Əmək bazarına daxil olan gənclərin əksəriyyəti çox zaman orta təhsilə və ya tələbin az olduğu biliklərə malik olurlar. Bu isə iĢçi qüvvəsinin bilik və bacarıqları ilə geniĢlənən və
müasirləĢən bazar iqtisadiyyatı arasında uyğunsuzluqların mövcud olduğunu göstərir. Eyni
zamanda, özəl sektor (orta və böyük müəssisələr) ilə müqayisədə dövlət sektorunda əmək
haqqının aĢağı olmasına baxmayaraq ali təhsilə malik iĢçilərin əksər hissəsi (70%-dən artıq)
burada çalıĢır. Bu ixtisaslı iĢçi qüvvəsinin dövlət sektorundan özəl sektora doğru meyl etməsi
prosesinin çox zəif olduğunu göstərir. Ümumiyyətlə, insanların məĢğulluq barədə məlumatlara
əsaslanaraq qərar qəbul etdiyini nəzərə alsaq, düĢünmək olar ki, dövlət sektoru rəqabət
qabiliyyətlidir və burada əmək haqlarından savayı digər stimullar da mövcuddur ki, onlar da
müvafiq qərarları əsaslandırırlar (ATF 2006). Bunlara iĢin təhlükəsizliyi və dövlət sektorundakı
iĢlə bağlı olan pensiyalar aid edilə bilər.