Elmi dərəcələr verilməsinə dair attestasiya işinin birinci nüsxəsində Ali Attestasiya
Kоmissiyasına təqdim edilməli оlan sənədlərin siyahısı
14.9.1.
Təşkilatın blankında yazılan və müdafiə şurasının sədri tərəfindən imzalanan qоşma
məktub.
14.9.2.
İş yerində təsdiq оlunmuş, üzərində fоtоşəkil оlan kadrların şəxsi uçоt vərəqi - 1
nüsxə.
14.9.3.
Elmi dərəcə verilməsi haqqında arayış - 2 nüsxə.
14.9.4.
Dissertasiyanın mövzusunun və elmi rəhbərin (məsləhətçinin) təsdiq оlunması
haqqında prоtоkоldan çıxarış - 1 nüsxə.
14.9.5.
Dissertasiyanın mövzusunun müvafiq elm sahəsi üzrə prоblem şurasında qeydə
alınması haqqında prоtоkоldan çıxarış -1 nüsxə.
14.9.6.
Dоktоrluq imtahanlarının verilməsi haqqında vəsiqə (fəlsəfə dоktоru elmi dərəcəsi
iddiaçıları üçün) - 1 nüsxə.
14.9.7.
Dissertasiya şurası iclasının оnun sədri və elmi katibi tərəfindən imzalanmış
stenоqramının birinci nüsxəsi. Burada AAK-ın əmri ilə təsdiq edilmiş, həmçinin
şuranın tərkibinə əlavə daxil edilmiş şura üzvlərindən müdafiədə iştirak edənlər
adbaad sadalanır, iştirak etməyənlərin iştirak etməməsinin səbəbi qeyd edilir, iclasın
başlanıb, qurtardığı vaxt эöstərilir. Stenоqrama rəsmi оppоnentlərin rəyləri, aparıcı
təşkilatın rəyi və həmin rəyin qəbul edildiyi iclasın prоtоkоlu əlavə оlunur.
14.9.8.
Elmi rəhbərin (məsləhətçinin) rəyi - 1 nüsxə.
14.9.9.
Avtоreferata verilən rəylər.
14.9.10.
Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim оlunduğu təşkilatın
rəyi (1 nüsxə), həmin rəyin qəbul edildiyi iclasın prоtоkоlu (1 nüsxə),
resenzentlərin yazılı rəyləri (hər birindən 1 nüsxə) və dissertasiya işinin ilkin
müzakirəsinin gedişinin videоçəkilişi yazılmış kоmpakt disklər;
Təşkilatın rəyi kafedra (labоratоriya, bölmə, şöbə) iclasının və ya seminarın
prоtоkоlundan çıxarış şəklində tərtib edilir, təşkilatın rəhbəri tərəfindən təsdiq
оlunur və оna təşkilatın gerbli möhürü vurulur.
15.
Ali attestasiya komissiyasında dissertasiyalara baxılması
15.1.
Dissertasiya şuralarının işinə və dissertasiyaların müəyyən edilmiş tələblərə uyğunluğu
üzərində nəzarətin və attestasiyaların həyata keçirilməsi ilə bağlı Komissiyanın rəyasət
heyətinə və kollegiyasına təklif və tövsiyələr vermək üçün Komissiyanın nəzdində
ekspert şuraları yaradılır.
Komissiyanın kollegiyasının qərarına əsasən ekspert şurasının iclaslarına iddiaçılar,
dissertasiya şuralarının sədrləri, opponentlər, elmi rəhbərlər və elmi məsləhətçilər,
həmçinin apancı təşkilatın nümayəndələri dəvət edilə bilərlər.
15
Dəvət olunmuş iddiaçı üzürsüz səbəbə görə bir il müddətində ekspert şurasının iclasına
gəlmədikdə Komissiya dissertasiya işinin ekspertizasını dayandırır və onu müdafiənin
keçirildiyi dissertasiya şurasına geri göndərir.
İddiaçının attestasiya işinin bütün materialları ilə tanış olmaq hüququ vardır.
Komissiyanın ekspert şurasının qərarının surəti iddiaçının xahişi ilə bir ay müddətində
ona verilir.
15.2.
Komissiyada fəlsəfə doktoru elmi dərəcənin verilməsi üçün təqdim olunan dissertasiya və
attestasiya işlərinə baxılma müddəti isə dörd aydan çox olmamalıdır.
Dissertasiyanın ekspertizasının keçirilməsi üçün daha uzun müddət tələb olunduğu
hallarda müddətin uzadılması məsələsi Komissiyanın kollegiyası tərəfindən
əsaslandırılaraq həll edilir.
16.
Dissertasiyaların tərtib edilməsi qaydaları
(Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət
Heyətinin 19 sentyabr 2003-cü il tarixli (protokol №12) və 06 iyun 2004-cü il tarixli (protokol
№11) qərarları ilə edilmiş dəyişikliklərlə).
16.1.
Dissertasiyanın strukturu:
üz vərəqi;
mündəricat;
ixtisarların siyahısı (dissertasiyada varsa);
giriş;
əsas hissə (dissertasiyanın məzmunu);
nəticə;
istifadə edilmiş ədəbiyyat;
əlavələr.
Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.
16.2.
Əsas tələblər
16.2.1.
Dissertasiyanın mətni makinada (qara lentdən və qara surətçıxaran kağızdan istifadə
etməklə) və ya kompyuterdə çap olunur. Çap A4 (210x297 mm) formatlı ağ kağızın
bir üzündə, makinada sətirlər arasındakı məsafə 2 interval, kompyuterdə isə 1,5
interval olmaqla yerinə yetirilməlidir.
16.2.2.
Kompyuterdə yığılan mətn aşağıda göstərilən şriftlərə çap olunmalıdır:
Azərbaycan dilində latın əlifbası ilə Az-Times Lat - 14, Az Tms 97 Lat - 14,
Alk-Az-Tms - 14, A3 Times AzLat - 14, Times Roman AzLat - 14 şriftləri ilə;
rus dilində kiril əlifbası ilə Times New Roman Cry - 14, Rus Helviltica - 14,
Arial (Cyr) - 14 şriftləri ilə;
ingilis dilində mətn Times New Roman - 14, Arial - 14 şriftləri ilə çap olunur.
Şəkillər və cədvəllər A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər.
16.2.3.
Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol
boş sahə - 30 mm, sağ - 10mm, yuxarı və aşağı - 20 mm (yuxarı və sonuncu sətrə
qədər).
16.2.4.
Sözlər arasındakı məsafəni nəzərə almaqla, sətirdəki işarələrin sayı 60-65-dən az
olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır.
16.2.5.
Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda
olmalıdır.
16
16.2.6.
Dissertasiyanın mətninə ayrı-ayrı sözlər, formullar, şərti işarələr qara mürəkkəb və
ya qara tuşdan istifadə etməklə əlavə oluna bilər. Əlavə mətnin sıxlığı əsas
mətnin sıxlığına yaxın olmalıdır.
16.2.7.
Dissertasiyada çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqlar düzəldilə
bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır.
16.2.8.
Fəlsəfə doktoru dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər,
qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər
üzrə dissertasiyanın həcmi 20-30 % artıq ola bilər.
16.2.9.
Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür.
16.2.10.
Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, böyük hərflərlə, yarımfəsillərin
başlıqları isə abzasdan başlayaraq sətri hərflərlə yazılmalıdır (birinci baş hərf
istisna olmaqla). Başlıqların yazılışında sözlər sətirdən sətrə keçirilməməli,
başlığın sonunda nöqtə qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə,
onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır.
16.2.11.
“Mündəricat”, “Giriş”, “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat”, “əlavələr” sözləri
dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir.
16.2.12.
Fəsil və yarımfəsil arasındakı, eləcə də başlıq və mətnin (bəndin) arasındakı
məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz.
16.2.13.
Hər fəsil yeni səhifədən başlanmalıdır.
16.3.
Nömrələmə
16.3.1.
Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir.
Dissertasiyanın səhifələri nömrələnərkən üz vərəqi də nəzərə alınır. Üz vərəqində
nömrə çap edilmir, ondan sonra gələn səhifə “2” rəqəmi, sonrakı səhifələrdə isə
ardıcıl nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir. Səhifələr (əlavələr,
arayışlar, aktlar və s. daxil olmaqla) ardıcıl olaraq nömrələnir.
16.3.2.
İstifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb rəqəmləri ilə
ardıcıl nömrələnməlidir.
16.3.3.
Fəsillər rum rəqəmləri ilə ardıcıl olaraq nömrələnir (məsələn: I fəsil). Mündəricat,
giriş və nəticəyə nömrə qoyulmur.
16.3.4.
Yarımfəsil nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və yarımfəslin
nömrələrindən ibarətdir. Yarımfəslin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 2.5.
(ikinci fəslin beşinci yarımfəsli).
16.3.5.
Yarımfəslin daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə
nömrələnir. Bəndi nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, yarımfəslin və
bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur, məsələn:
2.5.1. (ikinci fəslin beşinci yarımfəslinin birinci bəndi).
16.3.6.
Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər)
dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan
cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda
nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir.
16.3.7.
Dissertasiyanın mətni və cədvəllərə arayış və aydınlaşdırıcı xarakter daşıyan qeydlər
ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Əgər cəmi bir qeyd varsa, o
nömrələnmir, əgər qeydlərin sayı birdən çoxdursa, “Qeyd” sözündən sonra iki nöqtə
qoyulur və qeydlər nömrələnir. Məsələn:
Qeyd:
1. ...
2. ...
Qeydlərin çapı üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.
17
16.4.
İllüstrasiya
16.4.1.
İllüstrasiyalar keyfiyyətli olmalıdır. Şəkillər həm qara tuş və ya qara mürəkkəblə
çəkilə bilər, həm də rəngli ola bilər.
Dissertasiyada ancaq kompyuter və ya cizgi yolu ilə yerinə yetirilmiş şəkillərdən və
orijinal fotolardan istifadə etmək olar.
A4 formatından kiçik olan fotolar standart ağ vərəq yapışdırılmalıdır.
16.4.2.
İllüstrasiyalar elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi
istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar mətndə
onlara birinci istinaddan sonra yerləşdirilməlidir.
16.4.3.
İllüstrasiyalar (cədvəllərdən başqa) “Şək.” sözü ilə nişanlanır və fəslin daxilində
ərəb rəqəmləri ilə nömrələnir. İllüstrasiyanın nömrəsi bir-birindən nöqtə ilə ayrılan
fəslin nömrəsindən və illüstrasiyanın ardıcıl nömrəsindən və illüstrasiyanın ardıcıl
nömrəsindən ibarətdir. Məsələn: Şək. 1.2 (birinci fəslin ikinci şəkli).
İllüstrasiyanın nömrəsi və adi illüstrasiyanın altında yerləşdirilir.
16.5.
Cədvəllər
16.5.1.
Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı
olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından
xətt çəkilməməlidir.
16.5.2.
Cədvəl, mətndə onun ilk xatırlanmasından sonra elə yerləşdirilir ki, dissertasiyanı
döndərmədən və ya saat əqrəbi istiqamətində döndərildikdən sonra onu oxumaq
mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir
neçə səhifədə yerləşdirmək olar.
16.5.3.
Fəslin içindəki cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir (əlavədə
verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan
fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2.
(birinci fəslin ikinci cədvəli). Əgər dissertasiyada cəmi bir cədvəl varsa, onu
nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir.
16.5.4.
Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə, “Cədvəl” sözü və onun nömrəsi
cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir; cədvəlin qalan
hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Əgər dissertasiyada bir neçə
cədvəl varsa, onda “ardı” sözünün qarşısında cədvəlin nömrəsi yazılır. Məsələn:
cədvəl 1.2-nin ardı.
Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ küncdə çap
edilir.
16.5.5.
Cədvəllərin sütun və sətirlərin başlıqları, onların içərisindəki məlumatlar üçün
şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.
16.6.
Formullar
16.6.1.
Mətndə verilən formullar (sayı birdən artıqdırsa) ərəb rəqəmləri ilə ardıcıl
nömrələnməlidir. Formulun nömrəsi bir-birindən nöqtə ilə ayrılmış fəslin və
formulun ardıcıl nömrələrindən ibarətdir. Formulun nömrəsi onunla bir səviyyədə
səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn: (3.1)-yəni üçüncü fəslin
birinci formulu.
16.6.2.
Formulda rast gəlinən simvolların qiyməti və ədədi əmsalların izahı, onların
formuldakı yerləşmələr ardıcıllığını nəzərə alaraq, bilavasitə formulun altında
verilir. Hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməlidir.
İzahatın birinci sətri “Burada” sözündən başlamalıdır.
16.6.3.
Tənlikləri və formulları mətndən boş sətirlər vasitəsilə ayırırlar. Hər formulun
üstündə və aşağısında bir-iki boş sətir olmalıdır. Əgər tənlik bir sətrə yerləşməyibsə,
18
onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bölmə (:)
işarələrindən sonra yeni sətrə keçirilə bilər.
16.7.
Biblioqrafik istinadlar
16.7.1.
Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba
sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat
siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə
göstərilir. Məsələn: [115] və ya (115).
16.7.2.
Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə
dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə
göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild(çoxcildli
əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: [39, 250-252], [153, s.
2,106] və mətnin digər bir yerində [39,156], [153, c.1, 86-91] və s.
Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir.
16.8.
Üz vərəqi
Üz vərəqi dissertasiyanın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları
haqqında” əsasnamədəki əlavə 1.5-ə uyğun olaraq tərtib edilir (Bax: Əlavə 5).
16.9.
Mündəricat
Mündəricatda bütün fəsillər, yarımfəsillərin və bəndlərin başlıqlarının dissertasiyanın
hansı səhifəsindən başlandığı göstərilir.
16.10.
Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı
16.10.1.
Əgər dissertasiyada spesifik terminologiya, həmçinin geniş yayılmamış ixtisarlar,
yeni simvollar, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı”
başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir.
16.10.2.
Siyahı sütun şəkildə yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ
tərəfində isə onun dəqiq açılışı verilir.
16.10.3.
Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az
təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci
dəfə adı çəkilən kimi verilir.
16.11.
İstifadə edilmiş ədəbiyyat
16.11.1.
Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə
Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl
nömrələnərək siyahıda göstərilir.
16.11.2.
İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük
verilməlidir.
16.11.3.
Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti
işarələrdən istifadə edilir:
. nöqtə
, vergül
: iki nöqtə
/ çəpəki xətt
// qoşa çəpəki xətt
( ), [] mötərizə
16.11.4.
İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq
verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi
göstərilir.
19
16.11.5.
Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya
kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya
müəlliflərin soyadı və inisialları ilə verilir. Məsələn: Qeybullayev Q.Ə.
Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s.
Мамедов М.Г., Кребс Р.И. Иммуноферментный анализ: теория и практика.
М.: Кристалл, 1999, 109 с.
Прихожан А.М. Психологический справочник, или как обрести уверенность
в себе: Кн. Для учащихся. М.: Просвещение, 1994, 191 с.
Fremel H. History of agriculture development in Europe. Berlin: Springer Verlaq,
2000, 242 p.
Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv
monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə verilir. Məsələn: Kriminalistika:
Ali məktəblər üçün dərslik / K.Q. Sarıcalinskayanın redaktəsi ilə. Bakı: Hüquq
ədəbiyyatı, 1999, 715 s.
Умственное воспитание дошкольника / Под ред. Поддьякова. М.:
Педагогика, 1972, 288 с.
Оперативно-розыскная деятельность: Учебник / Под ред. К.К. Горяинова,
В.С. Овчинского, А.Ю. Шумилова. М.: Инфра-М, 2001, 794 с.
Çoxcildli nəşrə aşağıdakı kimi istinad edilir: Azərbaycan tarixi: 7 cilddə, IV c.,
Bakı: Elm, 2000, 456 s.
Годфура Ж. Что такое психология: В 2-х т. Т.1, М.: Мир, 1992, 496 с.
16.11.6.
Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur. 1. Məqalə haqqında
məlumat; 2. Məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr
bir-birindən qoşa çəpəki xətlə -“//” ayrılır ki, ondan əvvəl və sonra bir interval
qoyulur.
Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları
verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı,
Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi
göstərilir. Məsələn:
Vəlixanlı N.M. X əsrin ikinci yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin
qarşılıqlı münasibətləri və bir daha “Naxçıvanşahlıq” haqqında // AMEA-nın
Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2001, №3, s. 120-129.
Baxşəliyeva V.B., Qədirzadə Q.Y. Gəmiqaya rəsmlərində Ön Asiya motivlərinin
izləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2002, №9, s. 37-40.
Rəhmani S.Ə., Əhmədov M.A., Həmişəyev U.Ş., Babaşova N.M. Plazmoferez
zamanı hemoreoloji göstəricilərin dinamikası // Azərbaycan Tibb Jurnalı, 1993,
№9-10, s. 30-33.
Краснопольский В.И., Буянова С.Н., Иоселиани М.Н., Петрова В.Д.
Диагностика и выбор хирургической коррекции недержания мочи при
пролапсе гениталий у женщин // Акушерство и гинекология, 2000, №1, с.29-
32.
Liang C., Kriman S. An JR-spectroscopic studi of the effect of imozing irradiation
on the struciture of polyutadilne (akrilonitrill) // Polym. Sci., 1999, v. 31, No 123,
p. 51-60.
Dörddən çox müəllifi olan məqalələrdə ilk üç müəllifin soyadları və inisialları,
sonra isə aşağıdakılar ixtisarlardan biri verilir:
- “və b.” - Azərbaycan dilində olan nəşrlərdə;
- “и др.” - rus dilində olan nəşrlərdə;
- “et al” - Qərbi Avropa dillərində olan nəşrlərdə. Məsələn:
Məmmədov F.X., Mahmudov T.Q., Sadıxova Z.İ. və b. Armourianum növü və
onun seleksiya əhəmiyyəti // Azərbaycan Aqrar elmi, 2003, №1-3, s. 78.
20
Желудкова О.Г., Русанова М.Г., Ишкова Т.А. и др. Результаты лечения
хронического гепатита у детей со злокачественными опухолями // Вирусные
гепатиты, 1999, №2, с. 11-14.
İqer D., Mollis A., Kniqht A.et al. Automatized proqrammed sinthesis of peptides
// J. Applic. Biochem., 2001, v. 48, p. 326-329.
16.11.7.
Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik
təsviri də iki hissədən ibarət olur. Onlar isə bir-birindən bir çəpəki xətlə- “/” ayrılır
ki, ondan əvvəl və sonra bir interval qoyulur. Məsələn:
Məmmədova G.H. Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu /
Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 80 illik yubileyinə həsr
olunmuş elmi-praktik konfransın materialları. Bakı: Nurlan, 2003, s. 3-10.
Qurbanov B.O., N.A.Berdyayevin insan və dövlət fəlsəfəsi / Mədəniyyət dünyası,
Bakı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşriyyatı,
2003, s. 9-20.
Магомедов А.Г. Шейх Шамиль и освободительное движение в Дагестане /
Материалы научной сессии Института общей истории РАН. СПб.: Теза,
2002, с. 135-147.
Dadasheva A., Mamedov M., Mikhailov M. et al. Influence of hepatotropic
carcinogens to cytokines level in serum of rats. / Hepatocyte transplantation. Int.
Symp.: Progress in gastroenterology and hepotology. Hannover, 2001, p.12
16.11.8.
Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları,
dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan alimlik dərəcəsi,
şəhər, nəşr ili və həcmi göstərilir. Məsələn:
Süleymanov
S.Y.
Xlorofil-zülal
kompleksləri, xloroplastların tilakoid
membranında onların struktur-molekulyar təşkili və formalaşmasının
tənzimlənməsi: Biol.elm.dok. ... dis. Bakı, 2003, 2002. s.
Павличкова Г.Л. Индивидуализация педагогической помощи на основе
учета акцентуация педагогической помощи на основе учета акцентуаций
характеров: Дис. … канд.пед.-наук. Владимир, 1992, 141 с.
Dissertasiyanın avtoreferatına da eyni qaydalarla istinad edilir, yalnız
“avtoreferat” sözü əlavə edilir. Məsələn:
Feyziyev F.G. İkilik xanalı sistemlərdə diskret proseslərin kvadratik
optimallaşdırılması (üsullar, alqoritmlər, proqramlar): Fiz.-riyaz. elm. dok. ... dis.
avtoref. Bakı, 2003, 41 s.
Влегжанин А.Н. Международно-правовые основы природоресурсной
деятельности государств в Мировом океане: Автореф. дис. … док. Юр. Наук.
Дип. Академия МИД РФ, М., 2002, 39 с.
16.11.9.
Qəzet materiallarına istinad edildikdə, müəllifin soyadı və insialları, sonra
mənbənin adı, qəzetin adı, nəşr olunduğu şəhər, il, gün, ay və ya nömrə göstərlir.
Məsələn:
Məmmədov M.A. Faciə janrının tədqiqi. “Ədəbiyyat və incəsənət” qəz., Bakı,
1966, 14 may.
Зотов Г.Б. Тибетские тайны Гитлера. Газ. «Аргументы и факты», 2004, июнь,
№24.
16.11.10.
Arxiv materiallarına aşağıdakı kimi istinad edilir:
Azərbaycan Respublikası MDTA: f. 44, siy.2, iş 26, vv. 3-5
ЦГИА Российской Федерации: Ф. 19, оп. 3, д. 101, л. 1
|