bu tərif də yuxarıdakılardan
əsaslı şəkildə fərqlinmir. Ona görə ki, orqanizmdə əmələgəlmə
ilə yanaşı, həm də quruluş elementlərinin dağılması prosesi də
gedir.Bu proseslər arasında nisbətin subhüceyrə və molekulyar
səviyyələrdə miqdarı cəhətdən nəzərə alınması çox çətindir.
Beləliklə də, böyüməyə verilən təriflərin çoxluğu və
müxtəlifliyi, bu hadisənin özünün çoxcəhətli mahiyyəti ilə
əlaqədardır. Ümumiyyətlə, böyümə, bir-birilə qarşılıqlı əlaqədə
olan fizioloji proseslərin məcmuu sayəsində yaranan inteqral
funksiyadır.
Dostları ilə paylaş: |