Moskvadan gələn nümayəndələr ATU-da qonaq oldu
İ
yulun 2-də gün Moskva Elmi
Tədqiqat Herontologiya
İnstitutunun nümayəndələri
Azərbaycan Tibb Universitetinin
Tədris Cərrahiyyə Klinikasının
qonağı olub.
Türkdilli Dövlətlərin Transplantasiya
Cəmiyyətinin konqresi keçirilib
Bu konqresdə Amerika,
Türkiyə, İngiltərə, İordaniya,
Küveyt, Misir, Qazaxıstan və bir
çox ölkələrdən 300-ə yaxın xarici
qonaqlar gəlib.
T
ədbiri həyata keçirən isə
Türkiyə Orqan Nəqli (TON)
Dərnəyi və onun başkanı pro-
fessor Mehmet Haberaldır. Konqre-
sin keçirilməsində məqsəd daha çox
cəmiyyətin, səhiyyə sistemində çalı-
şan insanların, iş adamlarının trans-
plantasiya problemlərinə diqqətini
cəlb etməkdən ibarətdir.
Çünki transplantasiya sahəsi bütün
dünyada, eləcə də Azərbaycanda
inkişaf edir. ATU-nun Tədris Cərrahiyyə
Klinikasının Transplantologiya şöbəsinin
müdiri Ruslan Məmmədov bildirdi ki,
məqsəd bu inkişafı daha
da sürətləndirməkdir.
Konqresə gələn
qonaqların Tədris
Cərrahiyyə Klinikasına
da marağı böyük olub.
Kalifornia Losanceles
(UCLA) Universitetindən
professor Hasan
Yersiz, John Hopinks
Xəstəxanasından
hepatoloq, professor
Ahmet Gürakan klinika
ilə yaxından tanış
oldular. Tədris Cərrahiyyə
Klinikasının direktoru,
professor Nuru Bayramov,
Ruslan Məmmədov ATU-nun Tədris
Cərrahiyyə Klinikası haqqında qonaqlara
geniş məlumat verdi. Daha sonra isə
qonaqlar klinikanın Tədris Treyninq
Mərkəzində yerləşən mulyaj otaqlarında
oldular. Qeyd olundu ki, bu otaqlar
tələbə, həkim-rezidentlər üçün nəzərdə
tutulmuş, dünya standartlarına uyğun
ən müasir avadanlıqla təchiz olunmuş
çoxfunksional bacarıq laboratoriyalarıdır.
http://www.amu.edu.az
16 iyun 2016-cı il
6
Bu günlərdə Azərbaycan Tibb
Universitetinin (ATU) xarici
tələbələri “Tərcümeyi-halımda
Azərbaycanın yeri” adlı inşa
müsabiqəsində iştirak ediblər.
Beynəlxalq Bakı Tələbə
Klubunun həyata keçirdiyi
layihə çərçivəsində təşkil
olunan müsabiqə ATU-da
təhsil alan əcnəbi tələbələrin
də böyük marağına səbəb olub.
Müsabiqədə xüsusi aktivlik
nümayiş etdirən 60-a yaxın
əcnəbi müəllifin özünəməxsus
adətləri, kaloriti ilə seçilən Lahıc
qəsəbəsinə ekskursiya təşkil
olunub.
Yarış iştirakçıları arasında olan
13 ATU tələbəsi daha çox fəallıq
nümayiş etdirib.
Layihənin məqsədi
Azərbaycanda təhsil alan əcnəbi
gənclərin ölkəmiz haqqında
təəssüratlarını genişləndirmək,
onların tariximiz, milli-mədəni
dəyərlərimiz haqqında biliklərini
artırmaq, Azərbaycan haqqında
məlumatları gələcəkdə öz
ölkələrində paylaşmasına nail
olmaqdan ibarətdir.
Əcnəbi tələbələr Lahıca
ekskursiyaya gedib
Dostları ilə paylaş: |