Cədvəl 1.1 Qeyri-neft sektorunun inkişafını ləngidən amillər
Qeyri-neft sektorunun inkişafını ləngidən amillər
|
1.
|
Milli iqtisadiyyatın neft yanacaq sektorunda irimiqyaslı investisiyaların qoyulması
|
2.
|
Neft-yanacaq sektorunda əsas istehsal fondlarının fiziki və mənəvi cəhətdən yenilənməsi
|
3.
|
Neft yanacaq kompleksində elmi-texniki tərəqqinin ən yeni naliyyətlərinin və müasir texnologiaların tətbiqi
|
4.
|
Neft-yanacaq sektorunda intensiv inkişafın təmin edilməsi və innovasiyalı istehsalın qurulması
|
5.
|
Neft yanacaq sektorunda çalışan içilərin əmək haqqları və gəlirlərinin digər sahələrə nisbətdə daha yüksək olması
|
6.
|
Neft yanacaq sektorunda istehsal edilən məhsullara dünya bazarlarında yüksək tələbin olması
|
Mənbə: Cədvəl İ.Məmmədov “Qeyri-neft sektorunun inkişaf istiqamətləri”ndən əldə olunan məlumatlar əsasında müəllif tərərfindən hazırlanmışdır.
Cədvəldə göstərilən amillər neft-yanacaq sektorunda sürətli inkişafı təmin edir. Xüsusilə müəyyən dövrlərdə neft qiymətlərindəki əhəmiyyətli artım dövlət büdcəsinə daxilolmaların və ÜDM-in əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Lakin bütün bunlar eyni zamanda iqtisadiyyatın digər sahələrində iqtisadi artımın ləngiməsinə səbəb olur. Buna səbəb isə adıçəkilən sahələrə kapital qoyuluşlarının azalmasıdır.
Qeyri neft sektorunun inkişafı həm də, dövlət büdcəsinin neft-yanacaq sektorundan asıllığının azaldılmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin ixrac strukturunda bir məhsulun dominant olmasının qarşısını alır. Ümumi halda qeyri-neft ixrac potensialının formalaşması üçün ilk növbədə bu potensialı formalaşdıran və şərtləndirən amillər tələb olunur. Qeyri neft ixrac potensialının formalaşmasına təsir edən amilləri istər mikro və makro, istərsə də beynəlxalq iqtisadi inteqrasiya səviyyəsində qruplaşdırmaq olar.
Dostları ilə paylaş: |