Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi



Yüklə 419,87 Kb.
səhifə10/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

GİRİŞ


Müasir dövrdə ölkələrin əsas iqtisadi hədəflərindən birincisi öz iqtisadi təhlükəsizliklərini təmin etməkdən ibarətdir. İqtisadi təhlükəsizliyin təmin edilməsi isə öz növbəsində beynəlxalq bazarlara yüksək keyfiyyətə malik məhsulların çıxarılmasından, başqa sözlə ölkənin ixrac strukturunun inkişafından asılıdır. Bu səbəbdən ölkənin ixrac potensalının artırılması üçün mühüm iqtisadi tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyətə malikdir. Bu baxımdan ölkənin ixrac qabiliyyəti tədqiq edilərkən ölkənin hansı müəhsulların istehsalında digər ölkələrdən müqayisəli üstünlüyə malik olması, təbii şəraitlə əlaqədar məhsul istehsalı üçün təbii resursların coğrafi bölgüsü və s. amillər nəzərə alınmalıdır. Məhz təbii resurs amili ön plana çıxdığı üçün mineral xammal ehtiyatlarının ixrac portfelində tutduğu pay bölgüsünə əsasən ölkənin ixrac qabiliyyətinin istiqamətini, ölkənin ixrac strukturunda diversifikasiyalaşma səviyyəsini müəyyən etmək olur. Məlumdur ki, mineral xammal ehtiyatları dedikdə ilk növbədə neft-qaz sektoru ön plana çıxır. Bu səbəbdəndir ki, ölkədə istehsal və ixrac sektorunu neft və qeyri-neft sektoru olaraq iki mühüm hissəyə ayırırlar.

Ölkə iqtisadiyyatının yalnız xammal ixracına bağlılığı “holland sindromu” adı altında mənfi tendensiyalara yol açdığı məlumdur. Ölkə iqtisadiyyatında hər hansısa məhsulun istehsalı və ixracı dominantlıq təşkil edirsə bu öz növbəsində ölkə iqtisadiyyatı üçün təhlükə rolunu oynayır. Xüsusilə ölkənin ixrac portfelindı neft sektoru mühüm pay bölgüsünə malik olması, qlobal miyasda neft qiymətlərində baş verən mənfi tərəddüdlər ölkə iqtisadiyyatına təhlükə yarada bilər. Bu səbəbdən neft ixrac edən ölkələr üçün iqtisadiyyatın qeyri-neft sektorunda inkişafa nail olunması və qeyri-neft ixracına önəm verilməsi prioritet məsələlərdəndir.



Tədqiqatın elmi yeniliklərindən biri də məhz bu Azərbaycan timsalında bu yöndə elmi yanaşmanın az sayda olması və hazırkı baş verən iqtisadi proseslər çərçivəsində aktual olmasıdır. Azərbaycanın ixrac portfelində neft sektoru mühüm hissəyə malikdir. 2015-ci ilin göstəricilərinə əsasən ölkənin ixracdan əldə etdiyi gəlirlərin 88%-i neft sektorunun payına düşür. Ona görə də ölkə üçün qeyri-neft ixrac potensialının tədqiqi və qiymətləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ölkənin qeyri-neft ixrac potensialını tədqiq edərkən ölkənin qeyri-neft ixrac sektorunda hansı sahələrin ölkə üçün ənənəvi yaxud qeyri-ənənəvi sahələr olduğu tədqiq edilmişdir. Alınan nəticələr əsasında ölkənin qeyri-neft ixracının diversifikasiyalaşma səviyyəsi müəyyən edilmişdir. Qeyri-neft ixracında artıma şaquli və üfiqi diversifikasiya istiqamətlərinin təsir etdiyi məlumdur. Ölkənin qeyri-neft ixracında şaquli diversifikasiya növü qeyri-ənənəvi sahələrdə, üfiqi diversifikasiya növü isə ənənəvi sahələrdə aşkara çıxır. Azərbaycanda qeyri-neft ixracında üfiqi və şaquli diversifikasiyalşmanın ölkənin ümumilikdə qeyri-neft ixracının artımına təsirlərinin qiymətləndirilməsi ühüm əhəmiyyətə malikdir. Tədqiqat işində həmçinin Azərbaycanın qeyri-neft ixracında seçilmiş qeyri-ənənəvi məhsulların, ənənəvi məhsulların və ümumi qeyri-neft ixracının qeyri-neft ÜDM-na təsirləri də təhlil edilib qiymətləndirilmişdir. Nəticə olaraq ölkənin qeyri-neft ixracının stimullaşdırılmasında diversifikasiyalaşma səviyyəsinin hansı istiqamətinə ağırlıq verilməsi nəzərdən keçirilmişdir. Qeyri-neft ixracının stimullaşdırılması ölkəyə xarici valyuta daxilolmalarının artmasına, işsizliyin və inflyasiya səviyyəsinin azaldılmasına, iqtisadi dayanıqlığın artmasına mühüm təsir edir. Bu baxımdan qeyri-neft ixrac potensialının artırılması istiqamətində qeyri-neft sektoruna investisiyaları cəlb etmək, azad sahibkarlığa dəstək olmaq, ixrac strukturunun hüquqi bazasını təmin etmək, istehsala elm tutumlu texnologiyaları cəlb etməklə rəqabətə davamlı məhsulların istehsalını və ixracını təmin kimi dövlətin və özəl sektorun üzərinə mühüm vəzifələr düşür.

Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin