5.2. Böyümənin əsas qanunauyğunluqları və fazaları
Təbii şəraitdə hər hansı göbələyin inkişafı, əvvəlcə onun
mitsellərinin vegetativ böyüməsi, sonra isə bu və ya digər çox-
alma orqanının (sporəmələgəlmənin) əmələ gəlməsi ilə baş
verir. Bu zaman böyümə prosesi zəifləyir və bəzi hallarda hətta
tamamilə dayanır. Bu iki prosesin ətraflı öyrənilməsi göstərdi
ki, bitkilərdə olduğu kimi, göbələklərdə də vegetativ böyümə
ilə generativ orqanların yaranması arasında antaqonistik
münasibətlər mövcuddur. Beləliklə də, göbələklərin vegetativ
və ya generativ orqanlarının böyüməsi prosesini izlədikdə
«böyümənin böyük dövrə» malik olduğunu aşkar etmək müm-
kündür. Bu təsəvvürə görə, orqanizmin ayrıca orqan, yaxud
onun sahəsinin böyüməsi əvvəlcə yavaş, sonradan isə sürətlə
gedərək maksimum qiymətə çatır, bundan sonra tədricən yava-
şıyır. Beləliklə də, orqanizmin, yaxud ayrıca hüceyrənin
uzunluğunun, həcminin, çəkisinin və s. artımı S - şəkilli əyri ilə
xarakterizə olunur. Böyümənin siqmoidal gedişində əyrinin
yüksələn hissəsi eksponensial asılılığa tabe olur (şəkil 4) və
aşağıdakı düsturla ifadə olunur.
G = G
o
f
t
burada: G
o
- ölçmənin əvvəlindəki qiyməti, t - ölçmənin ba-
şlandığı vaxt; G – t zamanı ərzində ölçülən kəmiyyətin qiyməti;
f – sabitdir. Böyümənin eksponensial (loqarifmik) xarakterini
birhüceyrəli orqanizmlərdə (askomitsetlər, maya göbələkləri,
kif göbələkləri, xitridiomisetlər) daha aydın şəkildə görmək
mümkündür. Digər orqanizmlərdə olduğu kimi, göbələklərdə
də böyümə – embrional, uzanma və diferensasiya fazalarından
ibarətdir. Embrional böyümə özündə protoplazmanın artması və
hüceyrələrin bölünməsini birləşdirir. Protoplazmanın artması
nəticəsində yenicə bölünmüş embrional hüceyrə, yetkin em-
brional hüceyrənin ölçülərinə qədər böyüyür. Bu zaman bütün
plazmatik quruluş (məsələn, mitoxondrilər və s.), subquruluşlar
(məsələn, elementar membranlar) və maddələr (DNT, RNT,
züllallar, lipidlər və s.) miqdarı cəhətdən iki dəfə artır, başqa
sözlə, ana hüceyrədəki miqdarına çatır. Beləliklə də, proto-
plazmanın artması, bizə yaxşı məlum olan proseslərdən
ibarətdir: DNT-nin replikasiyası və DNT→RNT→zülal (fer-
ment) →məhsul, reaksiyalarının ardıcıllığı.
Dostları ilə paylaş: |