Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

 

В  статье  рассматриваются  вопросы  связанные  с  классификацией 

речевых актов. Исследуются на основе теории речевых актов такие типы речи, 

как  чужая речь, прямая речь, косвенный речь, авторский речь, корректная ре-

чь, некорректная  речь.  Классификация видов речи в одном случае проводит-

ся по критерии непосредственного автора речи, в другом случае по семантике 

высказывания.  

 

G.Abbasova 



About types of speech acts 

Summary 


 

The article studies question related with the classification of speech acts. The 

study of types of speeches is carried out on basis of theory of speech acts such as 

direct and indirect speech, author’s speech, semi-direct speech, periodic speech, 

represented speech. Classification of speech types in one case are carried out 

according to criteria of the author’s speech in other case on semantics of discourse. 

 

Rəyçi:                       İradə Şəmsizadə 



                      filologiya üzrə fəlsəfə  doktoru, dosent 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



184

İRADƏ MƏHƏRRƏMOVA 

BDU 

irada@mail.ru 

 

ŞAGİRDLƏRDƏ RABİTƏLI NİTQİN İNKİŞAFI MƏQSƏDİLƏ 

APARILAN İŞLƏR HAQQINDA 

 

Açar sözlər: nitq, yazılı nitq, şifahi nitq, rabitləri nitq, monoloq, dialoq, poliloq 



Ключевые слова: речь, устный речь, письменный речь, связная речь, 

монолог, диалог, полилиог 



Key words: connected speech, dialog, monologue, communication, method 

 

Ünsiyyət prosesində  iştirak edənlərin nitq bacarıqları ilə bilavasitə bağlıdır. 



Bu prosesin davamlı  və  uğurlu olması nitq aktlarının düzgün, anlaşıqlı  və başa 

düşülən  şəkildə qrulmasını, həmçinin iştirakçıların (adresant və adresatın) danışıq 

zamanı bir-birinə münasibətinin müsbət planda inkişaf etməsini tələb edir.  Qeyd 

olunan cəhətlər tədris prosesində diqqət mərkəzinə  çəkilir və nitq praktikasında 

nəzərə alınır. Orta məktəblərdə  şagirdlərin rabitəli nitqinin inkişaf etdirilməsi ilə 

bağlı aparılan bütün işlər bu məsələlərin həllinə xidmət edir. Rabitəli nitqin inkişaf 

etdirilməsi üzrə orta məktəblərdə aparılan işlərin əsas dairəsini müəyyənləşdirmək 

üçün rabitəli nitq anlayışını aydınlaşdırmaq lazım gəlir.  

Rabitəli nitq bir mənbədə üç mənada - 1) danışanın fikrini izah etməyə 

yönəlmiş  fəaliyyəti (rabitəli nitq prosesi); 2) ifadə, cümlə, mətn (rabitəli nitq 

fəaliyyətinin məhsulu); 3) metodikanın nitqi inkişaf etdirməklə bağlı bölməsi kimi 

izah olunur (1, 78). Terminoloji planda rabitəli nitqin bu şəkildə izahı ona müxtəlif 

prizmalardan yanaşmadan irəli gəlir. Yəni burada həm rabitəli nitq fəaliyyəti, həm 

onun məhsulu, həm də onun öyrənilməsi ilə bağlı sahənin adı eyni terminlə ifadə 

edilir. Rabitəli nitq kommunikasiya aktıdır və bu aktın nəticəsi anlaşılan olmalıdır. 

Rabitəli nitq müşahidə  və  təsəvvür olunan, eşidilən, təfəkkürdə canlandırıla bilən 

hər hansı bir hadisəyə bitmiş fikrin dəqiq, düzgün, dolğun, məntiqi ifadəsidir (2). 

Nitqin nisbi və ya tam bitməsi amili ikili səciyyə daşıyır. Bu isə rabitəli nitq 

məhsulunu nəzərə almaqla bağlıdır. Nitq prosesində predikasiyası olmayan nitq 

hissələri də bir-biri ilə bağlılıq və ya müəyyən məna yaratmağa görə tamamlanır. 

Məsələn, söz birləşməsi sözlə müqayisədə yeni mənanın formalaşması ilə seçilir. 

«Şirin» və «çay» sözlərinin yanaşması  əsasında formalaşan «şirin çay» tərkibdəki 

iki sözün ayrı-ayrılıqda götürülmüş  mənalarından fərqli məna verir və bu məna 

qismən genişdir. Bu baxımdan rabitəli nitqin hissələri kimi ifadə, söz birləşməsi, 

cümlə  və  mətn götürülür. Mətn daha yüksək tərtibə aid vahiddir. Məsələyə  mətn 

dilçiliyi istiqamətindən yanaşsaq kontekst də rabitəli nitq hissəi kimi qəbul oluna 

bilər. Rabitəli nitqin inkişafı onun hissələrinin yaradılması bacarıqlarının da inkişaf 

etdirilməsini nəzərdə tutur. Şagirdlərdə rabitəli nitqin inkişaf etdirilməsi üçün 

aparılan işlərdə qeyd edilən məsələlr nəzərə alınır. Ibtidai siniflərdə rabitəli nitqin 

ən kiçik hissələrinin formalaşdırılması  məsələləri tez-tez qoyulursa, yuxarı 

siniflərdə fikrin ifadə olunmasında predikativi olan vahidlər səviyyəsində  işin 

aparılması daha çox lazım gəlir. Bütün hallarda rabitəli nitq fikrin qrammatik və 

kommunikativ düzgün və ardıcıl ifadə olunması  tələbini nəzərə alır. Ifadə rabitəli 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



185

nitqin ilkin vahidlərindən biridir. Rabitəli nitqin əsasında söyləniləcək ümumi fikrin 

mənalı vahidlərinin formalaşdırılması və onların bir-biri ilə əlaqələndirilməsi durur 

(3, 16).  

Nitqin  əşyaları, hal-hərəkəti, vəziyyəti,  şəraiti, zamanı  və sairəni konkret 

adlandırmaq, sözlər vasitəsi ilə ümumləşdirmə aparmaq, ünsiyyətə xidmət etmək 

kimi funksiyaları vardır (4, 42).   

Nitqin iki növü vardır. Nitqin hər iki forması bir-biri ilə sıx əlaqədardır, biri 

digərinin mövcudluğunu tənzimləyir. Nitqin iki növü olduğu kimi rabitəli nitqin də 

iki növü vardır: 1) şifahi rabitəli nitq; 2) yazılı rağbitəli nitq. Bu iki növ arasındakı 

fərq nitqin canlandırılma formasındadır. Belə nitq formalarının inkişafı  nəzərdə 

tutulduğundan  şifahi nitqdə orfoepiya və intonasiya məsələləri, yazılı nitqdə isə 

orfoqrafiya, qrammatika və üslub məsələləri ön planda durur. Deməli rabitəli nitq 

üzrə aparılan işlər bu nitqin hansı növünün inkişaf etdirilməsindən asılı olaraq 

qurulur. Orta məktəbdə  tədris prosesində ev tapşırıqlarının,  əsasən, yazılı yerinə 

yetirilməsi, bu tapşırıqlarda qrammatika və orfoqrafiya qaydalarının düzgünlüyünə 

ardıcıl diqqət verilməsi yazılı rabitəli nitq üzrə  işlərin bir növünün ev tapşırıqları 

olmasını təsdiq edir.  

Rabitəli nitqin inkişafı  şagirdlərin hansı sinifdə oxumasından asılıdır. Ay-

dındır ki, ibtidai siniflərdə  məsələyə bir istiqamətdə, yuxarı siniflərdə başqa isti-

qamətdə yanaşılır.  

Şifahi nitq prosesində müxtəlif sayda iştirakçı olur. Ünsiyyət iştirakçılarının 

sayından asılı olaraq bu nitqin monoloq, dialoq və poliloq növləri fərqləndirilir.   

Müəyyən  şəraitdə baş verən ünsiyyətin, kommunikasiya prosesinin 

iştirakçıları olur. Həmin iştirakçıların sayı  ən azı bir olmalıdır. Bir halı  fərdin öz-

özü ilə nitqi halına uyğun gəlir. Danışanın özünə  və ya başqalarına müraciətlə 

söylədiyi nitq monoloqdur. Monoloq mürəkkəb sintaktik quruluşa malik olub daha 

geniş mövzunu əhatə edir. Monoloq həm yazılı, həm də şifahi nitqə xasdır.  

Iki  şəxs arasında baş verən nitq dialoq adlanır. Dialoji hökm dilin danışan 

tərəfindən müəyyən praktik və kommunikativ məqsədlərə çatmaq üçün istifadə 

olunan əsas və ən təbii formasıdır.  

Dialoqda iştirak edən diktorların hər birinin danışığı birbaşa digər diktora ün-

vanlanır. Dialoq qısalığı, yığcamlığı, sintaktik quruluşun nisbi sadəliyi ilə seçilir. 

Dialoq iştirakçılarının nitqi, bir qayda olaraq, bir-birinə bağlanır. Danışıq dilində, 

bədii ədəbiyyatdakı dialoqlarda yarımçıq cümlələr çox olur. Dialoq struktur və ya 

məna rabitəsi ilə əlaqələnən replikalar məcmusudur.   

Ikidən artıq  şəxs arasında baş verən nitq poliloq adlanır. Poliloqda diktorlar 

növbələşmiş  şəkildə nitq aktında iştirak edirlər. Poliloqun müxtəlif diktorlara 

məxsus iki ardıcıl nitq aktı dialoq təşkil edir. Poliloq şəklində keçən nitqdə 

diktorlardan biri və ya digəri müəyyən müddət nitqin iştiakçısı olmaq baxımından 

passiv mövqedə dura bilər. O, nitq aktında iştirak etmir. Poliloqun belə hissələri də 

dialoq təsiri bağışlayır.  

Orta məktəbdə şagirdlərin rabitəli nitqinin inkişaf etdirilməsi üçün nitqin hər 

üç növündən istifadə olunur. Buradan belə  nəticə  çıxır ki, rabitəli nitqin inkişaf 

etdirilməsi üzrə aparılan işlər bu prosesdə  iştirak edənlərin sayından asılı olaraq 

monoloji, dialoji və poliloji rabitəli nitqə aid işlərə bölünür.  



 

Filologiya  məsələləri – №5, 2014

 

 



186

Monoloji rabitəli nitqin inkişaf etdirilməsi üçün müəllim şagirdin müəyyən möv-

zu, hadisə, obyekt ilə bağlı öz fikirlərini söyləməsi üzrə işlər aparır. Bu tipli işlərin də 

üç növü vardır: 1) monoloji nitqin mövzusu qabaqcadan şagirdə verilir və şagird həmin 

mövzuda danışmağa hazırlaşır; 2) monoloji rabitəli nitq şagirdə  əvvəllər məlum olan 

mövzu üzrə aparılır( məsələn, keçilmiş  əsərin məzmununu danışmaq); 3) monoloji 

rabitəli nitq şagirdə fikirləşmək üçün vaxt verilmədən aparılır (5, 89).  

Rabitəli monoloji nitqin inkişafına aid işlərin qeyd olunan növləri də müəyyən 

alt növlərə bölünür. Həmin alt növlər mövzunun seçilməsi və ya istifadə edilən 

vasitdən asılıdır. Məsələn,  şagirdə müəyyən  şəkil verili rvə  həmin  şəkildə  təsvir 

olunan barədə danışmaq tapşırılır. Yaxud şagirdə konkret mövzu verilir və bu  

mövzu barədə danışmaq tapışırılır (bizim sinif, ədəbiyyat dərsi və s.).  

Metodikaya aid ədəbiyyatda  şəkil üzrə danışmaq bir çox məsələlər üzrə 

tədiqiq edilir. Şəkilin sadəcə təsvir olunması və şəkil əsasında müəyyən sücetli bir 

danışığın qurulması bir-birindən fərqlənir. Kiçik yaşlarından başlayaraq  şəkil üzrə 

danışıqların təşkili bir sıra məqsədləri nəzərdə tutur. L.V.Saxarnıy göstərir ki, şəkil 

üzrə danışıqlar  şagirdlərdə müşahidə qabiliyyətini artırır, təxəyyül və  təsəvvürü 

inkişaf etdirir, yaradıcı danışmağa meyli gücləndirir (6, 21).    

Şəkil üzrə nəqletmə zamanı şəkil şagirdlərin düşüncəsini, hissini oyadır, emo-

sional mühit yaradır, uşaqda  şəkildə  təsvir olunana sərbəst münasibət bildirməyə 

həvəs yaranır. M.Kərimova bu məsələ ilə bağlı göstərir ki, şəklin uşaqda oyatdığı 

təəssürat düzgün istiqamətləndirilmədikdə onun canlı nitqlə ifadəsi ik-üç rabitəsiz 

cümlədən ibarət olur. Çünki şəklin ilk müşahidəsi bir neçə qabarıq və tez gözə 

çarpan təsvirin ifadəsi ilə tamamlanır. Müəllif istifadə olunan şəkillərin üç növünü 

ayırır: 1) Bir əşya, hadisə, prosesin təsvirinə aid şəkillər; 2)Müəyyən  əşya və 

hadisənin yalnız bir xarakterik əlamətinin  əks olunduğu  şəkillər; 3) Bir əşya və 

hadisəni tamamlanmış (geniş) əks etdirən seriya şəkillər (2).  

Monoloji rabitəli nitqin şəkil üzrə nəqletmə yolu ilə inkişaf etdirilməsi zamanı 

aparılaen iş yaş  səviyyəsindən asılı olaraq fərqlənir. Yuxarı siniflərdə  şəkil üzrə 

nəqletmədə yalnız şəkildə görünənlər haqqında deyil, şəklin oyatdığı hisslər, yada 

saldığı mövzular, şəkildəki vəziyyətdən əvvəl və sonra ola biləcək hadisələr barədə 

danışmaq da tələb olunur. Belə halllarda şagirdlərin monoloji nitqi daha çox inkişaf 

edir, onlar nitq prosesində daha çox leksik vasitədən istifadə edirlər.  

Monoloji rabitəli nitqin verilmiş plan əsasında aparılması da ayrıca bir növ 

təşkil edir. Bu halda monoloq plana əsasən ardıcıl qurulur. Müəllim monoloqun 

həcmini nəzərə alaraq hər bir planın təqribən neçə cümlə ilə  əhatə olunmasını 

qabaqcadan müəyyənləşdirə bilər. Ümumiyyətlə, rabitləi nitqin inkişaf etdirilməsi 

üçün hadisə, predmet və obyekt haqqında məlumatın müxtəlif sayda cümlələrlə 

verilməsi də təcrübədə ayrıca iş kimi dəyərləndirilir.   

Dialoq ünsiyyət  şəraitindən, kommunikativ aktda iştirak edənlərin bir-birinə 

münasibətindən, bir-birini tanımasından, danışıq mövzusunu bilməkdən və s. asılı 

olaraq müxtəlif şəkillərdə baş verir. Rabiəli nitqin inkişafı üzrə təşkil olunan dialoq-

larda  şagird-şagird,  şagird-müəllim prinsipi tətbiq oluna bilər.  Şagirdlə müəllim 

arasındakı nitq prosesində  tərəflərin statusları  fərqlənir. Lakin iki şagirdin bir-biri 

ilə daioluqunda iştirakçıların statusları eyni olur. Bu cəhət nitqə nəzarətə müxtəlif 

cür təsir edir. Müəllimlə dialoq prosesində  şagird nitqinə daha çox nəzarət edir. 

Oxşar situasiya qızla oğlan arasındakı dialoqda da özünü göstərir. Deməli dialoji 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



187

rabitəli nitq üzrə aparılan işlərin dialoq iştirakçılarının statusu və cinsindən asılı 

olaraq ayrılan növləri də vardır. Dialoji rabitəli nitq üzrə  işlər də  mövzuya,  mov           

zuya hazırlıq vaxtına, əyani vasitədən istifadə olunmasına görə fərqli növlərə bölü-

nür. Nəhayət dialoji rabitəli nitqin iki formada qurulması özünü göstərir. Birinci 

forma dialoqun sual-cavab sxemi üzrə qurulmasıdır. Digər formada dialoq mövzu 

ətrafında danışıq şəklində həyata keçirilir. Belə dialoji nitqdə də suallardan istifadə 

oluna bilər. Lakin sual az olmalı, dialoqu sual-cavab forması almamalıdır.  

Dialoqun aşağadakı xüsusiyyətləri vardır: 1) danışanların dəyişməsi heç bir 

qanunauyğunluğa tabe deyildir; 2) hər anda yalnız bir nəfər danışır; 3) replikaların 

mübadilə qaydası  dəyişkəndir; 4) danışığın uzunluğu qabaqcadan təyin oluna 

bilmir; 5) fikir əvvəlcədən məlum olmur; 6) dialoq fasiləsiz və  kəsilən ola bilər.  

Bura başqa xüsusiyyətlər də daxil etmək mümükündür. Rabitəli nitqin inkişaf 

etdirilməsi üzrə aparılan dialoji nitqdə  şagirdlərin adi danışıq dili dialoqlarında 

olduğu kimi bir sözlə və ya yarımçıq cümlələrlə danışmasına məhdudiyyət qoyulur. 

Belə olmadıqda rabitəli nitqin inkişafı üçün nəzərdə tutulan məqsədə tam nail 

olunmur.  Şagirdlər cümlə qurmaq, cümləni genişləndirmək üzərində düşünmürlər. 

Rabitəli nitqin inkişafı  şagirdlərin söz ehtiyatlarının zənginləşdirilməsi, onların 

cümlənin müxtəlif növlərindən istifadə etməsini əhatə edir.  

Dialoq suala cavab və sual vermək, hər hansı bir mövzu ətrafında fikir yürüt-

mək, mühakimə irəli sürmək və onu müxtəlif arqumentlərlə əsaslandırmaq, fikrini 

başqalarına təlqin etmək, nəyəsə inandırmaq, nəyisə öyrənmək və dəqiqləşdirmək, 

müsahiblərin fikirlərini dinləyib münasibət bildirmək, nəhayət məişət ünsiyyəti sax-

lamaq kimi funksiyaları yerinə yetirməlidir.  

Rabitəli nitqin inkişaf etdirilməsi məqsədilə aparılan dialoji danışıqlarda 

mövzuda mübahisə doğuran, fərqli münasibət formalaşdıran məsələlərin olması 

əhəmiyyət kəsb edir. Müəllim bunu dialoji rabitəli nitq mövzusunu seçərkən nəzərə 

almalıdır.   

Rabitəli nitqin inkişaf etdirilməsi üzrə aparılan işlər sırasında poliloqlar da xü-

susi yer tutur. Qeyd olunduğu kimi, poliloqda iştirakçıların sayı ikidən artıq olur. 

Bu cəhət danışıq prosesində adresantın bir, adresatların isə ikidən artıq olması əsas 

amildir. Nitqin bir nəfərə və ya bir neçə nəfərə ünvanlanması danışığın özünəməx-

sus xüsusiyyətidir. Poliloqda rabitəli nitqə xas olan bu xüsusiyyəti inkişaf etdirmək 

imkanı artır. Poliloq söhbətə qoşulmaq kimi vacib bir nitq reaksiyasını da inkişaf et-

dirir. Poliloqda mövzunun dəyişdirilməsi imkanları da genişdir. Mövzunun dəyiş-

dirilməsi rabitəli nitqin inkişaf etdirilməsində müəyyən mərhələ təşkil edir. Mövzu-

nu necə dəyişməyin mümkün olmasını hiss etmək və bu zaman kommunikativ niy-

yətin ünsiyyətin digər iştirakçılarına təsirini qabaqcadan planlaşdırmaq bacarığı 

müəllimlə uşaqlar arasında əlavə söhbətlər zəminində mümkündür. Qeyd etmək la-

zımdır ki, rabitəli nitqin bu və ya digər növü üzrə iş aparmaq həmin növlərlə bağlı 

məlumatların, biliklərin də verilməsini tələb edir. Bunun üçün müəllim bədii  ədə-

biyyatlardan müzxtəlif nümunələr seçi rvə həmin nümunələri şagirdlərlə birgə təhlil 

edir. Təhlil prosesində sualların qoyuluşu, mövzunun dəyişdirilməsi, konkret adre-

sata müraciət, adresatı  dəyişdirmək, suala cavabdan yayınmaq, fikri inkişaf etdir-

mək kimi məsələlər nəzərdən keçirilir.  

Beləliklə, aydın olur ki, rabitəli nitqin inkişaf etdirilməsi üzrə işlər müxtəlif və 

rəngarəngdir. Bu işlər sırasında monoloji və dialoji rabitəli nitqin inkişaf etdirilməsi 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



188

iki əsas növ olaraq ayrılır. Bu növlər mövzunun seçilməsindən, istifadə olunan əya-

ni vasitələrdən (məsələn, şəkil, vizual görünən mənzərə), movzuya hazırlıqdan, işti-

rakçıların statusundan, cinsindən asılı olaraq yarımnövlərə bölünür.  

 

Ədəbiyyat 



 

1.  Цейтлин С.Н. Язык. Речь. Коммуникация. –СПб., Наука, 2006 

2. Kərimova M. Rabitəli nitqin inkişafı üzrə aparılan işlərdə uşaq baçası ilə məktəb 

arasında varisliyin imkanları  və yolları// http://rudocs.exdat.com/ docs/index-

7215.html?page=28 

3.  Смольяникова  Е.Н.  Связная  речь  (словосочетание)  и  грамматика. –СПб, 

2006 

4.  Qurbanov A. Ümumi dilçilik. Bakı, 1993 



5.  Ладыженская  Т.А.  Связная  речь//Методика  развития  речи  на  уроках 

русского языка. Москва, 1980 

6.  Сахарный Л.В. Человек и текст: две грамматики текста// Человек- Текст –

Культура. –Екатеринбург, 1994 

 

И.Магерамова 



О работах проводимые с целью развития связной речи у учащихся  

Резюме 


 

В статье описываются  некоторые виды работ по развитию связной речи 

учащихся.  На  основе  анализа  выявляется,  что  связная  речь  проявляется  в 

монологической и в диалогических формах. Обе формы речи в зависимости от 

выбора темы, от используемых средств (картинка, пейзаж и т. д.), от статуса и 

пола  участника  коммуникации  и  от  подготовленности  к  теме  делятся  на 

различные под виды.    

 

İ.Maharramova 



About work aimed on development of connected speech of students 

Resume 


 

The article studies questions of directions of work on development of 

connected speech of students. On the basis of analysis it reveals that the connected 

speech appears in monological and dialogical forms. Both forms depending on 

choice of a theme, used means (picture, scenery and etc.) status and gender of a 

participant of the communication and readiness to the theme are divided into 

various sub-forms 

 

Rəyçi:               Ofelya Piriyeva 



               filologiya elmləri namizədi, dosent  

 

Filologiya  məsələləri – №5, 2014

 

 



189

LEYLA YUSİFOVA 

AMEA, Nəsimi adına Dilçilik İnstitutu 

leylayusifova87@mail.ru 

 

İNGİLİS DİLİNDƏ “TO MAKE”, “TO GET”, “TO HAVE” 



FELLƏRİNİN  MƏCBURİYYƏT ANLAYIŞININ İFADƏSİNDƏ ROLU 

 

Açar sözlər: fellər, məcburiyyət, təsir, təsirlilik, kauzallıq, “to make”, “to get”, “to 

have”, subyekt, obyekt 



Key words: verbs, coercion, impact, transitivity, causality, “to make”, “to get”, “to 

have”, subject, object 



Ключевые слова: глаголы, принуждение, воздействие, транзитивность, 

причинность, “to make”, “to get”, “to have”, субъект, объект 



 

Məlumdur ki, ictimai ünsiyyət müxtəlif formalarda təzahür edir. Cəmiyyətdə 

insanlar arasında bərabərlik, tabelilik, asılılıq və bir sıra digər formalarda özünü 

göstərən münasibətlərin mövcudluğundan dolayı insan təfəkküründə müxtəlif an-

layışlar meydana gəlir. Belə anlayışlardan biri də  məcburiyyət anlayışıdır. Məc-

buriyyət nədir? 

Fəlsəfə tarixində məcburiyyət mövzusu hələ qədim dövrdən aktual olmuş və 

bu anlayışa yanaşma aspektləri zaman-zaman artaraq təkmilləşmişdir. Aristotel və 

digər qədim dövr filosoflarının yaradıcılığında bu anlayışın təbiət mənşəli fenomen 

kimi izah edildiyini müşahidə edirik (2.49-61). İlk dəfə sofistlər bu anlayışı sosial 

xarakterli fenomen (hadisə) kimi izah etmişlər. Daha sonrakı dövrlərdə-yeni dövrdə 

isə məcburiyyət anlayışına yanaşma daha ictimai, sosial, hüquqi mahiyyət kəsb et-

mişdir (bax 8). Deməli, məcburiyyət anlayışını bir neçə aspektdən izah edə bilərik. 

Qeyd etmək lazımdır ki, fərqli yanaşmalarda məcburiyyətin subyekt və obyektləri 

də fərqlidir. Əgər fəlsəfi kateqoriya kimi məcburiyyətə zorlama aktı kimi baxılırsa, 

psixoloji nöqteyi-nəzərdən məcburiyyət  şüura (iradə) yönəlmiş xarici təsirlər və 

məcbur edilmiş şəxsin öz istəyi və arzusunun əleyhinə hərəkətidir (4.10). Bu aspek-

tdə  məcburiyyətin subyekt və obyekti fərdlərdir. Özünüməcburiyyət də mümkün-

dür. Bu halda isə məcburiyyətin subyekt və obyekti üst-üstə düşür. Hüquqi aspek-

tdən yanaşdıqda isə məcburiyyətin subyekti dövlət, qanunlar, obyekti isə vətəndaş-

lardır. 

Məcburiyyət mürəkkəb struktura malik geniş  və mücərrəd anlayışdır. Çünki 

məcburiyyətin strukturuna yalnız onun subyekt və obyektləri deyil, eyni zamanda 

məcburiyyətin üsul və vasitələri, təsir prosesi, təsir şəraiti, məqsədlilik, nəticə və s. 

daxildir. 

Məcburiyyət həm də mücərrəd anlayışdır. Belə ki, bu anlayışın əsasında duran 

denotat gözlə görülməsi və  əllə toxunulması mümkün olan maddi varlıq deyil, 

birinin digərinin şüuruna yönəltdiyi təsir prosesi, məcbur olanın öz istəyi olmadan 

ona buyurulanı həyata keçirməyə məcbur olması prosesidir. 

Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində müəyyən rolu olan bu 

hadisənin dildə ifadəsinin öyrənilməsi linqvistik baxımdan, xüsusilə,  əhəmiy-

yətlidir. Məcburiyyət anlayışı dildə hansı vasitələrlə ifadə olunur? Bu anlayışın 

dildə ifadəsinin öyrənilməsində linqvistik baxımdan maraqlı  və  əhəmiyyətli olan 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



190

nədir? Qeyd etmişdik ki, məcburiyyət birinin digərinin istəyinin  əleyhinə onu 

özünün istəyinə müvafiq işi icra etməyə məcburetmə prosesidir. Bu proses isə şüura 

yönəlmiş  təsirlə bağlıdır. Linqvistik baxımdan maraqlı olan məhz həmin təsir 

prosesinin ifadə vasitələridir. Təsirdən, prosesdən söhbət gedirsə, deməli, burada 

qrammatik hərəkətlilik var. Dildə  hərəkətin  əsas ifadəçisi fellərdir. Bir qrammatik 

kateqoriya olaraq fel iş, hal, hərəkət bildirən nitq hissəsidir. Belə isə, haqqında 

danışdığımız təsir prosesi ya fellərlə, ya da feli kateqoriyalarla ifadə olunmalıdır. 

Yaxud haqqında danışdığımız təsir prosesini ifadə edən dil vasitələri ya fel, ya da 

felə  məxsus kateqoriya olmalıdır. Ona görə  də bu təsiri dildə bu və ya digər 

dərəcədə ifadə edə bilən to make, to get, to have fellərini tədqiq etmək, fikrimizcə, 

linqvistik baxımdan maraqlı  və  əhəmiyyətli olar. Bu dil vahidlərinin məcburiyyət 

anlayışın ifadəsində rolu nədən ibarətdir?  Şüura yönəlmiş  təsiri ifadə etdiyi 

məqamda bu dil vahidləri necə vahidlərdir? Məcburiyyət anlayışının ifadəsində bu 

və ya digər dərəcədə rolu olan hər üç dil vahidinin ümumi və fərqli xüsusiyyətləri 

hansılardır? Bu dil vahidləri şüura yönəlmiş təsiri leksik cəhətdən ifadə edir, yoxsa 

kateqorial olaraq? Bütün bunları aydınlaşdırmaq üçün, ilk növbədə, bu dil 

vahidlərinə leksik vahid kimi yanaşaraq onların leksik-semantik xüsusiyyətlərini 

araşdırmaq və ümumu şəkildə  təqdim etməyin vacib olduğunu düşünürük. Leksik 

vahid olduğunu iddia etdiyimiz hər hansı dil vahidini tədqiq etmək üçün müvafiq 

lüğətlərə müraciət etmək, fikrimizcə, daha məqsədəuyğundur. 

V. Müller və S. Boyanusun “İngiliscə -rusca lüğət”ində  “to make” felinin 

ilkin mənaları aşağıdakı kimi göstərilmişdir: “делать (etmək); создавать (yarat-

maq);  производить,  фабриковать (istehsal etmək);  составлять (təşkil olun-

maq);  оказываться (çevrilmək);  заставить (məcbur etmək);  зарабатывать 

(qazanmaq, əldə etmək); приготовлять (hazırlamaq, dəmləmək) və s. (6.694). Bu 

felin Oksford lüğətlərində təqdim olunmuş izahı isə belədir: 1.Form (something) by 



putting parts together or combining substances create (hissələri və ya maddələri 

birləşdirməklə (nəyisə) formalaşdırmaq); create (yaratmaq) 2.Cause (something) to 

exist or come about; ((Nəyinsə) mövcud olmasına və ya baş verməsinə  səbəb 

olmaq); bring about (doğurmaq) 3.Compel (someone) to do something ((Kimisə) 

nəyisə etməyə məcbur etmək) (12). 

V. Müller və S. Boyanusun “İngiliscə -rusca lüğət”ində “to get” felinin məna-

ları belə verilmişdir: 1) доставать (almaq, əldə etmək), получать (almaq); иметь 

(malik olmaq); зарабатывать (qazanmaq); заслуживать  (layiq olmaq, qazan-

maq, əldə etmək, dəyməkvə s.); побуждать (təhrik etmək); заставлять (məcbur 

etmək); порождать (=beget (törətmək, əmələ gətirmək)) (doğurmaq, törətmək); 2) 

достигать (çatmaq), приходить (gəlmək, çatmaq, gəlib çatmaq); делаться (ol-

maq, baş vermək); становиться (durmaq, olmaq) və s. (6.494). Lüğətdə həm də 

qeyd edilmişdir ki, bu felin mənalar dəsti, əsasən, aşağıdakılara bölünür: 1) доста-

вать (almaq, əldə etmək); 2) достигать (çatmaq), становиться (durmaq, olmaq) 

(6.494). Oksford izahlı lüğətlərində isə bu felin ifadə etdiyi başlıca mənalar aşağı-

dakı kimi təqdim olunmuşdur: 1. Come to have (something) (malik olmaq (nəyəsə)); 

receive (qəbul etmək): 2.Succeed in attaining, achieving, or experiencing (qovu-

şaraq, nail olaraq, yaxud yaşayaraq müvəffəq olmaq); obtain (əldə etmək): 3.Reach 

or cause to reach a specified state or condition (müəyyən bir duruma, yaxud vəziy-

yətə çatmaq və ya çatmağa səbəb olmaq): 4.Come, go, or make progress eventually 


 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin