Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   22   23   24   25   26   27   28   29   ...   54
WINDOWS 8 - Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat 
sistemidir. 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet 
versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət 
etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows-dan daha çox Windows 
Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə 
rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal 


26 
kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə 
daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 
əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan
informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. 
Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC (“çip üzərində sistem” - 
System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki 
arxitektura ənənəvi “x86” platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri 
ilə fərqlənir. 
Microsoft şirkətinin hesablamasına görə, "Windows 8" əməliyyat sistemi istifadəyə 
verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb. 
Əməliyyat sistemləri bazarında təxminən 80% istifadə nisbətiylə Windows ailəsi lider 
vəziyyətdədir. 
11. WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin 
elementləri 
Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə 
“interfeys” terminindən geniş istifadə edilir. Ingilis dilindən tərcümədə “interface” 
sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda 
növləri vardır: 

istifadəçinin interfeysi; 

intelektual interfeys; 

insan-maşın interfeysi; 

proqram interfeysi və s. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin