Hesabatın aparılma ardıcıllığı
1. Minimal və maksimal ölçülü hissəciklərin çökmə (dreyf) sürəti vd.min və vd.max təyin edilir:
vd.min=0,059∙10-10∙E2∙dτ.min / µ , m/san. (1.89)
vd.max=0,059∙10-10∙E2∙dτ.max / µ , m/san. (1.90)
burada, E – çökmənin elektrik sahəsinin gərginliyi, Vt/m;
µ - işçi temperaturda qazın dinamiki özlülüyü, Pa∙san.;
dτ.min və dτ.max – tulan hissəciklərin minimal və maksimal ölçüləri, m.
2. İlkin elektrofiltr seçilir (Cədvəl 1.14).
3. Minimal ölçülü hissəciklərin çökməsi üçün tələb olunan vaxt hesablanır:
τç.min = ∆R/vd.min , san. (1.91)
burada, ∆R – taclandırıcı və çökdürücü elektrodlar arasındakı məsafə, m.
4. Elektrofiltrin aktiv en kəsik sahəsi hesablanır:
Shes=1,75[V/(3600∙vd )] ∆R/l , m2 . (1.92)
burada, V – təmizlənən qazın həcmi, m3/saat-la;
l – çirklənmiş qazın elektrofiltrdə hərəkət yolunun uzunluğu, m-lə.
5. Hesablanmış aktiv en kəsik sahəsinə görə kataloqdan (Cədvəl 1.14) elektrofiltr seçilir və ümumi çökmə sahəsi f təyin edilir:
Dostları ilə paylaş: |