imkanlarının böyük hissəsini yaradan sektorlar deyildir.Əmək bazarının təhrif edilmiĢ təbiəti
Cədvəl 7-3-də əks olunmuĢdur və burada neft və qeyri-neft sektorları üzrə məĢğulluq, əmək
haqları və məhsuldarlıq müqayisə edilir. ÜDM-in 53%-inin hasilat sənayesinin payına düĢməsinə
baxmayaraq (məĢğulluğun 1%-ini əhatə edir) ümumi məĢğulluğun 39%-i, kənd ərazilərində
məĢğulluğun isə 50%-i kənd təsərrüfatı sektorunun (2007-ci ildə ÜDM-in sadəcə 6%-ini əhatə
etmiĢdir) payına düĢür. Kənd təsərrüfatı sektorunda çalıĢan bir iĢçinin yaratdığı əlavə dəyər
sənaye sektorunda iĢləyən Ģəxsin yaratdığı əlavə dəyərin dörddən bir, tikinti sektorunda çalıĢan
iĢçinin yaratdığı əlavə dəyərin ondan bir, neft və qaz hasilatı sahəsində çalıĢan Ģəxsin yaratdığı
əlavə dəyərin isə 1%-dən az hissəsini təĢkil edir. Yalnız 45000 iĢçi neft sektorunda mövcud olan
yüksək məhsuldarlı, yüksək əmək haqqına malik iĢ yerlərinə çıxıĢ imkanı əldə etmiĢdir.