Strateji hücum silahları (SHS-1) haqqında Saziş - 1991-ci il iyulun 31-də Moskvada imzalanmışdır.
SSRİ/Rusiya və ABŞ-ın strateji hücum potensiallarının iki
dəfə azalmasına gətirib çıxarmışdır. Strateji hücum silahlarının (SHS) azaldılması və məh-dudlaşdırılması ilə bağlı tədbirlər haqqında Müqavilə - 2011-ci il aprelin 8-də Praqada Rusiya və ABŞ
arasında imzalanmışdır. Müqavilə paritet əsasda bağlanıb.
2002-ci ildə qəbul olunmuş Moskva müqaviləsindən fərqli
olaraq, tərəflər döyüş başlıqlarının sayını 3 dəfə azaltmaq
barədə razılığa gəliblər. Moskva müqaviləsində döyüş
başlıqlarının sayı hər ölkə üçün 1700-2000 ədəd
müəyyənləşmişdi. Bundan əlavə, müqaviləyə əsasən,
Rusiya və ABŞ öz üzərlərinə strateji nüvə başlığı
daşıyıcılarının sayını iki dəfə azaltmaq barədə öhdəlik
götürmüşlər.