Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

ÜLVİYYƏ ƏLİYEVA 

 BDU 

aliyeva.ulviyya.83@mail. 



 

MÜƏYYƏN YİYƏLİK HALIN SINTAKTİK VƏZİFƏSİ 

Açar sözlər:  yiyəlik hal, təyin, cümlə üzvü, xəbər, tabeli mürəkkəb cümlə. 

Kлючeвыe  слoвa :  Родительный  падеж,  определение

член  предложения, 



сказуемое, сложноподчинённое предложение 

Key words:  Possessive case, attribute, sentence, predicate, the complex sentence 

 

 Müəyyən yiyəlik halda olan sözün təyin kimi ayrılması fikrini əsaslandıran 

bir çox arqumentlər mövcuddur ki, onlarda bəziləri bunlardır: 

1. Müəyyən yiyəlik halda olan söz ayrıca cümlə üzvü-xəbər ola bilir. 

Məsələn: Bu qələm Həsənindir. Burada “Həsənindir” sözünün müstəqil xəbər 

olması onu göstərir ki, müəyyən yiyəlik hal mənsubiyyət  şəkilçili sözdən ayrı da 

müstəqil cümlə üzvü kimi işlənə bilir. 

2. Müəyyən yiyəlik halda olan söz qoşmalarla işlənə bilir. Və bu zaman da 

mənsubiyyət şəkilçili sözə ehtiyac olmur: sənin üçün, bizim kimi və s. 

3.Mənsubiyyət  şəkilçili söz də  təklikdə  işlənə bilir və yiyəlik halda olan 

sözün olub-olmamasından asılı olmayaraq, cümlənin müstəqil üzvü olur. 

4. ”Hətta elə hallar var ki, mənsubiyyət şəkilçili sözün əvvəlinə şəxs əvəzliyi 

artırmaq heç cür mümkün olmur: Mən atamı gözləyirəm. Atamızla kinoya 

gedəcəyik. Belə faktlar da göstərir ki, müəyyən yiyəlik halda olan söz təyin etdiyi 

sözdən ayrı da düşə bilir” [ 2.36.] 

5. Yiyəlik halda işlənən biz, siz əvəzliklərinin ayrica təyin kimi işlənməsi 

məqamı artıq dilçilikdə qəbul olunub: Bizim ev kənddədir. Sizin kənd işıqlıdır. Belə 

cümlələrdə təyinlərin ayrılması da yiyəlik halın müstəqilliyindən xəbər verir. 

6. 3-cü növ təyini söz birləşmələrinin arasına söz və söz birləşmələrinin 

daxil olması, tərəflərin eyni zamanda cəmlənməsi, aid olan sözün komponentləri 

ayrıliqda izah etməsi də tərəflərin ayrılıqda təhlil olunmasını zəruriləşdirir. 

7. ”Müəyyən yiyəlik halın özünün əlavəsi işlənə bilir və bu əlavə birinci 

tərəfi konkretləşdirir, izah edir” [1.163]. Məsələn: Bacımın-Günayın kitabı budur. 

Cəlalın-sinif yoldaşımın anası gəldi.  

Gördüyümüz kimi, müəyyən yiyəlik halın özünün əlavəsi asanlıqla işlənir. Bu da 

onun ayrıca sintaktik vəzifə daşımasına sübutdur. 

8. 3-cü növ təyini söz birləşmələrinin tərəflərinin yerdəyişməsi-inversiyası 

halı da baş verir: Kim gələcək yerinə Fuadın? (Anar) 

9. Hətta bəzən müəyyən yiyəlik halda olan sözlə  mənsubiyyət  şəkilçili söz 

nəinki inversiya  olur, hətta aralarına cümlənin ikinci dərəcəli üzvləri də daxil olur. Mə-

sələn: Gözlərindən öpdü Rumiyyənin (Anar). Macalı hardaydı Fuadın (Anar). Mənim 

sabah işim var. Yerim bağça-bağ mənim, Rəngim ağappaq mənim 

Bu amil də 3-cü növ təyini söz birləşmələrinin tərəflərinin ayrılmasına şərait yaradır. 

10. Dilimizdə birinci tərəfi mənsubiyyət  şəkilçili sözlə ifadə olunan 

frazeoloji birləşmələr var ki (xoşu gəlmək, zəhləsi getmək, acığı  gəlmək, gözü su 

içməmək və s.), bunların yaranmasında yiyəlik hal iştirak etmir, yalnız cümlə 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



262

daxilində şəxs əvəzlikləri, isim və substantivləşmiş sözlər yiyəlik halda işlənərək bu 

tip frazeoloji birləşmələrin mənsubiyyət şəkilçili sözün şəxsini müəyyən edir, izah 

edir, başqa sözlə, təyin edir. Məsələn: Mənim xoşum gəlir. Sənin acığın gəlir. Hə-

sənin gözü su içmir. Və s. 

Bu tip cümlələrdə  tərəflərin arasına digər cümlə üzvlərin daxil olması da yiyəlik 

halda olan sözün ayrıca cümlə üzvü-təyin olması fikrinə sübutdur: Mənim həmişə 

səndən xoşum gəlib. Müəllimin dərs oxumayan şagirddən acığı gəlirdi və s. 

11. “Dilimizdə  təkcə müəyyən yiyəlik halda olan sözlə ifadə olunan 

yarımçıq cümlələr də mövcuddur ki, yiyəlik halın xüsusi mövqeyi- təyinedicilik 

funksiyası belə yarımçıq cümlələrdə daha aydın görünür. Məsələn: -Bu, kimin 

köynəyidir? –Atamın. Bu, nəyin açarıdır? –Maşının” [2.36.]. 

12. Sintaktik əlaqələri müəyyən edərkən də 3-cü növ təyini söz 

birləşmələrinin tərəfləri parçalanır, ayrılıqda cümlənin başqa üzvləri ilə sintaktik 

əlaqəyə girirlər. Məsələn: “Savadlı şagirdin kitabı budur” cümləsində savadlı sözü 

şagird sözü ilə yanaşma  əlaqəsinə girmişdir. “Onun maraqlı kitabı buradadır” 

cümləsində maraqlı sözü 3-cü növ təyini söz birləşməsinin ikinci tərəfi- kitabı sözü 

ilə yanaşma əlaqəsindədir. “Gələn bizim qonşumuzdur” cümləsində mübtəda- gələn 

sözü qonşumuzdur sözü ilə uzlaşma  əlaqəsinə girib ki, 3-cü növ burada da 

parçalanıb. Həmçinin “Mənim bacım Günay gəldi” cümləsində yanaşma  əlaqəsi 

bacım və Günay sözləri arasındadır. 

13. “Yiyəlik haldakı işarə əvəzliyi ilə bağlı olan budaq cümlənin işlənməsi 

də onu göstərir ki, o (yiyəlik haldakı  işarə  əvəzliyi) , müstəqil cümlə üzvüdür- 

təyindir. Onunla bağlı budaq cümlə isə təyin budaq cümləsidir” [1.163.]. Məsələn: 

Kim kitab oxuyur, onun zehni iti olur. Burada budaq cümlə baş cümlədəki “zehni”  

sözünü kimə aid olma baxımından təyin edir. Baş cümlədə işlənən “onun” əvəzlik- 

qəlibi budaq cümlənin növünü müəyyənləşdirir, yəni baş cümlədən kimin sualı çıxır 

ki, həmin suala birinci cümlə cavab verib təyin budaq cümləsi olur. Bəzən belə 

cümlələrdə əvəzlik- qəlib (onun sözü) işlənməyə də bilər: Hər kimi gördün, ciblərini 

yoxla. Bu cümləyə “nəyi” sualını versək, “ciblərini” cavabını alacağıq. Bu da baş 

cümlənin özündə var. Biz isə baş cümlədə olmayan, işlənməsi zəruri olan üzvə sual 

verməliyik. Bu sual da “kimin” sualıdır. Budaq cümlə cibini sözünün məhz kimin 

cibi olduğunu göstərir, təyin edir. 

14. Dilimizdə elə tabeli mürəkkəb cümlələr də var ki, baş cümlədə “o, elə” 

işarə  əvəzlikləri ilə ifadə olunan əvəzlik-qəlib 3-cü növ təyini söz birləşmələrinin 

ikinci tərəfini, yəni mənsibiyyət şəkilçili sözü təyin edir.Məsələn: Mənim o dostum 

xeyirlidir ki, səhvimi mənə desin. Mənim elə müəllimim var ki, həmişə  səhvimi 

başa salır. Belə cümlələri sadələşdirəndə budaq cümlə 3-cü növ təyini söz birləşmə-

sinin arasına daxil olaraq sadələşir ki, bu da komponentləri bir daha sərbəstləşdirir: 

Mənim səhvimi mənə deyən dostum var. Mənim səhvimi həmişə başa salan müəl-

limim var. 

15. Azərbaycan dilçiliyində 3-cü növ təyini söz birləmələrinin daxili təyi-

ninin ayrılması fikri də mövcuddur. 2003-cü ildə V. Qurbanov və M. Abbasovanın 

“3-cü növ təyini söz birləmələri cümlə üzvü rolunda” ( Azərbaycan dili və ədəbiy-

yat tədrisi (metodik məcmuə). B.2003. nömrə 4. Səh. 15-19.) adlı  məqaləsi çap 

olunmuşdur. Burada müəlliflər 3-cü növ təyini söz birləşməsinin tərkibindəki söz-

lərin-təyinlərin ayrılması fikrini müdafiə edirlər. Onlar prof. Yusif Seyidovun bu 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



263

fikrini veriblər: “3-cü növ təyini söz birləşməsinin 1-ci tərəfinin təyini ola bilirsə, 

bəs ikinci tərəfin təyini niyə olmasın? Məsələn: Orta məktəbin əlaçı şagirdlərinə də 

söz verildi. Burada orta sözü birləşmənin birinci tərəfinin, əlaçı sözü isə ikinci tərə-

fin (yəni şagirdlərin) təyinidir”. [4. 19] 

 Beləliklə, 3-cü növ təyini söz birləşmələrinin tərkibindəki təyinlərin ayrıl-

ması bu birləşmələrin özlərinin də ayrı-ayrıliqda təhlil olunmasına daha da şərait 

yaradır, onların vahidliyini pozur. 

16. “Öz” təyini  əvəzliyi ayrılıqda yiyəlik halı  əvəz edir. Məsələn: öz 

kitabım-mənim kitabım, öz kitabın-sənin kitabın, öz kitabımız-bizim kitabımız və s. 

Bu fakt da müəyyən yiyəlik halı mənsubiyyət şəkilçili sözdən uzaqlaşdırır, təyinlik 

mövqeyini göstərir. 

17. Bəzən xəbəri “var, yox” sözləri ilə ifadə olunan cümlələrdə də müəyyən 

yiyəlik hal mənsubiyyət şəkilçisini itirir: Bu kitabdan mənim də var. Maraqlı oyun-

lardan sənin yoxdur və s. 

18. “Yiyəlik halın ayrıca suallara-kimin, nəyin suallarına cavab verməsi də 

mühüm  əhəmiyyətə malikdir. Yiyəlik hal xəbər vəzifəsində  işlənərkən biz onun 

“kimindir” sualına cavab verdiyini qəbul edirik. Morfologiyada ismin halları  sıra-

sında “kimin, nəyin” sualları olduğunu iqrar edirik. Sintaksisə gələndə bu sual yoxa 

çıxır” [1. 165.]. “Evin pəncərəsi təmizləndi” cümləsinə nəyin pəncərəsi təmizləndi? 

Evin nəyi təmizləndi? suallarını vermək olar və cavabında birinci halda “evin”, 

ikinci halda isə “pəncərəsi” cavabını alarıq. 

 

“Tutaq ki, biz kitabın stolun üstündə olduğunu görürük, bu vaxt həmin kita-



bın məhz kimin olduğunu bilmək üçün soruşuruq: Bu, kimin kitabıdır? Daha heç 

cür “Bu, nədir” deyə vermirik, çünki nə olduğunu bilirik, kimin olduğunu bilmirik” 

[2. 36.]. 

 Kimin 


sual 

əvəzliyi 3-cü şəxsi bildirdiyi üçün mənsubiyyət şəkilçili söz 1-ci 

və 2-ci şəxslərdə olanda da sualı 3-cü şəxsə görə verməliyik. Yəni “Mənim kitabım 

maraqlıdır”, ”Sənin kitabın maraqlıdır”, “Bizim kitabımız maraqlıdır”, “Sizin 

kitabınız maraqlıdır” kimi cümlələrdə sualı “kimin kitabım maraqlıdır?” və s. 

formasında versək, təbii ki, uzlaşma pozulduğu üçün sual nataraz çıxacaq. Ona görə 

də sualı “kimin kitabı maraqlıdır?” formasında verib təyini tapmaq lazımdır. Necə 

ki, “Mən gəldim”, “Sən gəldin”, “Biz gəldik”, “Siz gəldiniz” cümlələrində müb-

tədaya sual verərkən kim sual əvəzliyi 3-cü şəxsi bildirdiyi üçün sualı “kim gəldim, 

kim gəldin, kim gəldik, kim gəldiniz”  şəklində deyil, uzlaşmaya riayyət edərək 

“kim gəldi” şəklində qoyuruq. Eləcə də 3-cü növ təyini söz birləşmələrində yiyəlik 

halda olan təyinə sual verərkən “kimin, nəyin, haranın” sual əvəzlikləri 3-cü şəxsi 

ifadə etdiyi üçün bütün şəxslərdə mənsubiyyət şəkilçili sözü 3-cü şəxs formasında 

işlətməliyik. 

 Verilən arqumentlərdən bu nəticəyə  gəlmək olar ki, “başqa türk dillərində 

olduğu kimi, Azərbaycan dilində  də yiyəlik hal şəkilçili sözlər  təyin vəzifəsi 

daşıyır.  İndiyə  qədər təyin haqqında deyilənlərə  aşağıdakıları  əlavə etmək olar. 

Birinci növbədə təyinin tərifini tamamlamaq lazımdır. 

 

Təyin sifət, say, isim, feli sifət və  bəzi  əvəzliklərlə, həmçinin atributiv xa-



rakterli söz birləşmələri ilə ifadə olunub necə? nə cür? hansı? neçə? nə qədər? Ki-

min? nəyin? haranın? suallarından birinə cavab olur. Təyinin məna növlərinə 10-cu 

növü-yiyəlik, aidlik növünü əlavə etmək lazımdır. Bu təyinlər ismin müəyyən yiyə-


 

Filologiya  məsələləri – №5, 2014

 

 



264

lik halı ilə ifadə olunub kimin? nəyin? haranın? suallarından birinə cavab verir və 

təyinlənənlə münasibətdə  sahiblik və ya aidlik mənası ifadə edir” [1. 165-166.] 

 

Hətta prof. Yusif Seyidov da ənənəvi fikrin tərəfdarı olsa da, etiraf edir ki, “ 



əgər Azərbaycan dilində  də başlanğıcdan 3-cü növ təyini söz birləşmələrinin 

tərəfləri ayrı-ayrıliqda cümlə üzvü kimi götürülsə idi, bu halda yiyəlik haldakı söz 

də  Əlövsət Abdullayevin istədiyinə uyğun olaraq, təyin kimi qəbul edilsə idi, biz 

ona adət edərdik və bu qayda heç kimə qəribə görünməzdi” [4. 399.]. 

 Bu 

fikirdən belə çıxır ki, Azərbaycan dilçiliyində 3-cü növ təyini söz birləş-



mələrini cümlənin bütöv bir üzvü kimi götürmək adət  şəklini aldığı üçün onların 

ayrı-ayrılıqda təhlil olunması daha məntiqli olsa da, sırf adəti pozmayaq, qəribə 

görünməsin deyə bir sintaktik vahid kimi qəbul edirik, bu isə problemin elmi həlli 

deyil. Əslində, 3-cü növün vahid formada təhlil olunması fikrinə gətirilən arqument-

lər inandırıcı deyil. 

 Müəyyən yiyəlik halın sintaktik vəzifəsindən danışarkən onu qeyri-müəyyən 

yiyəlik haldan fərqləndirən cəhətlərə toxunmağı da lazım bilirik ki, 2-ci və 3-cü növ 

təyini söz birləşmərinin birinci tərəfinin ayrıca cümlə üzvü olmaq məsələsi eyniləş-

dirilməsin. Adından göründüyü kimi, qeyri-müəyyən yiyəlik hal qeyri-müəyyən 

(şəkilçisiz), müəyyən yiyəlik hal isə müəyyəndir (şəkilçili). Yəni 2-ci növ təyini söz 

birləşməsinin birinci tərəfi məna etibarilə qeyri-müəyyənlik bildirdiyi halda, 3-cü 

növ təyini söz birləşməsinin birinci tərəfi müəyyənlik bildirir.  

 2-ci 

və 3-cü növ təyini söz birləşmələrində “tərəflərin nitq hissəsinə görə ifa-



dəsi də eyni deyildir. Əgər 3-cü növdə tərəflər müxtəlif nitq hissələri ilə ifadə olun-

maq imkanına malikdirsə, 2-ci növ birləşmələr bu cəhətdən məhduddur, yəni 2-ci 

növü tərəfləri yalnız isimlərlə ifadə olunur (məsdərlə  də ifadə oluna bilir ki, o da 

ismin xüsusiyyətinə malik olduğu üçündür). Bu xüsusiyyət də həmin dil formaları-

nın müxtəlif xarakterli olacağına imkan yaradır” [1. 161.] 

 

3-cü növün arasına başqa sözlər və söz birləşmələri daxil ola bilir, yəni 



tərəflər bir-birindən ayrı düşə bilir. 2-ci növdə isə bu, yoxdur, komponentlər bir-

birinin yanında işlənməlidir. 

 

2-ci növ təyini söz birləşmələri söz yaradıcılığında eyni formada iştirak edir: 



dəvətikanı, quşəppəyi, seçkiqbağı, suiti, ayaqqabı və s. Amma 3-cü növ birləşmələr 

söz yaradıcılığı prosesində də ayrılır, yəni tərəflərdən yalnız biri iştirak edir: üzüyo-

la, əlidolu, başıaşağı, gözükölgəli, başqası, biri, bəzisi və s. 

 

Bütün bunlar onu göstərir ki, “2-ci növ təyini söz birləşmələrinin birinci 



tərəfi sərbəst deyildir və ayrıca cümlə üzvü vəzifəsi daşıya bilməz. 3-cü növ təyini 

söz birləşmələrinin tərəflərinin sərbəst olması imkan verir ki, onun birinci və ikinci 

tərəfi ayrılıqda cümlə üzvü vəzifəsi daşısın” [1. 162.]. 

Ədəbiyyat  

1.  Abdullayev Ə.  Azərbaycan dili məsələləri.  Bakı Universiteti nəşri. 1992. 

2.  Axundov A. Əhmədov  İ. “Bizim fikrimizcə”. Azərbaycan dili və  ədəbiyyat 

tədrisi (metodik məcmuə). Bakı 1983. Nömrə 4. Səh. 34-37. 

3.  Qurbanov V. Abbasova M. “3-cü növ təyini söz birləşmələri cümlə üzvü 

rolunda”.  Azərbaycan dili və ədəbiyyat tədrisi (metodik məcmuə). Bakı 2003. 

Nömrə 4. Səh. 15-19. 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



265

4.  Seyidov Y. Azərbaycan dilində söz birləşmələri. Bakı Universiteti nəşri 1992. 

 

 Ulviyya Aliyeva  



The syntactic position of the definite genitive case 

Summary 


 

 In our opinion, the definite genitive case must be divided as attribute.There are  

many arguments for proving it.  

1. The definite genitive case can separately be predicate in the sentence.  

2. The definite genitive case is used with postpositions.  

3. There are semi-sentences which signified with the words in the definite genitive  

case. 

4.The definite genitive case has its own questions. 



5.Words and word combinations can be included between the definite case and the 

words with affiliation suffix. 

6.The definite genitive case is used with its own apposition etc. 

 

 Ульвия Aлиeва  

Синтактическая функция определенного родительного падежа 

Peзюмe 

 

По-нашему  мнению,  определённый  родительный  падеж  должен  быть  вы-



делен как определение.  Многие аргументы  подтверждают это:  

1.  Определенный  родительный  падеж  может  выступить  как  самостоятельное 

сказуемое.  

2. Определенный родительный падеж употребляется с послелогами. 

3. Функционируют неполные предложения, выраженные существительными в 

определённом  родительном падеже. 

4. Имеются вопросы, принадлежащие определенному  родительному падежу. 

5.  Между  определённым  родительным  падежом  и  словом  с  аффиксом 

принадлежности может включиться  какое-л. слово или словосочетание.  

6. Слово в определённом родительном падеже может иметь приложение. И т.д. 

 

Rəyçi: Professor Tofiq Hacıyev 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



266

                                                          AYTƏN HACIYEVA 

           AzTU 

                                                                                              aytən.mail.ru. 

 

FRAZEOLOGİYA DİLÇİLİYİN ƏN GƏNC TƏDQİQAT OBYEKTİ KİMİ 

 

Açar sözlər: sərbəst söz birləşmə, frazeoloji vahid, model. 

Key words: free word combination, phraseological unit, model. 

Ключевые  слова:  свободное  словосочетания,  фразеологическое  единства, 

модель 


 

Frazeoloji vahidlər, leksik vahdilər kimi, bir məfhum ifadə edir, bundan başqa 

ekspressiv üslub vasitəsi kimi, dilə xidmət edir və eləcə də tərbiyəvi əhəmiyyət kəsb 

edir. 


Bildiyimiz kimi, birləşmə şəklində olan frazemlər sərbəst söz birləşmələrinin 

quruluş modelləri əsasında formalaşır. Sərbəst söz birləşmələri dildə uzun müddət 

işlənməklə  məcaziləşir, tərəflər qaynayıb-qovuşaraq sərbəst birləşmənin sabit 

çevrilməsinə  səbəb olur. Bu fikir bəzən mübahisə doğursa da, əksər dilçilər fra-

zeoloji vahidlərə bu mövqedən yanaşırlar. Sərbəst birləşmələr isə, təbii ki, müstəqil 

mənalı sözlərin birləşməsi ilə yaranır. Bəzən bu sözlər birləşmə  tərkibində daxil 

olmazdan əvvəl məcaziləşmiş olur, bəzən birləşmə tərkibində məcaziləşir və digər 

komponentin də məcaziləşməsinə səbəb olur. 

Leksik və qrammatik mənaları özündə birləşdirən sözlər müəyyən nitq his-

səsinə  mənsub olaraq, dilin bütün qrammatik məna sistemini ifadə edir. Söz dilin 

müxtəlif səviyyələrində fonetik, qrammatik (morfoloji), leksik və s. aspektlərdə öy-

rənilir. Sözün məna və  məzmunu semasiologiyada araşdırılır. O, leksikologiyanın 

əsas tədqiqat obyektidir. Sözün cümlədə yeri morfemə nisbətən sərbəstdir. Sözün 

nominativ (adlandırma),  diferensiallaşdırma (fərqləndirmə), ekspressiv və ya emo-

sional-ekspressiv, apelyativ (müraciət), işarəetmə, göstərmə funksiyaları var. Söz 

çoxfunksiyalılığına görə dilin ümumi strukturunda çox mühüm mövqeyə malikdir. 

Bütün dillərdə sözlərin bir qismi ancaq bir məna daşıyır, məsələn, horse, love, 

və s. Müasir ingilis dilində bir sıra sözlər var ki, onlar iki, üç və daha çox məna 

bildirir. Məsələn, hand sözü insanın və ya başqa canlıların bədənində bir üzvün adı 

kimi işlədilir, əl mənasında. Misal: 



He put his arge hands on the counter of the office, feeling them warm with 

sweat. 

Hand sözünün bu mənası tarixən birinci, ilk məna kimi formalaşmışdır. Sözün 

bu cür mənası əsas normativ məna adlanır. Həmin söz ingilis dilində bir sıra başqa 

sözlərlə  əlalənərək başqa mənalarda da işlədilir. Məsələn, bear

′s hand birləşmə-

sində ayı  pəncəsi; in smb.

′s hands birləşməsində bir kəsik hakimiyyətindədir; a 

hand for smth birləşməsində bir şeydə cəldlik, diribaşlıq, zirkəlik, çeviklik, bacarıq, 

məharət;  to give a hand birləşməsində yardım göstərmək; factory hand 

birləşməsində fabrik işçisi; by the same hand birləşməsində eyni rəssmaın şəkli; on 

all hands birləşməsində bütün  tərəfləndən; at first hand birləşməsində birinci əldən; 

şmall hand birləşməsində  xırda, kiçik xətt; big hand birləşməsində saatın böyük 

əqrəbi; exact hand birləşməsində  dəqiq göstərici, soraq kitabı, məlumat kitabçası 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



267

mənasında; out of hands birləşməsində hazırlıqsız, ekspromt şəkildə  mənalarını 

ifadə edir. Bu mənalar hand sözünün ilkin mənsı  əsasında dildə sonradan 

formalaşdığına və  həmin mənanın izini bu və ya digər dərəcədə saxladığına görə 

törəmə nominativ məna sayılır. 

The Pengium Pocket English Dictionary lüğətində abroad sözünün 4, account 

özünün 11, act sözünün 10, set sözünün 23 mənası göstərilmişdir. Bu mənaların 

əsas və ya törəmə səciyyə daşıması sözlərin birləşmə daxilində, başaq sözlərlə əla-

qəsində müəyyənləşir. Müasir ingilis dilində misal üçün to be abroad – xaricda ol-

maq birləşməsində abroad nominativ məna, within abroad – dairəsində birləşmə-

sində həmin söz törəmə nominativ mənadır. Lakin belə sölər təklikdə işləndikdə ilk 

növbədə bunların əsas nominativ mənası bizim şüurumuzda canlanır. 

Sözlərin əsas və ya törəmə nominativ mənalarda birləşməsi yolu ilə yaranan 

söz birləşməsi sərbəst söz birləşməsi sayılır, çünki belə birləşmə nitq prosesində 

dilin qrammatik quruluşunun mövcud qaydaları əsasında tərtib edilir. Məsələn,  su 

tökmək, kitab almaq, məktub yazmaq, su içmək, meyvə yemək, dərs öyrənmək, yük 

daşımaq. Buna görə  də, sözlərin belə birləşməsi qrammatikanın, yəni sintaksisin 

tədqiqat obyektidir. 

Fikrin ifadəsində nitqin bilavasitə  tərkib hissəsini təşkil edən iki və ya daha 

çox tammənalı sözün tarixən birləşməsindən ibarət olub, komponentləri sintaktik və 

semantik cəhətdən parçalanmayan, quruluşca sərbəst söz birləşməsinə və ya cümlə-

yə oxşayan, mənaca söz, söz birləşməsinə və ya cümləyə ekvivalent olan, dildə ha-

zır  şəkildə mövcud olub ənənəyə görə ya bir formada, ya da qrammatik cəhətdən 

dəyişdirilərək işlədilən konstruksiyalara frazeoloji vahid deyilir. 

Frazeoloji vahidlərin fonetik tərkibi, leksik və qrammatik quruluşu, əmələgəl-

mə yolları, semantik və üslubi xüsusiyyətləri bir problemi kimi dilçiliyin tədqiq ob-

yektidir. 

Heç şübhəsiz, frazeoloji birləşmələrin struktur-semantik təşəkkülü sərbəst söz 

birləşmələrindən başlayır. Odur ki, sərbəst söz birləşmələrinə  nəzər salmadan 

frazeoloji birləşmələrin struktur əlamətlərini müəyyənləşdirmək çətin olardı. Həm 

sərbəst, həm də sabit birləşmələr feli və qeyri-feli birləşmələr kimi iki növə ayrılır. 

Azərbaycan dilçilikdə bunlara ismi və ya qeyri-feli birləşmələr deyilir. 

Müasir ingilis dilində feli frazeoloji vahidlərinin struktur-semantik xüsusiy-

yətlərinin tədqiqi zamanı biz feli söz birləşmələrinin əmələ gəlməsində fel mühüm 

rol oynamağına və nitq hissələri sistemində özünəməxsus əsaslı yer tutduğuna görə 

ona xüsusi yer ayırmışıq. Həm kəmiyyət, həm də məzmun və məna baxımından di-

gər nitq hissələrinə nisbətən zəngin olan fel, müasir ingilis dilində öz struktur-se-

mantik və sintaktik xüsusiyyətlərinin zənginliyinə görə dilçilərin diqqətini cəlb edir. 

Feli birləşmələr geniş yayılmaları, çox işlənmələri, zəngin məna və forma variant-

ları ilə söz birləşmələrinin növləri arasında xüsusi yer tutur. Feli birləşmələrdə 

hərəkətlə onun aid olduğu, ya da ona aid olan müxtəlif anlayışlar arasındakı əlaqələr 

əks olunur. Buna görə də ümumi şəkildə götürdükdə feli birləşmələrin məzmununu 

proseslə onun aydınlaşdırıcıları arasındakı əlaqələr təşkil edir. 

Müasir ingilis dilində felin üç şəxsiz forması vardır: məsdər (The Iinfinitive), 

cerund (The Cerund) və feli sifət (The Participle). İngilis dilindən fərqli olaraq, 

Azərbaycan dilində cerund adlanan nitq hissəsi yoxdur. İngilis dilində isə, dilimizdə 

geniş miqyasda işlədilən feli bağlama adlanan fel forması yoxdur. Tədqiqat boryu 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



268

ingilis dilində olan məsdən (The Infinitive), cerund (The Cerund) və feli sifət (The 

Perticiple) Azərbaycan dilinin feli bağlama, feli sifət və məsdər tərkibləri ilə qarş-

ılaşdırıb, onalar arasındakı əlaqəni üzə çıxardır. 

Bütün əsas nitq hissələrinin bu və ya başqa şəkildə feli birləşmələrdə iştirakı 

feli birləşmələrin forma və məzmunca zənginləşməsində mühüm əhəmiyyətə malik-

dir. Lakin burada felin rolu daha böyükdür və feli birləşmələr məhz felin sayəsində 

geniş əhatə dairəsinə malikdir. Fellərlə ifadə olunan mənalar materiya iəl əlaqədə

məkan və zamanla əlaqədə öz əksini feli birləşmələrdə tapır. Feli birləşmələrdə 

əsasən əşyalara hərəkətlər arasındakı münastbətlər, hərəkətlərlə onların zamanı, mə-

kanı və s. arasındakı münasibətlər ifadə olunur. Burada eyni zamanda hərəkətin öz-

ləri arasındakı münasibətlər, hətta ismi birləşmələrə  məxsus bir şəkildə  əşyalar 

arasındakı  əlaqələr də  əks olunur, məsələn: danışa-danışa yaşamaq, duyub yarat-

maq, oxuduqca savadlanmaq. Ana dilimizdə feli birləşmələrin  əmələ  gəlməsi üç 

forma – feli bağlama, feli sifət və məsdərlə bağlanır. Bu adlar altında başa düşülən 

söz qrupları felə daxil olan, öz-özlüyündə heç bir predikativlik bildirməyən söz-

lərdən ibarətdir. Bu sözlərin hamısı felə daxil olur, onun hissələri olmaqla bərabər, 

başqa nitq hissələrinin də xüsusiyyətini özündə  əks etdirir. Həmin sözlərin feli 

birləşmə yarada bilmələri də onların hər ikili xüsusiyyətdən irəli gəlir. 

Qrammatikada məsdən, əsasən felin şəxsə, kəmiyyətə və şəklə görə dəyişmə-

yən bir növü kimi tədqiq edilir. Bəzi dillərdə, məsələn, portuqal dilində məsdər za-

man,  şəxs və  kəmiyyət kateqoriyalarına görə uzlaşır. Lakin dünya dilləri arasında 

elə dillər də var ki, ümumiyyətlə, o dillərin qrammatikasında məsdər kateqoriyası 

mövcud deyil. Məsələn: ərəb, bolqar və müasir yunan dilləri.  

Azərbaycan dilində feli söz birləşmələrinin  əmələ  gəlməsində  əsas rol 

oynayan söz qruplarının xüsusiyyətləri ilə  qısa tanış olar. Məsdər hüquqin adı ol-

maqla feldən ismə doğru meyl edən bir formadır. Məsdərdə bir sıra fel xü-

susiyyətləri var. Məsdərdə felin əsas kateqoriyalarından olan təsirlik kateqoriyası 

var. Məsdərlər də  təsirli və  təsirsiz olmaqla iki yerə ayrılır. Məsələn, yazmaq, al-

maq, bilmək məsdərləri təsirli, getmək, gəlmək, yatmaq məsdərləri təsirsiz fellərdən 

ibarətdir. Məsdərlərdə felin inkarlıq kateqoriyası var. Məsələn, yazmaq, danışmaq, 

bilmək məsdərləri təsdiq edir, yazmamaq, danışmamaq, bilməmək məsdərləri 

inkardır. Feli bağlamalar feldən zərfə doğru meyl edən söz qupudur. Feli 

bağlamalarda da felə məzsus təsirlik, növ və inkarlıq kateqoriyaları vardır. Məsələn, 

yazanda, biləndə feli bağlamaları  təsirli, gedəndə, yuxuluyanda feli bağlamaları 

təsirsizdir. Feli bağlamalarda zərf xüsusiyyətləri ondan ibarətdir ki, onlar da zərf 

kiim dəyişmir, cümlədə başqa fellərə ail olub, onları bu və ya digər cəhətdən izah 

edir. Feli sifətlərf eldən sifətə doğru meyl edən söz qrupudurö Feli sifətlərdə  də 

felin təsirlik, növ və inkarlıq kateqoriyaları özünü saxlayır, məsələn: yazan, alan, 

görən feli sifətlər təsirsiz, gələn gedən, tərpənən feli sifətləri təsirsizdir. Türk 

dillərində, eləcə də Azərbaycan dilində birləşmələrin qeyri-predikativ formada çox 

işlənməsinin səbəbi feli bağlama və feli sifət formalarının çox olması ilə izah 

olunur.Feli birləşmələr zəngin və rəngarəng qrammatik və semantik xüsusiyyətlərə 

malik olduğuna görə onlar müxtəlif cəhətdən təsnif edilir. feli birləşmələrin birinci 

tərəfləri müxtəlif nitq hissələri ilə ifadə olunduğu kimi, həmin sözlərin formaları da 

müxtəlif olur. Tədqiqatımızın predmeti ingilis feli frazeoloji vahidlərin leksik-

semantik xüsusiyyətlərinin tədqiqi olduğundan keçək frazeologiyaya. 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



269

Frazeologiya dilçiliyin ən gənc tədqiqat obyektlərindəndir. Bu sahənin bir elm 

kimi hamısı fransız dilçisi Ş.Balli hesab olunur. Belə ki, dilə sabit şəkildə daxil olan 

birləşmələrin öyrənilməsinin xüsusi üsullarının zəruriliyini ilk dəfə  Ş.Balli 

əsaslandırmışdır. Struktur dil yaranma mexanizmi obrazlı deyilsə, paslanmış 

frazeoloji vahidlərin yenidən hasil edilmə  əlamətlərinin, habelə frazeoloji qruplar 

üçün səciyyəvi olan uzual-nitq planı  əlamətlərinin fərqləndirilməsi də onun 

tərəfindən həyata keçirilmişdir. Bununda da frazeologiyanın dilçiliyinin xüsusi böl-

məsi kimi konturu və vəzifələri göstərilmişdir.  Frazeoloji vahidlərdə milli xüsusiy-

yətlər güclü olur. Frazeologiya hər bir dilinü daşıyıcısı olan xalqın dünyagörüşü, 

təsəvvürləri, ətraf mühitə münastbəti, etik-fəlsəfi baxışları, məişəti, təfəkkür tərzi və 

s. ilə bağlıdır. Onların bir qisminin (idiomların) başqa dillərə tərcümə oluna bilməsi 

də  əsasən bunnala əlaqədardır. Bir sıra hallarda frazeoloji vahidlərin başqa dillərə 

tərcüməsi zamanı resipiyent dilin daşıyıcılarının yad ifadəni qavraması  və 

özününküləşdirilməsi üçün müəyyən zaman keçidi tələb olunur. Bu cür millikik 

frazeoloji vahidlərin daxili modelləri ilə də səslənir. Ümumiyyətlə, dünya dillərində 

təşəkkül tapmış feli frazeologizmlərin sema bazası eyni olsa da, onların bu sema 

əsasında əmələ gətirdiyi fraza mənası daha geniş şəkildə özünü göstərir. Dilin lüğət 

tərkibi sözlərin leksik-semantik qrupları sistemindən ibarətdir. Leksikanın sistemliyi 

müxtəlif ekstralinqvistik amillərlə bağlıdır. Hər şneycən əvvəl, bu əşyalar, hadisələr 

arasında əlaqələr və bunları sistemləşdirən insan təfəkkürü ilə bağlıdır. Dilin leksik-

semantik sisteminin tədqiqinin ən ümdə məsələlərindən biri lüğət tərkibinin leksik-

semantik qruplara bölünməsidir.  

İşlənilən dilin sözləri semantika əsasında siniflərə bölünə bilər. Burada söz-

lərin qrammatik mənasının eyniliyi və yaxınlığı  əsas götürülür. Frazeoloji birləş-

mələrinin əmələ gəlməsində, məcazlaşma yolu ilə lüğət tərkibinin zənginləşməsində 

feli xüsusi rol oynayır. Dilimizdəki frazeoloji birləşmələrin əksəriyyəti fellərin işti-

rakı ilə yaranmışdır. Azərbaycan dilçiliyndə frazeologiya, frazeoloji birləşmələr 

haqqında məlumat verilən mənbələrə  nəzər saldıqda bu fikrin doğruluğuna  şübhə 

qalmır. Fel-fel tipli feli birləşmələr ingilis dilində çox işlənir, məsələn: lay waste

touch and go, get cracking, pick and choose, get hold, take hold, go bang, go 

begging, go bust, go crook (at), go dot and carry. 

İngilis dilində fel-zərf birləşməsi də geniş işlənir: ge easy, go far, ho hard, go 

steady, go slow, gowest, get somewhere, get there, get up early, have the worst (of), 

be taken aback, go along, get outside (of). 

 

Ədəbiyyat 



 

1.  Antal L.Meaning and its Change, Linguistics, 1964, 153 p. 

2.  Frederik T.Wood. English Prepositional Idioms. M., 1968, 93 p. 

3.  Makkai A. Idiom Structure in English, The Hague, Paris, 1972, 365 p. 

4.  Məmmədov N.Dilçiliyinin əsasları. Bakı, 1961. 

5.  Vəliyeva N.Ç. Müxtəlifsistemli dillərdə feli birləşmələrin tipoloji təhlili. Bakı, 

«Avropa» nəşriyyatı, 2008, 862 s. 

6.  Quliyev H.K. Müxtəlif sistemli dillərdə felin semantik təsnifatı. Doktorluq 

dissertasiyası. Bakı, 2001. 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



270

                                                                                                 A.Gadjiyeva 

The structural modelə of the verbal idioms in the modern English language 

Summary 


 

This article is devoted to the investigation of the structural peculiarities of the 

using of the phraseological units in the modern English language. The phraseology 

of any language presents great cifferences as for studying language, also for 

interpretes. The phraseology is one of main origin of enrichment of the language. 

To my mind, as word combinations, so sentences, including proverbs and sayings, 

may be the phraseological units. It is well knowIt is well know that various cahnges 

are formed by means of social-political events which had happened in 

economiccultural life of every people, and these events have an influence on the 

mutula development of the languages, for example: English-Azerbaijani and on the 

enrichment of the word stock and the changes of internal structure of these 

languages. This scientific investigation is important from the practical point of view 

or the audience, which learns modern English. 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin