Cədvəl 1.2 Qeyri-neft ixrac potensialını formalaşdıran amillər
Qeyri neft ixrac potensialını formalaşdıran amillər
|
İqtisadi inteqrasiya səviyyəsində
Mikroiqtisadi səviyyədə
Makroiqtisadi səviyyədə
-ixracın stimullaşdırılması
-ixrac sahələrinin diversifikasiyalaşması
-ixracın qanunvericilik mexanizmləri
-iqtisadi artım
-investisiyaların cəlbi
-iqtisadiyyatın diversifikasiyalaşması
-texnologiyaların cəlbi
-daxili bazarın inkişafı
-sahibkarlığın inkişafı
-rəqabətə davamlı məhsulların istehsalı
-ixtisaslı kadrların mövcudluğu
Mənbə: Cədvəl İ.Məmmədov “Qeyri-neft sektorunun inkişaf istiqamətləri”ndən əldə olunan məlumatlar əsasında müəllif tərərfindən hazırlanmışdır.
Sxemdən göründüyü kimi qeyri neft ixrac potensialının formalaşmasına təsir edən amillər istər birbaşa istərsə də dolayı yolla dövlət tənzimləmələrinə əsaslanır. Kənd təsərrüfatı sahəsində istehsal olunmuş məhsulun saxlanma şəraitini yaxşılaşdıraraq rəqabətə davamlılığının təmin edilməsi istiqamətində dövlət infrastruktur sistemini təkmilləşdirməlidir. Müasir bazar iqtisadiyyatı şəraitində qeyri neft sektorunun formalaşmasında dövlətin investisiya və innovasiya siyasəti mühüm rola malikdir. Ümumi yanaşsaq görərik ki, qeyri neft sektorunun investisiya cəlbediciliyi neft sektoruna nisbətən aşağı səviyyədədir. Əsas səbəb isə bu sahədə istehsal olunan məhsulların həssas əmtəə kateqoriyalarına aid olmasıdır. Məsələn kənd təsərrüfatı sahəsi təbii-iqlim şəraitindən birbaşa asılı olması ilə bərabər əsasən ekstensiv inkişafa yönəlik olduğundan bu investorlar üçün bir o qədər də cəlbedici görsənmir. Emal sənayesi məhsullarının həssaslığı rəqabətdə azacıq zəifləmələri nəticəsində daxili bazarda öz mövqelərinin itirməsi ilə özünü biruzə verir. Bu səbəblərdəndir ki, qeyri neft sektoruna investisiya qoyuluşları üçün dövlət tərəfindən dəstək mexanizmləri işlənib hazırlanmalıdır. Xarici investisiyaların qeyri neft sektoruna cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Bu həm bu sahədə olan kapital resurslarına olan tələbin ödənilməsi, həm də kapital qıtlığının aradan qaldırılmasında mühüm rol oynaması ilə səciyyələnir. Həmçinin odu da qeyd etmək vacibdir ki, investisiya qoyuluşları pul kütləsinin inflyasiyadan qorunmasının əsas şərtidir. İnvestisiya qoyuluşları nəticəsində daxili bazarda əmtəə kütləsinin həcminin artması həmçinin əmtəə dövriyyəsinin sürətlənməsinə şərait yaratması ilə nəticədə son istehlakın daha da yaxşılaşmasına şərait yaradır. İnvestisiya qoyuluşları texnologiyanın yenilənməsi ilə zəncirvari bağlılıq təşkil edir. Elmi texniki tərəqqinin ən yeni nailiyyətlərinin istehsala tətbiqi məhz yeni yatırılıan investisiyalar ilə mümkün olur. İstehsalda innovasiyanın tətbiqi istehsal olunan məhsulların rəqabətə davamlılığını təmin edir ki, bu da öz növbəsində istehsal edilmiş məhsulun istər daxili, istərsə də xarici bazarda öz mövqeyini möhkəmləndirməyə stimul verir.
Qeyri neft sektorunun inkişaf etdirilməsi ölkənin idxaldan asıllığının azaldılması, daxili tələbatı yerli mal və xidmətlər ilə əvəz edilməsi məqsədi ilə yanaşı, ixrac potensialının artırılması məqsədi ilə də bağlıdır. Bu səbəbdən də xarici ticarətin və ixrac potensialının artırılması ilə bağlı dövlətin bu sahə ilə bağlı strategiya və proqramları olur. Bu strategiyalarda ölkənin ixrac strukturunun təkmilləşdirilməsi, texnologiya tutumlu malların ixracının artırıması, qeyri neft sənayesinin inkişaf etdirilməsi, sənaye strukturunun diversifikasiyalaşdırılması və s. kimi məsələlər əsas prioritet istiqamət kimi müəyyən edilir. Ümumilikdə neft ixrac edən ölkələrdə çoxşaxəli ixrac siyasətinin və yaxud ixracın diversifikasiyalaşdırılmasının həyata keçirilməsi neft sektoruna alternativ olaraq qeyri neft sektorunun yaradılmasına və qeyd olunan alternativ mənbələrdən dövlət büdcəsinə valyuta daxilolmalarının təmin edilməsinə şərait yaradır. BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasında ixracın diversifikasiyalaşdırılması prosesi ixrac səbətinə yeni əmtəələr əlavə etmək, ixrac səbətində ayrı-ayrı əmtəələrin iştirak payını dəyişmək, yeni coğrafi bazarlara çıxmaq üçün həyata keçirilən iqtisadi siyasətlər məcmusu kimi nəzərdə tutulur. İxracın diversifikasiyalaşdırılması siyasətində əsas elementər kapital (bura həm insan kapitalı, həm fiziki kapital, həm də təbii resusrslar daxildir), mövcud resusrslardan effektiv istifadəyə şərait yaradan rəqabətli bazarlar, infrastruktur, xarici investisiyanın sərbəst hərəkətində sərbəstlik, davamlı olaraq həyata keçirilən institutsional və struktur islahatları, makroiqtisadi stabillik və s. daxildir. [2, s.5]
Qeyri neft sektorunun inkişafı ixracın genişlənməsinə və ixracın diversifikasiyalaşmasına əlverişli şərait yaratdığı məlumdur. Məhz bu səbəbdəndir ki, ölkənin ixrac potensialının genişləndirilməsi onun xarici bazarlara daha çox məhsul çıxarda bilməsinə və beynəlxalq səviyyədə inteqrasiya olunmasına bilvasitə müsbət təsir edir. İxracın genişlənməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin uğurlu olması ölkənin xarici iqtisadi və xarici ticarət siyasətinin strukturundan asılıdır. Xarici ticarət siyasəti dedikdə dövlətin bir sıra vasitələrdən istifadə etməklə digər ölkələrlə həyata keçirdiyi ticarət münasibətlərinə birbaşa təsiri nəzərdə tutulur. Xarici ticarət siyasəti ümumi olaraq dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biridir. Dövlətin xarici ticarətə müdaxiləsi əsasən iki istiqamətdə fərqləndirilir:
Dostları ilə paylaş: |