6. Elektrofiltrin cirklənmiş qazı təmizləmə dərəcəsi təyin edilir:
. (1.93)
burada, vq – qaz axınının üfiqi istiqamətdəki sürətidir, m/san-lə.
Əgər, hesabatdan alınmış təmizləmə dərəcəsinin qiyməti verilmiş təmizləmə dərəcəsindən böyük olarsa, deməli elektrofiltr düzgün seçilmişdir.
7. Elektrofiltrdə hissəciklərin zəruri çökmə şəraiti yoxlanılır. Elektrofiltrdə çirklənmiş qaz axınınnın üfiqi istiqamətdəki sürəti vq=0,5-1m/san. hüdudunda olur. Zəruri çökmə şəraitini yoxlamaq üçün qaz axınınnın üfiqi istiqamətdəki sürətinin yuxarı həddi (vq=1m/san.) qəbul edilir. Onda,
τy = l/vq , san. (1.94)
Əgər, τç.< τy olarsa, deməli elektrofiltr düzgün seçilmişdir.
Elektrofiltrləri quraşdıran zaman onların sayının və elektrik qidalanma mənbəyinin növünün seçilməsi zəruridir. Optimal iş rejimi hər bir elektrik sahəsinin ayrıca elektroaqreqatdan qidalanması zamanı əldə edilir. Deməli, elektroaqreqatın sayı elektrofiltirdəki elektrik sahəsinin sayına bərabər olur.
Dostları ilə paylaş: |