4. Barmaqlığın növünün müəyyənləşdirilməsi. Hesablamanın bu mərhələsinin vəsifəsi dəliklərin (perforasiya) növünün (dairəvi dəliklər və ya yarıqlar), dəliklərin diametrinin d0 və ya yarıqların eninin by və onlar arasındakı addımın t seçilməsindən ibarətdir.
Dəliklərin forması konstruktiv mülahizələrə görə, onların ölçüləri isə tozla tutulma ehtimalına görə seçilir. Adətən, by=2-4mm, d0=2-6mm qəbul edilir.
Bundan sonra dəliklərdə qazın elə sürəti ωо seçilir ki, tələb olunan sızmanı təmin edə bilsin. Dəliklərin diametri d0=2-3mm olduqda qazın sürəti ωо=6–8 m/san, dо = 4–6mm olduqda ωо = 10–13 m/san olmalıdır.
Daha sonra barmaqlığın qazın seçilmiş sürətinə cavab verən en kəsiyinin sərbəst (boş) sahəsi hesablanır:
, m2. (1.46)
burada, φ – barmaqlığın dəlinmiş sahəsinin aparatın en kəsik sahəsinə olan nisbətidir (φ = 0,9 – 0,95).
S0 məlum olduqdan sonra dəliklərin düzülüş qaydasından asılı olaraq dəliklərarası addım t müəyyənləşdirilir. Dəliklərin düzbucaqlı üçbucaq şəklində düzülışü üçün:
, m. (1.47)
Barmaqlığın qalınlığı δ konstruktiv mülahizələrə görə seçilir. Minimal hidravliki müqavimətə δ = 5mm cavab verir.
Dostları ilə paylaş: |