Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


XI fəsil. Cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri



Yüklə 0,55 Mb.
səhifə61/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   57   58   59   60   61   62   63   64   ...   136
XI fəsil. Cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi şərtləri

Maddə 79. Məhkumların cəza çəkmə şəraiti

79.1. Məhkumlar bir cəzaçəkmə müəssisəsinin daxilində rejim növündən asılı olaraq adi və ya yaxşılaşdırılmış şəraitdə saxlanıla bilərlər.

79.2. Məhkumlar bir saxlanılma şəraitindən digərinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla keçirilirlər.

Maddə 80. Məhkumların ərzaq məhsulları və ən zəruri mallar əldə etməsi

80.1. Cəzaçəkmə müəssisələrində məhkumlar nağdsız haqq-hesabla şəxsi hesablarında olan vəsaitlə ərzaq məhsulları və ən zəruri mallar əldə edirlər.

80.2. Cəzaçəkmə müəssisələrində məhkumlara xərcləmək üçün icazə verilən vəsaitin məbləği bu Məcəllə ilə müəyyən edilir.

80.3. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara xərcləmək üçün icazə verilən vəsaitdən əlavə olaraq, ayda on beş manat miqdarında, ağır işlərdə, əmək şəraiti zərərli olan işlərdə, yaxud yüksək dağlıq rayonlarda yerləşmiş cəzaçəkmə müəssisələrində isə, əlavə olaraq ayda otuz beş manat miqdarında pul xərcləməyə icazə verilir.

80.4. Birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, hamilə qadınlara, cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərində uşaqları olan qadınlara, müalicə müəssisələrində və yoluxucu xəstəliyə tutulmuş şəxslərin saxlanılması və müalicəsi üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrindəki məhkumlara əlavə olaraq ayda on beş manat miqdarında ərzaq məhsulları və ən zəruri mallar əldə etməyə icazə verilir.

80.5. Cəzaçəkmə müəssisələrində məhkumlara ticarət şəbəkəsi vasitəsilə satışına icazə verilən ərzaq məhsullarının və digər malların siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. (14, 15, 16)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin