ATU-nun mətbuat xidməti
Bu günümüzdə qadınların ən çox rast
gəldiyi xəstəliklərdən biri də uşaqlıq
boynu xəstəliyidir. Xəstəliyin yaranma
səbəbi və vaxtında qarşısının alınması
üçün görülən praktik tədbirlər və
müalicə yolları barədə Azərbaycan
Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikasının həkimi, mama-ginekoloq
Naza Qurbanovadan müsahibə almaq
qərarına gəldik:
- Uşaqlıq boynu patologiyaları nəinki
Azərbaycanda, ümumiyyətlə dünyada
aktual olan bir mövzudur. Hazırda
uşaqlıq boynunun bədxassəli xəstəliyi
reproduktiv sistemdə rast gəlmə
tezliyinə görə süd vəzindən sonra ikinci
yerdə durur. Ancaq dünyada qadın
ölümünə ən çox səbəb kimi birinci
yerdə rast gəlinir.Təbii ki, bu xəstəlik
birdən-birə yaranmır,bundan öncə
xərçəngönü (displaziyalar)vəziyyətlər
yaranır. Həmin xəstəliklərin vaxtında
düzgün diaqnostikası və müalicə
üsullarının düzgün seçilməsi demək
olar ki, bu xəstəliyin qarşısını kifayət
qədər almış olur.
-
Dostları ilə paylaş: |