Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 82. Məhkumların bağlama, sovqat və banderol alması



Yüklə 0,55 Mb.
səhifə63/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   59   60   61   62   63   64   65   66   ...   136
Maddə 82. Məhkumların bağlama, sovqat və banderol alması

82.1. Cəzaçəkmə müəssisələrində məhkumlar bu Məcəllə ilə müəyyən edilmiş sayda bağlama, sovqat və ya banderol alırlar. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır.

82.2. Ağır xəstə, hamilə və uşaq evlərində uşaqları olan qadın məhkumların, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumların bağlama, sovqat və ya banderol almalarına məhdudiyyət qoyulmur.

82.3. Tibbi rəyə əsasən məhkumların aldığı dərman preparatları və tibbi məmulatlar bu Məcəllənin 82.1-ci maddəsi ilə müəyyən olunmuş bağlama, sovqat və ya banderolların sayına daxil edilmir. Belə dərman preparatları və tibbi məmulatlar cəzaçəkmə müəssisələrinin tibb-sanitar hissəsinə məhkumların müalicəsi üçün verilir.

82.4. Bağlama, sovqat və banderollara müdiriyyət tərəfindən baxış keçirilir.

82.5. Məhkumların bağlama, sovqat və ya banderol alması və onlara baxış keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. Məhkumların adına göndərilmiş bağlama və banderollarda bu Məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə onlar götürülür. Bu əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya bağlama və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır, yaxud cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir.

82.6. Cəzaçəkmə müəssisəsinin müdiriyyətinin razılığı ilə məhkumlar yaxın qohumlarına bağlama və ya banderol göndərə bilərlər. (15, 16)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin