Diaqram 7-5 MəĢğul əhalinin əksər hissəsi kənd təsərrüfatı sektorunda çalıĢır
Mənbə: 2008-ci il üzrə YSQS məlumatları
7.8
Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etsə də, məhsuldarlığın artımı əsas etibarilə neft və qaz sektoru ilə məhdudlaşmışdır.Neft və qaz sektoruna irimiqyaslı investisiyaların
yatırıldığı dövrü əhatə edən 2004-2007-ci illər ərzində məhsuldarlığın illik artım tempi orta
hesabla 14% təĢkil etmiĢdir ki, bunun da böyük hissəsi neft və qaz sektorunun payına düĢmüĢdür.
Eyni dövr ərzində məhsuldarlığın artım tempi kənd təsərrüfatı, xidmət və qeyri-neft sənaye
sahələri üzrə müvafiq olaraq 0%, 5% və 6%-ə bərabər olmuĢdur. Yatırılan investisiyaların
sözügedən sahələrdə məhsuldarlığın artımına verdiyi töhfələr müvafiq olaraq illik -6%, -0.3% və
-0.1% təĢkil etmiĢdir (Dünya Bankı 2009c). Kənd təsərrüfatı və qeyri-neft sektoruna bu cür zəif
investisiyaların yatırılması meylləri çətin ki, uzunmüddətli perspektivdə Azərbaycan
iqtisadiyyatının davamlılığını və rəqabət qabiliyyətini təmin edə bilər.
7.9
Azərbaycanda ÜDM-in (və artımın) əksər hissəsini yaradan sektorlar məşğulluq