Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Şək.1.10. Elektrofiltrin ümumi görünüşü



Yüklə 1,74 Mb.
səhifə23/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   59
Mühəndis ekologiyası kitabı

Şək.1.10. Elektrofiltrin ümumi görünüşü


Elektrofiltrin iş prinsipinin mahiyyətini açmaq üçün ilk öncə elektrik dövrəsini nəzərdən keçirmək lazımdır. Elektrik dövrəsi cərəyan mənbəyindən və parallel yerləşdirilmiş , bir birindən hava qatı ilə ayrılmış iki metal elektroddan ibarətdir. Bu tərtibat prinsipcə hava kondensatoru olsa da , belə dövrədən cərəyan axmır. Çünki, elektrodlar arasındakı hava qatı da digər qazlar kimi cərəyan keçiriciliyinə qabil deyil.

Lakin, elektrodlar arasında zəruri potensiallar fərqi yaratdıqda hava qatının ionlaşması baş verir və elektrodlar arasında cərəyan keçiriciliyi yaranır.

İki elektrod arasında qazların ionlaşması iki halda baş verə bilər:

1. Hər-hansı bir “ionlaşdırıcının” (məsələn, rentgen və ya digər şüalar) tətbiqi ilə qeyri-sərbəst ionlaşma. Bu zaman ionlaşdırıcının təsiri qurtaran kimi tədricən rekombinasiya, yəni əks proses başlayır, əks yüklü hissəciklər birləşərək yenidən elektroneytral qaz molekulları yaradır.

2. Elektrik dövrəsində gərginliyin kəmiyyətinin istifadə olunan qazın dielektrik sabitinin kəmiyyətindən artıq qiymətə qədər yüksəldilməsi nəticəsində baş verən sərbəst ionlaşma.

Qazların elektrofiltrdə təmizlənməsi zamanı yalnız sərbəst ionlaşmadan istifadə olunur.

Elektrodlar arasında potensiallar fərqi artmağa başladıqda müəyyən bir anda böhran nöqtəsinə (hava qatı üçün dəlmə gərginliyinə) çatır və dövrədə cərəyanın gücü kəskin artır, elektrodlar arasında isə sərbəst qaz boşalması adlandırılan qığılcım yaranır.

Gərginliyin təsirindən qaz molekulları müsbət və mənfi yüklü ionlara və elektonlara parçalanmağa başlayır. Elektrik sahəsinin təsiri altında ionlar əks yüklü elektrodlara doğru hərəkət edir. Elektrik sahəsinin gərginliyinin artması ilə ion və elektronların sürəti və kinetik enerjisi də artır. Yüklü hissəciklərin sürəti böhran qiymətini keçdikdən sonra onlar qarşılarına çıxan bütün neytral molekullları parçalayır. Beləliklə də, elektrodlar arasındakı qazın ionlaşması baş verir. Elektrodlar arasında eyni zamanda ionların sayı kifayət qədər artdıqda elektik cərəyanının gücü kəskin artır və qığılcım boşalması meydana çıxır.

Hava molekulları müəyyən istiqamətdə hərəkət edən ionlardan impuls alır və “zərbə” ionlaşması ilə birlikdə hava kütləsinin intensiv hərəkəti baş verir.

Elektrodun ətrafında zəif işıqsaçma və ya “tac” yaranması ion boşalmasının baş verməsinin əsas əlamətidir. Bu təzahür tac boşalması adlandırılır. Ətrafında işıqsaçma yaranan elektrod taclandırıcı elektrod adlanır. Elektrodun cərəyan mənbəyinin hansı qütbünə birləşdirilməsindən asılı olaraq “tac” müsbət və ya mənfi ola bilər. Qazların elektriki təmizlənməsində yalnız mənfi “tac”-dan istifadə olunur. Mənfi “tac” potensiallar fərqinin daha böyük böhran qiymətinə imkan verir.

Prosesin gedişatını qısa olarq aşağıdakı kimi ifadə etmək olar:

Taclandırıcı elektrodlar aşağı ucundan yük asılmış naqildən və ya polad mildən olur. Çökdürücü elektrodlar isə boru və ya lövhə formal olur. Tozlanmış qaz aşağıdan yuxarıya doğru elektrodların arasından keçərək hərəkət edir. Elektrodlar arasında 3…6∙104 V gərginlikli sabit cərəyanla elektrik sahəsi yaradılır. Bu elektrik sahəsində qaz ionlaşır və işıqsaçma –“tac” əmələ gəlir. İonlarla toqquşma nəticəsində toz hissəcikləri taclandırıcı elektrodla eyni qutblü yüklənərək ondan itələnirlər. Əks yüklü boru və ya lövhəşəkilli elektrodlar tərəfindən cəzb edilən toz hissəcikləri elektrik yükünü itirərək çökür. Təmizlənmiş qaz qurğunun yuxarı hissəsindən kənarlaşır. Mexaniki çəkicin dövri zərbələri və ya digər üsullarla silkələnmə nəticəsində elektrodun üzərinə çökmüş toz hissəcikləri bunkerə atılır.

Elektrofiltrlərin hesabatı əsasən elektrofiltrin aktiv en kəsik sahəsinin, onun effektivliyi və elektroaqreqatın gücünün hesablanmasına əsaslanır.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin