Teleradio proqramları – daimi adı olan və ildə azı
bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və
materialların (verilişlərin) məcmusu. Teratogenlər –
orqanizmə təsir edərkən teratogenezin
(orqanizmin inkişafında eybəcərlik və digər anomaliyalar)
əmələ gəlməsi.
Terrorizm – aksiyanı icra edənin şəxsiyyəti və ya
icra etdiyi işin mahiyyəti ilə deyil, aksiyanın xarakteri ilə
müəyyən olunur. Bütün terror aksiyaları zorakılığın tətbiqi
və zorakılıqla hədələməklə bağlı olur, əksər hallarda
konkret tələblərin irəli sürülməsi ilə müşayiət olunur.
Zorakılıqlar əsasən mülki obyektlərə yönəldilir, aksiyanın
motivləri isə siyasi xarakter daşıyır. Aksiyalar daha geniş
ictimai diqqəti cəlb edən bir tərzdə həyata keçirilir.
İcraçılar, adətən, mütəşəkkil qrupların üzvləri olurlar və
318
digər cinayətkar qruplardan fərqli olaraq həyata keçirdikləri
aksiyaya görə məsuliyyəti öz üzərlərinə götürürlər. Nəhayət,
aksiyanın özü bilavasitə vurulan fiziki zərərin çərçivəsindən
kənara çıxan təsir göstərmək imkanına malik olur. Terror
aktlarının əksəriyyəti KİV-in köməyi ilə ictimaiyyətdə geniş
əks-səda yaratmaq və bununla da ictimai diqqəti cəlb etmək
məqsədi ilə törədilir.