216
E nöqtəsindən y oxuna
üfüqi proeksiya məbləğ
ifadəsində zərərsiz satışın (240000 manat) həcmini göstərir.
Beləliklə, qurulmuş qrafikdən görünür ki, zərərsizlik nöqtəsi
320 ədəd və yaxud 240000 manat təşkil edir. Bu halda zərərsiz
satılmış 1 ədəd məmulatın qiyməti 480 manat (240000:500
ədəd) təşkil edir.
12 N-li sxemdə təsvir edilmiş zərərsizlik nöqtəsi
(rentabellik astanası) – bu satışdan alınan ümumi pul
gəliri ilə
məcmu məsrəflərin qrafiklərinin kəsişdiyi nöqtə hesab olunur.
Mənfəət və yaxud zərərin həcmi ştrixlənmişdir. Zərərsizlik
nöqtəsində satışdan alınan pul məbləği, onun məcmu
məsrəflərinə bərabərdir. Bu halda mənfəət sıfıra bərabər olur.
Zərərsizlik nöqtəsinə uyğun olan satış puluna astana satış
pulu deyilir. Zərərsizlik nöqtəsində olan istehsalın (satışın)
həcmi istehsalın (satışın) astana həcmi adlanır.
Əgər müəssisə
məhsulu satışın astana həcmindən az satarsa o zərər alır, əgər
çox olarsa mənfəət alır.
Tarazlıq metodu müəssisənin mənfəətinin aşağıdakı
düsturu ilə hesablanmasına əsaslanır:
Satışdan pul gəliri – dəyişən xərclər – sabit məsrəflər =
mənfəət
Düsturun göstəricilərinin hesablanma qaydasını təfsilat
ilə göstərsək, onu aşağıdakı kimi təsəvvür etmək olar:
(vahidin qiyməti x vahidlərin miqdarı) – (vahidə sərf
edilmiş dəyişən xərc x vahidlərin miqdarı) – sabit xərclər =
mənfəət
Zərərsizlik nöqtəsini tarazlıq metodu ilə təyin etmək üçün
əvvəlki misalın rəqəmlərindən istifadə edək, zərərsizlik
nöqtəsində (x) mənfəət satışa bərabərdir, ona görə də bu nöqtə
satışdan alınan pul məbləğinin sabit və dəyişən məsrəflərin
məbləğinə bərabərliyi şəraitində tapmaq olar:
750x =500x+800000;
250x =80000;
217
X =320
Göstərilən misaldan aydın olur ki, satışın zərərsizliynə
yalnız həcmin 320 ədəd olduğu halda nail olunur. Zərərsizlik
nöqtəsini pul ifadəsində də hesablamaq olar.
Bunun üçün
zərərsizlik nöqtəsində olan məhsul vahidinin miqdarını məhsul
vahidinin qiymətinə vurmaq lazımdır:
750x =750x320 =240500
manat
Tarazlıq metodunun növlərindən biri də marjinal gəlir
metodudur. Marjinal gəlir metodunda zərərsizlik nöqtəsi
aşağıdakı düsturla hesablanır.
Zərərsizlik nöqtəsini tapmaq üçün aşağıdakı misaldan
istifadə edək.
Tikiş fabriki kişi kostyumu hazırlamaq
və satmaq üçün
aşağıdakı göstəricilərə malikdir:
Satışdan pul gəliri – 375000 manat
Dəyişən məsrəflər – 250000 manat
Sabit məsrəflər – 80000 manat
Mənfəət – 45000 manat
Məhsulun həcmi – 500 ədəd
Məhsul vahidinin qiyməti – 750 manat
Marjinal gəlir məbləğini hesablayaq:
375000 – 250000 =125000 manat
Marjinal gəlirin əmsalını hesablayaq:
125000:375000 =0.33
Zərərsizlik nöqtəsini məbləğ ifadəsində hesablayaq:
80000:0.33 =240000 manat
Zərərsizlik nöqtəsini cinsi ifadədə hesablayaq:
240000:750 =320 ədəd
Dostları ilə paylaş: