ÜLVİYYƏ ƏLİYEVA
BDU
aliyeva.ulviyya.83@mail.
MÜƏYYƏN YİYƏLİK HALIN SINTAKTİK VƏZİFƏSİ
Açar sözlər: yiyəlik hal, təyin, cümlə üzvü, xəbər, tabeli mürəkkəb cümlə.
Kлючeвыe слoвa : Родительный падеж, определение
,
член предложения,
сказуемое, сложноподчинённое предложение
Key words: Possessive case, attribute, sentence, predicate, the complex sentence
Müəyyən yiyəlik halda olan sözün təyin kimi ayrılması fikrini əsaslandıran
bir çox arqumentlər mövcuddur ki, onlarda bəziləri bunlardır:
1. Müəyyən yiyəlik halda olan söz ayrıca cümlə üzvü-xəbər ola bilir.
Məsələn: Bu qələm Həsənindir. Burada “Həsənindir” sözünün müstəqil xəbər
olması onu göstərir ki, müəyyən yiyəlik hal mənsubiyyət şəkilçili sözdən ayrı da
müstəqil cümlə üzvü kimi işlənə bilir.
2. Müəyyən yiyəlik halda olan söz qoşmalarla işlənə bilir. Və bu zaman da
mənsubiyyət şəkilçili sözə ehtiyac olmur: sənin üçün, bizim kimi və s.
3.Mənsubiyyət şəkilçili söz də təklikdə işlənə bilir və yiyəlik halda olan
sözün olub-olmamasından asılı olmayaraq, cümlənin müstəqil üzvü olur.
4. ”Hətta elə hallar var ki, mənsubiyyət şəkilçili sözün əvvəlinə şəxs əvəzliyi
artırmaq heç cür mümkün olmur: Mən atamı gözləyirəm. Atamızla kinoya
gedəcəyik. Belə faktlar da göstərir ki, müəyyən yiyəlik halda olan söz təyin etdiyi
sözdən ayrı da düşə bilir” [ 2.36.]
5. Yiyəlik halda işlənən biz, siz əvəzliklərinin ayrica təyin kimi işlənməsi
məqamı artıq dilçilikdə qəbul olunub: Bizim ev kənddədir. Sizin kənd işıqlıdır. Belə
cümlələrdə təyinlərin ayrılması da yiyəlik halın müstəqilliyindən xəbər verir.
6. 3-cü növ təyini söz birləşmələrinin arasına söz və söz birləşmələrinin
daxil olması, tərəflərin eyni zamanda cəmlənməsi, aid olan sözün komponentləri
ayrıliqda izah etməsi də tərəflərin ayrılıqda təhlil olunmasını zəruriləşdirir.
7. ”Müəyyən yiyəlik halın özünün əlavəsi işlənə bilir və bu əlavə birinci
tərəfi konkretləşdirir, izah edir” [1.163]. Məsələn: Bacımın-Günayın kitabı budur.
Cəlalın-sinif yoldaşımın anası gəldi.
Gördüyümüz kimi, müəyyən yiyəlik halın özünün əlavəsi asanlıqla işlənir. Bu da
onun ayrıca sintaktik vəzifə daşımasına sübutdur.
8. 3-cü növ təyini söz birləşmələrinin tərəflərinin yerdəyişməsi-inversiyası
halı da baş verir: Kim gələcək yerinə Fuadın? (Anar)
9. Hətta bəzən müəyyən yiyəlik halda olan sözlə mənsubiyyət şəkilçili söz
nəinki inversiya olur, hətta aralarına cümlənin ikinci dərəcəli üzvləri də daxil olur. Mə-
sələn: Gözlərindən öpdü Rumiyyənin (Anar). Macalı hardaydı Fuadın (Anar). Mənim
sabah işim var. Yerim bağça-bağ mənim, Rəngim ağappaq mənim
Bu amil də 3-cü növ təyini söz birləşmələrinin tərəflərinin ayrılmasına şərait yaradır.
10. Dilimizdə birinci tərəfi mənsubiyyət şəkilçili sözlə ifadə olunan
frazeoloji birləşmələr var ki (xoşu gəlmək, zəhləsi getmək, acığı gəlmək, gözü su
içməmək və s.), bunların yaranmasında yiyəlik hal iştirak etmir, yalnız cümlə
Filologiya məsələləri – №5, 2014
262
daxilində şəxs əvəzlikləri, isim və substantivləşmiş sözlər yiyəlik halda işlənərək bu
tip frazeoloji birləşmələrin mənsubiyyət şəkilçili sözün şəxsini müəyyən edir, izah
edir, başqa sözlə, təyin edir. Məsələn: Mənim xoşum gəlir. Sənin acığın gəlir. Hə-
sənin gözü su içmir. Və s.
Bu tip cümlələrdə tərəflərin arasına digər cümlə üzvlərin daxil olması da yiyəlik
halda olan sözün ayrıca cümlə üzvü-təyin olması fikrinə sübutdur: Mənim həmişə
səndən xoşum gəlib. Müəllimin dərs oxumayan şagirddən acığı gəlirdi və s.
11. “Dilimizdə təkcə müəyyən yiyəlik halda olan sözlə ifadə olunan
yarımçıq cümlələr də mövcuddur ki, yiyəlik halın xüsusi mövqeyi- təyinedicilik
funksiyası belə yarımçıq cümlələrdə daha aydın görünür. Məsələn: -Bu, kimin
köynəyidir? –Atamın. Bu, nəyin açarıdır? –Maşının” [2.36.].
12. Sintaktik əlaqələri müəyyən edərkən də 3-cü növ təyini söz
birləşmələrinin tərəfləri parçalanır, ayrılıqda cümlənin başqa üzvləri ilə sintaktik
əlaqəyə girirlər. Məsələn: “Savadlı şagirdin kitabı budur” cümləsində savadlı sözü
şagird sözü ilə yanaşma əlaqəsinə girmişdir. “Onun maraqlı kitabı buradadır”
cümləsində maraqlı sözü 3-cü növ təyini söz birləşməsinin ikinci tərəfi- kitabı sözü
ilə yanaşma əlaqəsindədir. “Gələn bizim qonşumuzdur” cümləsində mübtəda- gələn
sözü qonşumuzdur sözü ilə uzlaşma əlaqəsinə girib ki, 3-cü növ burada da
parçalanıb. Həmçinin “Mənim bacım Günay gəldi” cümləsində yanaşma əlaqəsi
bacım və Günay sözləri arasındadır.
13. “Yiyəlik haldakı işarə əvəzliyi ilə bağlı olan budaq cümlənin işlənməsi
də onu göstərir ki, o (yiyəlik haldakı işarə əvəzliyi) , müstəqil cümlə üzvüdür-
təyindir. Onunla bağlı budaq cümlə isə təyin budaq cümləsidir” [1.163.]. Məsələn:
Kim kitab oxuyur, onun zehni iti olur. Burada budaq cümlə baş cümlədəki “zehni”
sözünü kimə aid olma baxımından təyin edir. Baş cümlədə işlənən “onun” əvəzlik-
qəlibi budaq cümlənin növünü müəyyənləşdirir, yəni baş cümlədən kimin sualı çıxır
ki, həmin suala birinci cümlə cavab verib təyin budaq cümləsi olur. Bəzən belə
cümlələrdə əvəzlik- qəlib (onun sözü) işlənməyə də bilər: Hər kimi gördün, ciblərini
yoxla. Bu cümləyə “nəyi” sualını versək, “ciblərini” cavabını alacağıq. Bu da baş
cümlənin özündə var. Biz isə baş cümlədə olmayan, işlənməsi zəruri olan üzvə sual
verməliyik. Bu sual da “kimin” sualıdır. Budaq cümlə cibini sözünün məhz kimin
cibi olduğunu göstərir, təyin edir.
14. Dilimizdə elə tabeli mürəkkəb cümlələr də var ki, baş cümlədə “o, elə”
işarə əvəzlikləri ilə ifadə olunan əvəzlik-qəlib 3-cü növ təyini söz birləşmələrinin
ikinci tərəfini, yəni mənsibiyyət şəkilçili sözü təyin edir.Məsələn: Mənim o dostum
xeyirlidir ki, səhvimi mənə desin. Mənim elə müəllimim var ki, həmişə səhvimi
başa salır. Belə cümlələri sadələşdirəndə budaq cümlə 3-cü növ təyini söz birləşmə-
sinin arasına daxil olaraq sadələşir ki, bu da komponentləri bir daha sərbəstləşdirir:
Mənim səhvimi mənə deyən dostum var. Mənim səhvimi həmişə başa salan müəl-
limim var.
15. Azərbaycan dilçiliyində 3-cü növ təyini söz birləmələrinin daxili təyi-
ninin ayrılması fikri də mövcuddur. 2003-cü ildə V. Qurbanov və M. Abbasovanın
“3-cü növ təyini söz birləmələri cümlə üzvü rolunda” ( Azərbaycan dili və ədəbiy-
yat tədrisi (metodik məcmuə). B.2003. nömrə 4. Səh. 15-19.) adlı məqaləsi çap
olunmuşdur. Burada müəlliflər 3-cü növ təyini söz birləşməsinin tərkibindəki söz-
lərin-təyinlərin ayrılması fikrini müdafiə edirlər. Onlar prof. Yusif Seyidovun bu
Filologiya məsələləri – №5, 2014
263
fikrini veriblər: “3-cü növ təyini söz birləşməsinin 1-ci tərəfinin təyini ola bilirsə,
bəs ikinci tərəfin təyini niyə olmasın? Məsələn: Orta məktəbin əlaçı şagirdlərinə də
söz verildi. Burada orta sözü birləşmənin birinci tərəfinin, əlaçı sözü isə ikinci tərə-
fin (yəni şagirdlərin) təyinidir”. [4. 19]
Beləliklə, 3-cü növ təyini söz birləşmələrinin tərkibindəki təyinlərin ayrıl-
ması bu birləşmələrin özlərinin də ayrı-ayrıliqda təhlil olunmasına daha da şərait
yaradır, onların vahidliyini pozur.
16. “Öz” təyini əvəzliyi ayrılıqda yiyəlik halı əvəz edir. Məsələn: öz
kitabım-mənim kitabım, öz kitabın-sənin kitabın, öz kitabımız-bizim kitabımız və s.
Bu fakt da müəyyən yiyəlik halı mənsubiyyət şəkilçili sözdən uzaqlaşdırır, təyinlik
mövqeyini göstərir.
17. Bəzən xəbəri “var, yox” sözləri ilə ifadə olunan cümlələrdə də müəyyən
yiyəlik hal mənsubiyyət şəkilçisini itirir: Bu kitabdan mənim də var. Maraqlı oyun-
lardan sənin yoxdur və s.
18. “Yiyəlik halın ayrıca suallara-kimin, nəyin suallarına cavab verməsi də
mühüm əhəmiyyətə malikdir. Yiyəlik hal xəbər vəzifəsində işlənərkən biz onun
“kimindir” sualına cavab verdiyini qəbul edirik. Morfologiyada ismin halları sıra-
sında “kimin, nəyin” sualları olduğunu iqrar edirik. Sintaksisə gələndə bu sual yoxa
çıxır” [1. 165.]. “Evin pəncərəsi təmizləndi” cümləsinə nəyin pəncərəsi təmizləndi?
Evin nəyi təmizləndi? suallarını vermək olar və cavabında birinci halda “evin”,
ikinci halda isə “pəncərəsi” cavabını alarıq.
“Tutaq ki, biz kitabın stolun üstündə olduğunu görürük, bu vaxt həmin kita-
bın məhz kimin olduğunu bilmək üçün soruşuruq: Bu, kimin kitabıdır? Daha heç
cür “Bu, nədir” deyə vermirik, çünki nə olduğunu bilirik, kimin olduğunu bilmirik”
[2. 36.].
Kimin
sual
əvəzliyi 3-cü şəxsi bildirdiyi üçün mənsubiyyət şəkilçili söz 1-ci
və 2-ci şəxslərdə olanda da sualı 3-cü şəxsə görə verməliyik. Yəni “Mənim kitabım
maraqlıdır”, ”Sənin kitabın maraqlıdır”, “Bizim kitabımız maraqlıdır”, “Sizin
kitabınız maraqlıdır” kimi cümlələrdə sualı “kimin kitabım maraqlıdır?” və s.
formasında versək, təbii ki, uzlaşma pozulduğu üçün sual nataraz çıxacaq. Ona görə
də sualı “kimin kitabı maraqlıdır?” formasında verib təyini tapmaq lazımdır. Necə
ki, “Mən gəldim”, “Sən gəldin”, “Biz gəldik”, “Siz gəldiniz” cümlələrində müb-
tədaya sual verərkən kim sual əvəzliyi 3-cü şəxsi bildirdiyi üçün sualı “kim gəldim,
kim gəldin, kim gəldik, kim gəldiniz” şəklində deyil, uzlaşmaya riayyət edərək
“kim gəldi” şəklində qoyuruq. Eləcə də 3-cü növ təyini söz birləşmələrində yiyəlik
halda olan təyinə sual verərkən “kimin, nəyin, haranın” sual əvəzlikləri 3-cü şəxsi
ifadə etdiyi üçün bütün şəxslərdə mənsubiyyət şəkilçili sözü 3-cü şəxs formasında
işlətməliyik.
Verilən arqumentlərdən bu nəticəyə gəlmək olar ki, “başqa türk dillərində
olduğu kimi, Azərbaycan dilində də yiyəlik hal şəkilçili sözlər təyin vəzifəsi
daşıyır. İndiyə qədər təyin haqqında deyilənlərə aşağıdakıları əlavə etmək olar.
Birinci növbədə təyinin tərifini tamamlamaq lazımdır.
Təyin sifət, say, isim, feli sifət və bəzi əvəzliklərlə, həmçinin atributiv xa-
rakterli söz birləşmələri ilə ifadə olunub necə? nə cür? hansı? neçə? nə qədər? Ki-
min? nəyin? haranın? suallarından birinə cavab olur. Təyinin məna növlərinə 10-cu
növü-yiyəlik, aidlik növünü əlavə etmək lazımdır. Bu təyinlər ismin müəyyən yiyə-
Filologiya məsələləri – №5, 2014
264
lik halı ilə ifadə olunub kimin? nəyin? haranın? suallarından birinə cavab verir və
təyinlənənlə münasibətdə sahiblik və ya aidlik mənası ifadə edir” [1. 165-166.]
Hətta prof. Yusif Seyidov da ənənəvi fikrin tərəfdarı olsa da, etiraf edir ki, “
əgər Azərbaycan dilində də başlanğıcdan 3-cü növ təyini söz birləşmələrinin
tərəfləri ayrı-ayrıliqda cümlə üzvü kimi götürülsə idi, bu halda yiyəlik haldakı söz
də Əlövsət Abdullayevin istədiyinə uyğun olaraq, təyin kimi qəbul edilsə idi, biz
ona adət edərdik və bu qayda heç kimə qəribə görünməzdi” [4. 399.].
Bu
fikirdən belə çıxır ki, Azərbaycan dilçiliyində 3-cü növ təyini söz birləş-
mələrini cümlənin bütöv bir üzvü kimi götürmək adət şəklini aldığı üçün onların
ayrı-ayrılıqda təhlil olunması daha məntiqli olsa da, sırf adəti pozmayaq, qəribə
görünməsin deyə bir sintaktik vahid kimi qəbul edirik, bu isə problemin elmi həlli
deyil. Əslində, 3-cü növün vahid formada təhlil olunması fikrinə gətirilən arqument-
lər inandırıcı deyil.
Müəyyən yiyəlik halın sintaktik vəzifəsindən danışarkən onu qeyri-müəyyən
yiyəlik haldan fərqləndirən cəhətlərə toxunmağı da lazım bilirik ki, 2-ci və 3-cü növ
təyini söz birləşmərinin birinci tərəfinin ayrıca cümlə üzvü olmaq məsələsi eyniləş-
dirilməsin. Adından göründüyü kimi, qeyri-müəyyən yiyəlik hal qeyri-müəyyən
(şəkilçisiz), müəyyən yiyəlik hal isə müəyyəndir (şəkilçili). Yəni 2-ci növ təyini söz
birləşməsinin birinci tərəfi məna etibarilə qeyri-müəyyənlik bildirdiyi halda, 3-cü
növ təyini söz birləşməsinin birinci tərəfi müəyyənlik bildirir.
2-ci
və 3-cü növ təyini söz birləşmələrində “tərəflərin nitq hissəsinə görə ifa-
dəsi də eyni deyildir. Əgər 3-cü növdə tərəflər müxtəlif nitq hissələri ilə ifadə olun-
maq imkanına malikdirsə, 2-ci növ birləşmələr bu cəhətdən məhduddur, yəni 2-ci
növü tərəfləri yalnız isimlərlə ifadə olunur (məsdərlə də ifadə oluna bilir ki, o da
ismin xüsusiyyətinə malik olduğu üçündür). Bu xüsusiyyət də həmin dil formaları-
nın müxtəlif xarakterli olacağına imkan yaradır” [1. 161.]
3-cü növün arasına başqa sözlər və söz birləşmələri daxil ola bilir, yəni
tərəflər bir-birindən ayrı düşə bilir. 2-ci növdə isə bu, yoxdur, komponentlər bir-
birinin yanında işlənməlidir.
2-ci növ təyini söz birləşmələri söz yaradıcılığında eyni formada iştirak edir:
dəvətikanı, quşəppəyi, seçkiqbağı, suiti, ayaqqabı və s. Amma 3-cü növ birləşmələr
söz yaradıcılığı prosesində də ayrılır, yəni tərəflərdən yalnız biri iştirak edir: üzüyo-
la, əlidolu, başıaşağı, gözükölgəli, başqası, biri, bəzisi və s.
Bütün bunlar onu göstərir ki, “2-ci növ təyini söz birləşmələrinin birinci
tərəfi sərbəst deyildir və ayrıca cümlə üzvü vəzifəsi daşıya bilməz. 3-cü növ təyini
söz birləşmələrinin tərəflərinin sərbəst olması imkan verir ki, onun birinci və ikinci
tərəfi ayrılıqda cümlə üzvü vəzifəsi daşısın” [1. 162.].
Ədəbiyyat
1. Abdullayev Ə. Azərbaycan dili məsələləri. Bakı Universiteti nəşri. 1992.
2. Axundov A. Əhmədov İ. “Bizim fikrimizcə”. Azərbaycan dili və ədəbiyyat
tədrisi (metodik məcmuə). Bakı 1983. Nömrə 4. Səh. 34-37.
3. Qurbanov V. Abbasova M. “3-cü növ təyini söz birləşmələri cümlə üzvü
rolunda”. Azərbaycan dili və ədəbiyyat tədrisi (metodik məcmuə). Bakı 2003.
Nömrə 4. Səh. 15-19.
Filologiya məsələləri – №5, 2014
265
4. Seyidov Y. Azərbaycan dilində söz birləşmələri. Bakı Universiteti nəşri 1992.
Ulviyya Aliyeva
The syntactic position of the definite genitive case
Summary
In our opinion, the definite genitive case must be divided as attribute.There are
many arguments for proving it.
1. The definite genitive case can separately be predicate in the sentence.
2. The definite genitive case is used with postpositions.
3. There are semi-sentences which signified with the words in the definite genitive
case.
4.The definite genitive case has its own questions.
5.Words and word combinations can be included between the definite case and the
words with affiliation suffix.
6.The definite genitive case is used with its own apposition etc.
Ульвия Aлиeва
Синтактическая функция определенного родительного падежа
Peзюмe
По-нашему мнению, определённый родительный падеж должен быть вы-
делен как определение. Многие аргументы подтверждают это:
1. Определенный родительный падеж может выступить как самостоятельное
сказуемое.
2. Определенный родительный падеж употребляется с послелогами.
3. Функционируют неполные предложения, выраженные существительными в
определённом родительном падеже.
4. Имеются вопросы, принадлежащие определенному родительному падежу.
5. Между определённым родительным падежом и словом с аффиксом
принадлежности может включиться какое-л. слово или словосочетание.
6. Слово в определённом родительном падеже может иметь приложение. И т.д.
Rəyçi: Professor Tofiq Hacıyev
Filologiya məsələləri – №5, 2014
266
AYTƏN HACIYEVA
AzTU
aytən.mail.ru.
FRAZEOLOGİYA DİLÇİLİYİN ƏN GƏNC TƏDQİQAT OBYEKTİ KİMİ
Açar sözlər: sərbəst söz birləşmə, frazeoloji vahid, model.
Key words: free word combination, phraseological unit, model.
Ключевые слова: свободное словосочетания, фразеологическое единства,
модель
Frazeoloji vahidlər, leksik vahdilər kimi, bir məfhum ifadə edir, bundan başqa
ekspressiv üslub vasitəsi kimi, dilə xidmət edir və eləcə də tərbiyəvi əhəmiyyət kəsb
edir.
Bildiyimiz kimi, birləşmə şəklində olan frazemlər sərbəst söz birləşmələrinin
quruluş modelləri əsasında formalaşır. Sərbəst söz birləşmələri dildə uzun müddət
işlənməklə məcaziləşir, tərəflər qaynayıb-qovuşaraq sərbəst birləşmənin sabit
çevrilməsinə səbəb olur. Bu fikir bəzən mübahisə doğursa da, əksər dilçilər fra-
zeoloji vahidlərə bu mövqedən yanaşırlar. Sərbəst birləşmələr isə, təbii ki, müstəqil
mənalı sözlərin birləşməsi ilə yaranır. Bəzən bu sözlər birləşmə tərkibində daxil
olmazdan əvvəl məcaziləşmiş olur, bəzən birləşmə tərkibində məcaziləşir və digər
komponentin də məcaziləşməsinə səbəb olur.
Leksik və qrammatik mənaları özündə birləşdirən sözlər müəyyən nitq his-
səsinə mənsub olaraq, dilin bütün qrammatik məna sistemini ifadə edir. Söz dilin
müxtəlif səviyyələrində fonetik, qrammatik (morfoloji), leksik və s. aspektlərdə öy-
rənilir. Sözün məna və məzmunu semasiologiyada araşdırılır. O, leksikologiyanın
əsas tədqiqat obyektidir. Sözün cümlədə yeri morfemə nisbətən sərbəstdir. Sözün
nominativ (adlandırma), diferensiallaşdırma (fərqləndirmə), ekspressiv və ya emo-
sional-ekspressiv, apelyativ (müraciət), işarəetmə, göstərmə funksiyaları var. Söz
çoxfunksiyalılığına görə dilin ümumi strukturunda çox mühüm mövqeyə malikdir.
Bütün dillərdə sözlərin bir qismi ancaq bir məna daşıyır, məsələn, horse, love,
və s. Müasir ingilis dilində bir sıra sözlər var ki, onlar iki, üç və daha çox məna
bildirir. Məsələn, hand sözü insanın və ya başqa canlıların bədənində bir üzvün adı
kimi işlədilir, əl mənasında. Misal:
He put his arge hands on the counter of the office, feeling them warm with
sweat.
Hand sözünün bu mənası tarixən birinci, ilk məna kimi formalaşmışdır. Sözün
bu cür mənası əsas normativ məna adlanır. Həmin söz ingilis dilində bir sıra başqa
sözlərlə əlalənərək başqa mənalarda da işlədilir. Məsələn, bear
′s hand birləşmə-
sində ayı pəncəsi; in smb.
′s hands birləşməsində bir kəsik hakimiyyətindədir; a
hand for smth birləşməsində bir şeydə cəldlik, diribaşlıq, zirkəlik, çeviklik, bacarıq,
məharət; to give a hand birləşməsində yardım göstərmək; factory hand
birləşməsində fabrik işçisi; by the same hand birləşməsində eyni rəssmaın şəkli; on
all hands birləşməsində bütün tərəfləndən; at first hand birləşməsində birinci əldən;
şmall hand birləşməsində xırda, kiçik xətt; big hand birləşməsində saatın böyük
əqrəbi; exact hand birləşməsində dəqiq göstərici, soraq kitabı, məlumat kitabçası
Filologiya məsələləri – №5, 2014
267
mənasında; out of hands birləşməsində hazırlıqsız, ekspromt şəkildə mənalarını
ifadə edir. Bu mənalar hand sözünün ilkin mənsı əsasında dildə sonradan
formalaşdığına və həmin mənanın izini bu və ya digər dərəcədə saxladığına görə
törəmə nominativ məna sayılır.
The Pengium Pocket English Dictionary lüğətində abroad sözünün 4, account
özünün 11, act sözünün 10, set sözünün 23 mənası göstərilmişdir. Bu mənaların
əsas və ya törəmə səciyyə daşıması sözlərin birləşmə daxilində, başaq sözlərlə əla-
qəsində müəyyənləşir. Müasir ingilis dilində misal üçün to be abroad – xaricda ol-
maq birləşməsində abroad nominativ məna, within abroad – dairəsində birləşmə-
sində həmin söz törəmə nominativ mənadır. Lakin belə sölər təklikdə işləndikdə ilk
növbədə bunların əsas nominativ mənası bizim şüurumuzda canlanır.
Sözlərin əsas və ya törəmə nominativ mənalarda birləşməsi yolu ilə yaranan
söz birləşməsi sərbəst söz birləşməsi sayılır, çünki belə birləşmə nitq prosesində
dilin qrammatik quruluşunun mövcud qaydaları əsasında tərtib edilir. Məsələn, su
tökmək, kitab almaq, məktub yazmaq, su içmək, meyvə yemək, dərs öyrənmək, yük
daşımaq. Buna görə də, sözlərin belə birləşməsi qrammatikanın, yəni sintaksisin
tədqiqat obyektidir.
Fikrin ifadəsində nitqin bilavasitə tərkib hissəsini təşkil edən iki və ya daha
çox tammənalı sözün tarixən birləşməsindən ibarət olub, komponentləri sintaktik və
semantik cəhətdən parçalanmayan, quruluşca sərbəst söz birləşməsinə və ya cümlə-
yə oxşayan, mənaca söz, söz birləşməsinə və ya cümləyə ekvivalent olan, dildə ha-
zır şəkildə mövcud olub ənənəyə görə ya bir formada, ya da qrammatik cəhətdən
dəyişdirilərək işlədilən konstruksiyalara frazeoloji vahid deyilir.
Frazeoloji vahidlərin fonetik tərkibi, leksik və qrammatik quruluşu, əmələgəl-
mə yolları, semantik və üslubi xüsusiyyətləri bir problemi kimi dilçiliyin tədqiq ob-
yektidir.
Heç şübhəsiz, frazeoloji birləşmələrin struktur-semantik təşəkkülü sərbəst söz
birləşmələrindən başlayır. Odur ki, sərbəst söz birləşmələrinə nəzər salmadan
frazeoloji birləşmələrin struktur əlamətlərini müəyyənləşdirmək çətin olardı. Həm
sərbəst, həm də sabit birləşmələr feli və qeyri-feli birləşmələr kimi iki növə ayrılır.
Azərbaycan dilçilikdə bunlara ismi və ya qeyri-feli birləşmələr deyilir.
Müasir ingilis dilində feli frazeoloji vahidlərinin struktur-semantik xüsusiy-
yətlərinin tədqiqi zamanı biz feli söz birləşmələrinin əmələ gəlməsində fel mühüm
rol oynamağına və nitq hissələri sistemində özünəməxsus əsaslı yer tutduğuna görə
ona xüsusi yer ayırmışıq. Həm kəmiyyət, həm də məzmun və məna baxımından di-
gər nitq hissələrinə nisbətən zəngin olan fel, müasir ingilis dilində öz struktur-se-
mantik və sintaktik xüsusiyyətlərinin zənginliyinə görə dilçilərin diqqətini cəlb edir.
Feli birləşmələr geniş yayılmaları, çox işlənmələri, zəngin məna və forma variant-
ları ilə söz birləşmələrinin növləri arasında xüsusi yer tutur. Feli birləşmələrdə
hərəkətlə onun aid olduğu, ya da ona aid olan müxtəlif anlayışlar arasındakı əlaqələr
əks olunur. Buna görə də ümumi şəkildə götürdükdə feli birləşmələrin məzmununu
proseslə onun aydınlaşdırıcıları arasındakı əlaqələr təşkil edir.
Müasir ingilis dilində felin üç şəxsiz forması vardır: məsdər (The Iinfinitive),
cerund (The Cerund) və feli sifət (The Participle). İngilis dilindən fərqli olaraq,
Azərbaycan dilində cerund adlanan nitq hissəsi yoxdur. İngilis dilində isə, dilimizdə
geniş miqyasda işlədilən feli bağlama adlanan fel forması yoxdur. Tədqiqat boryu
Filologiya məsələləri – №5, 2014
268
ingilis dilində olan məsdən (The Infinitive), cerund (The Cerund) və feli sifət (The
Perticiple) Azərbaycan dilinin feli bağlama, feli sifət və məsdər tərkibləri ilə qarş-
ılaşdırıb, onalar arasındakı əlaqəni üzə çıxardır.
Bütün əsas nitq hissələrinin bu və ya başqa şəkildə feli birləşmələrdə iştirakı
feli birləşmələrin forma və məzmunca zənginləşməsində mühüm əhəmiyyətə malik-
dir. Lakin burada felin rolu daha böyükdür və feli birləşmələr məhz felin sayəsində
geniş əhatə dairəsinə malikdir. Fellərlə ifadə olunan mənalar materiya iəl əlaqədə,
məkan və zamanla əlaqədə öz əksini feli birləşmələrdə tapır. Feli birləşmələrdə
əsasən əşyalara hərəkətlər arasındakı münastbətlər, hərəkətlərlə onların zamanı, mə-
kanı və s. arasındakı münasibətlər ifadə olunur. Burada eyni zamanda hərəkətin öz-
ləri arasındakı münasibətlər, hətta ismi birləşmələrə məxsus bir şəkildə əşyalar
arasındakı əlaqələr də əks olunur, məsələn: danışa-danışa yaşamaq, duyub yarat-
maq, oxuduqca savadlanmaq. Ana dilimizdə feli birləşmələrin əmələ gəlməsi üç
forma – feli bağlama, feli sifət və məsdərlə bağlanır. Bu adlar altında başa düşülən
söz qrupları felə daxil olan, öz-özlüyündə heç bir predikativlik bildirməyən söz-
lərdən ibarətdir. Bu sözlərin hamısı felə daxil olur, onun hissələri olmaqla bərabər,
başqa nitq hissələrinin də xüsusiyyətini özündə əks etdirir. Həmin sözlərin feli
birləşmə yarada bilmələri də onların hər ikili xüsusiyyətdən irəli gəlir.
Qrammatikada məsdən, əsasən felin şəxsə, kəmiyyətə və şəklə görə dəyişmə-
yən bir növü kimi tədqiq edilir. Bəzi dillərdə, məsələn, portuqal dilində məsdər za-
man, şəxs və kəmiyyət kateqoriyalarına görə uzlaşır. Lakin dünya dilləri arasında
elə dillər də var ki, ümumiyyətlə, o dillərin qrammatikasında məsdər kateqoriyası
mövcud deyil. Məsələn: ərəb, bolqar və müasir yunan dilləri.
Azərbaycan dilində feli söz birləşmələrinin əmələ gəlməsində əsas rol
oynayan söz qruplarının xüsusiyyətləri ilə qısa tanış olar. Məsdər hüquqin adı ol-
maqla feldən ismə doğru meyl edən bir formadır. Məsdərdə bir sıra fel xü-
susiyyətləri var. Məsdərdə felin əsas kateqoriyalarından olan təsirlik kateqoriyası
var. Məsdərlər də təsirli və təsirsiz olmaqla iki yerə ayrılır. Məsələn, yazmaq, al-
maq, bilmək məsdərləri təsirli, getmək, gəlmək, yatmaq məsdərləri təsirsiz fellərdən
ibarətdir. Məsdərlərdə felin inkarlıq kateqoriyası var. Məsələn, yazmaq, danışmaq,
bilmək məsdərləri təsdiq edir, yazmamaq, danışmamaq, bilməmək məsdərləri
inkardır. Feli bağlamalar feldən zərfə doğru meyl edən söz qupudur. Feli
bağlamalarda da felə məzsus təsirlik, növ və inkarlıq kateqoriyaları vardır. Məsələn,
yazanda, biləndə feli bağlamaları təsirli, gedəndə, yuxuluyanda feli bağlamaları
təsirsizdir. Feli bağlamalarda zərf xüsusiyyətləri ondan ibarətdir ki, onlar da zərf
kiim dəyişmir, cümlədə başqa fellərə ail olub, onları bu və ya digər cəhətdən izah
edir. Feli sifətlərf eldən sifətə doğru meyl edən söz qrupudurö Feli sifətlərdə də
felin təsirlik, növ və inkarlıq kateqoriyaları özünü saxlayır, məsələn: yazan, alan,
görən feli sifətlər təsirsiz, gələn gedən, tərpənən feli sifətləri təsirsizdir. Türk
dillərində, eləcə də Azərbaycan dilində birləşmələrin qeyri-predikativ formada çox
işlənməsinin səbəbi feli bağlama və feli sifət formalarının çox olması ilə izah
olunur.Feli birləşmələr zəngin və rəngarəng qrammatik və semantik xüsusiyyətlərə
malik olduğuna görə onlar müxtəlif cəhətdən təsnif edilir. feli birləşmələrin birinci
tərəfləri müxtəlif nitq hissələri ilə ifadə olunduğu kimi, həmin sözlərin formaları da
müxtəlif olur. Tədqiqatımızın predmeti ingilis feli frazeoloji vahidlərin leksik-
semantik xüsusiyyətlərinin tədqiqi olduğundan keçək frazeologiyaya.
Filologiya məsələləri – №5, 2014
269
Frazeologiya dilçiliyin ən gənc tədqiqat obyektlərindəndir. Bu sahənin bir elm
kimi hamısı fransız dilçisi Ş.Balli hesab olunur. Belə ki, dilə sabit şəkildə daxil olan
birləşmələrin öyrənilməsinin xüsusi üsullarının zəruriliyini ilk dəfə Ş.Balli
əsaslandırmışdır. Struktur dil yaranma mexanizmi obrazlı deyilsə, paslanmış
frazeoloji vahidlərin yenidən hasil edilmə əlamətlərinin, habelə frazeoloji qruplar
üçün səciyyəvi olan uzual-nitq planı əlamətlərinin fərqləndirilməsi də onun
tərəfindən həyata keçirilmişdir. Bununda da frazeologiyanın dilçiliyinin xüsusi böl-
məsi kimi konturu və vəzifələri göstərilmişdir. Frazeoloji vahidlərdə milli xüsusiy-
yətlər güclü olur. Frazeologiya hər bir dilinü daşıyıcısı olan xalqın dünyagörüşü,
təsəvvürləri, ətraf mühitə münastbəti, etik-fəlsəfi baxışları, məişəti, təfəkkür tərzi və
s. ilə bağlıdır. Onların bir qisminin (idiomların) başqa dillərə tərcümə oluna bilməsi
də əsasən bunnala əlaqədardır. Bir sıra hallarda frazeoloji vahidlərin başqa dillərə
tərcüməsi zamanı resipiyent dilin daşıyıcılarının yad ifadəni qavraması və
özününküləşdirilməsi üçün müəyyən zaman keçidi tələb olunur. Bu cür millikik
frazeoloji vahidlərin daxili modelləri ilə də səslənir. Ümumiyyətlə, dünya dillərində
təşəkkül tapmış feli frazeologizmlərin sema bazası eyni olsa da, onların bu sema
əsasında əmələ gətirdiyi fraza mənası daha geniş şəkildə özünü göstərir. Dilin lüğət
tərkibi sözlərin leksik-semantik qrupları sistemindən ibarətdir. Leksikanın sistemliyi
müxtəlif ekstralinqvistik amillərlə bağlıdır. Hər şneycən əvvəl, bu əşyalar, hadisələr
arasında əlaqələr və bunları sistemləşdirən insan təfəkkürü ilə bağlıdır. Dilin leksik-
semantik sisteminin tədqiqinin ən ümdə məsələlərindən biri lüğət tərkibinin leksik-
semantik qruplara bölünməsidir.
İşlənilən dilin sözləri semantika əsasında siniflərə bölünə bilər. Burada söz-
lərin qrammatik mənasının eyniliyi və yaxınlığı əsas götürülür. Frazeoloji birləş-
mələrinin əmələ gəlməsində, məcazlaşma yolu ilə lüğət tərkibinin zənginləşməsində
feli xüsusi rol oynayır. Dilimizdəki frazeoloji birləşmələrin əksəriyyəti fellərin işti-
rakı ilə yaranmışdır. Azərbaycan dilçiliyndə frazeologiya, frazeoloji birləşmələr
haqqında məlumat verilən mənbələrə nəzər saldıqda bu fikrin doğruluğuna şübhə
qalmır. Fel-fel tipli feli birləşmələr ingilis dilində çox işlənir, məsələn: lay waste,
touch and go, get cracking, pick and choose, get hold, take hold, go bang, go
begging, go bust, go crook (at), go dot and carry.
İngilis dilində fel-zərf birləşməsi də geniş işlənir: ge easy, go far, ho hard, go
steady, go slow, gowest, get somewhere, get there, get up early, have the worst (of),
be taken aback, go along, get outside (of).
Ədəbiyyat
1. Antal L.Meaning and its Change, Linguistics, 1964, 153 p.
2. Frederik T.Wood. English Prepositional Idioms. M., 1968, 93 p.
3. Makkai A. Idiom Structure in English, The Hague, Paris, 1972, 365 p.
4. Məmmədov N.Dilçiliyinin əsasları. Bakı, 1961.
5. Vəliyeva N.Ç. Müxtəlifsistemli dillərdə feli birləşmələrin tipoloji təhlili. Bakı,
«Avropa» nəşriyyatı, 2008, 862 s.
6. Quliyev H.K. Müxtəlif sistemli dillərdə felin semantik təsnifatı. Doktorluq
dissertasiyası. Bakı, 2001.
Filologiya məsələləri – №5, 2014
270
A.Gadjiyeva
The structural modelə of the verbal idioms in the modern English language
Summary
This article is devoted to the investigation of the structural peculiarities of the
using of the phraseological units in the modern English language. The phraseology
of any language presents great cifferences as for studying language, also for
interpretes. The phraseology is one of main origin of enrichment of the language.
To my mind, as word combinations, so sentences, including proverbs and sayings,
may be the phraseological units. It is well knowIt is well know that various cahnges
are formed by means of social-political events which had happened in
economiccultural life of every people, and these events have an influence on the
mutula development of the languages, for example: English-Azerbaijani and on the
enrichment of the word stock and the changes of internal structure of these
languages. This scientific investigation is important from the practical point of view
or the audience, which learns modern English.
Dostları ilə paylaş: |