Əbdülxalıq Cənnəti
(1855-1931)
Tərcümeyi-halı
Əbdülxalıq Qafarzadə Cənnəti 1855-ci ildə Bakıda anadan
olmuşdur. Ata babası məşhur Bakı xanı Həsənqulu xanın əmiri-
şikari (ovçu başı) olan Səfərəlinin oğludur. Cənnəti 9 yaşında dərsə
getmiş, iki il yarım xüsusi müəllim yanında oxumuşdur. 12 yaşında
daş yonan kimi fəhləliyə başlamış, sonra nökərçilik etmiş, xırda
alver ilə məşğul olmuş və nəhayət, ara həkimliyi və əttarlıq etmişdir.
18 yaşında şeir deməyə başlamışdır. Qazandığını kitaba vermiş,
müstəsna bir həvəslə mütaliəyə girişmişdir. Cənnəti gündüzlər
fəhləlik edər, gecələr ürəfa məclislərində ədəbiyyat söhbətlərində
iştirak edirıniş. O, bir neçə dəfə şairlər məclisində şeirləşmədə
üstünlük qazanmışdır. İti hafızəsi sayəsində uzun bir qəsidəni üç
dəfə oxuyar və başdan ayağa əzbər deyər, yazarmış. Əvvəllər Vasif,
Əttar, Həccarzadə, Daşkəsən oğlu təxəllüslərini qəbul etmişdir.
Sonralar bağ və bostana, gülüstana həris olduğundan təxəllüsünü
dəyişib "Cənnəti" etmişdir. Dostlarından olan bir ruhani ona rast
gəldikdə zarafat ilə soruşmuşdur:
- Nə yazırsan ay cəhənnəmi?
Şair bu suala bədahətən şeir ilə cavab vermişdir:
293
- Mən nə anəstəm ki, cəmi pişva danəd məra,
Nə əz onhayəm ki, bəziba əsas ranəd məra.
Dusti hərgəh bəşuxi duzəxi guyəd çe bak,
Hatifi-ğeybi dəmadəm Cənnəti xanəd məra.
Tərcüməsi:
- Mən hamının pişva bildiyi adam deyiləm,
Bəzilərinin qabağına düşüb otarılası (qədər də)
avam deyiləm.
Bir dost zarafatyana mənə Cəhənnəmi deyirsə,
nə eybi var,
Hatifdən gələn səs hər zaman məni Cənnəti
çağırır.
Cənnəti bir dəfə Hacı Seyid Əzim Şirvaninin iştirak etdiyi
məclisdə imiş. Müəyyən bir mövzuda yeddi şair şeirləşirmiş.
Cənnəti hamısına üstün gəlmişdir. Hacı Seyid Əzim bir ustad kimi
Cənnətinin əsərini bəyənmiş və demişdir:
"Təəccüb edirəm ki, bunlar hamısı məşhur ikən siz nə üçün
gümnam qalmısınız?" Cənnəti bu suala da çox gözəl cavab
vermişdir:
"- Kiminin şöhrəti olur, kiminin hünəri!"
Cənnəti sağlamlığı, azadlığı hər şeydən üstün tutardı. Çox övladı
öldüyündən (10 uşağı ölmüşdür) müsibətdən əsəb xəstəliyinə
tutulmuşdur.
Gənclikdə qəzəllər, mərsiyə və sinəzənlər yazmışdır. Heç bir
vəzifə və mənsəb sahibinə tərif, qəsidə yazmamışdır. Ancaq sadə,
səlis üslub sahibi olmuşdur.
Cənnəti məşhur Cənubi Azərbaycan tərəqqipərvər ziyalı və
yazıçılarından Mirzə Əbdürrəhim Talıbov ilə yaxın dost olmuşdur.
17 il onunla yaxin əlaqə saxlamış, məktublaşmış, əsər mübadiləsi
etmişdir. Cənnəti də Talıbov kimi tərəqqipərvərlik yolunda çox cəfa
çəkmişdir. O, Bakıda
294
üsuli-cədid məktəbi binasını qoyanlardan olmuşdur. Lakin bu iş
üstündə mollalar onu təkfır etmiş, məktəb skamyalarını küçəyə
töküb yandırmışlar. Şair 1931-ci ildə Bakıda vəfat etmişdir.
1905-ci il inqilabından sonra Bakıda geniş və müntəzəm nəşr
olunan Azərbaycan mətbuatında ən fəal çalışan şairlərdən biri də
Cənnəti olmuşdur. Fəhlə qəzeti "Təka-müf"də (1906) onun
hürriyyətpərəst şeirləri çap olunurdu. "Dirilik"də, "İrşad"da iştirak
etmişdir. Müxtəlif mövzularda bir çox əsərləri vardır. Dini mövzuda
yazılmış "Mühəssəna-ti-şəriyyə" adlı risaləsi, bir nəsihətnaməsi
("Yənbuil-hik-mət"), "Təhvili-ovzan" adlı qəvaidi-ədəbiyə kitabı,
əxlaq elminə dair üçcildlik əsəri, altı min beytlik bir divanı, "Əlsəfər
filhəzər" adlı bir romanı vardır. Bu əsərlərin çoxu əlyazmasıdır. Bir
qismi isə natamam qalmışdır.
Cənnətinin həm fars, həm də Azərbaycan dilində rəvan təbi
olmuşdur. İctimai mövzuda olan "Hürriyyət", qələm tərifinə aid
"Libas" şeirləri, qoşa qafiyəli qəzəli, ölümü təsvir edən fars qəzəli
məşhurdur.
Ə.Cənnətinin ən yaxşı əsərləri vətənpərəst mövzuda yazılmışdır.
"Ey vətəndaşlar!", "Gözümdə bir görünür şah ilə gədayi vətən",
"Vətən təranəsi" belə şeirlərdir.
Ə.Cənnətinin şeiri
Ə.Cənnəti Seyid Əzim Şirvani məktəbinə mənsub şairlərdəndir.
Onun uzun və maraqlı həyat və yaradıcılıq yolu vardır. Yoxsul bir
daşyonan ailəsindən çıxan şair dini və ya dünyəvi elmləri öyrənmək
üçün müntəzəm davamlı təhsil görməmişdir. O, nə oxumuş, nə
bilmişsə, özü dediyi kimi "ürəfa məclislərinin", xeyirxah
yoldaşlarının sayəsində öyrənmişdir.
295
Cənnətinin yaradıcılığını iki dövrə bölmək olar:
1. 1905-ci il inqilabına qədər olan dövr.
2.1905-ci il inqilabından sovet hakimiyyəti illərinə qədər olan
dövr.
Birinci dövrdə şair, Sabir, Hadi və bir sıra köhnə məktəbdə
oxumuş şairlər kimi qəzəl və mərsiyə ədəbiyyatı yolunu davam
etdirmişdir. Cənnəti bu zaman yazmaqdan çox oxumağa,
yaratmaqdan çox öyrənməyə əhəmiyyət verirdi. Nizami, Xaqani,
Füzuli, Sədi, Rumi, Cami kimi şairlərin əsərlərini alovlu bir həvəslə
oxuyur, əruz, divan qaydalarını ən cüzi təfsilatına qədər öyrənirdi.
Hətta qədim ədəbiyyata o qədər mükəmməl aşina olmuşdur ki,
böyük bir "Qəvaidi-ədəbiyyə" kitabı da yazmışdır. Şübhəsiz ki,
sxolastikanı, divan ədəbiyyatını məktəbdə müntəzəm öyrənməmiş
bir adamın belə bir iqdam etməsi cəsarət istərdi. Cənnətiyə bu
cəsarəti verən davamlı və inadlı mütaliəsi idi. Həmin mütaliə
sayəsində şair klassik şeirin bütün şəkillərini, əruzun bəhrlərini,
xüsusiyyətlərini yaxşı öyrənmişdi.
Cənnətinin hünəri yalnız bundan ibarət deyildi. O, şeirə olan eşq
və həvəsi sayəsində tərəqqi etmiş, müəyyənləşmiş incə bir zövq
sahibi idi. O, ilk gündən sənət əsərini adi yazıdan, Bədii təfəkkürü
soyuq mühakimədən seçməyi bacarırdı. Oxuduğu şəriət, hədis
kitabları, inandığı dini ədəbiyyat şeirin incə və həssas sənətkarlıq
zövqünə mane ola bilməmişdi. Bəzən ən dini bir mövzunu işlədikdə
də Cənnəti öz yoldaşlarından seçilirdi. Onun fars dilində yazdığı,
ölümü təsvir edən "mövtnamə" ruhlu qəzəli şairin sənətkarlığı
haqqında kifayət qədər təsəvvür verir:
Çün rişteyi-cani-mən zi tən bebridənd,
Əz surəti-mən musahiban tərsidənd.
Göftənd bə in dust ilaçi bekünim,
Dəfmi-məni zar cümlə vacib didənd.
296
Bər duş kəşidənd məra canibi qəbr,
Bər xaki-siyəh süpürdə bərgərdidənd.
Bəd əz nəfəsi çənd nəkireyin aməd,
Əz məzhəbü etiqadi-mən porsidənd.
Mən qisseyi-muyət bə miyan avərdəm,
Çün sünbüli-tər hərdü bəhəm lərzidənd.
Yek ləhzə əz in qissə pərişan kəştənd,
Vongəh cəsədi-zari-məra buyidənd.
Çün buyi-məhəbbət şənidəənd əz mən.
İn sinəyi-səd çaki-məra busidənd.
Göftəndbə ustadi-tu rəhmət Vasif
1
Ba iczi təmam hər du bərgərdidənd
2
Tərcüməsi:
Elə ki, mənim ruhumu canımdan aldılar,
Mənim simamdan həmsöhbətlərim qorxdular.
Dedilər bu dosta bir çarə qılaq,
Mən yazığın çarəsini dəfnimdə gördülər.
Məni çiyinlərində məzarə tərəf apardılar,
Məni qara torpağa tapşırıb, qayıtdılar.
Bir neçə andan sonra inkir-minkir gəldi,
Mənim dinimi və imanımı soruşdular.
Mən muyəm dastanını danışdım,
Hər ikisi sünbül kimi əsdilər.
Bir an bu nağıldan pərişan oldular,
Sonra mənim yazıq cəsədimi iylədilər.
Məndən məhəbbət qoxusunu duydular.
Mənim yüz yaralı sinəmi öpdülər,
Dedilər min rəhmət sənin müəllimin Vasifə,
Hər ikisi geri qayıtdılar.
1
Vasif - müəllifin təxəllüslərindən biridir.
2
Qəzəlin əsli Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçilərindən Novruz
Ağayevdədir.
297
Bu qəzəldə məhəbbət ölümə, mövhumata, dini ehkama qalib
gəlir, ölümün gətirdiyi dəhşət, əzab, naumidlik, acizlik eşqin
əbədiliyi qarşısında heç olur. Eşq insan üçün ən yüksək, ən
müqəddəs ruhani keyfiyyətdir. Hətta dini haqq-hesaba gələn Tanrı
məmurları - inkir-minkir də şairin məhəbbət dastanını eşidib
mütəəssir olurlar:
Mən qisseyi-muyət bə miyan avərdəm,
Çün sünbüli-tər hərdu bəhəm lərzidənd!
Belə kamal sahibinin, saf və səmimi məhəbbət sahibinin önündə
Tanrı məmurları heyrət edir və titrəyirlər.
Şair bu mətləbi böyük incəlik, ustalıq ilə təsvir etmişdir. İnkir-
minkir ölüdən haqq-hesab, günah-savab əməlləri, ömrün nə ilə, nə
yolla keçdiyini soruşurlar. Şair isə nə savabdan, nə günahdan
danışır. O, başına gələn eşq macərasını nəql edir. Ömrünün ancaq bu
yolla keçdiyini həzin bir dil ilə söyləyir. Şair dünyadan bu
macəradan başqa heç nə gətirməmişdir. Onun ömür, etiqad, əməl
sərınayəsi həmin bu eşqdir. Doğrudur, bu qəzəldə vəsf olunan
məhəbbətə dini rəng, sufi məzmun vermək olur. Burada ilahi
məhəbbətdən də söhbət getdiyini güman etmək olar. Ancaq məsələ
bu məhəbbətin dini, ya dünyəviliyində deyildir. Məharət bu
məhəbbətin Bədii ifadəsində, bu ifadənin sənətkarlığında,
incəliyində və zərifliyindədir. Bu əhvalatı təsvir edən qəzəldir. Leyli
məzarını axtaran Məcnun haqqında Vaqifin farsca yazdığı
məsnəvisinə oxşayır. Ancaq burada daha dəhşətli, ümumi, ədəbi
hadisə incəlik, Bədiiyyət dili ilə təsvir edilmişdir. Qəzəlin dili, ifadə
vasitələri, qafıyələri də məzmununa münasib, gözəl və aydındır.
Cənnəti yaradıcılığının bu dövründə dini-əxlaqi mövzularda çox
şeir və nəsr yazmışdır. Bu əsərlər arasında seçilən,
298
ictimai məzmun cəhətdən müəllifmə üstünlük və şöhrət verəni çox
azdır.
Cənnətinin əsl qüvvətli şairlik fəaliyyəti yaradıcılığının ikinci
dövründə, 1905-ci il inqilabından sonra başlanmışdır. Bu zaman o,
əlli yaşlı, dünyagörmüş, zəngin hadisələr yaşamış qocaman şair idi.
Cənnətinin o qədər rəvan və səlis təbi var idi ki, istədiyi zaman bir
gündə bir neçə şeir deyirdi. Bu cəhətdən Cənnəti, Hadi üslubuna
yaxın bir şair idi.
O da Hadi kimi romantikdir, hadisələrin şəxsi, dəruni
güzgüsündə əks olunmuş lövhəsini verir. Bu dərunlikdə Cənnəti
lirikadan, qəlbdən çox, xarici aləmə, xəyala meyl edir. O, daxili
hiss-həyəcanlarını hüzn, kədər, həsrət ilə yox, ümid, inam, mətanət,
qələbə eşqi ilə verir. Cənnəti romantikasında sızıltı yox, gurultu
vardır.
Bu gurultu zahiri, süni deyildir. Bu şeirin əzəməti, qüvvətli və
səmimi bir hissin səsidir. Müasirlik, yenilik, mübarizə hissi şairin bu
dövr yaradıcılığına ən xas əlamətlərdəndir. O, xitabət kürsülərindən
danışan, minlərcə kütlələrə müraciət edən qüvvətli bir natiq kimi
səslənir. O, öz oxucusunu mübarizəyə, vətən və mədəniyyət uğrunda
mücadiləyə çağırır:
Dəyişmiş dövrünü bu çərxi-gərdan, ey vətəndaşlar!
Çevirıniş səflıeyi-tarixi dövran, ey vətəndaşlar!
Həmiyyət vəqtidir, hümmət zamanı, mövsimi-qeyrət,
Çevirınəz düşmənə dal mərdi-meydan,ey vətəndaşlar!
1
Vətənpərvərlik Cənnətinin şeirlərində xüsusi bir qüvvət və
səmiyyətlə tərənnüm olunur. O, Avropa mədəniyyətini, əsrin bütün
yeniliklərini öz vətəninə gətirmək istəyir. Bu yolda ciddi-cəhd edən
adamların hamısını alqışlayır.
Səttarxan haqqında ədəbiyyatımızda çox əsərlər, xüsusilə şeirlər
yazılmışdır. Sabirin, Səhhətin, Hadinin, Qəmküsarın
1 "Dirilik". 1914,№ 7.
299
şerləri sırasında Cənnətinin də bir şeri seçilir. Cənnəti Səttarxanı
xalq və millət qəhrəmanı kimi tərənnüm edir, onun xidmətlərini
sayır. Şair, qəhrəmanın ölümünə heyfslənir, azadlıq ideyası ilə bu
adın həmişəlik yaşayacağına inanır. Cənnətinin "Səttarxanın ruhi-
pür fütuhinə" yazdığı şer sadəliyi və oynaq ahəngi ilə də seçilir:
Əhsən olsun sənə namusi-vətən hifzi üçün,
Can qoyarkən şərəfin etdi zaman, Səttarxan...
Afərinlən sənə, ehya elədin millətini,
Eylədin mürdələri sahibi-can, Səttarxan!
1
Cənnəti bilavasitə Vətən haqqında yazdığı şeirlərdə özünün ana
torpağına olan məhəbbətini izhar edir, vətən övladım elmə,
mədəniyyətə çağırır, vətəndaşların şərəf və izzətini də bu yolda
çalışmaqda görür:
Gözümdə bir görünür şah ilə gədayi-vətən,
Yeganədir mənə kim olsa aşineyi-vətən...
Başını ərşə yetirınəzmi fəxr ilə daim,
Hər ol igit ki, ola hamili-livayi-vətən.
Vətən bizə anadır, çünki biz ona oğuluq,
Dolub ürəgimizə qan kimi vilayi-vətən...
Vətən, vətən və vətən! Baği-arizuyi-rical,
Qülubi-mürdəyə canbəxşdir həvayi-vətən.
2
Vətənpərvərlik Cənnətidə fəaliyyətsiz, müşahidəçi, sadə
tərənnümdən ibarət deyildir. Şair bu məhəbbət və sevgi hissini
dərhal mübarizə, hərəkət, iş ilə bağlayır. Şair həqiqi vətənpərəst o
adama deyir ki, bu yolda canını əsirgəməsin. Vətənin gözəl
nemətləri, bağı-bostanı, gülü-gülzarı, zəngin sərvəti olduğu kimi
düşmənləri, yağıları da vardır. Vətənə qarşı duran
qara qüvvələr "əhrimənlər" ilə mübarizə və bu yolda "həm can ilə,
dil ilə, pul ilə, həm qələm ilə" fədakarlıq göstərənlər öz
1 "İqbal", 1914, № 603.
2 Yenə orada, № 568.
300
vətənpərəstliklərini isbat etmiş olurlar. Şair "Vətən təranəsi" adlı
şeirində igidliyi, fədakarlığı, cəsarəti tərənnüm edir. Vətəni müdafıə
məqamında "tüklərimizin hər biri xəncər kimi olmalıdır", "iynəgözü
boyda" belə torpağımızdan düşmənə verilməməlidir - deyir.
Hümmət ediniz, düşməni tərk eyləyəlim ta,
Ətfal kimi qaçmayalım məskənimizdən.
Namusi-vətən hifzi üçün bəzl edəlim can,
Ta vizrüvəbalı götürək gərdənimizdən...
Rüstəm kimi bir tiri - düpeygər edib icad,
Bak etməyəlim, düşməni-ruyin tənimizdən.
1
Cənnətinin torpaq təəssübü mövzusunda iki şeiri vardır. Bakıda
neft sənayesinin inkişafı ilə əlaqədar olaraq yalnız Rusiya deyil,
Almaniya, İngiltərə və sair Avropa kapitalistləri qazanc iştahası ilə
Bakıya gəlirdilər. Onlar hər şeydən əvvəl burada yer almaq, buruq
qoydurmaq, kök salmaq, beləliklə yavaş-yavaş təsir dairələrini
artırmaq niyyətində idilər.
Cənnəti torpaq haqqında yazdığı şeirlərində xarici kapitalistlərin
bu meylinə qarşı çıxır, yalnız öz mənfəətini düşünən, pula susayan
yerlilərini məzəmmət edir. "Əşar" sərlövhəli şeirində torpağın
müqəddəsliyini, feyzini, bərəkətini tərənnüm etdikdən sonra üzünü
öz vətəndaşlarına, torpaq sahiblərinə tutub deyir:
Torpağa xor baxma, gözətlə rəhi-ədəb,
Bu xaki-pakdır sənə, ey xacə ümmü-əb...
Gahi əta qılır sənə ənvai-meyvəcat,
Armudü tut, almavu əncir ilə ənəb...
Hətta ölən zamanda basar bağrına səni,
Guya ki əhli-eşq qucar yari-nuşləb...
Kim yer satırsa, irzini, namusunu satır.
1"İqbal", 1914, № 495
301
İstər tataru türk ola, ya fars, ya ərəb.
1
Şair yer satanı vətən xaini, binamus adlandırır.
Cənnəti kapitalistlərin torpağa, vətənə yabançı təsir gətirdiyini,
xalqı, camaatı soymağa gəldiyini göstərməklə öz vətəndaşlarını
sayıq olmağa çalışır. "Torpaq" adlı uzun tərci-bəndində insanın ta
uşaqlıqdan necə torpağa bağlı olduğu, onunda pərvəriş tapması
göstərilir:
Bicamı çocuq daima torpaq ilə oynar?
Torpaq tanımaqdır kişinin əqlinə səyyar.
Bu oynamağın gizlicə bir hikməti vardır,
Gər bilməlisən guş elə, ta eyləyim izhar.
Həm mənşəyini, məlcəini tifl ikən anlar,
Torpaqdan əgər qaldırasan şur ilə ağlar.
Bu şivəni, fəryadı əbəs qılmayır uşşaq;
Torpaq satanın çeşminə olsun qara torpaq.
2
Bu mövzu və məsələyə belə qatı vətənpərəst münasibət o zaman
təzə məsələ idi. Qəzet və məcmuələrdə şairin bu şeirlərinə səs verən,
bu ruhu intişar edən az idisə, bunun səbəbi bəllidir. Burjua
mətbuatının çoxu maddi qidasını, köməyini torpaq, mülk
ticarətçilərindən, sahibkarlardan alırdı. Yerli sahibkarların çoxunda
vətən və torpaq təəssübü əvəzinə qazanc, sərmayə artırmaq hissi
şiddətli idi. Onlar pula sitayiş edirdilər. Bu yolda xarici kapitalistlər
ilə əlbir idilər. Cənnəti belə mənfəətpərəst, biqeyrət varlıların
xasiyyətnaməsini aşağıdakı misralarda verir:
1 "İqbal", 1914, №585.
2 Yenə orada, № 595
302
Səhər çayım, nahar nanu pənir, axşama bozbaşım,
Dəxi dərdim nədir aya?Az aşım, ağrımaz başım.
Nə düşmüşdür mənə el qayğısın, millət qəmin çəkmək,
Mənim qarnım gərək tox, ac, susuz can versə qardaşım!
1
Şairin mənzərələr təsvir edən, təbii gözəllikləri düzgün və xoş bir
dil ilə vəsf edən "Bahariyyəsi", maarifin, qələmin, sözün tərifmə
həsr olunmuş qüvvətli şeirləri vardır. Cənnəti mürəttiblər haqqındakı
təsviri və tənqidi şeirində mətbəə fəhlələrinin xidmətini, hünərini
göstərməklə, sahibkarların onlara olan qayğısızlığını da qeyd edir.
Şair çox düzgün yazır ki, cüzi bir səhv üçün "min tənə və tüğyan"
görən çapçıların hünəri heç zaman təhsin edilməz. Burada fəhlənin
əməyinə və istedadına qiymət verməyən zalim və kütbaş "ərbab"lar
tənqid olunur.
Cənnəti köhnə şeir məktəbində yetişib, sənətkarlıq mayasını da
oradan tutduğu üçün şəkil, üslub, ifadə cəhətdən klassik şeirdən
uzaqlaşa bilməmişdir. Dilində ərəb və fars tərkibləri çoxdur.
Lakin yeni mövzular şairin bu cəhətdən də yeniləşməsinə kömək
etmişdir. O, şeirinin xalqa çatması üçün sadəliyə artıq fikir verirdi.
Bacardıqca üslubunu müasir şeirin tələblərinə uyğunlaşdırırdı. O
zamankı romantiklər arasında Cənnəti sadə yazanlardan sayılır.
Hadiyə nisbətən onun şeiri daha sadədir.
Cənnəti ömrünün axırına döğru xəstəlik və qocalıq ucundan az
yazır. Sovet dövründə "Söz", "Yeni əlifba", "Dəmir" və s. haqqında
kiçik şeirlər yazmaqla kifayətlənmişdir.
1 "İqbal", 1914,№ 575.
303
Abdulla bəy
Divanbəyoğlu
(1883-1936)
Abdulla bəy Divanbəyoğlu 1883-cü ildə Qazax qəzasının
Əzizbəyli (keçmiş Hüseynbəyli) kəndində yoxsullaşmış bəy
ailəsində anadan olmuşdur. Kiçik yaşlarından (1895-ci il) yetim
qalmış, ilk təhsilini Qazax ibtidai məktəbində aldıqdan sonra dövlət
hesabına Qori darülmüəllimininə daxil olmuş, 1903-cü ildə oranı
bitirmişdir. Əvvəllər rustatar, sonra isə Bakı edadi məktəblərində
müəllimlik etmişdir. Divanbəyoğlu Azərbaycan Nəşri-maarif
cəmiyyətinin üzvü olub, 1905-ci ildə bir sıra başqa müəllimlərlə
bərabər bu cəmiyyətin düzəltdiyi ibtidai təhsil kurslarında
müəllimlik etmişdir. 1910-1912-ci illərdə Bakıda ikiillik pedaqoji
müəllimlər məktəbində dərs demişdir.
Maarif sahəsindəki işlə yanaşı Divanbəyoğlu ədəbi fəaliyyətini
də davam etdirmiş, "Can yanğısı" romanını, "Dan ulduzu" və
"Cəng" adlı hekayələrini yazmışdır.
Musavat hakimiyyəti zamanı xarici işlər nəzarətinin yazı-tərcümə
hissəsində, Azərbaycan sovetləşəndən sonra isə xarici işlər
Komissarlığında, eyni zamanda "Xalq maarifı" jurnalında xidmət
etmişdir.
1925-ci ildə Divanbeyoğlu Azərbaycan Dövlət Universitetinin
tarix fakültəsini bitirmişdir.
304
1920-26-cı illərdə Bakı Xalq Maarif şöbəsində təlimatçı olmuş,
pedaqoji məktəblərdə müdirlik etmişdir.
Uzun müddət (1923-1929) Azərbaycan Dövlət arxivində müdir
olmuş və "Azərbaycanı Öyrənən Cəmiyyət" təşkil olunan gündən bu
cəmiyyətdə elmi iş aparmışdır. Onun Azərbaycan tarixinə aid bir
sıra tədqiqi məqalələri "Azərbaycanı Öyrənən Cəmiyyətin xəbərləri"
jurnalında çap olunmuşdur. Divanbəyoğlu 1929-cu ildə Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstiturunda tarix-etnoqrafıya şöbəsi rəyasət
heyətinin üzvü seçilmiş, Azərbaycan xəritəsinin yaranmasına
rəhbərlik etmişdir.
1930-cu ildən başlayaraq, Divanbəyoğlu Elmlər Akademiyasının
Azərbaycan şöbəsində elmi işçi sifəti ilə çalışmış, Azərbaycan Neft
İnstitutunda dərs demişdir. A.Divanbəyoğlu 1936-cu ildə Bakıda
vəfat etmişdir.
Abdulla bəy Divanbəyoğlu az yazan, səliqəli yazan
yazıçılardandır. O da, Səhhət kimi, Qərb ədəbiyyatını sevmiş,
mütaliə etmişdir. Rusca mükəmməl, davamlı təhsil gördüyündən
əsərlərinin çoxunu rusca yazmışdır. Üslubunda rus dilinin, rus ifadə
xüsusiyyətlərinin təsiri aydın görünür. Divanbəyoğlu ədəbi
yaradıcılığa 1904-cü ildən "Duman" adlı hekayə ilə başlamışdır.
1
Əlimizdə ancaq əsərin bir hissəsi, natamam bir dəftər vardır.
Əsərdə bir mülkədar ailəsi Rüstəm bəy və oğlu Həmid bəyin
təsərrüfatçılığı, malikanəni idarə etmələri təsvir olunur.
Məişət, adi həyat səhnələri ilə yanaşı, Həmid bəyin öz bibisi qızı
Səyyarə xanıma sevgisi verilir. Müəllif qəribə bir üsul götürmüşdür.
Ən sevincli və fərəhli vəziyyətlər və ən kədərli vəziyyətlər eyni
zamanda, bir-biri ilə çarpazlaşmış şəkildə verilir. Hətta bu zidd
əhvali-ruhiyyələr, eyni zamanda, bir ailədə, bir şəxsin başında
cəmlənir. Qəlb bu hadisələri
elə təbii və elə səmimi yaşayır ki, biz bunların heç birinə şübhə
etmirik.
1 Əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir.
305
Evdə matəmdir. Həmid bəyin anası Sədəd (Səadət) xanım
ölmüşdür. Ev gələnlərlə doludur. Həmid bəyin bibisi təziyəyə gəlib,
gənc qızı Səyyarə xanımı da özü ilə gətirmişdir. Heç kəs Həmid bəyi
ovuta bilmir. Səyyarə xanım dayısı oğlunun ağlamasına dözmür.
Qolundan yapışıb başqa otağa aparır, taxt üstündə əyləşdirir, dəsmal
ilə onun göz yaşını silir. Gənc, gözəl Səyyarənin hərarətli əlləri
Həmid bəyin əlinə toxunduqca, incə, zərif, mehriban səsi eşidildikdə
Həmid bəyin vəziyyəti dəyişir. Qızın ərkyanə və cəsarətli nəvazişləri
Həmid bəyin qəmlərini dağıdır: "Səyyarə xanımın qoşa dağ kimi
duran döşləri dərya ləpəsi təki çalxalanırdı. Onun şam əlləri hərdən
bir Həmid bəyin əllərini büxtiyar sıxırdı. Can alan gözləri yaşlar ilə
doldu, amma uzun kipriklər qoymadılar axmağa, Həmid bəyin ürəyi
sıxılırdı, qanı qaynayırdı.
" - Səyyarə, dünya mənim üçün ikibaşlı əjdaha olubdur. Qəzadan
mənimki dönübdür, çərxim tərsinə dolanır. Qurt təzə almanı içindən
oyan kimi, qəm və qüssə mənim ömrümü yeyir. Fələkdən mənə bir
xoş gün doğar-doğmaz bilmirəm. Doğsa o gün sənsən...".
1
Yavaş-yavaş alovlanan məhəbbət müsibətə, matəmə qalib gəlir.
Əvvəl özünü "fəlakətdə", bədbəxt sayan, hər şeyin əziz ana ilə
getdiyini, bitdiyini güman edən Həmid bəy daxilən, qəlbən qüvvət
kəsb edir. Məhəbbət - Səyyarə onu həyata, gələcəyə, işə daha
möhkəm bağlayır.
"İlan" hekayəsi kəndistan məişətindən alınmışdır. Müsəlman
ailələrində hökm sürən köhnə adət və etiqadlar bəzən dəhşətli və
bəzən gülünc nəticələrə səbəb olur. Guya ilanın yeddi yoldaşı olur.
Kim birini öldürsə, qalan altı ilan qatili izləyəcək, fürsət tapıb onu
sancacaqdır. Odur ki, bir ilan öldürən,
1 "Dəbistan", 1906, № 7.
306
ya ilanın başqa yoldaşlarını da öldürməli, yaxud ömrü boyu
qorunmalı, ehtiyat etməlidir. Bəzən bu "ehtiyat" o qədər qüvvətli
olur ki, insanın xasiyyətinə keçir, cəsur, igid bir adam, puç etiqad
ucundan vasvası, qorxaq, səksəkəli bir adam halına düşür.
Divanbəyoğlunun bu əsəri mövzu etibarilə Hötenin "Ərdo Məlik"
əsərinə çox oxşayır.
1
Burada təsvir olunan ata xasiyyətcə "İlan"
hekayəsində Əhmədin anası Huri xanıma oxşayır. Hekayədə Kazım
adlı bir nökər təsvir olunur. Kazım savadsız, elmsiz, yüksək mühit
və zövqdən uzaq bir iş adamıdır. Ancaq həyat, iş, məişətin özü
Kazımı Aslan bəydən də, Huri xanımdan da ayıq, həqiqətçi etmişdir.
Heç kəs onu bu etiqada inandıra bilmir. O, xanımının uşağını xilas
etmək üçün ilanı öldürmüşdür və hər zaman, harada olur-olsun,
gördüyü ilanı öldürür. Kazım çox sadə və doğru düşünür. İlan
zəhərli, ziyankar canlıdır. Hər kəsin vəzifəsi ilanı öldürınəkdir. Huri
xanım isə ilan öləndən sonra həyəcan keçirir. İlanın yoldaşlarının
"intiqam" alacağını güman edir. Kazım xanımının etiqadına gülür:
"-Vallah xanım, ömrümdə yüzdən artıq qızıl ilan, qara ilan
öldürmüşəm... Bax, yenə səlamətəm. Öldürəndə məni çalıb
öldürəcəklər... Huri xanım:
- Səbəb bu ki, Əhməd səbəb olmasa, sən də öldürməzdin.
- İlan miravoy sudya deyil ki, səbəb axtara. Bir də mən ilanı
səbəbsiz, rast gələndə öldürürəm. Heç çomağı olardan əsirgəmirəm.
İlanın ağına da lənət, qarasına da. Hamısı bir kafirdir. Səbəbin
istəsələr bu da mənim səbəbim...".
Bu bir neçə kəlmədə xanımın, xüsusilə Kazımın xasiyyəti aydın
olur.
1 Bax: A.Səhhət. Məğrib günəşləri, Bakı, 1912, II hissə, səh.13.
307
Bu hekayə ədibin birinci əsərinə nisbətən yığcam, müxtəsər
yazılmışdır və müəyyən əxlaqi bir mövzunu yaxşı əks etdirir.
Ədibin əlyazmaları içərisində "Ərdoy dərəsi"
1
adlı bir böyük
hekayənin natamam surəti vardır. Bu hekayənin başlanğıcı əfsanəvi
üslubdadır. Hekayədə bir dərəyə "Ərdoy" adı verilməsinin tarixçəsi
söylənir. Ancaq bu sadəcə üsul, qurulmuş fənddir. Əsas məsələ
köçərilərin, dağ kəndlilərinin həyatının təsviridir. Əsərin nə zaman
yazıldığı məlum deyildir. Ancaq bu hekayə üsbul və məfkurə
etibarilə "Can yanğısı"na daha yaxındır. Deməli, ədibin
yaradıcılığının ikinci, romantik dövrünə aiddir. Dilican yaylağı,
buraya gələn çobanlar, ilxıları dağın saf, sağlam təbiəti, kəndin təbii
gözəllikləri əsərdə başlıca yer tutur. Hekayənin qəhrəmanı
Köçərioğlu Köçərlidir. O, şəhərdən, gurultudan bezmişdir:
"Ömrümün bu yayını göy dağlar belində, soyuq bulaqlar üstündə,
çobanlar arasında, mələr mal-qoyun içində keçirmək istəyirəm.
Könül dumanlı dağları, şehli otlan, göy gurultularını, göz
qamaşdıran şimşəkləri arzu edir. Könlüm havalanıb məni oraya
aparır".
Kənd, təbiət qucağı zəngin, əlvan, tərifli sifətlərlə verilir. Bu
həyat qəhrəmanın ən böyük arzusudur. O bu həyatı "məhliqalara"
belə dəyişməz. Qanadlanmış könlü orada, ancaq orada rahatlıq və
təsəlli tapır.
A.Divanbəyoğlunun ən mükəmməl və qüvvətli əsəri "Can
yanğısı" adlı romandır.
2
Bu əsər quruluşu, təhkiyə üsülu etibarilə,
həm köhnə tərcümə əsərləri olan dini məzmunlu "Xavərnamə",
"Muxtarnamə", "Həmzənamə", "Rüstəm Söhrab"lardan, həm də
yeni yazılmış bir sıra aşiqanə roman-
1 Əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir.
2 Can yanğısı, Bakı, 1914.
308
lardan
1
fərqlənir. Əsər dərin və odlu məhəbbətin, səmimi bir eşqin
sərgüzəştinə həsr olunmuşdur.
Əhvalat 30 il səhralarda, dağlarda sərgərdan gəzən bir fələkzədə
dərvişin, cəmyyətdən kənar romantik bir simanın dilindən söylənir.
O, təbiətin qoynunda görüb sevdiyi və oradaca itirdiyi gözəl
Ruqiyyənin macərasını yanıqlı bir dil ilə danışır. Ancaq dərviş
yalnız aşiq deyildir. O eyni zamanda, özünə görə bir mütəfəkkir,
həssas və ağıllı adamdır. O özünün də, Ruqiyyənin də faciəsini
ictimai quruluşda görür: "Ruqiyyə, elə fikir etmə ki, başqa yerdə
adamlar ölüm, zillətdən qeyri özgə bir şey bilirlər. Siz burada allahın
qoltuğunda, dağların başında hər kəs özünə şah kimi dolandığı
halda, orada (yəni şəhərlərdə - M.C.) varlı, yoxsullar bir-birinə
dolaşaraq əhalinin bir hissəsini edib sultan, o biri hissəsini qul,
möhtac... Bundan zülm törəyir. Bu səbəbə adam adamı canavar olub
yeyir...".
2
"Can yanğısı" bir çox cəhətdən dövrü üçün xarakter əsərdir.
Buradan Viktor Hüqo romantizminin, xüsusilə J.J.Russo
baxışlarının təsiri açıq görünməkdədir. Burada ictimai mühit çirkablı
bir adam kimi, təmiz adamların qatili kimi təsvir olunur. Şəhər,
texnika, mədəniyyət, müasir ictimai əlaqələr pislənir. Bunlara qarşı
kənd iddilliyası, saf təbiət, ibtidai əkinçilik, maldarlıq həyatı, köhnə
kənd idealizə olunur. Kənd şəhərə, keçmiş indiyə, təbiət texnikaya,
xəyal həqiqətə, arzu vəziyyətə qarşı qoyulur. Ruqiyyənin ailəsi və
kəndi parlaq və yüksək bir nümunə kimi görünür. Ruqiyyə,
müəllifın fıkrincə, bu gözəl aləmin timsalıdır. "Mədəni" insan isə bu
pak məxluğu zədələyir, pozur, öz pis əxlaqı ilə məhv edir.
Ruqiyyənin
1 "Solğun çiçəklər" (Ə.Səbri), "Eşq və həvəs" (Səbribəyzadə), "Xoşbaxtlar" (İbrahimbəy
Musabəyov), "Bədbəxt milyonçu" (M.S.Ordubadi) və s...
2 A.Divanbəyoğlu. Can yanğısı, Bakı, 1914, səh.24.
309
atası şəhərdə bir gün qalandan sonra deyir: "Belə yerdə partlaram.
Mən gedəcəyəm. Qara meşə qabağımda, göy dağ başımın üstündə
olmasa, qara naxırın, ağ sürünün mələrtisini, göyün şaqqıltısını,
gurultusunu eşitməsəm, mən dolana bilmərəm. Bunlarsız dolanına
mənə haram olar... Burada mən yata bilmərəm. Niyə? O yanda
malın göyşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. Necə qalım?
Başım üstündə yarpaq-yarpaq ilə danışırmı? Ayaqlarım altında otlar
xışıldayırmı?".
1
Əsərdə bu meyl ilə yeni, "mədəni" cəmiyyətdə yaranan duyğular
qarşı-qarşıya gəlir. Əhmədlə Ruqiyyə, şəhərli ilə köçəri ailə arasında
təsadüfən yaranan məhəbbət birliyi, ünsiyyət fənaya uğrayır.
Ruqiyyəni dəlicəsinə sevən, onun üçün canından keçən Əhməd,
məqsədinə nail olandan sonra, köçəri həyatı ilə, dağlar, sular, oba
həyatı ilə təmin olunmur. O, şəhərə qayıtmaq istəyir. Əhmədin
məhəbbəti vətən sevgisi ilə vuruşmağa başlayır. Əhmədi bikef görən
Ruqiyyə səbəbini soruşur. Əhməd gizlətmək istəyir:
" - Dərdim böyükdür, sən çəkə bilməzsən.
- Sən ilə bərabər birə on olsa da taqətim var.
- Böylə dərd üçün yaranmayıbsan, əzizim.
- Yox, özgə dərdin olsaydı deyərdin. Sən məni daha sevmirsən, -
deyib əlləri ilə üzünü örtüb ağladı, barmaqlarının arasından mərmər
arasından su tökülən kimi yaş axdı. Ürək verib Ruqiyyəni kiritdim.
- Ruqiyyə, - dedim, vətənim yadıma düşübdür...".
Əhməddə vətən hissi get-gedə qüvvətlənir, Ruqiyyənin
məhəbbətini arxa plana keçirir. Ruqiyyə buna heyrət edib soruşur ki,
vətəndə kimin vardır? Əhməd cavabında deyir ki, vətənə məni çəkən
heç kimim yoxdur. Məni çəkən oranın
"havası, suyu, dağları, daşları, torpağı, ömrümün ibtidası... nə bilim
nədir. Anlamıram... Mən gedəcəyəm, Ruqiyyə"
1
.
1 A.Divanbəyoğlu. Can yanğısı, Bakı, 1914, səh. 26.
1 A.Divanbəyoğlu. Can yanğısı, Bakı, 1914, səh.19.
310
Bu cavab qəhrəmanın qəlbində dərin kök salmış böyük duyğunu
- vətən məhəbbətini və bu məhəbbətin qalib gəldiyini göstərən son
və qəti hökmdür. Əsərdə başdan-başa bir "yanğı", bir aləm, ürək
çırpıntısı hiss olunur. Ruqiyyə savadsız kəndli, köçəri olsa da, pak,
dərin məhəbbətli bir qızdır.
Əhmədin - şəhərdən gələn bir adamın Ruqiyyənin ailəsinə
gətirdiyi bu tale bütün köçəriləri əsəbiləşdirir, hamısı deyir:
"Bu adam gələn yollara niyə daşlar döşənmədi?". Ruqiyyədən
çəkinməsəydilər, oğlanı tikə-tikə doğrardılar". "Nə qədər olsa, yenə
Ruqiyyənin əridir" deyirdilər.
"Can yanğısı"nda inkişaf etməkdə olan sənaye kapitalizmi
şəhərinin istismar, riya, ikiüzlülük kimi çirkin xüsusiyyətləri küskün
bir gəncin zövqü, görüşləri dairəsindən tənqidə tutulur. Biz Ruqiyyə
və Əhməd kimi saf qəlbli, sadə və səmimi insani duyğularla yaşayan
gənclərin həyatı ilə qismən məhdud dairədə tanış oluruq. Onların
məhəbbətinə mane olan əngəllərə qəzəblənirik. Əhməddəki vətən
məhəbbətinin daha da dərinləşəcəyinə, qalib gələcəyinə, qəhrəmanın
sadə etirazçıdan, küskün və mərdümkiriz bir aşiqdən fəal və mübariz
bir vətəndaşa çevriləcəyinə inanırıq.
Dostları ilə paylaş: |