SİSTEM PROQRAM TƏMİNATI.
MS DOS ƏMƏLIYYAT SİSTEMİ
Disk əməliyyat sistemi (
MS DOS) Microsoft
Corporation tərəfindən IBM PC ilə uzlaşan fərdi
kompüterləri üçün hazırlanmışdır.
Əməliyyat sisteminin bir hissəsi – giriş-çıxış baza
sistemi
(
BİOS)
kompüterin
sabit
yaddaşında
quraşdırılmışdır.
BİOS kompüterin elektrik cərəyanı
İQTİSADİ İNFORMATİKA
________________________157________________________
şəbəkəsinə qoşulması ilə bağlı qurğularının, yaddaşlarının
işini və bütövlükdə kompüterin fəaliyyətini testləşdirir.
Əməliyyat sistemin yüklənməsi proqramı da
BİOS
tərəfindən çağrılır. Əməliyyat sistemi yükləyən proqram
çox qısadır və əməliyyat sistemi yazılmış sistem diskinin
sıfırıncı cığırında yerləşir. Fərdi kompüterdə sistem diski
ya Vinçesterdə, ya da çevik (
floppi) diskdə yerləşir.
Yükləyici proqram əməliyyat sisteminin əsas modullarını
və
DOS-un əmr prosessorunu (Command.com) sistem
diskindən oxuyub operativ yaddaşa yazır. Bununla
yükləmə prosesi başa çatır. Əmr prosessoru istifadəçinin
daxil etdiyi mətn əmrlərini işləyir. Əməliyyat sistemin
Type, Dir və ya Copy əmrlərini Command. com özü icra
edir. Çünki bu əmrlər əməliyyat sisteminin daxili
əmrləridir. Digər (xarici) əmrlərin icrası üçün əmr
prosessoru Vinçesterdə uyğun adlı utilitlər axtarır, tapırsa,
yaddaşa yükləyir və idarəni həmin utilitə ötürür. İş başa
çatan kimi əmr prosessoru həmin utiliti yaddaşdan silir və
əmr icrası üçün hazır olduğunu xəbər verir. Buna
DOS
dəvəti deyilir. Utilitlər əməliyyat sistemi ilə birlikdə, lakin
ayrıca fayllar şəklində göndərilir. Bunlar disklərin
formatlaşdırılması, yoxlanması və s. kimi köməkçi əməlləri
icra edir.
Qurğu drayverləri –
DOS-un giriş-çıxış sistemini
tamamlayan xüsusi proqramlardır və xarici qurğulara
xidməti təmin edirlər. Məsələn, klaviatura, monitor,
printer və s. drayverlə işləyir. Drayverlər əməliyyat
sistemilə birgə yüklənir və onların adları
config.sys
faylında göstərilir. Bu sxem
DOS-un sistem fayllarına
toxunmadan yeni qurğular qoşmağa imkan verir.
İQTİSADİ İNFORMATİKA
________________________158________________________
MS DOS-da multiməsələ rejimi yoxdur. MS DOS
köhnəlmişdir və indi praktiki olaraq istifadə edilmir. Lakin
MS DOS dövründə külli miqdarda proqramlar yazılmışdı və
onların bir çoxu indi də istifadə edilir.
WINDOWS ƏMƏLİYYAT SİSTEMİ
Bu əməliyyat sistemini də
Microsoft firması IBM PC
fərdi kompüterləri üçün işləyib hazırlamışdır.
Windows MS
DOS-a nisbətən daha geniş imkanlara malikdir və
istifadəçilər üçün daha rahatdır. Bu,
Apple firmasının
maşınlarını yaradanlar tərəfindən düşünülmüş prinsiplərə
əsaslanır. Faktiki olaraq
Windows fərdi kompüterlər üçün
qrafik standarta çevrilmişdir.
Windows MS DOS-dan köklü
fərqlənən prinsiplərə əsaslanır.
MS DOS peşəkar üçün
idisə,
Windows peşəkar olmayan üçündür. Windows-un
əsas fərqləndirici cəhəti cari momentdə işləyən
proqramların və əməliyyat sisteminin monitor ekranında
“pəncərə” adlanan xüsusi qrafik obyekt kimi təsviridir. Bu
o deməkdir ki,
Windows çoxməsələli sistemdir. Lakin
burada da hər bir vaxt momentində yalnız bir proqram
işləyir. Bununla yanaşı, operativ yaddaşda olan bir
proqramdan digərinə keçmək üçün “pəncərə”ni dəyişmək
kifayətdir.
Windows-un əsas üstünlüyü münasib istifadəçi
interfeysidir. Burada əmri
MS DOS-dakı kimi mətni sətr
şəklində verməyə ehtiyac yoxdur. Lazımi element mausla
seçilir. Kompüterin interfeysin dizaynı baxımından
fərdiləşdirilməsi
imkanı
da
Windows-un
vacib
üstünlüklərindəndir.
Windows-da işçi masa konsepsiyası
İQTİSADİ İNFORMATİKA
________________________159________________________
mühüm rol oynayır. Çünki istifadəçi işçi masanın
məzmununu özü tərtib edə bilir. İstifadəçi proqramlarla
yazı masası üzərindəki sənədlərlə işlədiyi kimi işləyir.
Windows-un çox mühüm xüsusiyyətlərindən biri də işin
çoxvariantlı təşkili imkanıdır. Kimə necə münasibdir, elə
işləyir. Tez-tez rast gələn əməliyyatlar piktoqrafik
menyudə əyaniləşdirilmişdir. Tipik əməliyyatlardan biri
Alt, Shift, Ctrl kimi registr dəyişən düymələrlə digər
düymələrin kombinasiyasından (isti düymələrdən) istifadə
edilməsidir.
Windows – inteqrasiya edilmiş sistemdir. Buraya
xüsusi təyinatlı proqramlar: mətn və qrafik redaktorlar,
sazlama proqramları, çap proqramları və s. daxildir.
Windows-da hazırlanan bir sənədin müxtəlif hissələri
müxtəlif proqram əlavələrinin köməyi ilə yerinə yetirilə
bilir. Məsələn,
Word mətn redaktorunda hazırlanmış
mətnə
Paintbrush qrafik redaktorunda hazırlanmış şəkli
obyekt formasında daxil etmək mümkündür. Şəkildə
dəyişiklik etmək üçün onun üzərində mausun sol
düyməsinin ikiqat sıxılması kifayətdir.
Windows sistemi həqiqətən çoxməsələli əməliyyat
sistemi deyildir. Burada bəzi sistem cədvəlləri bütün icra
edilən məsələlər üçün ümumidir. Bu, eyni zamanda bir
neçə proqramın paralel icrasına imkan vermir.
Windows
çoxlu cari informasiyanı operativ yaddaşda saxladığından,
kompüteri lazımi qaydada söndürmək tələb olunur.
Windows 32 mərtəbəli əməliyyat sistemidir. Windows-da
müxtəlif proqramların əlaqələndirilməsi üçün mübadilə
buferi (
Clipboard) vardır.
İQTİSADİ İNFORMATİKA
________________________160________________________
UNİX ƏMƏLİYYAT SİSTEMİ
UNİX digər sistemlərdən müsbət mənada fərqlənən
əməliyyat
sistemidir.
Bunun
təməlində
proses
konsepsiyası dayanır. Proses dedikdə, işə buraxılmış
proqramın (UNİX-də proqram dedikdə, sadəcə,
kompilyasiya edilmiş proqram faylı nəzərdə tutulur)
ixtiyari nüsxəsi nəzərdə tutulur. UNİX baxımından, hər bir
proses öz virtual kompüterində icra edilən və öz virtual
yaddaşından istifadə edən proqramdan ibarətdir. Bir
proses digər prosesi işə qoşa bilir. Bu halda hansı prosesin
hansı kompüterdə getməsi vacib deyil. UNİX
-də
proseslərarası informasiya mübadiləsi üçün paralel
hesablamaları sinxronlaşdıran siqnallar, semoforlar,
proseslərarası kanallar, ötürmə növbələri, paylanmış
yaddaş kimi geniş imkanlar mövcuddur. Siqnallar
proseslər mühitində kəsilmələr rolunu oynayır. Semofor
prosesdaxili dayanma və davametmə işini icra edir.
Proseslərarası kanallar proseslər arasında informasiya
mübadiləsini reallaşdırır. Bir prosesin nəticələri kanala
yazılır ki, digər proses onu kanaldan oxusun. Lakin bu
zaman kənar proseslər həmin kanala müdaxilə edə
bilmirlər. Proseslərarası kanaldan fərqli olaraq, ötürmə
növbələri bütün proseslər üçün açıqdır. Paylanmış yaddaş
iki prosesin yaddaşdan şərikli istifadəsi imkanıdır. Yəni,
eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.
UNİX nüvədən (
Kernel), əmr interpretatorundan
(
Shell) və xidməti proqramlardan (utilitlərdən) ibarətdir.
UNİX utilitləri 5 qrupa bölünür:
İQTİSADİ İNFORMATİKA
________________________161________________________
Fayl sistemini idarə edən utilitlər;
Prosesləri idarə edən utilitlər;
Kommunikasiyaları idarə edən utilitlər;
Xidməti proqramlar kitabxanası;
Proqramlaşdırma mühiti.
Nüvə 4 hissədən ibarətdir:
Yaddaşı idarə edən;
Fayl sistemini idarə edən;
Sistem resurslarını yerləşdirən;
Müdaxilə hüququ verən hissə.
Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən
sorğu cədvəlləri əsasında işləyir.
QEYD
: Linux əməliyyat sisteminin yaranması 1991-ci ilə
təsadüf edir. Finlandiyalı aspirant Linus Torvalds Minix
əməliyyat sistemində proqram emulyasiyasını istifadə edərkən
müəyyən bir problemlə rastlaşır. Torvalds qərara gəlir ki,
proqram emulyasiyasının kod hissəsini elə yazmalıdır ki,
ondan istifadə edən istifadəçi heç bir əməliyyat sisteminə
müraciət etməsin. Torvalds həyata keçirdiyi əməliyyatlar
nəticəsində məqsədinə nail olur. O, hazırladığı əməliyyat
siteminin proqram kodunu serverə yazır, nəticədə mükəmməl
əməliyyat sistemi əldə edir. Hazırlanmış proyekt həmin vaxt
istifadə olunan Unix əməliyyat sisteminin əksər funksiyalarını
özündə birləşdirirdi. Əvvəlcə əməliyyat sistemini Freax
adlandırmaq (ingiliscədən tərcüməsi pulsuz, sərbəst anlamını
verir) qərara alınır.
Sonrakı illərdə Linux və Unix əməliyyat sistemləri
üzərində tədqiqat işləri AT&T Bell Labs kompaniyasının işçisi
Ken Tompson tərəfindən aparılır (bu 1969-cu ilə təsadüf edir).
İQTİSADİ İNFORMATİKA
________________________162________________________
Hazırlanmış əməliyyat sisteminə məzəli ad (UNİCS - Uniplexed
İnformation and Computing Service - Sadə informasiya və
hesablama xidməti) verilir. Sonralar isə sistemin rahat
adlandırılması üçün Unix adından istifadə olunur.
UNIX əməliyyat sisteminin yaradıcıları
Ken Tompson və Dennis Ritci
Sonrakı ərəfədə əməliyyat sisteminin daha da
təkmilləşdirilməsi ilə Dennis Ritci və onun komandası məşğul
olur. Tədqiqatçılar Unix əməliyyat sistemini yeni nəsil
komputerlər üçün nəzərdə tutmuşdular. Yüksək səviyyəli
alqotitmik dildən istifadə olunmaqla hazırlanan Unix əməliyyat
sistemi tez bir zamanda universitetlərdən başlayaraq böyük
şirkətlərə qədər hər yerdə istifadə olunmağa başlanır. Unix
əməliyyat sisteminin bir çox versiyaları ((məsələn, BSD, MİNİX
(holland professoru Endro Tanenbauman tərəfindən
İQTİSADİ İNFORMATİKA
________________________163________________________
hazırlanmışdı), SCO Unix, System V (AT&T şirkətinin original
versiyası), Solaris (Sun şirkətinin məhsulu), XENİX və Linux))
istifadəçilər arasında geniş yayıldı.
Bunlardan məşhuru Berkli universitetinin hazırladığı
Berkeley Unix versiyası oldu. Əməliyyat sisteminə yeni
imkanlar və proqramlar da əlavə olundu, bu da əməliyyat
sisteminin komputer sahəsində geniş yayılmasına şərait
yaratdı.
PROQRAMLAŞDIRMA SİSTEMLƏRİ
EHM-lərin ilk inkişaf mərhələsində proqramlaşdırma
maşın dilində idi. Bu, çox çətin, böyük zəhmət tələb edən
iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu dildə
yazılmış proqramı oxumaq mümkün deyildi. Buna görə də
səhvi tapmaq müşkül məsələ idi.
Proqramlaşdırma texnologiyasında ilk tərəqqi
əməliyyatın kodu və verilənin ünvanı əvəzinə adlardan
istifadə ideyası ilə bağlıdır. Bu, proqramın oxunuşunu və
redaktəsini köklü şəkildə asanlaşdırdı. Bu ideya üzrə
yazılan əmrlər dili
Assembler dili adlanır. Lakin Assembler
dili də birbaşa maşının konstruksiyasına bağlandığından,
dil fərqi problemi həll edilməmiş qaldı. Həm də Assembler
dilində yazılmış proqramı kompüter bilavasitə istifadə edə
bilmir. Bu problemi
translyator həll etdi. Assemblerdən az
sonra yüksək səviyyəli dillər yarandı. İlk olaraq
Fortran,
Cobol, sonra Alqol-60 alqoritmik dili yarandı.
Proqramlaşdırma
dilləri:
ixtisaslaşdırılmış
və
universal olmaqla 2 yerə bölünür. İxtisaslaşdırılmış dillər
xüsusi sinif məsələlərin həlli üçündür. Universal dillər hər
İQTİSADİ İNFORMATİKA
________________________164________________________
cür məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti
olaraq, sadə və mürəkkəb dillərə bölünür. Sadə dillərə:
Paskal, C və Basic aiddir. Mürəkkəb dillərə: Ada, Modula-
2, Algol-68, C++ aiddir.
Paskal 1970-ci ildə Algol-60 dilinin ideyaları
əsasında, tədris məqsədi ilə yaradılsa da, geniş praktiki
tətbiq tapdı.
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-
prosedur dillərinə bölürlər. Prosedur dillərində alqoritm
ayrı-ayrı əməliyyatlar ardıcıllığı kimi təsvir edilir. Qeyri-
prosedur dillərində proqramın məqsədi formalaşdırılan
kimi məsələnin həll alqoritmi avtomatik tərtib edilir. Qeyri-
prosedur dillərinə
Prolog və Planner misal ola bilər.
Proqramlaşdırma dillərinin ən vacib anlayışlarından
biri dəyişən anlayışıdır. Dəyişən, müraciət gözləyən
verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu
da proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib
anlayış dəyişənin tipi anlayışıdır.
Prosedur proqramlaşdırma dillərinin mühüm
elementi operatordur. Bu proqramlar operatorlar
ardıcıllığı kimi tərtib edilir.
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən
keçir:
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin,
şərtlərin və funksiyaların formalaşdırılması;
Proqramın ümumi sxeminin qurulması;
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin
düsturlaşdırılması və verilənlərin modellərinin qurulması;
Məsələnin metodiki həlli;
İQTİSADİ İNFORMATİKA
________________________165________________________
Müəyyən dildə, məsələn, blok-sxem dilində və ya bilavasitə
proqramlaşdırma dilində alqoritm tərtibi;
Proqram mətninin tərtibi;
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması;
Proqramın sənədləşdirilməsi;
Proqramın sınaq istismarı;
Proqramın praktiki istifadə üçün tətbiqi.
Proqramın layihələşdirilməsi tərtib edilən proqramın
məqsəd və funksiyalarının ardıcıl surətdə xırdalaşdırılıb
dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir.
Layihələşdirmə: prosedur-istinad və verilən-istinad
olmaqla 2 metodla həyata keçirilir. Prosedur-istinad
metodunda proqramın quruluşu məsələnin funksional
sxemini təkrar edir. Verilən-istinad metodunda ilk
növbədə obyektin tam funksional təsvirini verən
verilənlərin quruluşu müəyyən edilir.
Mürəkkəb məsələlərin həll alqoritmini qurarkən 2
üsuldan istifadə edilir: yuxarıdan-aşağı təhlil və aşağıdan-
yuxarı sintez. Təhlil zamanı ümumidən xüsusiyə, sintez
zamanı isə xüsusidən ümumiyə doğru hərəkət edilir.
Obyekt-istinad proqramlaşdırması prosedur-istinad
və verilən-istinad metodlarını vahid tam halında birləşdirir.
Burada əsas anlayış sinif anlayışıdır. Hər sinif bir real
obyektin modeli olub, həmin obyekti təsvir edən
məlumatları saxlayır və onların emalına icazə verir.
Məsələn Verilən bazası üçün axtarış, əlavəetmə,
dəyişdirmə və təqdimetmə kimi prosedurlarının hər biri bir
obyektə verilən xassədir.
Proqramlaşdırma sistemi dedikdə, bir və ya bir
neçə proqramlaşırma dilindən istifadə etməklə proqram
İQTİSADİ İNFORMATİKA
________________________166________________________
üzərində aparılacaq bütün iş mərhələlərinin icrasına imkan
verən instrumental proqram vasitələri nəzərdə tutulur.
Proqramlaşdırma sistemi aşağıdakıları əhatə edir:
Proqram mətnini yazmaq və modifikasiya etmək üçün
mətn redaktoru;
Verilmiş dildə mətn translyatoru;
Proqramı kompanovka edici;
Proqramı icra edən;
Standart prosedur və funksiyalar kitabxanası;
Proqram sazlayıcı.
Proqram
sazlanmasının
bütün
mərhələlərini
birləşdirən proqram kompleksinə proqramlaşdırma mühiti
deyilir.
Borland
firmasının
Turbo
Pascal
adlı
proqramlaşdırma mühiti geniş yayılmışdır.
TƏTBİQİ PROQRAM TƏMİNATINA NÜMUNƏLƏR.
MƏTN VƏ QRAFİK REDAKTORLAR
Mətn redaktoru (mətn prosessoru) mətn hazırlayıb
çap edən proqram kompleksidir. Ən geniş yayılmış mətn
redaktoru Microsoft firmasının Word proqramıdır. Bu
redaktor mətni klaviaturadan yığmağa, mətnin bir
hissəsinin və ya bütövlükdə mətnin üzünü və ya özünü bir
yerdən başqa yerə köçürməyə, başqa redaktorlarla
informasiya mübadiləsinə imkan verir.
Qrafik redaktorlar üçölçülü şəkilləri kölgə effektləri
ilə yaratmağa imkan verən proqramlar kompleksidir.
İQTİSADİ İNFORMATİKA
________________________167________________________
ELEKTRON CƏDVƏLLƏR
Elektron cədvəllər sistemi irihəcmli (adətən iqtisadi
xarakterli) verilənlər üzərində aparılacaq hesablama
işlərini avtomatlaşdırmaq üçündür. Bu sistem peşəkar
olmayan iştifadəçilərdən ötrü nəzərdə tutulmuşdur.
Elektron cədvəlləri 1980-ci illərin əvvəlində meydana
çıxmışdır.
Ən geniş yayılmış elektron cədvəlləri sistemi
Microsoft Offise paketinə daxil olan Microsoft Excel
proqramıdır.
Excel proqramı 65536 sətr və 256 sütunlu matrislə
işləyir. Bu matris iş vərəqi adlanır. Sətr və sütunun
kəsişməsindəki xanaya (hücrəyə) ixtiyari ədəd və ya
düstur daxil etmək olar. Excel sənədinə iş kitabı deyilir. İş
kitabı bir neçə iş vərəqindən ibarət olur. İş vərəqləri və iş
kitabları arasında əlaqə yaratmaq, həmçinin Excel-lə digər
redaktorlar arasında informasiya mübadiləsi mümkündür.
Excel-in ən mühüm üstünlüklərindən biri analitik
verilənlərin diaqram təsvirinə imkan verməsidir.
MƏLUMAT BAZALARININ İDARƏ EDİLMƏSİ
SİSTEMLƏRİ (MBİS-LƏR)
MBİS-lər fəaliyyətdə olan informasiya sistemlərini
qurmaq üçündür. Adətən hər bir konkret sistem müəyyən
verilən modelinə əsaslanır və həmin model üçün
xarakterik olan əməliyyatları saxlayır.
İQTİSADİ İNFORMATİKA
________________________168________________________
Müasir MBIS-lərin əksəriyyəti verilənlərin iqtibaslı
(relyasiyalı) modelinə əsaslanır və verilənlərin axtarılıb
seçilməsi üçün SQL (Struktured Query Language) dilindən
istifadə edilir.
Relyasiyalı bazanı Microsoft Access proqramının
köməyi ilə yaratmaq mümkündür.
PROQRAM TƏMİNATININ YAYILMASI
Proqram məhsullarını yayılma xarakterinə görə,
sərbəst yayılan, şərti sərbəst yayılan və kommersiya
proqram təminatına bölürlər.
Müftə proqramlar (
freeware) istehsalçı tərəfindən
pulsuz yayılır və istifadəçi bu proqram mətni üzərində
dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar
(
shareware) da pulsuz yayılır. Lakin istifadəci ondan
kommersiya məqsədi ilə istifadə etməmək barədə öhdəlik
götürür. Kommersiya proqramları adi bazar məhsullarıdır.
Proqram bazarının artıq 30 ildən artıq yaşı vardır. 1969-
cu ildə IBM firması özünün proqram məhsullarını satışa
çıxardı.
Səmərəli və rəqabət qabiliyyətli fəaliyyət göstərmək
istəyən ixtiyari müəssisə proqram təminatını satın almağa
məcburdur.
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların
icrası üçün yaradılmış qarşılıqlı əlaqəli proqramlar yığımı
(proqram paketi) nəzərdə tutulur.
İQTİSADİ İNFORMATİKA
________________________169________________________
Proqram bazarındakı məhsulları 3 əsas qrupa
bölürlər: sistem proqramları, proqram tərtibi sistemləri və
tətbiqi proqramlar.
Sistem proqramlarına əməliyyat sistemləri, utilitlər,
drayverlər və s aiddir. Bunları adətən bazara kompüter
istehsalçıları göndərir.
Proqram
tərtibi
sistemləri
proqramların
layihələşdirilməsi,
tərtibi
və
sazlanmasını
avtomatlaşdırmaq üçündür. Buraya: kompilyatorlar,
MBİS-lər, proqram generatorları, redaktorlar, sazlayıcılar
və s. texnoloji vasitələr aiddir.
Tətbiqi proqram paketləri (TPP) müəyyən tətbiq
oblastına (məsələn, iqtisadiyyata, texnikaya, tibbə və s.),
və ya müəyyən fəaliyyət növünə aid məsələləri həll etmək
üçündür (mətn redaktorları, elektron cədvəllər sistemləri,
qrafik paketlər, statistik paketlər və s.). Proqram təminatı
10 min dollardan bir neçə 100 min dollaradək
dəyərləndirilir.
İNFORMASİYA SİSTEMLƏRİNİN BAZA
TEXNOLOGİYALARI
Müasir informasiya sistemlərində informasiya
texnologiyaları mühüm rol oynayır. Təəssüf ki, bu iki
termin yanlış olaraq tez-tez eyniləşdirilir. Halbuki bunlar
fərqli anlayışlardır.
İnformasiya texnologiyaları dedikdə, verilənlərin
yığılması, saxlanması, emalı, ötürülməsi və istehlakçılara
təqdim edilməsi metodları nəzərdə tutulur. İnformasiya
İQTİSADİ İNFORMATİKA
________________________170________________________
sistemləri isə informasiya texnologiyalarından istifadə
edilməklə yaradılıb işlədilən kompüter sistemləridir.
İnformasiya sistemlərində istifadə edilən informasiya
texnologiyaları olduqca müxtəlifdir. Lakin bunların hamısı
son yekunda informasiya resursları ilə işləyir. Bu
baxımdan, həm informasiya sistemlərində, həm də
informasiya texnologiyalarında mərkəzi yeri verilənlərin
idarə edilməsi texnologiyası tutur. Bu texnologiyanın
xarakteri emal edilən verilənin təbiətindən asılıdır.
Müasir iqtisadi informasiya sistemlərində, həmçinin,
digər təyinatlı informasiya sistemlərində verilənlərin idarə
edilməsi texnologiyasının 3 istiqaməti fərqləndirilir ki,
bunlara da baza texnologiyaları deyilir:
Verilənlər bazası texnologiyaları;
Veb-texnologiyaları (İnternet mühitində fəaliyyət
göstərən ümumdünya hörümçək toru (WWW -
World Wide Web) adlı qlobal hipermediya
paylanmış informasiya sistemi bir çox nəşrlərdə
sadəcə, Veb kimi işlədilir);
Mətn axtarış texnologiyaları.
Verilənlər bazası texnologiyaları verilənlər bazası
adlanan strukturlaşdırılmış verilənlərin yaradılmasını,
saxlanmasını, aktuallaşdırılmasını, tamlığını, səmərəli və
kollektiv istifadə edilməsini təmin edir.
Veb-texnologiyaları şəbəkə mühitində və ayrıca fərdi
kompüterdə hipermediya informasiya resurslarının idarə
edilməsi üçündür. Ümumdünya hörümçək toru adlanan
WWW, mahiyyətcə, qlobal paylanmış hipermediya
informasiya sistemidir.
|