Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

  

1.   Мящяммяд Щади. Сечилмиш ясярляри.Бакы,2005 

2.  Мирящмядов Язиз.Мящяммяд Щади.Бакы,1985 

3.  Зяка Рафиг. Мящяммяд Щади.Бакы,1979 

4.  Заманов Аббас. Сабир вя мцасирляри. Бакы, 1973 

5.  Вялийев Шамил. Фцйузад ядяби  мяктяби.Анкара,2000 

6.  Ислам Гярибли. Мящяммяд Щади вя мятбуат.Бакы,2011 

 

 



Сакибе Алескерова 

Махаммад Хади или «тост»ы в честь «шаха в ситуации мат» 

Резюме 

 

Творчество Хади является читабельным на все времена. Потому что,  в его 

произведениях  можно  найти  немало  образцов  жизненных  уроков.  Хади 

призывает  читать,  учиться  и  делать  выводы,  идеализирует  настоящую 

социально-политическую  ситуацию    и  призывает  к  морально-эстетическому 

совершенству. 

Большинство  философов  пришли  к  такому  заключению  что,  развитие  и 

падение  каждой  страны  зависит  от  морально-этического  воспитания  народа 

этой страны.  

  

Sakiba Alasgarova 

Mahammad Hadi or "toast"s in honor "the shah in a situation of a mat" 

Summary 


 

Hadi's creativity is readable for all times. Because, it is possible to find many 

samples of vital lessons in its works. Hadi urges to read, study and draw conc-

lusions, idealizes the real socio-political situation and calls for moral esthetically 

perfection. 

The majority of philosophers came to such conclusion that, development and 

falling of each country depends on moral and ethical education of the people of this 

country.  

 

 

Rəyçi: Professor Alxan Bayramoğlu 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



341

                                                           FƏRQANƏ ZÜLFÜQAROVA 

filologiya üzrə fəlsəfə doktoru 

ARPDİA 


                         farqana@gmail.com 

 

İCTİMAİ-SİYASİ  VƏ ELMİ FƏLSƏFİ FİKRİNDƏ QADIN 



KONSEPSİYASI  

 

Açar sözlər: Qərb, qadın, ictimai, problem , ingilis ədəbiyyatı, Şərq 

Key  words: West, woman, social, problem,  English literature, East 

Kлючевые  слова:  Запад,  женщина, социальные проблемы, английской  ли-

тературе 

 

Fundamental problemlər Azərbaycan şifahi xalq ədəbiyyatının növlər üzrə təs-



nifi, janrlar və onların xarakteristikası, aşıq yaradıcılığıın  şəkilləri, ayı-ayrı das-

tanların ideya məzmun, struktur, poetika və surətlərin təhlili cəhətdən əsaslı şəkildə 

tədqiqi, mifik obrazlar mifalogiyaların müxtəlif növləri və digər mövzular barədə 

sanballı əsərlər yazılmışdır.Lakin bəzi mövzular müəyyən dərəcədə  diqqətdən kə-

narda qalmış, arxa plana keçmişdir.Etiraf edək ki, hər hansı bir problemi tədqiq 

edərkən yalnız öz ədəbiyyatımızın çərçivəsində qapanıb qalmaq olmaz.Həmin prob-

lemə dünya ədəbiyyatı prizmasından baxmaq,onun əsl qiymətini vermək üçün müx-

təlif xalqların  şifahi,yazılı ədəbiyyatındakı mövqeyini müəyyənləşdirmək, mövcud 

nəzəriyyənin ona münasibətinə diqqət yetirmək lazımdır.Bu baxımdan da problemin 

hərtərəfli açıqlanması üçün Azərbaycan ədəbiyyatı ilə yanaşı ingilis, fransız,alman, 

rus hətta eyni kökə malik olduğumuz türk xalqlarının  ədəbiyyatı ilə  də paralellər 

apardıqda qarşımızda problemin bütöv panoraması canlanır və obyektiv mülahizələr 

irəli sürməyə imkan yaranır. Müasir ingilis və Azərbaycan ədəbiyyatlarında qadına 

münasibət probleminin əksi dedikdə mövzumuzla bağlı digər elmlərin verdiyi məlu-

matlarla tanış olmuş, fəlsəfə, psixologiya, etnoqrafiya, arxeologiya və digər elm 

sahələrinin materiallarından istifadə etmişik. 

Azərbaycan  ədəbiyyatında qadın probleminin  ictimai rolunun əksi  zəngin 

araşdırma tələb edən bir mövzudur. Qadınlara ilkin olaraq seçib-seçilmək hüququ 

1893-cü ildə Yeni Zelandiyada verilmişdir. Şərqdə ilk demokratik respublika olan 

Azərbaycan 1918-ci ildə  İstiqlal bəyannaməsi ilə qadınlara seçmək  və seçilmək 

hüququ verdi.Xatırladaq ki, Azərbaycan qadınları bu hüququ bu gün  inkişaf etmiş 

bir sıra Qərb  ölkələrinin  sakinlərindən daha tez almışlar.Respublikamızda isə 

qadınlar 1919-cu ilin sentyabrında  ADR parlamentinin payız sessiyasında bəra-

bərlik haqqında təkliflərin təsdiqi ilə seçib-seçilmək hüququ qazanıb. Bu faktor 

dünyanın ən qədim dövrlərindən  başlayaraq  bu günə qədər  davam edən problemin  

araşdırılması üçün bu mövzunun  aktual olduğunu  əsaslandırır. 

Dünya  ədəbiyyatının müxtəlif dövrlərində,  ərazilərində qadına münasibət 

fasiləsiz olaraq xüsusi aktuallıq kəsb etmiş    və bu sahədə    fərqli yanaşmalardan  

çıxış    edilərək  çoxsaylı qiymətli,  əsərlər yazılmışdır.  Şərqdə  və  Qərbdə qadına 

münasibət fərqli olmuşdur. Azərbaycan  ədəbiyyatında  Nizami Gəncəvidə, Yusif 

Vəzir Çəmənzəminlidə, Məmməd Səid Ordubadidə, Mirzə Fətəli Axundovda, Cəfər 

Cabbarlıda, Nəriman Nərimanovda, Hüseyin Caviddə- İngilis ədəbiyyatında Uilyam 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



342

Şekspirdə, Corc Qordon Bayronda, Virciniya Vulfda, Tomas Hardidə, Corc Bernard 

Şouda,Ceymz Oldricdə, Con Qolsuorsi və bu  kimi  digər  yazarların  əsərlərində  

qadın  mövzusu çox  güclüdür.Bədii  ədəbiyyatda  qadına münasibət probleminin 

əksi  son dövrlərə  qədər davam etməkdədir. Təsadüfi deyil ki,  bizim yaşadığımız 

dövrdə  XX-əsrin sonu  XXI-əsrin əvvəllərində dünyanın ən aktual problemlərindən 

biri də gender problemidir.Müasir təsəvvürlərə görə, gender (ingiliscədən 

tərcümədə soy anlamına uyğun gəlir) anlayışı  cəmiyyətin  sadəcə  fərdlərdən yox, 

kişi və qadından ibarət olduğunu  bildirmək üçün işlənir.Tarix boyu onların  rolu və 

əhəmiyyəti dəyişib, bu səbəbdən də qadın və kişilər heç vaxt bərabərhüquqlu ola 

bilməyiblər.Gender araşdırmaları  əsrimizin  70-ci illərindən sonrakı feminist 

hərəkatı  və  nəzəriyyəsinin inkişafı  nəticəsində yaranıb. Qeyd etmək lazımdır ki, 

Gender araşdırmaları ilə  daha çox qadınlar məşğul olur.Ancaq o, liberal feminizm 

əsasında yaransa da, onu sadəcə qadın problemi ilə eyniləşdirmək olmaz.Gender 

araşdırmalarını  çox vaxt cinslərin fəlsəfəsi adlandırırlar.Bu zaman iki növ fərq-

ləndirmə aparılır: 1.Qadın və kişi arasında  təbii, gerçək , təbii –fizioloji fərqlər; 

2.Cinslər arasında süni, sosial-mədəni müxtəliflik. Bunlar da öz növbəsində 

cəmiyyətin bütün sferalarında  öz praktik əksini tapır.Yəni gender qadın problemi 

yox, cinslər arasında ahəngdarlıq axtarışı praktikasıdır.  

Qadın problemlərinin öryənilməsində isə  əsas məqsəd qadın hüquqlarının 

qorunması, onun problemlərinin həlli, maariflənmə  işinin aparılmasıdır. Bu pro-

blemin milli -mənəvi istiqamətdə işlənməsi  Azərbaycan və ingilis elmi-nəzəri  fikri  

üçün  həmişə  tamamilə  yeni  bir hadisə kimi  təqdim edilir.  

Milli-mənəvi,  əxlaqi –dini, sosial mədəni və  fəlsəfi düşüncədə qadın pro-

blemləri bütün dövrlərdə mövcüd olmuş, cəmiyyətin həyatında çox mühüm əhəmiy-

yət kəsb edərək daima diqqət mərkəzində olmuşdur. Müasir Azərbaycan  ədəbiy-

yatında qadına münasibət probleminin əksi  XIX və XX əsrlərdə Azərbaycan ziya-

lılarının, yazıçı və şairlərin marağına səbəb olmuş və onlar qadın azadlığı uğrunda 

ardıcıl mübarizə aparmışlar. Modernist yazıçı T.Kazımovun fikrincə, qadınla 

təbiətdəki çiçəyin bir-birini tamamlayan oxşarlıqları vardır. Qadınların ilahi 

imkanları və intuitik, gözəl duyğulu düşüncə tərzləri bunu sübut edir. Bununla belə, 

kişilərin onlar haqqında yüzillər boyu formalaşmış düşüncələri ilahiliklə yanaşı, 

həm də  təzadlı xarakter daşıyıb.  Əslində  cəmiyyətdə qadınlarla bağlı yaranan 

təzadlı fikirlərin səbəbkarı çox hallarda kişilər olub.Fikrimizcə, kişilərin qadınlar 

haqqında olan düşüncə  tərzləri öz dünyagörüşlərinin baxımından araşdırılır desək  

yanılmarıq. Gerçək həyatda qadın həmişə kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi 

kimi, kişi də qadın zərifliyinə  gərək duyub, onu  idealizə edib.Həmişə türk 

ailəçiliyində qadına ilahi, uca sayğı olub. "Dədə Qorqud dastanları"nda qadın kişi-

nin "başının baxtı, evinin taxtı" sayılır. İndi isə ölkəmizdə və dünyada qadına belə 

yanaşma çox fərqlidiir.Ailə  həyatında  əvəzsiz varlıq olan qadının özəlliklə ötən 

yüzildə ictimai həyata ardıcıl  şəkildə  cəlb edilməsi bir yandan da ailədə 

problemlərin yaranmasına gətib çıxarırdı.Çağdaş qlobal qadın probleminin və 

qadının ictimai rolunun əksi ailədə qəbul edilib-edilməməsi müasir insanların daima 

diqqət mərkəzində olmuşdur. Fikrimizcə,  əgər ailə kimi əvəzsiz bir quruma zərbə 

dəyirsə, bununla dövlət,cəmiyyət də ziyan çəkir.İri dövlətlərin bu anlamda 

qloballaşma məsələsində hesaba aldıqları  hədəflərin mahiyyətini anlamaq çətin 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



343

deyil.Müasir  Şərq qadını  cəmiyyətdə  nə  qədər fəal olsa da o ən böyük önəmi öz 

ailəsinə verir. 

Qadının nəzəri və  təcrübi baxımdan öyrənilməsi  sübut edir ki, ədəbiyyatda, 

sənətdə daha çox öyülən qadın gerçəklikdə döyülüb, söyülüb. Qadına yanaşma niyə 

bu dərəcədə qarışıqdır? Çünki, cəmiyətdə insani dəyərlərə olan münasibət bütöv 

deyil, tamamlanmamışdır.Qadın və kişilərin maddi-mənəvi , fəlsəfi- psixoloji 

tələbatlarının ödənilməməsi  qeyd edək ki, hərtərəfli anlaşılmazlıq yaradır,çünki, 

layiqincə öz çözümünü tapa bilmir. 

 Qadına münasibət probleminin əksi ingilis ədəbiyyatında V.Vulfun, Corc 

Bernard Şounun ,Tomas Hardinin, Con Qolsuorsinin və Azərbaycan ədəbiyyatında  

Hüseyn Cavidin, Cəfər yaradıcılqları əsasında həmişə tənqidin, ədəbi-nəzəri fikrin 

diqqət mərkəzində olmuşdur. Cəmiyyəti təkamül yolu ilə yenidən dəyişib qurmağın 

mümkün olduğuna inanan, adamları da inandırmaq və yenidən tərbiyə etmək yolu 

ilə  cəmiyyəti düzəltməyi mümkün hesab edən bu yazıçıların  əsərlərindəki ideya, 

məzmun dərinliyi, təsvir olunan həyati əksliklərin kəskinliyi yüksək bədii ustalıqla, 

dərin psixologizmlə birləşdiyindən, onların yaradıcılığı hələ sağlığında tədqiqatçı və 

tənqidçilərin diqqətini cəlb etmiş,  əsərlərinin qiymətləndirilməsinə  həm ingilis 

ədəbiyyatında, həm də digər ölkələrdə çoxsaylı elmi əsərlər həsr olunmuşdur. 

Azərbaycan oxucusu bu ingilis  yazıçılarının yaradıcılığı ilə nisbətən gec tanış 

olmuşdur. XX əsr ingilis ədəbiyyatı  və incəsənətinin seçilən nümayəndələri olan 

Corc Bernard Şou qadının kor - koranə  həyatı, bayağılıq, avamlıq və mütiliyi, 

yırtıcılıq, yalan və istismar üstündə  qərarlaşan cəmiyyət qanunlarını  təsvir edərək 

əsərlərində qadın azadlığından özəlliklə  bəhs etmişdir. Con Qolsuorsinin əsərləri  

kapitalist dünyasındakı bir qadının öz səadətini yalnız digərinin bədbəxtliyi 

üzərində qurması, sülh və demokratiya uğrunda, müharibə və zəhmətkeş xalqın əsa-

rətinə, köləliyinə qarşı, qadın azadlığına, xoşbəxtliyinə qarşı mübarizə aparanların 

əlində onları  səfərbər edən böyük bir silah kimi xidmət göstərir.Ceyms Oldricin 

əsərləri isə sosial bəlalara, ədalətsizliyə, riyakarlığa qarşı hücumla xarakterizə olu-

nur. V.Vulfun yaradıcılığında isə qadına münasibət probleminin əksi  əxlaqi-dini, 

ictimai-siyasi , ədəbi- fəlsəfi, elmi psixoloji şəkildə öz əksini tapmışdır. 

Ailədə  ən böyük yük qadının üzərinə düşür çünki, qadın ailənin  əsas quru-

cusudur, idarə edənidir.Belə bir zərb məsəl vardır ,, Qadın var ev yıxar, qadın var ev 

qurar” və yaxud ,, Qadın yıxan evi aləm yığılsa qura bilməz”. Qadın ailəni idarə 

edir deyə əsasən o, səbrli, müdrik və ağıllı olmalıdır .O, ailədə öz hüquqlarını kişi 

ilə  bərabər  şəkildə bölüşərək qadınlıq və analıq haqqını  tələb etməyi bacar-

malıdır.Hüquqlar təbii ki, bütün sahələrdə  bərabər olmalıdır.Təhsil,əmək, səyahət 

və sairə.Əgər qadın ana olubsa o nə  iş görürsə ailəsi üçün edir.Bu baxımdan da 

onun əri tərəfindən edilən yersiz təzyiqlər və sosial cəmiyyətə qısqanılması  təbii ki, 

qadın üçün psixoloji sarsıntıdır.Əgər ailədə qadının tələbatı ödənilmirsə belə  və-

ziyyət aqressivliyə gətirib çıxar bilər. 

Zənnimizcə, biz öz milli-mənəvi dəyərlərimizə və mentalitetimizə əsaslanaraq 

postsosialist Azərbaycanın sosial-mədəni  vəziyyətini tam təfərrüatı ilə tədqiq edə-

rək  qadın problemlərinin kökünü araşdırmalıyıq. Bu mənada təlimatlandırma işləri 

aparılmalıdır xüsusilə, kişilər arasında çünki, qadın problemlərinin köklü şəkildə 

həlli üçün  kişilərin mənəvi-psixoloji baxımdan təkmilləşməyə ehtiyacı vardır. İntel-

lektual dəyişilmə üçün isə müasir zamanımızda saysız-hesabsız vasitələr vardır.( 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



344

müəyyən ictimai-siyasi, mənəvi-psixoloji ,əxlaqi – dini qürumlar, birliklər, 

təşkilatlar, internet və digər vasitələr)Təbii ki, hər şeydən əvvəl mütaliə etmək daha 

önəmlidir, Azərbaycan və dünya ədəbiyyatının rolu danılmazdır.Bu problemin həlli 

əsasən ailədən başlayır. Əgər ailədə qadın bir ana olaraq, həyat yoldaşı kimi  sivil 

mənada dərk edilirsə , cəmiyyətddə  də qadın promleminin həlli öz çözümünü 

tapdığı halda, digər problemlər öz yolunu tapa bilər.Əgər qadın nə istədiyini duyub 

və bunu necə  həyata keçirəcəyini bacarmırsa bu onun şəxsi psixoloji 

problemidir.Nəyə görə kişilərin timsalında qadına daha çox vasitə kimi baxılır? 

Təbii haldır ki, kişi qadın gözəlliyi qarşısında öz şəxsi münasibətini sivil formada, 

dərk edərək büruzə verməlidir.Bu zaman o, kosmoqonik ideyalara əsaslanaraq 

hisslərinin gerçək olduğuna əmin olaraq emosiyalara qapılmamalıdır.Çünki, qadının 

ilahiliyi Tanrının ən sirli-sehrli möcüzəsidir. Təəssüf ki,  cəmiyyətimizdə qadındakı 

bu  ilahiliyi görüb dərk edə bilməyənlər az deyildir. Qadın zəriflik rəmzidir. 

Cəmiyyət isə bu zərifliyi daim əzməyə, tapdalamağa çalışır.Cəmiyyətdə qadına  

layiq olduğu dəyər verilməlidir, onun müqəddəs haqqları  və hüquqlarına göz 

yummaq olmaz!Qadın anadır, bu səbəbdən də o heç bir ölçüyə sığmır. Qeyd edək , 

bəşər övladı yaşından asılı olmayaraq hər zaman anaya ehtiyac duyub. Qadının ən 

böyük özünütəsdiqi, məsuliyyəti  onun ailəsi ilə bağlıdır. Müasir çağımızın fəlakəti 

ondadır ki, bu ali varlığın  əzab -əziyyəti müsbət anlamda duyula bilinmir. Bu 

fikirlərə  əsaslanaraq qeyd edək ki,  bu dünyanı, insanı tam bütün təfsilatları ilə 

öyrənmək mümkün olmadığı kimi qadını da hərtərəfli öyrənmək qeyri-mümkündür. 

Fikrimizcə, qadınsız ailə, ailəsiz isə xalqın təsdiqi mövcud deyildir.  

  Qeyd  edək ki,1911-ci ilin 22 yanvarında başlamış  və 1912-ci ilə  qədər 

fəaliyyətini  davam etdirmiş ,,İşıq “ jurnalının  milli mətbuat  tarıximizdə ilk qadın 

mətbu orqanı kimi önəmli bir yeri vardır.O vaxt cəmi 68 sayı  işıq üzü görən 

,,İşıq”ın  baş redaktoru maarifpərvər ziyalı  Xədicə xanım  Əlibəyova , naşiri isə 

Mustafa bəy  Əlibəyov olmuşdur.Milli dəyərlərimizə, irsimizə, zəngin mədəniy-

yətimizə, tarixi köklərimizə  bağlı qalmaqla xalqımıza və dövlətimizə faydalı olmaq 

amalını davam etdirən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 

ədəbi irsimizin incilərindən olan ,,İşıq”ı  bərpa etmiş  və jurnal 2012-ci ilin yanvar 

ayından etibarən  nəfis şəkildə çap edilir.,,İşıq-qadın “ jurnalı ailə tərbiyəsi , qadın 

problemləri  və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edir. 

Təsadüfi deyil ki, o dövrün tərəqqipərvər ziyalılarından Nəcəf bəy Vəzirovun 

(1854-1926)  bədii  əsərlərində ailə  və qadına münasibət məsələsi geniş  təhlilini 

tapmış  ən mühüm mənəvi  mövzulardandır.O, cəmiyyəti  müşahidə edir, burjua-

mülkədar ailələrində baş verən mənəvi  tənəzzülü özünə xas olan sərrastlıqla nigah 

bağlayan  şəxslərin bir-birinə münasibətində  təbii meyl deyil, kobud maddi haqq- 

hesab, fayda güdmək kimi amillər hökmranlıq edirdi.Buna görə  də yazıçı bütün 

pyeslərində ailə  və qadın məsələlərinə toxunurdu.Bir sıra maarifçilər kimi o da  

yaşadığı dövrdə Azərbaycanda geniş yayılmış çox arvadlılıq , qızların qaçırılması, 

maddi səbəblər üzündən  qocaların gənc qızlara- xüsusən də yetkinlik yaşına 

çatmayan qızlara evlənməsi  kimi hadisələri özünün ifşaedici və amansız tənqidinin 

hədəfinə çevirirdi.  

XX  əsrin  əvvəllərində Azərbaycanda müsəlman qızlarına oxumaq, yazmaq, 

elm, fəlsəfə, mədəniyyət öyrətmək üçün ,,Nicat” qadın maarifçilik cəmiyyəti 

yaradıldı; onun ruhlandırıcısı qadın yox, Həsən bəy Zərdabi idi.  Həsən bəy 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



345

Zərdabinin xanımı Hənifə Məlikova isə həm də  öz evində yaşlılara dərs demiş  və 

Bakıda ,, Nicat” xeyriyyə cəmiyyətinin  qadın bölməsinin qurucularından  biri ol-

muşdu. Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə  Bakıda qızlar üçün 1910-1914-cü 

illlərdə  2 sinifli adi ibtidai məktəb  açılması  da nəzəri cəlb edən  örnək hadisəsidir. 

Bundan əlavə C.Məmmədquluzadə ilk qadın jurnalı olan ,,İşıq” ın işıq üzü görməsi 

üçün çalışıb. C.Cabbarlı Azərbaycanda feminist klubun yaradılması  təşəbbüsüylə 

çıxış edib.Çünki,  qadın azadlığı problemi bu günkü günümüzə qədər davam edən 

və müzakirə olunan  ən başlıca məsələlərdəndir.  

Qeyd edək ki, M.T.Sidqinin (1854-1903) mənəvi tərbiyədə ailənin xüsusilə də 

qadının  roluna dair əhəmiyyətli fikirləri vardır: ailə insanların  əxlaqi simalarını 

müəyyən edir, onların mənəvi keyfiyyətlərinə görə birbaşa məsuliyyət daşıyır. 

Müsəlman ailələrində  uşaqların tərbiyəsi ilə  əsasən analar məşğul olduğuna görə 

uşaqların əqli və mənəvi tərbiyəsi analarının əqli inkişaf səviyyəsindən çox asılıdır. 

Deyilənlər baxımından M.Ə.Sabir bütün əsərlərində müsbət surət kimi təsvir 

etdiyi qadınların mənəvi əzablarının, ağrılarının və çətinliklərinin mənbələrini gös-

tərməyə çalışır.O,yalnız qadının ailədə və cəmiyyətdə hüquqsuz vəziyyətini sadəcə 

diqqətə çəkməklə  kifayətlənməyərək mütəfəkkir şair kimi minlərcə qadının məşəq-

qətli həyatını doğuran səbəbləri arayırdı.Qadınların kişilərlə birlikdə elm öyrənmək, 

mədəniyyətlərini artırmaq imkanının verilməsinin  qadın azadlığında həlledici  rola 

malik olduğunu M.Ə. Sabir görür və  təqdir edirdi. XIX əsrin sonu –XX əsrin 

əvvəllərində kişi ziyalılarımızın  dəstəyi ilə Azərbaycan qadınları milli mənliklərini  

əsas götürərək  mariflənmə  yolunda ciddi  mübarizəyə qoşulmuşlar. Hələ XIX əsrin 

50-ci illərində Zaqafqaziyada fəaliyyət göstərən ,,Müqəddəs Nina”  cəmiyyətinin 

Azərbaycandakı eyni adlı  qadın təhsil idarəsində  17 nəfərədək azərbaycanlı qadın 

fəaliyyət göstərirdi. Onlardan Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər 

Qurtqaşinskaya, Balaxanım Xandəmirova kimi marifçi qadınlarımız yeni dünya 

görüşlərinə görə    fərqlənmişlər.Maarifpərvər qadınlardan biri olan  Dilbər xanım 

atası Mirmahmud kişinin köməyi ilə 1850-ci ildə Şamaxıda, öz evində qız məktəbi 

açmışdı.Sonralar Dərbənddə, Zaqatalada, Şuşada  qız məktəbləri ,Bakıda ilk qadın 

gimnaziyası açılmışdı.1896-1901-ci illərdə H.Z.Tağıyevin  bilavasitə maliyyə 

dəstəyi ilə (183 min rubl qızıl pul) ilk qadın Rus –Müsəlman Pedaqoji Məktəbi 

tikilmişdir.Bu məktəbin tarixinə    diqqət yetirdikdə görürük ki, dünyəvi təhsilin 

inkişafında  və savadlı mütəxəssislərin  yetişməsində  hədsiz zəhməti olan bir sıra 

maarifçi qadınlarımız öz əməlləri ilə  fərqlənmişlər.Onlardan Rəhilə Hacıbababə-

yova, Məryəm Silkeviç, Nabat Nərimanova,  Şəhrəbanu  Şabanova, Səkinə 

Axundzadə Şəfiqə Əfəndizadə, Ayşad Dibirova, Məryəm Qembitskaya  və digərlə-

rinin adlarını  çəkə bilərik. Başqa bir nümunəvi  misal isə  hələ 1906 –cı ildə 

Gəncədə ilk dəfə    Müsəlman Qadın Komitəsinin qadınlar arasında  xeyriyyə 

marafonu keçirməsi  faktıdır.Bu dövrdə  Həmidə xanım Cavanşirin də xüsusi 

fəaliyyəti nəzərə çarpır.1910-cu ildə  Həmidə xanım  və Sofya Şaxtaxtinskayanın  

şəxsi təşəbbüsü ilə Tiflisdə Qafqaz xeyriyyə  cəmiyyəti yaradılır.45 üzvdən ibarət  

bu cəmiyyətə Gövhər xanım Qacar sədr seçilir.Tarixin səhifələrini vərəqlədikcə 

qadınla bağlı  tariximizin parlaq nümunələri ilə üz-üzə dayanırıq.1911-ci ildə 

Xədicə xanım  Əlibəyovanın rəhbərliyi altında ilk qadın jurnalı ,,İşıq”ın çap 

edilməsi də məhz bu nümunələrdəndir. Qeyd edək ki, Babilik hərəkatının xarakterik 

cəhəti tarixdə ilk dəfə qadınla kişiyə hüquq bərabərliyi verilməsi tələbinin irəli 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



346

sürülməsi 1848-1852-ci illəri əhatə edir. Bu dünyanı,insanı tam öyrənmək mümkün 

olmadığı kimi ,qadını da  sona qədər bütün tərəfləri ilə öyrənmək mümkün deyil. 

Tarix göstərir ki, məhz belə ziyalı şəxsiyyətlərin  ailələrində yaşayan  qadın-

ların  özləri təhsil almaqla yanaşı , həm də  mənimsədikləri bilik və  mədəniyyəti  

digər Azərbaycan qadınlarına aşılamaqla onların inkişafına  şərait yaratmış, 

yüksəlişləri naminə  çalışmışlar.  

Daima aktuallıq kəsb edən  önəmli  və mürəkkəb problem  olan  qadın  prob-

leminin  Qərb-Şərq dünyagörüşlərində  öyrənilməsi qadın və  cəmiyyət  münasi-

bətlərinin  fəlsəfi-psixoloji  cəhətdən açıqlanması, qadın və sosial  mühit  əlaqələ-

rinin  daxili  mahiyyət  və  məzmununun  dərki, təsdiqi, bədii  təhlilidir. Qadın və 

kişi mif, epos tarix boyu dinin güzgüsündə olmuşdur.Müqəddəs mətnlərin buddizm

daosizm mətnləri, Bibliya-Tövrat, İncil və Quranın rolu qadına hansı münasibətlərin 

tədqiqni izah edir.Cəmiyyətin və müxtəlif mədəniyyətlərin tarixi inkişafında qadın 

münasibətlərinin tipologiyası qadın mədəniyyətinin obyekt və subyekti kimi 

qiymətləndirilir.Qadınların dünya mədəniyyətinə töhvəsi yalnız sülhlə  nəticələnir. 

Bu sülh siyasətinin  öz nizamlı həlli isə  Qadın hərəkatının  müəyyən mərhələləri 

nəticəsində: kortəbiiliyi aradan qaldırmaq; səviyyəli təzahürlər; qadın fəhlə hərəkatı 

radıkal və liberal feminizm nəticəsində  aşkarlana bilər.  Şərq qadınları  həmişə lap 

qədim zamanlardan azad, xoşbəxt həyatın  arzusunda olmuş və daima belə bir həyat 

üçün mübarizə aparmışlar. Böyük bir zaman  əhatə edən sovet dövrünün  mürək-

kəbliklərinə baxmayaraq, XX əsrdə Azərbaycan qadınları nəınki təhsil almağı, həm 

də elmdə yeni nailiyyətlər qazanmağı, cəmiyyətin müxtəlif sferasında  özlərini 

təsdiqləyərək  bir çox uğurlara imza atmağı bacardılar.Onların cəmiyyətdə, ictimai 

həyatda, ailədəki mövqelərində köklü dəyişikliklər baş verdi. 

 Qeyd  edək ki, T.Hardinin yaradıcılığı L.Dorofeevanın ictimai-dini, L.V.Do-

rofeevanın faciəvi müharibə haqqında mövzularının bir ədəbiyyatçı kimi elmi 

əsərlərində  tədqiqata cəlb edilməsi dünya ədəbiyyatında da çox diqqətəlayiqdir. 

T.Hardinin yaradıcılığı janr baxımından da zəngindir.Onun realizmi zamanın, 

dövrün ilahi qüvvəsinə bağlıdır. Yazıçının qəhrəmanlarının taleyi ilahi konsepsi-

yaya əsaslanmışdır.  

Bernard  Şounun  yaradıcılığını  tədqiqatçılardan A.Anikst ,,Narahat klassik”, 

İ.Anisimov B.Şounun Yaradıcılığının ikinci dövrü, M.İ.Bent ,,Onun insanlığı başqa 

idi”, S.Dinamov ,,Xarici ədəbiyyatda tendensiya və üslub”, İ.Bella ,,Xatirələr” adlı 

mövzuları elmi və  ədəbi baxımdan araşdırmışdılar. C.B.Şounun qadın azadlığı 

problemi və qadının cəmiyyətdə ictimai-fəlsəfi rolu çox fərqlidir. 

C.Qolsuorsinin yaradıcılığı İngilis ədəbiyyatında XX əsrin 40-50-ci illərindən  

etibarən romanlarının ideya-məzmun xüsusiyyətləri və üslubu müxtəlif problemlər 

üzrə araşdırılmışdır.70-80-ci illərdə  isə C.Qolsuorsinin yaradıcılığında  ənənə  və 

novatorluq  problemi daha çox diqqəti cəlb etmiş, onun ədəbi fəaliyyəti XX əsr  

ingilis  ədəbiyyatını  səciyyələndirən cərəyan və istiqamətlərin mübarizəsi konteks-

tində öyrənilmişdir. Bütün bu məsələlər M.İ.Voropanova, A.M.Qavrilyuk, İ.A.Du-

başinski,N.Y.Dyakonova,M.P.Tuquşeva, D.Q.Jantiyeva kimi tədqiqatçıların mo-

noqrafiyalarında əksini tapmışdır. 

C.Qolsuorsi realist yazıçı idi.Realistlər və modernistlər arasında gedən 

mübarizə  bəzi sənətkarları ifrat qiymətləndirməyə vadar etmişdir.Məsələn: V.Vulf  

əsil novatorluğu gerçəkliyin təqlidindən, realist metodun xarakterlər yaratmaq, 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



347

qəhrəmanların mənəvi aləmini və onların ətraf dünya ilə mürəkkəb qarşılıqlı əlaqə-

lərini  əks etdirmək kimi prinsiplərindən tamamilə imtina etməkdə görürdü. C.Qo-

lsuorsi isə bir çox məqalələrində  və esselərində  tədricən özünün estetik sistemini 

formalaşdırır, bununla da yeni tipli realist sənətkar kimi əsil novatorluğunu açıq-

layırdı. Onun yaradıcılıq metodunda  realizmlə impressionizmi üzvi sintezi baş 

verirdi.Burada C.Qolsuorsi  sırf realist incəsənətin sərhədlərini asan elementlərə-

hissə, ritmə, musiqiyə və s. üstünlük verirdi. 

Ceyms Oldricin yaradıcılığı Azərbaycan  ədəbiyyatında  Şahin Xəlillinin,    

Rus  ədəbiyyatında isə E.Kalaşnikovanın ,,Sevgi” haqqında  əsərlər, L.Styubek 

,,Haqq yolu” adlı monoqrafiyalarında tədqiq olunmuşdur. 

V.Vulf  haqqında üç yüzdən çox məqalə və rəylər yazılmış, fikirlər söylənil-

mişdir, tədqiqatlar aparılmışdır. Məs:V.Vulfun  əsərləri dünyanın bir çox dillərinə 

tərcümə edilsə  də, təəssüf ki, Azərbaycan dilinə onun hələ heç bir əsəri tərcümə 

olunmamışdır.Amerikada, İngiltərədə Virciniya Vulfun adını daşıyan kitabxanalar, 

dərnəklər və təhsil ocağı vardır. Şimali və Qərbi Virciniya şəhərləri onun adını daşı-

maqdadır. 

 V.Vulfun  yaradıcılığı      Azərbaycan və rus ədəbiyyatşünaslığında da çox az 

tədqiqata cəlb edilmişdir.  Rus mütərcimlərindən Q.Nikitin onun bəzi əsərlərini tər-

cümə etmiş, ədəbiyatçılardan Y.Qeniyeva,V.İvaşova yazıçının yaradıcılığını tədqiq 

etmişdir. Qeyd edək ki, Azərbaycan ədəbiyyatında V.Vulfun yaradıcılığında insan 

problemi adlı monoqrafiya isə bu məqalənin müəllifinin elmi-tədqiqat əsərində öz 

əksini tapmışdır.Lakin bu yazıçıların yaradıcılığında qadına münasibət probleminin 

əks elmi tədqiqata cəlb edilməmişdir. 

  M.Qocayev  Dostoevski  ətrafında düşüncələr ,,İdiot” romanında ana simvo-

likası, M.Qocayev Dostoevski ətrafında düşüncələr Qadın xarakterləri (M.Karama-

zov qardaşlarında) adlı mövzulrı da rus ədəbiyyatında çox diqqətəlayiqdir.Lakin bu 

yazıçıların yaradıcılığında qadının ictimai rolu  və yaxud İngilis və Azərbaycan 

ədəbyyatlarında qadına münasibət probleminin əksi mövusu işlənməmişdir. 

Fikrimizcə, C.B.Şounun simasında biz dünya ədəbiyyatının  güclü satirik 

yazıçısını publisist və dramaturqunu görürük.Digər dünya yazıçılarından fərqli 

olaraq C.Oldric qadında ictimai-siyasi mövzuları daha çox dəyərləndirərək  əsər-

lərində onların fəlsəfi-psixoloji əlaqələrini verməyə çalışmışdır.Çünki, o bədii yara-

dıcılıqla ictimai fəaliyyəti birləşdirməyi bacaran sənətkardır.Yazıçının qəhəmanları 

əsasən realist qəhrəmanlardır. 

Virciniya Vulf, Ceyms Oldric, Corc Bernard Şou , Con Qolsuorsi, Tomas Har-

di və yaxud öz əsərlərində XX əsrin əvvəllərindəki İngiltərənin ictimai bərabərsiz-

liyindən,  qadın yoxsulluğundan, təhsil sistemindən danışsa da bu problemlər, 

xüsusilə də yoxsulluq, elə indi də ingilis siyasətçilərinin müzakirə mövzusu olaraq 

qalır.Həmçinin qeyd etmək lazımdır ki, sovet ədəbiyyatşünaslığında  bu yazıçıların 

həm nəsri, həm də dramaturgiyası müəyyən qədər araşdırılsa da, sərt, birtərəfli ideo-

loji prinsiplər onların düzgün qiymətini verməyə mane olurdu.İdeoloji zorakılıqdan 

xilas olmuş Azərbaycan ədəbiyyatşünaslığının bugünkü ab - havası görkəmli sənət-

karların yaradıcılığının daha obyektiv prinsiplərə əsaslanan yeni qiymətini verməyə 

imkan yaradır. 

Nəhayət, XX əsrdə Azərbaycan nəzəri - estetik fikri və  ədəbiyyatşünaslığı 

böyük uğurlar əldə etsə də, onun obyekti dar olmuş, xarici ədəbiyyat sahəsində daha 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



348

çox rus ədəbiyyatı problemlərinin araşdırılmasına yönəldilmişdir və  Qərb 

xalqlarının ədəbiyyatları, o cümlədən ingilis ədəbiyyatı, İ.Rəhimovun, C.Nağıyevin, 

Z.Ağayevin,  Ş.Xəlillinin bəzi tədqiqatları istisna olunmaqla faktiki olaraq bizim 

ədəbiyyatşünaslığımız tərəfindən tədqiq olunmamışdır. Halbuki, ingilis xalqı XX 

əsrdə  təkcə iqtisadiyyat və texnologiya sahəsində deyil, mədəni-bədii fikir istiqa-

mətində  də çox böyük nailiyyətlər  əldə etmişdir. XX əsrdə dünya ədəbiyyatına 

Oskar Uayld, Bernard Şou, Ceyms Coys, V.Vulf kimi  görkəmli sənətkarlar bəxş 

etmiş ingilis ədəbiyyatının spesifik problemlərinin öyrənilməsi bizim ədəbiy-

yatşünaslığımız üçün yenilikdir. 

Ədəbiyyat 

 

1.R.Majumdar and a Mclaurin, Routledge and Kegan Paul. 



The Critical Heritage. London, 1975,  466 p. 

2.James Aldridge. The Diplomat (, Penguin Modern Classics, Hogarth Press 

1949,  466 p. 

3.Witgenstein  L.Philosophical  Investigations. Oxford. N.Y., 1963,    159 p. 

Virginia Woolf. The Waves, The Common Reader, Hogarth, Press  P.M.C. Great 

Britain, 1964, 390 p. 

4.Forester E. M. Review Dayly News and Leader. The Cristical Heritage. N.Y., 

Cambridge University Press , 1975, 465 p. 

5.Tahir Kazimov .Without you with you. Baku.2008. 265p. 

Nurlan.Press. 

6Tahir Kazimov . “The miracle of the voice”.2000.214p. 

 

             



F.Zulfugarova                  

The Conseptions of  woman in socio-political scientific-philosophical thoughts 

Summary 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin