Uşaqlıq boynu xəstəlikləri sırf
xərçəngləmi bağlıdır?
- Uşaqlıq boynunda ayrıca olaraq
iltihabi-infeksion xəstəliklər yaranır,
əsas bu xəstəliklər 3 qrupa ayrılır. Fon
xəstəlikləri (eroziya, polip, leykoplagiya,
papiloma və s.), xərçəngönü
xəstəliklər (L-SİL, H-SİL) və uşaqlıq
boynunun xərçəngi. Xəstəlik vaxtında
aşkarlanmasa, düzgün diaqnostikası
aparılmasa, daha ciddi problemlər
yarada bilər. Fon xəstəlikləri ginekoloji
baxış zamanı aşkarlamaq çətinlik
törətmir, amma xərçəngönü xəstəlikləri
(uşaqlıq boynunun displaziyaları) isə
gözlə təyin etmək mümkün deyil. Onu
deyim ki, yüngül dərəcəli displaziyalar,
xərçəngönü vəziyyət varsa, bunun orta
dərəcəyə keçməsi üçün haradasa 2 ilə
qədər vaxt tələb olunur. 2 ildən 5 ilə qədər
ikinci dərəcəli xərçəngönü vəziyyəti
üçüncü dərəcəyə keçir. Statistikaya
görə uşaqlıq boynunun xərçənginin
inkişafı üçün 5 ildən 19 ilə kimi vaxt
çəkir. Əgər ildə 1 dəfə profilaktik olaraq
ginekoloq müayinəsindən və uşaqlıq
boynu üçün nəzərdə tutulmuş skrininq
müayinələrdən keçilsə, biz uşaqlıq
boynu displaziyalarınıvaxtında aşkar
edə bilərik. Bu halda bədxassəli şişlərin
yaranma ehtimalını sıfıra endirmiş
olarıq.
Dostları ilə paylaş: |