Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 83. Məhkumların yazışması, pul baratlarının alınması və göndərilməsi



Yüklə 0,55 Mb.
səhifə64/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   60   61   62   63   64   65   66   67   ...   136
Maddə 83. Məhkumların yazışması, pul baratlarının alınması və göndərilməsi

83.1. Bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulan hallardan başqa məhkumlara məhdudiyyətsiz sayda məktub, teleqram almağa və göndərməyə icazə verilir. Məhkumlar məktub və teleqramları öz hesablarına göndərirlər.



83.2. Məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onlar tərəfindən alınan və göndərilən yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyat və təhlükəsizliyini təmin etmək məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilə bilər. Yazışmadakı məlumatların cinayətlərin törədilməsinə yönəlməsi barədə cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslı məlumata malik olduğu hallarda məhkumların yazışmaları üzərində nəzarət cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə məhkumların adına gələn və onlar tərəfindən göndərilən məktublar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir.

83.3. Cəzaçəkmə müəssisələrində saxlanılan və qohum olmayan məhkumlar arasında yazışmalara cəzaçəkmə müəssisəsi müdiriyyətinin razılığı ilə icazə verilir.

83.4. Məhkumların adına gəlmiş məktubların verilməsi, habelə ünvan sahiblərinə məhkumların məktublarının göndərilməsi məktubun gəldiyi və ya məhkum tərəfindən verildiyi gündən ən geci üç gün müddətində cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir. Teleqramlar məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən təxirə salınmadan verilir.

83.5. Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilmir və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir.

83.6. Məhkumlar məhdudiyyətsiz pul baratları almaq, həmçinin şəxsi hesablarından yaxın qohumlarına pul baratları göndərmək hüququna malikdirlər. Başqa şəxslərə məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə pul baratları göndərə bilərlər. (6, 7, 10, 16)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin