fermentativ reaksiyaları da birləşdirir. Məhsul adı altında
bütün plazmatik quruluş və maddələr başa düşülür.
Embrional hüceyrələr üçün protoplazma və hüceyrə
nüvəsinin ölçülərinin müəyyən nisbətdə olması səciyyəvidir.
Protoplazmanın böyüməsi (artması) qurtardıqdan sonra
hüceyrə, yenidən bölünmə fazasına keçməklə ya embrional
halda qalır, ya da o, uzanma fazasına keçir və beləliklə də, sabit
toxumanın (yalançı toxumanın) hüceyrəsinə çevrilir. Proto-
plazmanın böyüməsi, bununla yanaşı həm də RNT-nin sintezi,
mitozun profazasında tamamilə dayanır. Bu zaman maddələr
mübadiləsinin intensviliyi xeli azalır. İki mitoz bölünmə aras-
ındakı dövrdə (interfazada) induksiyaolunan fermentin – timid-
inkinazanın iştirakı ilə DNT-nin replikasiyası (ikiləşməsi) baş
verir. Görünür timidinkinaza üçün məsul olan gen müvəqqəti
tənzim olunmaq xassəsinə malikdir. Həmin xüsusiyyət DNT-
polimerazaya da xasdır.
Hüceyrələrin bölünməsi, hər şeydən əvvəl, hormonlarla,
xüsusilə hibberelinlər və s. əlaqədardır.
Böyümənin ikinci fazası uzanmadır. Uzanma fazasında,
əvvəlki ölçüləri 5-10 mkm olan hüceyrə, öz ölçülərini 10-50
dəfə, bəzən daha da çox artıra bilir. Hüceyrənin uzanması
zamanı həcmin artması, əsas etibarilə vakuolların əmələ
gəlməsi nəticəsində suyun udulması ilə əlaqədardır. Uzanma ilə
gedən böyümədə protoplazmanın artmasından fərqli olaraq, çox
hallarda zülaların ümumi miqdarı artmır. Hüceyrə qılafının
kütləcə xeyli artması (onun tərkibinə daxil olan maddələrin
sintezi ilə əlaqədar olaraq) çox vaxt hüceyrənin bütün səthi üzrə
bərabər şəkildə paylanır.
Hüceyrənin uzanma fazasında turqor təzyiqinin azalması
sayəsində hüceyrənin sorucu qüvvəsi artır və nəticədə su
hüceyrə daxilinə dolur. Hüceyrəyə dolmuş su onu uzununa dar-
tır və böyük mərkəzi vakuolu əmələ gətirir. Buradan aydın olur
ki, uzanmaya səbəb olan ilk proses osmosdur. Suyun udul-
masından fərqli olaraq, hüceyrə qılafının sinrtezi və osmotik
təzyiqin tənzimlənməsi (osmotənzimlənmə) müəyyən
miqdarda enerji tələb edir.
Böyümənin üçüncü fazası – diferensasiya embrional hü-
ceyrənin ixtisaslaşmış hüceyrəyə çevrilməsinə deyilir. Bu faza
böyümə ilə yanaşı həm də hüceyrənin inkişafı proseslərini də
özündə birləşdirir.
Dostları ilə paylaş: