4.4. Göbələklərin suyu buxarlandırması
Göbələklər tərəfindən suyun atmosferə buxarlandırılması –
transpirasiya prosesi, ali bitkilərdəkindən fərqlənir. Belə ki,
yaşıl bitkilərdə transpirasiya kutikulyar və ağızcıqlar vasitəsilə
həyata keçirilir. Göbələklərdə isə, yarpaqlar və bununla
əlaqədar olaraq ağızcıq aparatı olmadığından, odur ki, suyun
buxarlandırılması, orqanizmin bütün səthi üzrə baş verir.
Göbələk hüceyrəsinin qılafı, bəzi hallarda kutinləşir və ya mum
qatı, yaxud da yağla dolur. Odur ki, belə vəziyyətdə su qılafa
tamamilə hopa bilmir və qılafın səthindən buxarlanma
çətinləşir. Kutinləşmənin az və ya çoxluğundan asılı olaraq
buxarlanma təxminən 10% – 20% və daha çox ola bilər.
Göbələk səthindən suyun buxarlandırılması bir sıra şərtlərdən,
o cümlədən, havanın rütubətliliyindən, küləyin sürətindən, tor-
pağın və göbələyin olduğu substratın və qılafın tərkibi və quru-
luş xüsusiyyətlərindən asılıdır.
Göbələk qılafında, kutinləşən sahələrdə xüsusi kanalcıqların
olması buxarlanmanı həyata keçirən əsas mexanizm hesab ol-
unur. Belə kanalcıqlar vasitəsilə nəinki suyun buxarlanması,
həm də O
2
və CO
2
-nin də diffuziyası həyata keçirilir.
Dostları ilə paylaş: |