Gulshan Aliyeva
The Differences Between “General English” and “English For Special Purposes”
Summary
This article deals with difference between “general English” and “English for
special/specific purposes”.
ESP is practically used to teach Science and
Technology. It is mainly tailored to fit all disciplines through vigorously prepared
and designed programs to improve the students' ability to communicate in English
about their specific fields of study. It focuses on using English effectively in
specific academic fields such as business, international studies, English linguistics,
literature, chemistry, biochemistry, physical education, and so on. ESP is consi-
Filologiya məsələləri – №5, 2014
249
derably practical because it meets the individual needs and goals of either preparing
for an exam, (e.g. TOEFL), or academic studies. It was mentioned that lear-
ning“general english” students separate English as individual subject of curriculum
while for future profeccionals learning English gets pragmatic profeccional directed
meaning without separating from mastering his/her profeccion in whole. Teaching
“English for special/specific purposes” became the actual object of all international
community. In this regard this article is very appropriate for scientific researchers in
the sphere of linguistics.
Rəyçi: Rəhimə Məmmədova
filologiya elmlər namizədi
Filologiya məsələləri – №5, 2014
250
ELNUR YAQUBLU
ADU
elnur.y.y@gmail.com
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
SİFƏTLƏRİN SUBSTANTİVLƏŞMƏSİ
Açar sözlər : Sifətlərin substantivləşməsi, konversiya, tam və qismən
substantivləşmə
Key words : Substantivization of the adjective, conversion, complete and partially
substantivization
Ключьвые слова : Субстантивизация прилагательное, конверция, полный и
частично субстантивизация
Substantivləşməyə ən çox qabil olan sözlər təyinedici, qrammatik mənada əla-
mət, keyfiyyət, sifət bildirən sözlərdir. Söz substantivləşərkən onun həmin keyfiy-
yəti substantivləşmə motivi kimi özünü göstərir. Qarşılaşdırılan hər iki dildə subs-
tantivləşən söz əlamət bildirmə xüsusiyyətini saxlamaqla müəyyən situasiya ilə
bağlı olan isim kimi işlənir. Bu, substantivləşən sözün cümlədə onun ilkin mə-
nasında qeyri-xarakterik, yəni işlənmə halında xarakterik olan mövqelərdə işlən-
məsi ilə müşayiət olunur.
“İngilis dilinin qrammatikası” əsərində belə bir mülahizə ilə rastlaşırıq ki,
substantivləşmiş sifətlərdə ismin bəzi, ya da bütün xüsusiyyətləri vardır; lakin
onların sifət mənşəyi özünü bu və ya digər dərəcədə hiss etdirir. Müəlliflər subs-
tantivləşmiş sifətləri tam substantivləşmiş və qismən substantivləşmiş olmaqla iki
yerə bölürlər.
Tam substantivləşmiş sifətlərdə isimlərin bütün xüsusiyyətləri vardır: cəm
forması, yiyəlik hal. Onlar ismə çevrildiklərinə görə artikllə işlənə bilirlər: a native,
the native, a native”s, natives.
Tam substantivləşmiş sifətlərin bəzilərinin yalnız cəm forması olur: eatables:
yeməli şeylər, ərzaq, ruzi; valuables: qiymətli şeylər, daş-qaş; ancients: qədim
şeylər, əntiq şeylər; greens: göyərti, pencər, göy.
Qismən (natamam) substantivləşmiş sifətlər ismə məxsus bütün morfoloji
xüsusiyyətləri deyil, onlardan ancaq bir qismini qəbul edə bilir. Bu qəbildən olan
sifətlər müəyyənlik artikli ilə işlənə bilən bütöv bir sinfə aid olan ismi bildirir. Mə-
sələn, the rich-varlılar, zənginlər, the poor- yoxsullar, kasıblar, the captivated, the
captured - əsir, əsirlər. Onlar mücərrəd anlayışları da bildirə bilir: the good- xeyir,
fayda, the evil- şər, zalım, the beautiful- gözəl, the singular- tək, the plural- cəm.
Maraqlı burasıdır ki, eyni məna qrupundan olan sifətlərin bir qismi tam, bir
qismi isə qismən substantivləşmiş olur. Məsələn, a Russian-Russians, a German-
Germans (tam substantivləşmiş sifətlər), the English, the French, the Chinese
(qismən substantivləşmiş sifətlər) (Fries Ch. The Structure of English. London,
Longmans, 1961, s.52).
Qismən substantivləşmiş sifətlər geniş şəkildə növ mənası kəsb edir və
müəyyənlik artiklı ilə işlənir. Bu tip sifətlər insan qruplarını təsvir etmək üçün
istifadə olunur və onların bütün qrupuna və ya sinfinə aid olur.
Filologiya məsələləri – №5, 2014
251
The young in spirit enjoy life.
The rich are usually keen to travel.
Bir sıra mücərrəd sifətər də müəyyənlik artikli ilə işlənirlər. Bu hala adətən
sabit birləşmələrdə rast gəlinir.
Take the rough with the smooth.
Work from the known to the unknown.
T.Barabaş “İngilis dilinin qrammatikası” əsərində sifətlərin substantiv-
ləşməsini konversiyanın bir növü hesab edir. Sifət substantivləşərkən özünə xas
olan xüsusiyyətləri qismən və ya tam şəkildə itirir və ismə xas olan xüsusiyyətləri
də qismən və ya tam şəkildə kəsb edir. Son nəticədə söhbət qismən və ya tam
substantivləşmiş sifətlərdən gedir (Барабаш Е.В. Грамматика английского языка.
М.: Высшая школа, 1983, s.49).
Müəllif qeyd edir ki, tam substantivləşmiş sifətlər cəmdə və yiyəlik halda
işlənə bilir. Onlar müəyyənlik və qeyri-müəyyənlik artiklləri ilə işlənir. Burada
substantivləşmiş sifətlərin aşağıdakı qrupları qeyd olunur:
1) adamların hansısa qruplara xas mənsubiyyətini bildirənlər: a native- yerli,
a relative- qohum, a savage- dəli, vəhşi, a progressive- mütərəqqi (xadim), a
reactionary- irticaçı, mürtəce, a criminal- cani, cinayətkar, a black- qaradərili
(adam), a white- ağdərili (adam).
2) millətlərin adını bildirənlər: a Russian-rus, an American- Amerikalı, a
German- alman, a Greek- yunan, a Czech- çex.
Müəllif göstərir ki, bu qrupdan olan “se” və “ss” ilə qurtaran sözlərin tək və
cəm formaları olur: Chinese- çinli, çinlilər, Japanese – yapon, yaponlar, Sweiss-
isveçrəli, Portugese – portəqiz, portagizlər, (köhnə) potruqaliyalı, portuqaliyalılar.
-ch və -sh ilə qurtaran və millət, xalq adlarını bildirən sözlər ümumi məna
daşıyır: the English- ingilislər, The French- fransızlar, the Scotch- şotlandlar, the
Welsh- uelslilər, the Dutch- hollandiyalılar.
Sadalanan bu xüsusiyyətlər Azərbaycan dili üçün xarakterik deyildir.
Azərbaycan dilində millət adları istisnasız olaraq isim kimi özünü göstərir.
Bunlardan sifət kimi istifadə etmək mümkün deyildir. Azərbaycan dilində millət
adları müstəsna hallarda ləqəb və səciyyələndirici söz kimi işlənir.
3)
Mücərrəd anlayışları bildirən sözlər: the good- fayda, the beautiful –
gözəl, the useful - faydalı, the contrary- tərs, the opposite- əkslik, the impossible-
qeyri-mümkün və s.
I don”t like to heat anybody suggesting the contrary.
– Mən bunun əksini söyləyəni sevmirəm.
The unlikely happened more often than one would be disposed to believe -
Ağlasığmaz şeylər adamın inanmaq istədiyindən daha tez-tez baş verir.
Müəlliflər kollektivinin hazırladığı N.Kobrina əsərində substantivləşmiş
sifətləri leksik mənalarına və malik olduqları ismi xüsusiyyətlərinə görə aşağıdakı
qruplara bölürlər:
1. Bəzi substantivləşmiş sifətlərin yalnız tək forması olur. Mənalarından asılı
olaraq ya tək, ya da cəm uzlaşması olur. Bunlar aşağıdakılardır:
a) ümumiləşdirilmiş, yaxud mücərrəd anlayışlar bildirənlər. Onlar müəyyənlik
bildirən artikllə və tək sayda işlənir: the unseen- görünməz, görülməmiş
(Azərbaycan dilində görməmiş), the fabulos- ağlasığmaz, ağlagəlməz, the unreal-
Filologiya məsələləri – №5, 2014
252
saxta, qeyri-real, the unknown- naməlum, məchul, the invisible- gözəgörünməz,
sezilməz və s.
b) dillərin adını bildirən substantivləşmiş sifətlər artiklsız işlənir, ancaq çox
vaxt əvəzliklə təyin edilir.
Qeyd edək ki, azərbaycanca bu cür demək olmur. Həmin məzmunu
azərbaycanca belə vermək olar: “Mən ispanca az-maz bilirəm”.
c) şəxslər (fərdlər) qrupunu bildirən substantivləşmiş sifətlər the artikli ilə
işlənir və cəm mənası kəsb edir. The old- qocalar, the poor- kasıblar, the rich-
varlılar və s.
– Onlar öz ölkələrinin yoxsullarını çapıb-talayırdılar.
2. yalnız cəm forması olur. Bunlar aşağıdakılardır: Bəzi substantivləşmiş
sifətlərin həm tək, həm də cəm forması olur (bu o deməkdir ki, onların kəmiyyət
kateqoriyası var). Bura aşağıdakılar daxildir:
a) Sosial təbəqə və ya mövqe , hərbi rütbə, partiyaya münasibət, dini məqam,
cins, milliyyət, irqi mənsubiyyət, müxtəlif vaxtlara və dövrlərə mənsub olan şəxslər
qrupu və s. bildirən substantivləşmiş sifətlər: nobles, equals, superiors,
commercials, domestics, privates, Europeans, Asiatics, Judians, blacks, whites və s.
Bu tip sözlər ayrı-ayrı fərdləri bildirərkən qeyri-müəyyənlik artiklı ilə
işlənirlər: a noble, a private, a regular, an ordinary, a cristian, a leberal və s.
b) Heyvan və bitki adlarını bildirən substantivləşmiş sifətlər: evergreens-
həmişəyaşıl (ağaclar), thoroughbreds – cins (at).
3. Bəzi substantivləşmiş sifətlərin
a) tədris prosesi və imtahanlar ilə bağlı anlayışları bildirən substantivləşmiş
sifətlər. Bunlar bir anlayışı, yaxud anlayışlar cəmini bildirməkdən asılı olaraq təkdə
və ya cəmdə işlənə bilir: classics, finals, midsessionals və s.
b) əşya, maddə və ərzaq bildirən substantivləşmiş sifətlər. Bunların bəziləri
həm tək, həm də cəmdə olan uzlaşmaya (chemicals, movables, necessaries,
valuables, eatables, greens), bəziləri isə yalnız təkdə olan uzlaşmaya (bitters) yol
verir.
c) bədən üzvlərini bildirən substantivləşmiş sifətlər the artiklı ilə işlənib,
yalnız cəmdə olan xəbərlə uzlaşır: the vitals, the whites (of the eyes).
Beləliklə, nəzərdən keçirilən elmi-metodik vəsaitlərdə bir-birini təkrar edən
materiallarla yanaşı, yəni, təkrar olunmayan materiallar da öz əksini tapmışdır.
Substantivləşmiş sifətlər qısa şəkildə Y.Qordon və İ.Krılovanın “A Grammar
Of Present –Day English” kitabında da tədqiq olunmuşdur (Gordon E.M., Krylova
I.P. A Grammar of present-day English (Parts of Speech), 2
nd
ed., M., 1980, s.134).
Müasir ingilis dilində sifət müqayisə və üstünlük dərəcələrində substantiv-
ləşə və ismin xüsusiyyətlərini qəbul edə bilir.
Substantivləşmə Azərbaycan dili materiallarında da müşahidə edilir.
O taxtapuşun üstündəki qovunlara diqqətlə baxdıqdan sonra bir bozumtulunu
götürdü və pulunu verdi (R.Güntəkin).
Qırmızımtıraqlardan bir-iki kilo almaq lazımdır.
Onlardan biri ucaboylu, o birisi isə gödərək idi.
Bu cümlələrdə sifətin azaltma dərəcəsində işlənən sözlərin substantivləşdiyi
nümunələrlə verilmişdir. Azaltma dərəcəsində işlənən sifətlərin substantivləşməsinə
dair digər nümunələri nəzərdən keçirək.
Filologiya məsələləri – №5, 2014
253
Sintaktik üsulla reallaşan bu hadisə zamanı sifətlər birbaşa yanaşma əlaqəsi və
ya idarə əlaqəsi əsasında substantivləşirlər.
Məsələn, a) yanaşma əlaqəsi əsasında substantivləşənlər:
Nə üçün kəşfiyyata bir az diribaşları göndərmirsiniz?
a) İdarə əlaqəsi nəticəsində substantivləşənlər:
O yaşıla çalan pencəyi geyinib.
Mən sarıya calan köynəyi götürüb baxdım.
İngilis dilində olduğu kimi, Azərbaycan dilində də çoxaltma dərəcəsində
işlənən sifətlərin substantivləşməsi xarakterik hadisədir. Amma bu zaman fərqlər də
özünü göstərir. Azərbaycan dilində substantivləşən birinci sifət həm qrammatik,
həm də semantik cəhətdən cəm formada, ikincisi isə tək formada işlənir.
Kasıbların kasıbı, gözəllərin gözəli – the happiest of the happy, the youngest
of the young.
Kəndimizin bu dövlətli və sayılan ağsaqqalları bilirlər ki, mən kasıbların
kasıbıyam.
Sifətlərin substantivləşməsi geniş yayılmış leksik-sintaktik hadisədir. Ona gö-
rə ki, hər bir sifət müəyyən əlamətlə özünü biruzə verir. Əlamət bildirmə xüsusiy-
yəti isimlərin formalaşmasında daxili forma, motivləşmə şəklində özünü göstərir.
İngilis dilində olduğu kimi, Azərbaycan dilində də sifət substantivləşməyə ən
çox məruz qalan nitq hissəsidir. Sifətin substantivləşməsi ümumiyyətlə subs-
tantivləşmə hadisəsi içərisində mərkəzi mövqe tutur. Sifət leksik-semantik xüsusiy-
yətlərinə görə çox zəngin bir kateqoriyadır. Bu səbəbdən sifətlərin hansı tiplərinin
substantivləşməsi mühüm əhəmiyyət kəsb edir. Sifətin substantivləşməsinə həsr
olunmuş əsərlərdə bu məqama həmişə diqqət yetirilir. Bu istiqamətdə axtarışları
davam etdirmək lazımdır.
Əlimizdə olan ədəbiyyatlar substantivləşmə hadisəsini sifətin aşağıdakı məna
növləri üzrə nəzərdən keçirməyə imkan verir.
a) İnsanın fiziki sağlamlığına aid sifətlər
b) İnsanın psixoloji vəziyyətinə aid sifətlər
c) İnsanın yaşı ilə bağlı olan əlamətləri bildirən sifətlər
d) Modal münasibət (keyfiyyət) bildirən sifətlər
e) Mənəvi keyfiyyət bildirən sifətlər
Əlbəttə, bu təsnifatı tam həll edilmiş hesab etmək olmaz. Onlara hər dəfə
yenilərini əlavə etmək mümkündür.
İnsanın fiziki sağlamlığına aid sifətlərin substantivləşməsi. Bunlardan aşağı-
dakıları qeyd edə bilərik: kor, kar, qozbel, kosa, keçəl və s. Bu sifətlər həm təklikdə,
həm də birlikdə işlənməklə substantivləşirlər.
Məsələn, Kar özünə sərf eləyəni eşidir.
Qozbeli qəbir düzəldər.
Kosaya rişğənd edənin top qara saqqalı gərək.
İnsanın psixoloji vəziyyəti ilə bağlı olan sifətlərin substantivləşməsi.
Bunlardan aşağıdakıları qeyd edə bilərik: ağıllı, dəli, axmaq, gic, arif, sərxoş və s.
Ağıllınız kimdir? – Qabaqdakı zəncirli.
Arifə bir işarə!
Filologiya məsələləri – №5, 2014
254
Mənəvi keyfiyyət bildirən sifətlərin substantivləşməsi. Bunlardan aşağıdakıları
qeyd edə bilərik: alçaq, xəsis, yalançı, tamahkar,oğru, paxıl, günahkar və s.
Məsələn, Hiyləgər doqquz ocaq yıxmayınca, bir ocaq tikməz.
İctimai vəziyyət bildirən sifətlərin substantivləşməsi. Bunlardan aşağıdakıları
qeyd edə bilərik. Yoxsul, varlı, dövlətli, aşağı.
Məsələn, Ağıllı yoxsul, axmaq varlıdan yaxşıdır.
Modal münasibət bildirən sifətlərin substantivləşməsi: doğru, düz, gerçək,
yalan, yaxşı, pis.
Yalan üz ağardar.
Yalan cücərər, amma bitməz.
Ədəbiyyat
1. Fries Ch. The Structure of English. London, Longmans, 1961.
2. Барабаш Е.В. Грамматика английского языка. М.: Высшая школа, 1983.
3. Gordon E.M., Krylova I.P. A Grammar of present-day English (Parts of
Speech), 2
nd
ed., M., 1980.
E.Yagublu
Substantivization of the adjective in English and Azerbaijani languages.
Summary
The article deals with the substantivization of the adjective in English
and Azerbaijani languages. The characteristic features belonging to the adjective are
analyzed here. The substantivized adjective is a very controversial but interesting
linguistic phenomenon in both English and Azerbaijani languages. The adjective,
being one of the notional parts of speech, expresses the quality, quantity, degree,
state or a kind of other feature that nouns or other nominal parts of speech usually
possess, whereas the substantivized adjectives incorporate the features of only the
nouns. A substantivized adjective is a sometime adjective (of a simple or derivative,
or composite structure) which has become nominalized acquiring (all) the features
of the nouns. The process of substantivization is a universal phenomenon and
considered to be a productive means of word-building, word-composition and even
a word-coinage, thus enriching the vocabulary of any language.
Э.Ягублу
Субстантивацией прилагательных в английском и азербайджанском языках.
Резюме
Артикль имеет дело с субстантивацией прилагательных в английском и
азербайджанском языках. Характерные черты, принадлежающие к прилага-
тельному анализируются здесь. Субстантивированное прилагательное являет-
ся спорным вопросом, но в тоже время интересным лингвистическим фено-
меном, как в английском, так и в азербайджанских языках. Прилагательное,
будучи одним из смысловых частей речи, обозначающая качество, свойство
Filologiya məsələləri – №5, 2014
255
или принадлежность предмета, тогда как субстантивированное прилагатель-
ное включает в себя свойства только существительного. Субстантивированное
прилагательное иногда является прилагательным (простым, производным и
составным), который стал субстантивированным приобретая качество сущес-
твительного. Процесс субстантивации является универсальным феноменом и
считается продуктивным способом словооброзавания, словосложения и даже
словотворчества, таким образом пополняя словарный запас любого языка.
Rəyçi: Dosent Səadət Nuriyeva
Filologiya məsələləri – №5, 2014
256
GÜLNARƏ CABBAROVA
ADİU
gülnarə. @mail.ru.
ETİMOLOJİ DUBLETLƏRİN İNGİLİS DİLİNİN
LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ ROLU VƏ ƏHƏMİYYƏTİ
Açar sözlər:leksikoloji, alınma sözlər, dilin lüğət tərkibi, təsir.
Key words:leksical, loan words, vocabulary of the language, influence.
Ключевые слова: лексический,заимствованные слова, влияние
Leksikanın xüsusi təbəqəsinin həm nominasiya proseləri nöqteyi nəzərindən,
həm də əsaslandırma planında alınma planında alınma sözlər təşkil edir. Dil kon-
taktı və digər dil sosiumlarının təsiri altında verilmiş dil kollektivinin təcrübəsinin
genişləndirilməsi nəticəsində əmələ gəlmiş nominasiya tələblərinə mümkün
cavablardan biri olaraq, onlar nitq zamanı dil cəhdlərinin müəyyən qənaətini təşkil
edir, belə ki bu dildə əmələ gələn nominative boşluqları doldurmaq üçün başqa dilin
hazır vahidlərindən istifadə olunur. Eyni zamanda, sözlərin alındığı dildə mövcud
olan əvvəlki assosiativ əlaqələrin itirilməsi dildə alınma sözlərə məxsus olan əsaslı
mənbələrin də itirilməsinə gətirib çıxara bilər ki, bu da nitq prosesində onların
mənalarının başa düşülməsində çətinliklər yaradırş Alınma sözlər bir dilin element-
lərinin başqa dildə istifadə olunması prosesi kimi, həm dilçilik, həm də dialektik
cəhətdən dil əlamətlərinin ziddiyyətli təbiətinə səbəb olmuşdur: sözlərin götürül-
məsinə təkan verən ixtiyarilik və sözlərin götürulməsinə mane olan qeyri-ixtiyarilik.
Elə bununla da izah etmək olar ki, ingilis dilində söz əmələ gətirmə və semantik
derivasiya prosesləri ilə müqayisədə alınma sözlər kəmiyyətcə xeyli geri qalırş. Bu,
heç də o demək deyil ki, müasir ingilis dilində alınma sözlərin rolu yoxdur. Təx-
minən dünyanın 50 dilindən daxil olmuş leksik vahidlər ingilis dilinin lüğət tərki-
binin təqribən 70%-ini təşkil edir və ingilis dili müxtəlif tarixi mərhələlərdə, müx-
təlif-tarixi, coğrafi, social, iqtisadi, mədəni və s.inkişaf və mövcud olma şəraitinin
təsiri altında leksik təbəqələri əhatə edir.
Dillərin uzun müddətli qarşılıqlı tarixi əlaqələrinin nəticəsi olaraq, alınma
sözlər həm bir proses kimi, həm də bu prosesin nəticəsi kimi dil tarixində maraq
oyadır, bunun da sayəsində sözlərin alınma səbəbləri və mənbə dillər, alınma
yolları, forma və tipləri, alınma sözlərin məruz qaldığı dəyişiklər barədə ətraflı mə-
lumat toplamaq mümkün olur. Alınma sözlərin sinxron, leksikoloji cəhətdən
öyrənilməsi onların bu dilin leksik quruluşuna təsiri və bir sıra genetic xüsusiyyətlə-
rini saxlamaqla keçdiyi dildə özünün xüsusi status ilə maraq doğurur.
Alınma prosesində təkcə ayrı-ayrı vahidlər deyil, mənbə dildə aralrında müəy-
yən əlaqənin olduğu söz qruplarının da iştirak etməsi zamanı bu təsir daha aydın gö-
rünür. Mənbə dildə sözlər arasında relevant əlaqələrin və soz götürən dildə
derivasiya miqdarı (m\sş rural-“kənd”-L.Rusrlis rus, rurus “kənd, əkin yeri, tarla”,
cardiac “ürək”-Gk, kardiakos, kardia “ürək” sözündən və b.) mənbə dildə genetic
cəhətdən törəmə rol oynayir və struktur-semantik ilə asılılığı ilə xarakterizə olunur.
Belə söz əmələ gətirən sözlərin cüt sözlərin hər ikisinin alınması zamanı
onların arasında derivasiya əlaqəsi digər dildə də qorunub saxlanılır. Məsələn,
Filologiya məsələləri – №5, 2014
257
“glossa, haşiyə, kənarlarda qeydlər, sərhlər” – glossary “qlossari, lüğət”, dynasty
“sülalə” – dynastic “sülalə (sif.) və s. Bu və ya digər tip yanaşma ilə qarşılıqlı əlaqə-
də olan alınma sözlər qrup xarakterli və çox saylı olması nəticəsində, ingilis sadə və
törəmə sözlər sisteminin artmasında rol oynayır. Xeyli sayda morfoloji üzv
vahidləri əmələ gəlir ki, bunun kompleksliyi ingilis dilində danışanlar tərəfindən
daha çox hiss olunur, bunun da nəticəsində yeni söz yaradıcı modellərin
formalaşması baş verir. Beləliklə, İngilis dilinin təkcə morfem tərkibi deyil, həm də
derivasiya imkanları genişlənir.
Alınma sözlərin keçdiyi dildə “taleyi” də maraqlıdır. Alınma sözlər çoxu daxil
olduğu sistemin təsiri ilə mühüm fonetik, qramatik və hətta semantic dəyişiklərə
uğrayaraq həmin sistemin fonetik, qramatik, semantic qanunlara uyğunlaşırlar.
Assimilyasiya prosesi o dərəcədə dərin olur ki, həmin sözlərin xarici dil
mənşəli olması ingilis dilində danışanlar tərəfindən hiss olunmur, yalnız etimoloji
təhlil vasitəsilə müəyyən olunur. Bu, skandinaviya və latın dilindən erkən alınma
sözlər üçün, xüsusilə, uyğundur, məsələn: get “almaq”, skill “bacarıq”, sky “səma”,
skirt “ətək”, skin “dəri”, they “onlar”, street “küçə” və s. Tam assimilyasiya
olunmuş və mənimsənilmiş alınma sözlərdən fərqli olaraq, qismən assimilyasiya
olunmuş xarici dil vahidləri özlərinin fonetik (məs. (garage) chaise – longue chic),
qramatik (məs. tək datum, nucleus, antenna – cəm datd, nuclei, antennae) və
semantik (məs. taiga, tundraŞ rouble və s. rus dilindən alınma, ingilislər üçün başqa
məna verən sözlər) xüsusiyyətlər kimi xarici mənşəli izlərini saxlayır. Bunların
ingilis dilinin izahlı lüğətlərində adekvant təsvirini vermək üçün leksikoqraflar
ensiklopedik məlumatdan chox istifadə edir, verilən obyekt və hadisənin yayılma
yerləri, mövcud olduğu formalar, istifade etmə üsulları və s. barədə məlumat
verirlər
Etimoloji nöqteyi-nəzərdən, leksikanin alınması xalqların iqtisadi, siyasi, elmi
və mədəni əlaqələr zəminində yaxınlaşmasının nəticəsidir. Çox vaxt alınma sözlər
dilə yeni əşyaların adlandırılması və əvvəllər məlum olmayan məfhumların ifadə
edilməsi vasitəsi kimi gəlir. Alınma sözlər artıq məlum olan əşya və hadisələrin
ikinci dəfə adlandırmaq üçün də istifadə oluna bilər. Bu o zaman baş very ki, alınma
söz predmentin hər hansı başqa xüsusiyyətini bildirmək üçün istifadə olunur , o,
ümumi qəbul olunmuş beynəlxaıq termindir və ya (hərbi işğal zamanı) xarici sözlər
dilə məcburi səkildə tətbiq olunur.
Çoxmənalı sözlər adətən öz mənalarından birində götürülür və alınma zamanı
sözün məna həcmi daralır.
İngilis dilinin lüğət tərkibinin inkişafında latın dilindən alınma sözlər böyük
rol oynayır və latın leksikasının daxil olması əsasən ingilis xalqının tarixində üç
hadisə ilə əlaqədar olmuşdur: Roma hakimiyyəti İngiltərədə xristianlığın yayılma
və İntibah dövründə mədəniyyətin inkişafı.
Hələ german tayfaları, anqllar, sakslar və yutlar Britaniya adalarında məs-
kunlaşmamişdan bu tayfalarla romalılar arasında dillərində də öz izlərini buraxan
ticarət əlaqələri var idi. Latın dilindən birinci mərhələdə alınma sözıər roma və german
tayfalarının mədəni-iqtisadi və hərbi münasibətlərinin xarakterini əks etdirir. Yeni
sözlər adətən bu mərhələdə Roma xalqının daha yüksək mədəniyyətə qoşulması ilə
əlaqədar əmələ gələn yeni məfhumları ifadə edir. Bu alınma sözlərə bunlar aiddir:
(lat.portus), cycene kitvhen (lat. Coquina), piper pepper (lat. Piper) və s.
Filologiya məsələləri – №5, 2014
258
İngilis dilində latın dilindən alınma sözlərin əksəriyyəti “kitab” sözləri təşkil
edir. B sözlər dilə xalqlar arasında bilavasitə canlı ünsiyyət nəticəsində deyil, yazılı
sənədlər, kitablar və s. Vasitəsilə keçmişdir. Kitab alınma sözləri keyfiyyətcə digər
alınma sözlərdən fərqlənir. Hər şeydən öncə, bu sözlər dəyişiklərə, xüsusilə də
semantik dəyişiklərə az məruz qalmışlar. Bunun məntiqi izahı ondan ibarərdir ki,
kitab alınma sözləri uzun illər boyunca məhdud sferada- bu dilin ədəbi formasında
istifadə olunmuşdur. Daha sonra bu alınma sözlər əsasən mücərrəd, abstrakt və ya
terminoloji xarakter daşıyır.İngilis dilində latın alınma kitab sözləri 16-cı əsr,
həmçinin 15-16-cı əsrlərə, yəni İngiltərədə İntibah dövrünə təsadüf edir. Uiklif,
Lenqland və Çoserin əsərlərində mindən artıq əvvəlcə ingilis dilində rast gəlin-
məyən latın dilindən alınma sözlər işlənmişdir. İntibah dövründə tibb, ədəbiyyat,
ilahiyyat sahələrində sözlər, texniki terminlər və s. Yaranır. Bu sözlərin sıyahısını
qısa fəsil çərçivəsində vermeək mümkün deyil. Bunun üçün xüsusi lüğət tərtib
etmək lazımdır.
Bu alınma sözlərin çoxunu morfolji əlamətlərinə görə təyin etmək olar,
məsələn: məsdər formasında –ate- şəkilçisi olan, latın dilində fellərin 1-ci təsrif
formasının keçmiş zaman feli sifətindən əmələ gələn fellər –ute- şəkilçisi olan, latın
dilində fellərin 3-cü təsrif formasının keçmiş zaman feli sifətindən əmələ gələn
fellər – prosecute, execute; latın dilində indiki zaman feli sifətlərindən əmələ gələn
–ant- və ent- şəkilçili sifətlər, məsələn, evident, transparent,patient, triumphant,
apparent, obedient. Sonrakı əsrlərdə - 17-ci, 18-ci əsrlərdə latın dilindən alınma
kitab sözləri müşahidə olunmuşdur. Əsasən bu “elmi sözlər” latın sözlərinin
morfoloji xüsusiyyətlərini qoruyub saxlamişlar, məsələn:inertia, sanatorium, genus,
radius, curriculum, datum, vacumm. Nəhayət, müasir ingilis dilində elə alınma
sözlər də vardır ki, onlar bütünlükdə öz latın “simasını” saxlamışdır, yəni, hech bir
assimilyasiyaya uğramamış və hal-hazırda da uğramır. Bu söz və ifadələr dildə latın
dilindən sitat kimi işlənir. Onların istifadə olunma sferası məhduddur: onlar adətən
elmi nəsr üslubunda, işgüzar sənədlərdə, yüksək natiqlik üslubunda işlənir. Belə
alınma sözlərə aiddir: alma mater, bina fide, ex officio, condito, sine qua non və s.
Alınma sözlərin daxil edilməsinin nəticələrindən biri də etimoloji dubletlərin
yaranmasıdır. Etimoloji dubletlər – etimoloji cəhətdən eyni kökə aid olan, lakin
dildə müxtəlif məna, tələffüz və yazılışa malik sözlərdir. Məsələn: channel və canal.
Etimoloji dubletlərin yaranması müxtəlif konkret səbəblərlə izah olunur. Eyni
söz müxtəlif zamanlarda, müxtəlif mənbələrdən alına bilər.
Məsələn: latınca canalis “kanal” ingilis dilində mərkəzi Fransa dialekti vas-
itəsilə “channel” formasında və şimali Fransa dialekti vasitəsilə “canal” formasında
gəlib və bu formalar mənasına görə ayrılır.
Latınca quies, quietus “sakitlik, istirahət” bilavasitə ingilis dilinə daxil olmuş,
quiet formasına malikdir, fransız dilindən keçən həmin söz dildə quite kimi
möcuddur.Qeyd olunduğu kimi, bir dildən digər dilə sözlərin keçməsi zamanı elə
hallar da baş verir ki, eyni söz iki dəfə götürülür. Bu, yalnız təmasda olan xalqlar
arasında uzun müddət tarixi-mədəni əlaqələrin olması zamanı baş verə bilər. Latın
dilinin ingilis dilinə təsir tarixi məhz belədir. Bir çox latın sözləri ingilis dilində iki
dəfə gəlib: bir dəfə fransız dilindən, bir dəfə bilavasitə latın dilindən. İkinci dəfə
alınma birincidən xeyli vaxt fasiləsi ilə ayrılır ki, bu da sözün yeni söz kimi qəbul
edilməsi üçün zəruridir. Beləliklə, etimoloji fransız-latın dubletləri əmələ gəlir.
Filologiya məsələləri – №5, 2014
259
Latın dilindən keçən kitab xarakterli alınmalara bəzi sözəmələgətirici ele-
mentlər – ön şəkilçilər və şəkilçilər aiddir. Bu sözəmələgətirən morfemlər latın
dilindən ayrıca dil vahidi kimi keçməmişdir; onlar bütöv sözlərin tərkibində
gəlmişdir və yalnız sonralar sözəmələgətirən morfem kimi başa düşülmüşdür.
Bununla belə, onları alınma şəkilçilər adlandırırlar.Beləliklə, latın dili ingilis dilinin
yeni sözlərlə zənginləşməsinə böyük təsir göstərmişdir. Bu onunla izah olunur ki,
İngiltərənin normand işğalı ilə dilə çoxlu fransız sözləri gəlmiş, bu da etimoloji
cəhətdən yaxın olan latın sözlərinin nisbətən sərbəst axını üçün zəmin hazırlamışdır.
Tarixi leksikologiyada bəzən bu və ya digər sözün ingilis dilinə fransız və ya latın
dilindən keçdiyini teyin etmək çətinlik törədir.Latın dilindən alınma sözlər arasında
bir qrup sözlər vardır ki, onlara səs formasına, qramatik şəklinə, məna mahiyyətinə
görə beynəlxalq sözlər sırasında rast gəlinir. Məhz latın dili xeyli miqdarda belə
sözlər bəxş edib. Bu, onunla izah olunur ki, feodalizm dövründə latın dili Qərbi
Avropanın bir çox ölkələri üçün beynəlxalq elmi dil, bəzi ölkələrdə isə
ümumiyyətlə, ədəbi dil hesab olunurdu. Latın dilinin elmi dil olması 17-ci 18-ci
əsrlərə kimi davam etmişdir. Müasirtəbabət, kimya, botanika, zoologiya, fəlsəfə,
siyasət elmlərində indiyə kimi latın sözlərindən istifadə olunur.
Müasir ingilis sözlərində audio – lat. dinləmək, qulaq asmaq: auditorum,
audience. Bios – yun. həyat: biology, biography. Centum – lat. yüz: cent, century,
centenary. Demos – xalq: democracy, demography. Grapho – yun. yazmaq: graphic,
phonograph. Homos – yun. eyni: homonym, homophone. Lexis – yun. lüğət: lexico,
logy, lexicography.
Onoma – yun. ad: synonim, antonim, pseudonym
Phone – yun. səs: phonetics, phoneme, phonology
Scribe, scriptum – lat. yazmaq, yazılmış:describe, subscribe, scritwriter,
inscription
Tele – yun. uzaq: telescope, telegraph
Video – lat. görmək: visus lat. görünüş, mənzərə: visible, vision, revise,
television, evidence.
Vita – lat. həyat: vital, vitality, vitamin.
Latın dilindən ingilis dilinə keçən beynəlxalq sözlərdən aşağıdakıları qeyd
etmək olar: obligation, constitution, alibi, agriculture, microscope, modern, laboato-
ry, program, system, socialism, communism, capitalism, climate, radius, tardition
və s. Başqa dillərdən alınma sözlər dilin lüğət tərkibinə ayrı-ayrı təsirlər göstərir.
Bəzi dillərdə alınmalar dilin lüğət tərkibinə elədə təsir göstərə bilməmişdilər.
Müxtəlif tarixi dövrlərdə söz alınmaları dilin lüğəti tərkibinə elə çox əhəmiyətli tə-
sirini göstərmişdir ki, hətta başqa dillərdən alınmış misal üçün, əvəzlik, önlük kimi
xidməti sözlər, qədim xidməti sözləri sıxışdırıb istifadədən çıxarırdılar. Başqa
dillərdən sözlərin alınma prosesi hər bir dilə xas olduğuna və ingilis dilinin leksi-
konunun ayrılmaz hissəsi oduğu üçün, bu tema həmişə aktual olaraq qalır və həmişə
onun öyrəmilməsi və nəzərdən keçirilməsi üçün kifayət qədər materiallar var. Çünki
fəal dil həmişə inkişaf olunan dildir. Nə iə təzə bir şey gəlir, lazımsızlar, artıqlar yo-
xa çıxır,burada leksikologiya səhəsində çalışan alimlər üçün də həllin tələb edən
çox suallar qalır.
Filologiya məsələləri – №5, 2014
260
Ədəbiyyat:
1.R.C.Cəfərov: Azərbaycan dilində işlənən Qərbi Avropa mənşəli alınma sözlər.
Bakı.2000il.”Nurlan” nəşriyyatı.
2.N.Ə.Rzayeva.Dildə sözalma prosesihaqqında.AMEA.İ.Nəsimi ad.Dilçilik
İnstitu.”Tədqiqlər”.Bakı.2003 il.
3.N.Məmmədov. Alınma terminlər.”Elm” nəşriyyatı.1997 il.314 səh.
4.O.Musayev.İngilis dilinin grammatikası.Bakı.”Maarif°nəşriyyatı.1979 il.
Г.Джаббарова
Роль и значение заимствованных слов европейского происхождения в
обогащении словарного состава английского языка.
Резюме
В статье рассматривается рол и значения заимствованных слов Западно-
Европейского происхождение в развитие и обогащении словарного состава
английского языка и его влиянние на другие сферах изучаемого языка.Как
известно,словарный состав английского языка широко распростренены слова
и термины Западно-Европейского происхождение,особенно латинских слов
употребляется в техническом и художественнном литературе,а также,в прак-
тическом разговорном речи.Поэтому,студенты и лингвисты всегда и везде
изучает и анализируют заимствованных слов Европейского происхождения в
английском языке.
G.Djabbarova
The role and importance of the borrowed word european origin enrichment
vocabulary english language
Summary
The article speaks about the borrowed words of Westen-Eurepean origin in
the Englis language their use terminological units and lingual relation on modern
phase.The roleand importance of te borrowed word European origin enrichment
vocabulary English language,the article deals with the grammatical category of time
in English and is comparative caracteristics of time Azerbaijan,analyses mutual en
English origine words used in the vocabulary of Azerbaijan also some semantical
peculiarities of English terms in Azerbaijani.The article deals with the structural-
semantical models of the contemporary English and Azerbaijani language and their
comparison analize of theoretical character.The article deals with the connection
and essence of the category of tense in the Engsh grammar.
Rəyçi: Yusif Süleymanov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
261
Dostları ilə paylaş: |