Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

baġın” kimi təqdim olunub. Göründüyü kimi, adi səhvlər misraları  mənasız söz 

yığınına çevirmişdir. Bu cür səhvlər isə kitabda elə də az deyil. 

1984-cü ildə Azərbaycan SSR-də “Yazıçı” nəşriyyatında Səhəndin “Sazımın 

sözü” adlı kitabı  işıq üzü görmüşdür. Fiolologiya elmləri namizədi R.Qəmbərqızı 

tərtib edib çapa hazırladığı bu nəşrə ön söz və “Dədəmin kitabı”nın ilk altı bölümü 

ilə yanaşı şairin bir neçə şeirini və mənzum məktublarını daxil etmişdir. Sonda çətin 

başa düşülən sözlərin lüğəti verilmişdir. Kitab Səhəndin həmin dövrdə Sovet 

Azərbaycanında tanıdılması və yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət 

kəsb etsə  də, bəzi qüsurlardan da xali deyildir. Belə ki, heç bir izahat verilmədən 

bəzi  şeirlərin ixtisarla dərc edilməsi, ikinci və üçüncü ərmağanların kitaba daxil 

edildiyi halda birinci ərmağana yer verilməməsi bu baxımdan xüsusilə diqqəti çəkir 

və oxucuda müəyyən suallar doğurur.  

Təəssüflər olsun ki, kitabın 2006-cı ildə “Seçilmiş əsərlər” adı ilə çap olunmuş 

ikinci nəşrində (“Şərq-Qərb”) həmin qüsurların aradan qaldırılması bir yana, onların 

üstünə yeniləri də əlavə edilmişdir. Belə ki, “Fədailər marşı” [29/26], “Düşünmək” 

[29/27]  şeirləri yarımçıq, “Taleyimə  sən bax!” şeiri yarımçıq və “Yasaq” adı ilə 

[29/28] təqdim olunmuşdur. Kitaba daxil edilmiş “İkinci ərmağan”ın bir parçası isə 

“Kükürd kibritilə  hər axşamüstü” adı ilə ayrıca  şeir kimi verilmişdir. Bütün bu 

qüsurlar nəşriyyatda kitaba başdansovdu yanaşılmasına bariz sübutlardır.   

Səhəndin vəfatından sonra onun əlyazmalarının demək olar ki, əsas hissəsi 

nəşr və yayımlanmaq üçün dostu M.Fərzanəyə  həvalə olunmuşdu. Lakin bütün 

cəhdlərinə baxmayaraq, hörməli  ədəbiyyatşünas uzun illər  ərzində bu işi başa 

çatdıra bilməmişdi. 1998-ci ildə Marağada “Səhənd  əsərlərini nəşrə hazırlama 

topluluğu” adlı bir təşkilat yaradılsa da, o da problemi həll edə bilmədi. Yalnız 

2001-ci ildə M.Fərzanə “Dədəmin Kitabı”nı xaricdə – Stokholmda hər iki əlifba ilə 

bir cilddə çap etdirməyə nail oldu. Əslində bu, Səhəndin  şah  əsərinin ana dilində 

latın  əlifbası ilə ilk tam nəşri idi. Lakin onu da qeyd etməliyik ki, bu nəşrin latın 

əlifbası ilə verilmiş mətnində çoxlu sayda orfoqrafik səhvlərə yol verilmişdir. 

Əgər belə demək mümkündürsə, Cənubda bir çox vətənpərvər ziyalının qoşul-

duğu və 30 il davam edən Səhəndin  əsərlərini nəşretmə “marafonu”nu Bəhruz 

İmani tamamlamışdır. O, 2003-cü ildə Təbrizdə “Əhtar” nəşriyyatında şairin 14.692 

misradan ibarət olan iki cildliyini nəşr etdirmişdir [4]. Kitabda əsərlər “Sazımın 

sözü”, “Qardaş andı”, “Dədəmin kitabı” və “Başqa  şeirlər” başlıqlı bölmələrdə 

verilmişdir.  

2010-cu ildə  nəhayət ki, Səhəndin bütün Azərbaycan  ədəbi ictimaiyyətinin 

həsrətlə gözlədiyi “Divan”ı  işıq üzü gördü [3]. Şairin  əsərlərinin nəşri və 

öyrənilməsi tarixində bu nəşrin əhəmiyyətini ayrıca qeyd etmək lazım gəlir. Belə ki, 

onun adları  ədəbiyyatşünaslığa çoxdan məlum olan poemaları (“Xatirə”, “Araz”, 

“Fərhad”) və  şeirlərinin  əksəriyyəti, o cümlədən fars dilində yazdığı beş  şeiri ilə 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



370

oxucular ilk dəfə tam şəkildə  məhz bu kitab vasitəsilə tanış olmaq imkanı  əldə 

etmişlər. Ona görə  də “Divan”ı  Səhəndin  əsərlərinin həmin vaxtadək işıq üzü 

görmüş ən mükəmməl nəşri hesab etmək olar.  

Əlbəttə, bütün üstün cəhətlərinə baxmayaraq, “Divan” da qüsurlardan xali 

deyil. Belə ki, şairin oxuculara yaxşı tanış olan bir sıra  əsərlərinin – “Alqış”, 

“Fədailər marşı”, “Keçmiş  fədailərimizin yadı” və “Sovet gözəli” sərlövhəli 

şeirlərinin, “Elimin dayağı, yurdumun fəxri” sərlövhəli mənzum məktubunun 

“Divan”a daxil edilməməsini nəşrin siyasi konyunkturaya uyğunlaşdırılması və ya 

senzura müdaxiləsinə  məruz qalması kimi qiymətləndirmək olar. Elə  “Şallaq” 

şeirindəki aşağıdakı misraların ixtisarı da bunu sübut edir:   

 

Quranları, İncilləri 



Mollaların, keşişlərin 

Vur başına! [29/17] 

 

“Bir məzar boyunda yer sorağında” adlı  şerin [3/110-115] kitaba həm də 



“Qardaşım Valehin məktubuna cavab” [3/265-295] kimi müəyyən dəyişikliklərlə 

daxil edilməsini də düzgün hesab etmirik. Bu, eyni əsərin  bir nəşrə iki dəfə daxil 

edilməsindən başqa bir şey deyil. Onu da qeyd edək ki, şeir özü 60 bənd olduğu 

halda, məktub 109 bənddir. Bütün bu qüsurlar isə son nəticədə şairin yaradıcılığını, 

ədəbi və siyasi görüşlərini bütöv şəkildə qiymətləndirməyə imkan vermir. Onu da 

qeyd edək ki, naşir E.M.Sədiq “Divan”a fars dilində “Çənd kəlmə” (“Bir neçə 



kəlmə”) sərlövhəli təqdimat,  şairin həyat və yaradıcılığını  əhatə edən “Qaraçorlu 

elinin sağanaq buludu” sərlövhəli ön söz, doktor H.M.Sədiq isə “Fəlsəfi düşüncəli 

və mübariz ruhlu şair” sərlövhəli giriş məqaləsi yazmışdır [3/11-22]. 

2012-ci ildə isə tanınmış şair və araşdırmaçı Səid Muğanlı Tehranda Səhəndin 

“Qardaş andı” adlı daha böyük həcmli – 1074 səhifədən ibarət kitabını çap 

etdirmişdir. Bu nəşrə şairin müxtəlif illərdə fərqli nəşrlərdə dərc olunmuş əsərləri ilə 

yanaşı, M.Fərzanə, G.Səbahi, U.Barışmaz və S.Muğanlının şair haqqında məqaləlri 

də daxil edilmişdir. Lakin “Səhəndin bütün şeirlərni  əhatə edir” iddiası ilə 

buraxılmış bu kitaba “Alqış”, “Fədailər marşı”, “Keçmiş fədailərimizin yadı” kimi 

dərsliklərə daxil edilən şeirlərin daxil edilməməsi təəssüf doğurur.  

Şairin 1974-cü ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər  Əliyevə 

ünvanlandığı “Elimin dayağı, xalqımın fəxri” sərlövhəli 13 bənddən ibarət mənzum 

məktubunun “Səfər yarağı” (?!) adı ilə, həm də son 2 bəndinin ixtisarla dərc 

olunmasının məntiqi də anlaşılmır. Belə ki, ixtisar olunan –  

 

Bu gün millətimin dayağı sənsən,  

Elimin çörəyi halalın olsun!  

Dünyalar durduqca əsən dur, əsən!  

Sənə göz dikmişdir bütün Vətənin! [29/60] 

 

– misraları əslində ünvan sahibinin şairin düşüncəsindəki və qəlbindəki yerini 



göstərir. Deməli,  şeirin bu misralarsız çap olunması onu yalnız ünvasızlaşdırmır, 

həm də  mənasız hala salır. Digər tərəfdən, Səhəndin qəddar  şah rejimi dövründə   

yazdığı  əsərin XXI əsrdə  hələ  də tam şəkildə çap edilə bilməməsi onun həyatını 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



371

həsr etdiyi mübarizənin bu gün də aktual olduğunu göstərir... Səhəndin əsərləri istər 

Azərbaycan Respublikasında, istər Türkiyədə, istərsə də İranda ayrı-ayrı toplularda 

da dərc olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun 

1988-ci ildə  nəşr etdirdiyi “Cənubi Azərbaycan  ədəbiyyatı antologiyası”nın III 

cildinə “Alqış”, “Fədailər marşı”, “Keçmiş  fədailərimizin yadı” adlı  şeirləri və 

“Araz” poeması daxil edilmişdir [10/279-292]. Antologiyanın 1994-cü ildə  nəşr 

olunmuş IV cildində isə  şairin “Qardaşım  Əliağa Kürçaylıya” başlıqlı  mənzum 

məktubu və “Duxa Qoca oğlu Dəli Domrul” poeması  dərc olunmuşdur [11/188-

190]. Professor Ali Kafkasiyalının tərtibatı ilə  Ərzurum Atatürk Universitəsinin 

2002-ci ildə  nəşr etdiyi “İran Türk edebiyyatı antolojisi”nin VI cildinə  Səhəndin 

həyat və yaradıcılığı haqqında məqalə ilə yanaşı “Alqış”, “Fədailər marşı”, “Keçmiş 

fədailərimizin yadı” sərlövhəli  şeirləri, “Araz” poeması, “Qardaşım  Əliağa 

Kürçaylıya” başlıqlı  mənzum məktubu və “Sazımın sözü”ndən “Duha Kocaoğlu 

Deli Dumrul” poeması daxil edilmişdir [20/46-67]. Hər  şeydən göründüyü kimi, 

professor A.Kafkasiyalı bu bölməni hazırlayarkən Bakıda nəşr olunmuş “Cənubi 

Azərbaycan antologiyası”nın III və IV cildlərindən, eləcə “Sazımın sözü” 

kitabından bəhrələnmişdir. Səhənd irsinin nəşri və  təbliği sahəsində  İran  İslam 

İnqilabından sonra Tehranda professor Cavad Heyətin rəhbərliyi altında dərc olunan 

“Varlıq” jurnalının xidməti ayrıca qeyd olunmalıdır. İlk nömrəsi 1979-cu ildə şairin 

ölümündən sonra işıq üzü görən bu jurnal uzun illərdir ki, Səhənd mövzusunu daim 

nəzərdə saxlayır, “çap olunmamış  əsərlərindən nümumələr, xidmətlərini işıqlandı-

ran məqalələr nəşr etməklə yanaşı, diqqəti daim şairin ədəbi irsinə yönəldir, onun 

yaradıcılığını  tədqiq etməyə, obyektiv dəyərləndirməyə çağırır” [22/143]. Onu da 

qeyd etmək lazımdır ki, jurnalın ilk nömrəsi tamamilə  Səhəndin vəfatına həsr 

olunmuş, cənublu ziyalıların, ümumiyyətlə, Azərbaycan xalqının bu böyük itkiyə 

dərin üzüntüsünü əks etdirmişdir. Səhəndin  əsərlərinin nəşri ilə bağlı  ən təəssüf 

doğuracaq məsələlərdən biri, bu günədək onun nə “Dədəmin kitabı” poemalar 

silsiləsinin, nə də digər əsərlərinin əksəriyyətinin latın qrafikalı əlifba ilə akademik 

nəşri bir yana, heç olmasa, onların mükəmməl bir nəşrinin də ortada olmamasıdır. 

Ona görə  də  şairin  əsərlərinin bir çoxu hələ  də  fərqli adlarla, bəzən də yarımçıq 

şəkildə çap olunmaqdadır. Ümimiyyətlə, Səhəndin  əsərlərinin nəşri məsələsindən 

danışarkən bir amilə xüsusi diqqət yetirilməlidir. Belə ki, onların əksəriyyəti müəllif 

redaktəsindən keçmədən (ölümündən sonra) dərc edilmiş  və çox vaxt 

əlyazmalarındakı sətri bölgüyə, dil və üslubuna əməl olunmamışdır. Şairin əsərləri-

nin sənətkarlıq məsələləri ilə bağlı mötəbər fikir söyləmək üçün belə 

“əməliyyat”ların yaratdığı problemləri isə yalnız onları müəllifin öz əlyazmalarına 

uyğunlaşdırmaqla – akademik nəşrini çap etməklə aradan qaldırmaq olar.  

 

Ədəbiyyat 



 

1.  Azərbaycan” yurnalı, № 5, 1974. 

2.  Balaş Azəroğlu. Üç tale. “Ədəbiyyat və incəsənət” qəzeti, 6 aprel 1984. 

3.  Bulud Qaraçorlu Səhınd. Divan (hazırlayan E.M.Sədiq). Təbriz, 2010. 

4.  Bulud Qaraçorlu Səhınd.  Əsərləri (hazırlayan B.İmani), Təbriz: “Şəms”,  

      1979, . 

5. 


Bulud Qaraçorlu Səhınd.  Qardaş andı (hazırlayan S.Muğanlı). Tehran, 2012. 

 

Filologiya  məsələləri – №5, 2014

 

 



372

6. 


Bulut Karaçorlu Sehend. Dedem Qorqudun dilinden Qardaş andı-I-II (basıma 

hazırlayan D.Yıldırım). Ankara, 2002. 

7. 


Bulut Karaçorlu Sehend. Dedem Qorqudun dilinden Sazımım sözü-I-II 

(basıma hazırlayan D.Yıldırım). Ankara, 2002. 

8. 

Bulut Karaçorlu Sehend. Sazımım sözü (basıma hazırlayan D.Yıldırım). 

Ankara, 1980.  

9. 

Cavad Heyət. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış. Bakı: “Azərnəşr”, 

1998. 


10.  Cənubi Azərbaycan ədəbiyyatı antologiyası (III c.), Bakı: “Elm”, 1988. 

11.  Cənubi Azərbaycan ədəbiyyatı antologiyası (IV c.), Bakı: “Elm”, 1994. 

12.  Cənubi Azərbaycan ədəbiyyatı tarixi (II c.). Bakı: “Qanun”, 2013. 

13.  Doktor Salamullah Cavid. O günün həsrətiylə (Xatirələr). s.78.  

14.  Esmira Fuad. Muhammed Hüseyn Şehriyar. “Peon kitab”. İstanbul”, 2014.   

15.  Fiktət Süleymanoğlu. Səhənd (Oçerk). Cənubi Azərbaycan ədəbiyyatı tarixi (II 

c.). Bakı: “Qanun”, 2013.  

16.  Gəncəli Sabahi. Səhənddən xatirələrim. “Ədəbiyyat və incəsənət” qəzeti, 1 

aprel 1983. 

17.  Gəncəli Sabahi. Səhənd həmişəlik həyata göz yumdu. “Varlıq” jurnalı, 1358, 

№ 1. 


18.  http://www.ufukotesi.com/yazigoster.asp?yazi_no=20030721 

19.  İran türk edebiyyatı antolojisi, V c. Erzurum, 2002. 

20.  İran türk edebiyyatı antolojisi, VI c. Erzurum, 2002. 

21.  Mirzə İbrahimov. Dəli Domrul. “Ədəbiyyat” qəzeti, 17 aprel 1965. 

22.  Pərvanə Məmmədli. “Varlıq” jurnalında ədəbiyyat məsələləri. Bakı: “Elm”, 

2000. 


23.  Rüstəm Əliyev. Şəhriyarla görüşlərim. “Şəhriyar” qəzeti, 5 noyabr 1979. 

24.  Sabir Nəbioğlu. Səhənd. Bakı: “Nurlan”, 2006. 

25.  Səhənd. Araz. “Ədəbiyyat və incəsənət” qəzeti, 24 sentyabr 1982. 

26.  Səhənd. Dədəmin kitabı (redaktor M.Ə.Fərzanə). Stokholm, Durna och 

Tribun. 2001. 

27.  Səhənd. Sazımın sözü. Tehran: “Şəms”, 1965. 

28.  Səhənd. Sazımın sözü (tərtib edən R.Qənbərqızı). Bakı: “Yazıçı”, 1984. 

29.  Səhənd. Seçilmiş əsərləri (tərtib edən Ruqiyyə Qənbərqızı). Bakı: “Şərq-

Qərb”, 2006. 

30.  Səməd Vurğun. Seçilmiş əsərləri, c. II. Bakı: “Şərq-Qərb”, 2005. 

31.  Şairlər məclisi. Təbriz, № 3-4, 1945. 

32.  “Varlıq” jurnalı, 1981, №1 (24). 

Фикрет Сулейманоглу 

Из истории издания роизведении Булуда Гарачорлу Сехенда 

Резюме 

 

Булуд  Гарачорлу  Сехенд (1926-1979) является  одним  из  ярких  предс-



тавителей тюркоязычной литературы и истории национального самосознания 

в Южном Азербайджане. Он вошел в историю литературы Азербайджана как 

поэт-патриот, имевший огромный поэтический талант и трагическую судьбу. 

Его  жизнь,  творчество,  общественно-политическая  деятельность  была  тесно, 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



373

органично  связана  с  национально-освободительным  движением  азербайд-

жанских  тюрков  Ирана  в  середине  ХХ  века.От 35-ти  летнего  литературного 

творчества Сехенда до нас дошло его поэтическое наследие, состоящее почти 

из 16 тысяч  строк.  Сехенд  создал  все  свои  произведения  на  родном  языке, 

исключение  составляют  несколько  стихотворений,  переводов  и  статей, 

написанные  на  персидском  языке.  Сехенд  был  одним  из  ведущих  поэтов, 

сыгравших  исключительную  роль  в  процессе  формирования  модернистcкой 

поэзии  в  расширении  границ  содержания  и  формы  политической  лирики  в 

Южном  Азербайджане.В  предлагаемой  статье  рассматриваются  вопросы 

публикации отдельных книг, произведения Сехенда в журналах и сборниках, 

изданных  в  Азербайджанской  Республике,  Турции,  Иране,  Швеции. 

Анализируется  ряд  различий  и  недостатков,  в  этих  изданиях,  привлекающих 

наше  внимание.  Автор  статьи  отмечает,  что  необходимо  академическое 

издание  произведений  Сехенда,  которое  позволит  исследователям  глубоко 

исследовать, анализировать творчество видного  азербайджанского поэта. 



 

Fikrat Suleymanoqlu 

From the history of the publication of Bulud Garachorlu Sahand

s works 



Summary 

 

One of the brilliant personalities of the native literature history and national 



consciousness in southern Azerbaijan Bulud Garachorlu Sahand (1926-1979) has 

been included to our history of literature as a patriotic poet owned a great poetic 

talent and a tragic destiny. All his life, his literary and socio-political activities are 

related in part to the national freedom movement of Azerbaijani Turks in Iran in the 

middle of the XX century. Nearly 16000 hemistiches of poetic heritage of Sahand



35 years literary activities has been kept as a keepsake in our literature. Besides of 

his some poems, translations and articles that were written in Persian he wrote all 

his works in his native language. Sahand also was a leading person in the formation 

of the modern poetry in the South. The published issues of Sahand

s works printing 



as a separate book, journal and collections in the Azerbaijan Republic, Iran, Turkey 

and Sweden are being reviewed and the distinctions and shortcomings between 

these editions are being appreciated in this article. The publication of the academic 

edition of the poet

'

s works is the main work to investigate his literary activities 



deeply.  

 

 



Rəyçi:                    İslam Qəribli  

                   filologiya üzrə elmlər doktoru 

 

 

 

 

 

 

 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



374

                   PƏRİXANIM MURADOVA 

   Azərbaycan Respublikası Prezidentinin  

                                      İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin şöbə müdiri 

 perixanum@gmail.com 

                          

FİRİDUN BƏY KÖÇƏRLİNİN PEDAQOJİ                                                   

FƏALİYYƏTİ 

 

Açar sözlər:    Pedaqogika, təhsil, maarifçilik, məktəb, ədəbiyyat, dil. 



Ключевые слова:  Педагогика, образования, просвещениe, школа, 

литература, язык. 



Keywords:     Pedagogy, edication, enlightenment, school, literary, language. 

 

Azərbaycan  ədəbiyyatında görkəmli yerlərdən birini tutmuş böyük 



tənqidşünas Firidun bəy Köçərli  ədəbiyyatşünas, maarifpərvər, publisist olmaqla 

yanaşı eyni zamanda çox gözəl bir pedaqoq olmuşdur. O bir ziyalı olaraq 

Azərbaycan  ədəbiyyatında öz sözünü demişdir. Firidun bəy Köçərlinin pedaqoji 

fəaliyyəti Azərbaycan ədəbiyyatında öz dərin izini  qoymuşdur. Azərbaycanın ədəbi 

fikrinin inkişafında böyük xidmətləri olan  ədəbiyyat, dil, fəlsəfə, tarix, iqtisadiyyat 

və beynəlxalq siyasi hadisələr haqqında bir çox qiymətli əsərlər yazan Firidun bəy 

Köçərli eyni zamanda, görkəmli pedaqoq olmuş, tədris və  təlim-tərbiyə 

məsələlərinə həsr edilmiş əsərlər müəllifi kimi tanınmışdır(1. s. 311).  

Firidun bəy Köçərli peşə xatirinə dərs deməmişdir. O tədris və təlim-tərbiyə 

məsələlərində canını  fəda etmiş ziyalımız olmuşdur. Eyni zamanda pedaqoji 

fəaliyyətə həsr olunmuş əsərləri ilə də məşhurlaşmışdı. F. b. Köçərlinin müəllimlik 

fəaliyyəti 1885 -1920-ci illərə  qədər olan dövrü əhatə edir. O bu illər  ərzində 

Azərbaycanın təhsil və maarif məsələləri  ətrafında gedən bütün müzakirə  bə 

mübahisələrdə demək olar ki, fəal iştirak etmişdir. O müəllimlikdən əlavə həm də 

bir nəzəriyyəçi kimi də  fəaliyyət göstərmişdir. Tədris kitablarının hazırlanması, 

dərsliklərin tərtib edilməsi və  nəşrə göndərilməsi üçün hazır vəziyyətə  gətirilməsi 

işi birbaşa Firidun bəy Köçərlinin adı ilə bağlıdır. F. b. Köçərlinin böyük bir 

müəllim nəslinin yetişməsində əməyi çox böyük olmuşdur.  

F b.Köçərli yorulmadan çalışaraq 35 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 

Ümumiyyətlə F. b. Köçərlinin çox zəngin  ədəbi irsi olmuşdur. Məktəblərin 

açılmasında,  şagirdlərin təhsilə cəlb edilməsində, gələcək nəslin savadlanmasında, 

qadınlarımızın çadradan çıxaraq təhsilə yiyələnmələri üçün məsələlər qaldırır və bu 

məsələlər  ətrafında ara-sıra mübahisələr də edirdi.  Öz peşəsinin vurğunu olan 

böyük ədib, həyatını əsasən ədəbiyyatşünaslığa və pedaqoji fəaliyyətə həsr etmişdir. 

 Zaqafqaziya müəllimlər seminariyasını bitirdikdən sonra Firidun bəy Köçərli 

Qafqaz tədris dairəsi popeçitelinin 14 iyun 1885-ci il tarixli qərarı ilə  İrəvan 

gimnaziyasına şəriət və tatar dili müəllimi təyin olunur. 1887-ci ilin 6 noyabrında 

isə yenə popeçitelin 6801 № li qərarı ilə İrəvan gimnaziyası mürəbbisinin müavini 

vəzifəsinə irəli çəkilir. 1886-cı ildən başlayaraq “əla və həvəslə” müəllimlik etdiyi 

üçün demək olar ki, hər il mükafat alır. 1892-ci ilin 20 aprelində 1887-ci ilin 7 

noyabrından hesab edilmək şərti ilə ona “Kollejiski sekretar” rütbəsi verilir. Belə ki, 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



375

bu illərdə ona “Titulyar sovetnik”, “Statski sovetnik” kimi rütbələr verilir. 1894-cü 

ildə “Əla xidmətinə görə” üçüncü dərəcəli Stanislav  ordeni ilə təltif olunur. 1895-ci 

ilin oktyabr ayında isə Zaqafqaziya müəllimlər seminariyasının tatar şöbəsinə şəriət 

müəllimi təyin edilir. Bundan sonra F. b. Köçərlinin pedaqoji fəaliyyətində yeni bir 

dövr başlanır(1. s. 312). 

Bütün bunlar  Firidun bəy Köçərlinin  əmək fəaliyyətini yüksək  dərəcədə 

həyata keçirdiyini, verilən tapşırıqların öhdəsindən layiqincə  gəldiyini və vicdanlı 

bir müəllim olaraq şagirdlərə bilik verdiyini göstərir. F. b. Köçərli təkcə pedaqoji 

fəaliyyəti ilə kifayətlənməyirdi. O müxtəlif mətbuat orqanlarında tez-tez məqalələr 

dərc etdirir, tərcümə  işləri ilə  məşğul olur və eyni zamanda dərsliklərin də  nəşr 

edilməsində çalışqanlıq göstərirdi. Həmin illərdə “Təlimi-lisani-türk” adlı dərsliyin 

buraxılmasında da F. b. Köçərlinin böyük əməyi olmuşdur. 

Firidun bəy Köçərlinin yaradıcılığı ilə yaxından tanış olduqda onun pedaqoji 

fəaliyyətinin çox yüksək olduğunu,  əsl müəllimə xas olan müəllimlik həvəsinin 

olduğunu aydın görmək olur. O öz üzərində müntəzəm çalışır, öz məlumat dairəsini 

genişləndirmək üçün başqa xalqların bir çox ədəbiyyatlarını mütaliə edirdi. Bunun 

üçün Qori müəllimlər seminariyasının o dövr üçün çox zəngin olan kitabxanasından 

istifadə edirdi. Firidun bəy Köçərlinin mütaliəsi  təkcə bu kitabxana ilə  məh-

dudlaşmayırdı. O, Azərbaycanın və Zaqafqaziyanın, demək olar ki, bütün bölgə və 

rayonlarında yaşayan və əmək fəaliyyəti ilə məşğul olan həmkarları ilə məktublaşır 

və dostlarından yeni ədəbiyyatlardan ona da göndərmələrini xahiş edirdi. 

Yorulmadan çalışan F. b. Köçərli pedaqoji fəaliyyətini daha da genişləndirərək daha 

da böyük müvəffəqiyyət qazanır.  

Təhsil, təlim-tərbiyə Firidun bəy Köçərlinin ən vacib saydığı məsələlərindən 

birincisi idi. Zaqafqaziya müəllimlər seminariyasında canını  təhsilə, təlim-tərbiyə 

işinə həsr edən Firidun bəy Köçərli, orada daha da yüksək vəzifəyə  keçməyə səy 

göstərirdi. Onun məqsədi sadəcə  vəzifə tutmaq xatirinə yüksəlmək deyildi, yalnız 

seminariyanın  Azərbaycan şöbəsində olan nöqsanların düzəldilməsinə çalışmaqdan 

ötəri idi. Firidun bəy Köçərli seminariyada çoxdan bəri arzuladığı  vəzifəyə 

müvəqqəti də olsa təyin olunur.  

F. b. Köçərli Azərbaycanın istər ictimai, istər sosial, istərsə də siyasi həyatı ilə 

maraqlanmış, millətinin çətin həyat tərzi, cəhalət içərisində yaşaması  və başqa 

millətlərdən çox geridə qalması bir vətəndaş kimi onu narahat edirdi. Bu səbəbdən o 

ilk növbədə xalqın qəflət yuxusundan oyanması yolunda mübarizə apararaq, 

millətinin  maariflənməsi üçün çalışırdı.  

Görkəmli pedaqoq F. b. Köçərli pedaqoji fəaliyyətində  təkcə  dərs deməklə 

kifayətlənməmişdir. O, eyni zamanda savadlı, oxumuş, mədəni  yeni bir nəslin 

formalaşmasında  məxsusi olaraq çalışır və bu yolda heç nədən çəkinməyərək 

maariflənmə  işini daha da geniş  təbliğ edirdi. Ailələrlə, valideynlərlə mütəmadi 

görüşən, onlarla söhbətlər aparan F. b. Köçərli sonunda qismən də olsa istəyinə nail 

ola bilirdi. Ona belə  ağır işində dayaq duran ömür-gün yoldaşı Badisəba xanım 

həmişə köməklik göstərirdi.  

Böyük bir müəllim nəslinin yetişməsində diqqətəlayiq işlər görən F, b. 

Köçərlinin pedaqogikaya aid yazılmış “Didaktika haqqında” üç məktub və “Ümumi 

pedaqogika” adlı əsər yazmışdır.  



 

Filologiya  məsələləri – №5, 2014

 

 



376

Öz peşəsinin vurğunu olan F. b, Köçərli pedaqoji fəaliyyətə başladığı ilk 

vaxtlardan bu sahədə istedadını göstərərək  yaxşı müəllim adını qazanmışdır. 

Zaqafqaziya müəllimlər seminariyasında F. b. Köçərlinin həyatında yeni bir dövrün 

başlanğıcı olur. 

Gənc bir müəllimin düşdüyü yeni mühit onun həyatının formalaşmasında bö-

yük rol oynamışdır. Artıq tez-tez dövrü mətbuatda məqalələr dərc etdirən F. b, Kö-

çərli pedaqoji fəaliyyəti ilə yanaşı  tənqidçilik,  ədəbiyyatşünaslıq və s. Maarif-

ləndirici işlərlə də məşğul olur.  

Azərbaycan  ədəbiyyatı tarixində böyük tənqidşünas və pedaqoq kimi yadda 

qalan F. b. Köçərli 1899 -1902-ci illərdə üçüncü dərəcəli müqəddəs Anna və ikinci 

dərəcəli müqəddəs Stanislav ordenləri ilə və başqa mükafatlarla da təltif edilmişdir.  

Görkəmli pedaqoq və maarifpərvər F. b. Köçərli 1910-cu ildə Qori müəllimlər 

seminariyasının Azərbaycan  şöbəsinə  təlimatçı  vəzifəsinə  təyin olunur və uzun 

müddət bu vəzifəni icra edir.  

F b.Köçərli 1896-cı ildə Qori seminariyasına şəriət və türk dili müəllimi təyin 

edilir.  Buraya köçürülməsi ruhanilərə xoş  gəlmirdi, çünki qorxurdular ki, “başı 

şapkalı” molla sonralardan şeyxislamlıq iddiasına düşsün. Amma necə ki, aşağıda 

görəcəyik, ruhanilərin zənni yanlış idi. Onun məqsədi bütün Qafqazda müəllimlər 

hazırlayan seminariya məktəbində müəllimlik yerini tutmaq idi. Burada öz fikrini 

tələbələr vasitəsilə  həyata keçirə bilərdi, yəni milləti savadlandırıb tərbiyə verə 

bilərdi. Odur ki, öhdəsinə götürdüyü bu ağır vəzifəni layiqincə aparırdı və ömrünün 

axırına kimi bir müəllim sifəti ilə yaşadı. Halbuki, başqa köhnə müəllimlər kimi, 

istəsə idi (özü üçün) faydalı bir vəzifə də ala bilərdi. Bunu Firidun bəy  yapmadı və 

yapanlardan da razı qalmazdı, çünki müəllimlik onun nəzərində ən müqəddəs bir iş 

idi(2. s. 20).  

O,  şəriət  dərslərini keçməklə heç də o dövrün mollaları  və dindarları kimi 

düşünməyirdi. Dininə böyük hörmətlə yanaşan  ədibin düşüncələri tamamilə  fərqli 

idi. Baxmayaraq ki, o şəriət dərsi deyirdi bununla belə dinin bəzi məsələlərini onlar 

kimi qəbul etmirdi. Yəni ilk növbədə millətin  əməlli-başlı  təhsilə yiyələnməsini, 

qadınlarımızın savadlanmasını, hətta çadradan çıxmasını  həyatın  ən vacib 

problemlərindən  hesab edirdi. Bundan başqa Firidun bəy Köçərli dinin düzgün 

təbliğ olunmamağından irəli gələn məsələləri görərək bunlara etirazlını bildirirdi. 

Onun  şəxsi arxivindən toplanmış  məktublar  əsasında hazırlanmış kitabında çox 

maraqlı  məqamlar vardır. Bir məqaləsində deyilir:  Məsəla, müharibənin  şəriət 

nəzərincə  zərərlərini göstərərək bir yerdə  yəhudi peyğəmbərlərinin sözlərini zikr 

edir: “Qılıncı sındırın, cüt qayırın, nizəni sındırın kotan və oraq qayırın...” (“Həyat”, 

1905)(2. s. 22). 

Bu dövrdə mütərəqqi ictimaiyyətin qadın təhsilinin genişləndirilməsi və 

Azərbaycan qadınlarının həyata cəlb olunması  uğrunda daha fəal çıxış etməyə 

başladılar. Pedaqoq və publisist firidun bəy Köçərli yazırdı ki, yalnız təhsil 

müsəlman qadınına ailəni dolandıran, tərbiyəçi və evdar xanım kimi layiqli yer 

tutmağa imkan verə bilər( 9. s. 7). 

Ədəbi irsin nəşri,  ədəbiyyatşünaslıq elminin inkişafı üçün nəşriyyatın, 

ədəbiyyatı intişar etdirən cəmiyyətin olmasını  zəruri məsələlərdən sayan Yusif 

Vəzir Çəmənzəminli Mirzə  Fətəli Axundov, Həsən bəy Zərdabi kimi klassiklərin 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



377

çap olunub geniş xalq kütləsinə çatdırılmamasından şikayətlənirdi: “...Keçmişlərin 

əsərləri çap olunmamış dururlar. Firidun bəy Köçərli kimi məqtədir bir ədib on beş 

il zəhmət çəkib, üç cild “Azərbaycan türklərinin ədəbiyyat tarixi”ni vücudə gətirib. 

Bunları çap etdirən yoxdur”. Bu kitabı bir əcnəbi  yazsa, Avropada onun ilə böyük 

ad qazanardı. Görəsən nə üçün bizim aramızda Firidun bəy Köçərli cənabları kimi 

adamların əmələ gəlməsini şövq və həvəslə qarşılamırıq? ”(3. s. 254). 

Firidun bəy Köçərli  elm və maarifin insanın mənəvi inkişafında müsbət 

təsirini göstərməklə  bərabər qeyd edir ki, “elmsizlikdən və avamlıqdan müsəl-

manların ürəyinə qorxu bərk sirişt edibdir, cəhl və nadanlıq onları cürətsiz, hünərsiz 

və bir növ üftadə, xar və zəlil edibdir(4. s. 71). 

Firidun bəy Köçərlinin həyat və yaradıcılığını araşdırdıqda onun pedaqoji 

fəaliyyətinin həyatının ayrılmaz hissəsi olduğunu görürük.  Sözsüz ki, bu məhəbbət 

ilk olaraq onun böyüyüb boya-başa çatdığı ailəsindən, eləcə  də yaşadığı  Şuşa 

şəhərinin o dövrdəki mühitindən qaynaqlanmışdır. Atasının ədəbiyyata olan həvəsi 

onun tanınmış  şairlərin dövrəsində böyüməsi balaca Firidun bəyin gələcəyinin 

formalaşmasında rol oynamışdır. Bir tərəfdən də özünün ağıllı, zəkalı olması buna 

rəvac vermişdir.  

Pedaqoji fəaliyyəti dövründə bir pedaqoq kimi artıq tanınan, məşhurlaşan  

Firidun bəy Köçərlini hətta o zaman Tiflisin ali məktəblərinə mühazirələr oxumağa 

çağırırdılar. Ona tapşırılan hər bir işi o şərəflə yerinə yetirirdi. Firidun bəy Köçərli 

təkcə pedaqoji sahədə istedadlı olmamışdır, o eyni zamanda bir ədəbiyyatşünas, 

folklorşünas, publisist və filosof kimi də ədəbiyyatsevərlərə yaxşı tanışdır. Pedaqoji 

fəaliyyətində tələbələrə ən çox Azərbaycan dilinin estetikasını aşılayan Firidun bəy 

Köçərli bu dilin dünya xalqları dilindən heç də geri qalmadığını, sadəcə dili 

özünəməxsus formada işlədilməsinin və  təbliğ olunmasını tövsiyə edirdi. O bir 

pedaqoq  olaraq ilk növbədə  Vətənimizi  və dilimizi sevməyi öz şagird və 

tələbələrinə öyrədirdi. Bunu Firidun bəy Köçərlinin dərs dediyi tələbələrinin 

yazdıqları  xatirələrindən görmək olur. Görkəmli alimin daima Azərbaycan dilinin 

üzərində çalışması, dil üslubunun zənginləşdirməyə, təkmilləşdirməyə çalışması 

onun  əsl pedaqoq olduğunun göstəricisidir.  Firidun bəy Köçərlinin yaradıcılıq 

fəaliyyəti ilə tanış olduqda  bunun müəllimlikdən əlavə bir vətəndaşlıq borcu hesab 

etdiyinin anlamına gəlmək olur. Firidun bəy Köçərlinin dərs dediyi tələbələrinin 

əksəriyyəti sonralar özlərinin pedaqoji fəaliyyəti  dövründə müəllimlərinin öyrətdiyi 

yolla getməyə  və  bəzən ona bənzəməyə çalışırdılar. Bu da müəllimin tələbələr 

yanında qazandığı  məhəbbətindən irəli gələn bir hadisədir. Firidun bəy Köçərli 

haqqında yazılmış  xatirələrdən bunu aydın görmək mümkündür.  

Müəllimlərə  və  məktəblərə bu qədər böyük mənalar verdiyi üçün 

müəllimlərin və şagirdlərin də Firidun bəyə ürəkdən hörmətləri var idi. Firidun bəy 

Qafqazın hər yerinin özünə vətən bilirdi və  hər yerinə məhəbbəti var idi.   

1910-cu il Firidun Köçərlinin pedaqoji fəaliyyətinin  ən qızğın dövrlərindən 

biri olmuşdur. Məsələn 1910-cu ildə çap etdirdiyi “cənab Şirvanskinin “Vətən dili” 

dərsliyinə yazdığı resenziyaya dair ” adlı məqalədə, müəllifin bəzi iradlarının əley-

hinə çıxaraq, göstərir ki, birinci sinif üçün tərtib edilmiş dərslik, hər şeydən əvvəl, 

sadə, anlaşıqlı, canlı və şirin dildə yazılmalıdır, dərsliyin şəkilləri mətn ilə tamamilə 

uyğun olmalıdır(1. s. 315 -316). 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



378

Azərbaycan ədəbiyyatının  zəngin tarixi, klassiklərimizin bu tarixi yaratması 

məhz ədəbiyyatımızın dünya ədəbiyyatları içərisində tanınmasına səbəb olmuşdur. 

Dilimizin poetikliyi, səlisliyi ədəbiyyat nümunələrimizin bir ana laylasını xatırladan  

axıcılığı başqa xalqların tərəfindən də yüksək qəbul edilmişdir. Bunun  təbliğində 

sözsüz ki, müəllimlər böyük rolu olmuşdur.  Ədəbiyyat elə-belə meydana 

gəlməmişdir. Bu ədəbiyyatın yaranması yaşadıqları  hər bir dövrdə mühitə uyğun 

olaraq müəllimlərin çəkdikləri zəhmətlərin və fədakarlıqlarının sayəsində meydana 

gəlmişdir. Məlumdur ki, istər mollaxanalar da ruhani dərsləri alan, istərsə  də 

ölkəsinin hüdudlarından kənarda təhsil alan  və keçmişdən üzü bəri gələn klassik-

lərimizin hər birinin bu ədəbiyyatın  əmələ  gəlməsində rolu olmuşdur. Daha çox 

əziyyəti isə bu yazıların, deyimlərin toplanaraq kitab halına gətirilməsində sözsüz 

ki, görkəmli Azərbaycan  ədəbiyyatşünası Firidun bəy Köçərlinin  əməyi 

danılmazdır. Bütün ömrünü ədəbiyyata, pedaqoji fəaliyyətə həsr edən ədibin bu gün 

ki, ədəbiyyatımızda qoyduğu izi silinməzdir. Yəni yenə müəllimin zəhməti burada 

da özünü göstərir.  

F. b. Köçərlinin pedaqoji fəaliyyəti tənqidçiliyi ilə birləşirdi ki, bu da xalqın 

səadəti, xoşbəxt, mədəni gələcəyi uğrunda ardıcıl mübarizə idi. Sonralar, Qori 

seminariyasında Azərbaycan  şöbəsi Qazağa köçəndə(1918) F. b. Köçərli 

seminariyanın direktoru olur. Bütün səy və bacarığını milli ziyalıların yetişməsinə 

sərf edir. Xalq şairi S. Vurğun, O. Sarıvəlli və başqaları bu zaman Firidun bəyin 

tələbələri olmuşlar(5. s. 378). 

Görkəmli pedaqoq Mehdixan Vəkilov öz xatirəsində qeyd edir ki, F. Köçərli 

vətənini, xalqını  və dilini böyük məhəbbətlə sevən vətənpərvər bir alim idi. 

Ömrünün axırına kimi övladı olmayan Firidun bəy bütün məhəbbətini, mehr və 

ülfətini, ümid və arzularını seminariyada oxuyan azərbaycanlı balalarına bağ-

lamışdı(2. s. 10). 

 Azərbaycan oxucuları Firidun bəy Köçərlinin təkcə pedaqoq kimi deyil, eyni 

zamanda Azərbaycanın görkəmli  ədəbiyyatşünası, tənqidçisi, folklorşünası, 

publisisti və alimi kimi də tanıyırlar. O, topladığı ilk materiallar əsasında  əvvəlcə 

1895-ci ilin ortalarında “Tatarskiye komedii” adlı silsilə  məqalələri çap etdirir. 

1903-cü ilin ikinci yarısında isə “Azərbaycan türklərinin ədəbiyyatı” adlı kitabçası 

da çapdan çıxır( 8. s. 11).  Onun Azərbaycan ədəbiyyatı tarixinə verdiyi ən böyük 

hədiyyəsi öz sağlığında 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi “Azərbaycan türklərinin 

ədəbiyyatı” və 1925-ci ildə isə onun ölümündən 5 il sonra həyat yoldaşı Badisəba 

xanımın nəşr etdirdiyi “Azərbaycan  ədəbiyyatı tarixi materialları” kitabları 

olmuşdur.  Bu kitabın sonrakı  nəşrlərdə “Azərbaycan tarixi materialları” adı  

“Azərbaycan ədəbiyyatı” adı ilə əvəz olunmuşdur.  

Firidun Köçərlinin vətəninə, millətinə olan məhəbbəti onun xalqı üçün qoyub 

getdiyi qiymətli irsindən məlumdur. O dövrdə kitab nəşrinin çox çətinliklərlə 

üzləşdiyini nəzərə alsaq Firidun bəyin bu yolda nə  qədər  əzab-əziyyət çəkdiyini 

müəyyən edə  bilərik. Maraqlısı budur ki, F. b. Köçərli bu əziyyətinin maddiyyat 

tərəfini qətiyyən düşünməyirdi. Onun bir qeydində oxuyuruq “...Bu zəhmətlərimin 

(oxu kitablarımın) çap olunmasından mənim niyyətim pul qazanmaq deyil, ancaq 

ədəbiyyatımıza cüzi bir xidmət etməkdir” deyən təvazökar, vətənpərvər alimin uzun 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



379

illərdən bəri böyük zəhmət və  çətinliklə yazıb, yaratdığı  əsərini çap etdirə bil-

məməsi tərəqqipərvər Azərbaycan ziyalılarını çox düşündürürdü(6. s. 26). 

Firidun bəy Köçərlinin pedaqoji fəaliyyəti çox şaxəli olmuşdur. Onun istər 

tələbəlik illərindən, istər  İrəvan gimnaziyasındakı  fəaliyyətindən, istərsə Qori 

müəllimlər seminariyasındakı  fəaliyyətindən və  nəhayət min-bir əziyyətlə  əmələ 

gətirdiyi Qazax müəllimlər seminariyasındakı  fəaliyyətinin eynilik təşkil etdiyini 

görərik. Görkəmli pedaqoqun  bu illər  ərzində  vətənə, xalqa  olan sevgisi nəinki 

azalmamış,  əksinə daha da artmışdı. Yüksək maarifpərvərlik nümayiş etdirən 

Firidun bəy Köçərlinin haqqında yazılan xatirələrdən bunu aydın görmək müm-

kündür. Vətənpərvər, maarifpərvər və tərəqqipərvər olan Firidun bəy Köçərlinin ən 

böyük arzusu yuxarıda sadaladıqlarımın həyata keçirilməsinə çalışması idi. O, 

xalqını təhsilli, mədəni görmək üçün var qüvvəsini bu yola sərf etmişdir.    

O hələ müəllimlik etdiyi vaxtlarda Azərbaycan xalqının klassikləri haqqında 

materiallar toplamağa başlamışdır. Gələcək nəsillərin Azərbaycan klassiklərini 

tanıması üçün zəhmət çəkmişdir. bu məqsədlə o, bir tərəfdən mövcud kitabxana və 

arxivlərdən istifadə edir, digər tərəfdən isə ziyalılarla, ayrı-ayrı  şeir, kitab həvəs-

karları ilə əlaqə saxlayır, lazım olan materialları toplayırdı. Bu gün də məktəblərdə 

və ali təhsil müəssisələrində klassiklərimiz Nizami, Füzuli, Firdovsi, Sədi, M. P. 

Vaqif, Q. Zakir, S. Ə.  Şirvani, Sabir və başqaları haqqında məlumatlı olmağımız 

Firidun bəy Köçərlinin və onun timsalında olanlarımızın zəhmətinin nəticəsidir. 

Belə ziyalılarımız bəzən həyatları bahasına qadağan olunmuş mövzular ətrafında 

gizlin də olsa tələbələrini maarifləndirməyə çalışmış  və onlara kimliklərini 

tanıtdırmağa səy göstərmişdilər. 

Firidun bəy Köçərlinin  övladı olmamışdır. Lakin o dərs dediyi bütün şagird 

və  tələbələrini öz övladı hesab edərək, ata qayğısı ilə yanaşmış  və onları narahat 

edən məsələlərin həllinə çalışmışdır. Bu səbəbdən də  dərs dediyi tələbələri F. b. 

Köçərlini ata kimi qəlbən sevmiş  və ona hörmət etmişlər. Firidun bəy Köçərli hətta 

seminariyanı bitirən tələbələrlə  mütəmadi əlaqələr saxlayırdı və məktub vasitəsi ilə 

onlara məsləhətlər verirdi. Onları ölkədə baş verən hadisələrdən kənarda 

qalmamağı, bu hadisələr barəsində yazıb mətbuatda dərc etdirməyi də tövsiyə 

edirdi(7. s. 369).  

Firidun bəy, müəllimin yüksək pedaqoji hazırlığa malik olmasını, uşaq 

psixologiyasına nüfuz etməsini tələb edirdi və köhnə məktəblər üçün səciyyəvi olan 

“əti sənin, sümüyü mənim” prinsipini qəti  şəkildə  rədd edirdi. F. b. Köçərli 

həmçinin pedaqoji fəaliyyət zamanı  ədəbiyyatın, istər Azərbaycan  ədəbiyyatının 

istərsə də başqa xalqların ədəbiyyatının təbliğinə geniş yer verirdi(8. s. 6). 

Firidun bəy  Köçərlinin Azərbaycan ədəbiyyatı tarixində həm publisist, həm 

ədəbiyyatşünas, həm pedaqoq, həm də bir folklorşünas olaraq zəhməti çox 

böyükdür. F. b. Köçərlinin yaradıcılığının öyrənilməyən tərəfləri hələ  də öyrə-

nilməkdədir. Azərbaycanın görkəmli  şəxsiyyətləri içərində Firidun bəy Köçərlinin 

xüsusi yeri vardır. Ailə  həyatında onu anlayan, onu hamıdan yaxşı başa düşən 

ömür-gün yoldaşı Badisəba xanımın Firidun bəy Köçərli yaradıcılığında  əvəzsiz 

rolu olmuşdur. F. b. Köçərlinin yazdıqlarının ilk oxucusu  və  məsləhətçisi məhz 

Badisəba xanım olmuşdur. Bacarıqlı  tənqidçi, gözəl  ədəbiyyatşünas və istedadlı 

pedaqoq Firidun bəy Köçərlini ədəbiyyatsevərlər heç zaman unutmayacaqdır.    



 

Filologiya  məsələləri – №5, 2014

 

 



380

Ədəbiyyat 

 

1. Kamal Talıbzadə: “Ədəbi irs və varislər”. Bakı, 1974, səh 317. 



2. Firidun bəy Köçərlinin şəxsi arxivi. Bakı, 2006. s. 279. 

3. Kamran Məmmədov: “Yusif Vəzir Çəmənzəminli ”, Bakı, 1981, səh. 263. 

4.XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, 1979, s. 260. 

5.Mir Cəlal, F.C. Hüseynov: “XX əsr Azərbaycan ədəbiyyatı ”, Bakı, 1974, səh. 

390. 

6.Firidun bəy Köçərli: “Azərbaycan ədəbiyyatı”. Bakı, 1978, səh. 596. 



7.Ş. Nəzirli: “Qoridən gələn qatar”. Bakı, 2011, səh. 490. 

8.Firidun bəy Köçərli: “Əsərləri”. Bakı , 2013, səh. 493. 

9.Fərhad Cabbarov: “H. Z. A. Tağıyevin qız məktəbinin tarixindən”, 

Bakı, 2011. səh. 390. 

 

             Периханум Мурадова            



Педагогическая деятельность Ф. б. Кочарлинского 

Резюме 


 

Фиридун  бек  Кочарли  занимает  видное  место  в  азербайджанской  

литературе.  Он  являлся  не  только  литературный  критиком,  но  и    хорошим 

педагогом.  Ф.б.  Кочарли  также  был  фольклористом.  Ярким  примером  этому  

служит его книга «Материалы по истории азербайджанской литературы».  

Ф. Кочарли был интеллигентом и патриотом, любящим свой народ. Он 

стремился  к  просвещению  своего  народа.  К  своим  ученикам  и  студентам  Ф. 

Кочарли относился как к родным детям.            



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin