VERİLƏNLƏR BAZASININ SAXLANMA MÜHİTİNİN
TƏŞKİLİ
VB yalnız saxlama mühitində tam “maddiləşmiş”
olur. VBİS-də VB-nin saxlanması mühiti mexanizmləri
sistem resurslarının iki qrupunu – saxlanan verilənlər
resursunu və saxlama mühiti üçün yaddaş resursunu idarə
İQTİSADİ İNFORMATİKA
________________________186________________________
etməyə xidmət edir. Saxlama mühiti mexanizmləri
aşağıdakı əməliyyatları icra etməlidir:
Yaddaşda yeni saxlanan verilənlərin yerinin təyini;
Onların yaddaşda yerləşməsi üçün lazımi yaddaş
resursunun ayrılması;
Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması
və pozulması;
Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın
boşaldılması;
Yaddaşda verilənlərin atributlar və ya ünvanlar üzrə
axtarılması;
Saxlanan verilənlərin emal üçün seçilib götürülməsi.
Saxlama mühitində verilənlər fiziki yerləşmə
baxımından sərbəst olsalar da, bir-biri ilə ünvan
göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan
saxlama
sxeminə tabedirlər. Saxlama sxemi CODASYL tərəfindən
yaradılmış
saxlanan verilənlərin təyini dili (Data Storaqe
Definition Lanquaqe) ilə təsvir edilir.
Verilənlərin yaddaşda yerləşdirilməsinin idarə
edilməsi də saxlama mühiti mexanizmlərinin mühüm
funksiyasıdır. Verilənlər adətən xarici yaddaşda
nömrələnmiş eyniölçülü səhifələr şəklində saxlanır. Hər
müraciətdə bir səhifə oxunur. Səhifənin ölçüsü
mübadilə
buferinin ölçüsünü təyin edir. Yaddaşdakı hər yazının öz
ünvanı vardır. Ünvanlar birbaşa və dolayı olur. Birbaşa
ünvan yazının yaddaşdakı yerini bilavasitə göstərir. Lakin
bu, çoxsaylı boş yaddaş fraqmentlərinin yaranmasına
səbəb olur. Bu nöqsanı aradan qaldırmaq üçün dolayı
ünvanlaşdırmadan istifadə edilir. Bu halda səhifənin bir
hissəsi indeksləşdirmə üçün ayrılır. Həmin indekslər
İQTİSADİ İNFORMATİKA
________________________187________________________
müvafiq yazı üçün ünvan göstəricisi rolunu oynayır.
Yazının ölçüsü dəyişərkən növbəti yazıların yalnız ünvan
göstəricilərinin qiyməti dəyişir. Beləliklə, bu halda
yaddaşda boş yer qalmır. Göründüyü kimi, birbaşa
ünvanlaşdırma verilənlərin ardıcıl saxlama quruluşuna,
dolayı ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna
uyğundur.
Verilənlər hansı qaydada saxlanırsa, onlara müraciət
də həmin qaydada mümkün olur.
VB İNZİBATÇISI
VB inzibatçılığı sistemin etibarlı və səmərəli
fəaliyyətini təmin etməyə yönəldilməklə, həm də istifadəçi
tələbinə adekvat olan VB yaradılmasını və predmet
oblastının aktual vəziyyətdə saxlanmasını təmin etməyi
nəzərdə tutur. İnzibatçı heyətin zəruriliyi verilənlərin
mərkəzləşdirilmiş idarə edilməsi ilə bağlıdır və sosial
istifadəçi mühitində meydana çıxan ziddiyyətləri həll
etmək üçündür.
İnzibatçılıq predmet oblastı üzrə, əlavələr üzrə, VB
üzrə və təhlükəsizlik üzrə qruplaşdırılır.
Predmet oblastı üzrə inzibatçı VB-nin konseptual
sxeminin istifadəçilərin inteqrasiya edilmiş tələblərinə
adekvat olmasını təmin edir.
Əlavələr üzrə inzibatçı VB-nin xarici sxeminin
müvafiq proqram əlavəsinə adekvatlığının təmin
edilməsinə məsuldur.
VB
inzibatçısının
vəzifəsi
sistemin
lazımi
məhsuldarlıq səviyyəsini təmin etməkdən ibarətdir. Bu
İQTİSADİ İNFORMATİKA
________________________188________________________
vəzifə səmərəli müraciət metodlarından və verilənlərin
səmərəli yerləşmə strategiyasından istifadə etmək,
həmçinin verilənlərin optimal bolluğunun yaradılması yolu
ilə yerinə yetirilir.
VB inzibatçısının vəzifələrinə aşağıdakılar daxildir:
Sistemin fəaliyyət statistikasının aparılması;
Yaddaş resurslarından səmərəli istifadənin təmin edilməsi;
Sistemin etibarlı fəaliyyətinin təmin edilməsi;
VB-nin saxlanması mühitinin yenidən sazlanmasına
ehtiyacın qiymətləndirilməsi;
Lazım gəldikdə, VB-nin daxili sxeminin dəyişdirilməsi;
Konseptual sxemin yeni daxili sxemə uyğunlaşdırılması;
VB-nin saxlanması mühitinin yeni daxili sxemə
uyğunlaşdırılması;
VB-nin məntiqi və ya fiziki pozuntularının ləğv edilməsi yolu
ilə tamlığının bərpası.
Təhlükəsizlik üzrə inzibatçı istifadəçi səlahiyyətlərini,
verilənlərə müraciət məhdudiyyətlərini müəyyən etməyə
və VB-nin texnoloji təhlükəsizliyini təmin etməyə
borcludur.
Bəzən verilənlər üzrə də inzibatçı vəzifəsi nəzərdə
tutulur. Bu, verilənlərin gerçəkliyinə, uyuşanlığına və
tamlığına cavab verir. VB-nin aktuallaşdırılması
reqlamentinin müəyyən edilməsi də bu inzibatçının işidir.
VB-NİN LAYİHƏLƏŞDİRİLMƏSİ
VB yaradılmasının ən məsuliyyətli mərhələsi
layihələşdirmədir. Çünki VB-nin istifadəçi baxımından
məzmununun səmərəli təşkili məsələsi bu mərhələdə həll
İQTİSADİ İNFORMATİKA
________________________189________________________
edilir. Layihələşdirmə zamanı yol verilən səhv çox baha
başa gəlir. Layihələşdirmə işləri böyük zəhmət tələb edən
iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu
işdə layihələşdirici mütəxəssis intuisiyası və təcrübəsi
mühüm rol oynayır.
Ötən 10 illiklərdə çoxsaylı mütəxəssislərin gərgin
əməyi sayəsində müxtəlif
CASE-texnologiyalar (CASE-
Computer-Aided
Software/System
Enqinerinq)
yasradılmışdır ki, bunlar da layihələşdirmə işlərinin
avtomatlaşdırılması üçün proqram təminatı yaratmağa
imkan verir.
CASE instrumentariyası müxtəlif struktur və
obyekt-istinad metodlarına əsaslanır.
VB-nin
layihələşdirilməsi
prosesi
aşağıdakı
mərhələləri birləşdirir:
VB-nin konseptual layihələşdirilməsi;
VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi;
VB-nin məntiqi layihələşdirilməsi;
VB-nin fiziki layihələşdirilməsi.
Konseptual layihələşdirmənin əsas vəzifəsi gələcək
istifadəçilərin informasiyaya tələbatının öyrənilməsi
əsasında sistemin predmet oblastını təyin etməkdən
ibarətdir. Predmet oblastının tərkibi və strukturu 2 üsulla
seçilir. Ən geniş yayılmış üsul funksional yanaşmadır ki,
bu da “məsələ” prinsipi ilə seçmədir. İkinci üsul predmet
yanaşmasıdır. Birinci üsul istifadəçi tələbinin aydın olduğu
halda, ikinci üsul bu tələbin qeyri-müəyyən olduğu halda
tətbiq edilir.
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq
mobil sistem yaratmağın qeyri-mümkünlüyü ilə bağlıdır.
İQTİSADİ İNFORMATİKA
________________________190________________________
Odur ki, hər dəfə konkret tərkibli instrumentariya seçmək
lazım gəlir.
Məntiqi layihələşdirmə mərhələsində predmet
oblastının konseptual modeli seçilmiş VBİS-in tələb etdiyi
verilən modeli formasında təsvir edilir.
Fiziki layihələşdirmə mərhələsi layihələşdirilmiş
məntiqi quruluş üçün daha səmərəli saxlama mühiti
yaradılmasını həyata keçirir.
VB TEXNOLOGİYALARININ İNKİŞAF
PERSPEKTİVLƏRİ
40-ildən artıq inkişaf tarixi olmasına baxmayaraq, VB
texnologiyaları bu gün də inkişaf etməkdədir. Bu, ilk
növbədə, hesablayıcı və kommunikasiya texnikasının
yüksək sürətlə inkişafı ilə bağlıdır.
Son
illərdə
Veb
mühitində
işləyən
telekommunikasiya
müraciətli
VB
sistemlərinin
yaradılması geniş vüsət almışdır. Bu, naqilsiz rabitə
kanallarının tətbiqi ilə bağlıdır.
Aktual istiqamətlərdən biri də çox böyük VB-lərin
idarə edilməsi texnikasının yaradılmasıdır. Bu sistemlər
kosmik tədqiqatlar, molekulyar biologiya, zərrəciklər
fizikası və Yer səthinin aerofotoçəkilişi sferalarında
mövcuddur və gələcəkdə kommersiya sferasına da tətbiq
ediləcəyi istisna edilmir.
İQTİSADİ İNFORMATİKA
________________________191________________________
MƏTN AXTARIŞ
TEXNOLOGİYALARININ ƏSASLARI
Cəmiyyətdə informasiya mübadiləsi əsas etibarı ilə
mətn formasında həyata keçirilir. Buna görə də müasir
informasiya sistemlərinin informasiya resurslarının
olduqca böyük hissəsini mətn informasiyası təşkil edir.
İnformasiya sistemlərinin ilk inkişaf mərhələlərindən
mətn informasiyasının səmərəli saxlanması, emalı və
axtarışı texnologiyalarının işlənib hazırlanmasına xüsusi
diqqət yetirilmişdir.
Mətn informasiyası ilə işləyən informasiya sistemləri
arasında ən geniş yayılmış mətn axtarış sistemləridir.
Bunların vəzifəsi istifadəçini maraqlandıran təbii dildə olan
sənədləri kompüterdə saxlanan mətn sənədləri
kolleksiyasından tapıb təqdim etməkdən ibarətdir. Mətn
axtarış sistemlərinin inkişafı elmi-tədqiqat və təhsil
sferalarında avtomatlaşdırılmış kitabxana sistemlərinin
yaranmasına səbəb oldu.
Son illərdə isə bu sistemlər daha geniş diapazonda
tətbiq edilir.
Ötən
əsrin
50-ci
illərində
yaradılan
ilk
avtomatlaşdırılmış informasiya sistemləri başlıca olaraq
informasiya axtarışını reallaşdırdığına görə,
informasiya-
axtarış sistemi adlanırdı. Bunlar 2 yerə: sənədli və
faktoqrafik axtarış sistemlərinə bölünürdü ki, bunların da
haqqında yuxarıda bəhs edilmişdir.
Mətn axtarış texnologiyalarında təbii dilin emalı
əhəmiyyətli yer tutur. Bu, təbii dildəki mətnin kompüter
İQTİSADİ İNFORMATİKA
________________________192________________________
tərəfindən dərki, təhlili və mətn üzərində müxtəlif
əməliyyatların icrası, həmçinin mətnin kompüter
yaddaşına generasiyası ilə bağlı işləri əhatə edir. Bu
məsələlər isə süni intellekt sahəsinə aiddir.
Müasir mətn axtarış texnologiyalarında mətni təhlil
etmək üçün təkcə linqvistik aparat deyil, həmçinin statistik
metodlar, riyazi məntiq və ehtimal nəzəriyyəsi, klaster
təhlili, süni intellekt metodları və verilənlərin idarə
edilməsi texnologiyaları tətbiq edilir.
İnformasiya supermagistralı üzrə işlər, xüsusilə də,
1990-cı illərin ortalarında bir sıra dünya ölkələrində
meydana çıxan
elektron kitabxanalar mətni axtarışa
marağı kəskin şəkildə artırdı. Qlobal kompüter
şəbəkələrində, Veb-də mətn axtarış, multidilli axtarış
istiqamətləri yarandı.
50 illik tarixi ərzində deskriptorlu informasiya-axtarış
sistemlərindən tammətnli axtarış sistemlərinədək böyük
bir inkişaf yolu keçilmişdir.
ƏSAS ANLAYIŞLAR
Təbii dilin məzmun müxtəlifliyi olduqca genişdir.
Belə ki, bu material qəzet və jurnallarda çap edilmiş
məqalələr, müxtəlif texniki sənədlər, hesabatlar, kitablar,
dissertasiyalar, məktublar, qanunvericilik aktları və s. ola
bilər.
Mətn axtarış sistemlərində əsas informasiya vahidi
sənəddir. Sənəd – bu və ya digər təbii dildə təqdim edilən
bitkin məzmunlu hüquqi mahiyyətdir.
İQTİSADİ İNFORMATİKA
________________________193________________________
Tammətnli axtarış sistemləri elektron sənədləri ilə,
yəni kompüter yaddaşında saxlanan və avtomatlaşdırılmış
emal üçün hazır olan sənədlərlə işləyir. Bunlara “sənədlər
kolleksiyası” deyilir. Mətn axtarış istifadəçi sorğuları ilə
aktuallaşır. Sorğu
axtarış kriterisi şəklində formalaşdırılır.
Axtrış
çoxaspektliliyinin vahidi sənəddir. Axtarış kriterisi
termlər yığımı (söz və ya sözbirləşməsi) və ya məntiqi
operator simvolları (VƏ, VƏ YA, DEYİL) ilə birləşdirilmiş
termlər ola bilər. Sorğuya uyğun elektron sənədi
relevant
sənəd, yəni, tanına bilən sənəd adlanır. Bu, sadə halda
“hə-yox” məntiqi ilə, mürəkkəb sistemlərdə isə “qeyri-
səlis” məntiqlə reallaşdırılır. Sonuncu halda
tanıma
dərəcəsi mühüm rol oynayır. Bəzən sorğu kompüter
tərəfindən səhv anlaşılır, lazım olan sənəd əvəzinə başqa
sənəd təqdim edilir. Bu hadisə
informasiya küyü adlanır.
Axtarışın keyfiyyət göstəricisi tamlıq və dəqiqlikdir.
Axtarışın tamlığı sorğulara təqdim edilən relevant
sənədlərin sayının yaddaşdakı relevant sənədlərin ümumi
sayına nisbətidir.
Axtarışın dəqiqliyi sorğuya cavab verən
relevant sənədlərin sayının sorğuya cavab olacaq
sənədlərin ümumi sayına nisbətidir.
MƏTN AXTARIŞ PRİNSİPLƏRİ
MÜASİR MƏTN AXTARIŞI SİSTEMLƏRİNİN
MÜRƏKKƏBLİYİNİN MƏNBƏLƏRİ
Müasir sistemlər deskriptorlarla və ya sənəddəki
atributlarla (nəşr ili, müəllifi, nəşriyyat və s.) işləyən
İQTİSADİ İNFORMATİKA
________________________194________________________
əvvəlki axtarış sistemlərindən fərqli olaraq sənədin
məzmunu ilə iş görür.
Təbii dildə verilən cümlə və ya ifadə çox hallarda
ikimənalı və bolluqlu olur. Sinonimləri, omonimləri,
qramatik forma müxtəlifliklərini nəzərə almaq lazım gəlir.
Cümlədəki sözlər arasındakı məna əlaqələri çox zaman
əyani olmur. Yeni terminlər və anlayışlar yaranır. Bütün
bunlar
mətni
informasiya
resurslarının
strukturlaşdırılmamasına dəlalət edir.
SƏNƏDLƏRİN TƏQDİMATI
Mətni axtarış sistemlərində saxlanan sənəd
kolleksiyaları olduqca iri ola bilir. Sənəddəki mətnlər də iri
həcmli ola bilir. Buna görə də bütün mətnin təhlili səmərəli
deyil. Vəziyyətdən çıxış yolu sənədin struktur təqdimatı
ilə, başqa sözlə, sənədin təqdimat nümayəndələri ilə
işləməkdən ibarətdir.
SƏNƏDLƏRİN İNDEKSLƏŞDİRİLMƏSİ
Sənədlərin təqdimatı onların xassələri (atributları)
çoxluğu ilə yaradılır.
“Dublin nüvəsi” (DC 1.1) adlanan
beynəlxalq standartda sənədin təqdimatı 15 metaverilən
elementlə verilir:
Title (resursun adı);
Creator (resursu hazırlayan və buna məsul olan şəxs,
təşkilat və ya şöbə);
Subject (resursun məzmununda müzakirə edilən mövzu);
İQTİSADİ İNFORMATİKA
________________________195________________________
Deskription (resursun məzmununun sərbəst formada
təsviri);
Publisher (resursa müraciət təmin edən şəxs, təşkilat,
şöbə);
Contributor (Creator-da göstərilənlərdən əlavə, resursun
hazırlanmasında iştirak edənlər);
Date (resursun yaradılması və ya təqdim edilməsi tarixi);
Type (resursun janrı, kateqoriyası və digər
xarakteristikaları);
Format (resurs təqdimatının xarakteri);
İdentifier (resursa dəqiq iqtibas);
Source (resursun götürüldüyü mənbəyə iqtibas);
Language (resursun təqdimat dili);
Relation (verilənlərlə əlaqəli resursa iqtibas);
Coverage (resursun aid olduğu sahə, zaman və s.);
Rights (resursa intellektual mülkiyyət hüququ).
Kvalifikatorlar
–
metaverilən
elementlərin
semantikasının dəqiqləşdiriciləri “Dublin nüvəsi”ndəki
qeyri-müəyyənlikləri aradan qaldırır. Məsələn,
Date
elementi üçün yaradılma tarixi, müraciət tarixi kimi
dəıqiqləşdirmə etmək olar.
Sənədlə
assosiasiyalanmış
ixtiyari
atribut
indeksləşdirilmiş xassə adlanır. Bu xassələrə əsasən
axtarış sistemində verilənlərin köməkçi strukturu qurulur
ki, bunun köməyi ilə sənədin bütün məzmununa
baxmadan lazımi sənədi axtarıb tapmaq olur. Köməkçi
struktur
indeks, göstərilən atributların sənədlə
assosiasiyalanması propsesi
sənədin indeksləşdirilməsi
adlanır.
İQTİSADİ İNFORMATİKA
________________________196________________________
Köhnə axtarış sistemlərində
deskriptor adlanan ayrı-
ayrı söz və söz birləşmələrindən istifadə olunurdu.
Deskriptor sənədin axtarış obrazı idi. Bu sistemlər
deskriptorlu sistem adlanırdı. Deskriptorlu sistemlər hələ
də istifadə edilir.
Sənədlərin indeksləşdirilməsi sənədin annotasiyası
və ya tam mətni əsasında müəllif tərəfindən adi qaydada,
ya da sənədin kompüter təhlili yolu ilə avtomatik həyata
keçirilir.
İSTİFADƏÇİ SORĞULARININ TƏQDİMATI
Mətn axtarış sistemlərinin digər mühüm məsələsi
istifadəçi sorğularının məzmununun strukturlaşdırılmış
təqdimatıdır. Sorğuların təqdimatı da sənədlərin
təqdimatına uyğun prinsiplərdən çıxış edərək hazırlanır.
Əks halda sorğu ilə axtarış obyektini müqayisə etmək
mümkün olmaz.
SƏNƏDLƏRİN RELEVANTLIĞI KRİTERİLƏRİ
İstifadəçi sorğusunun emalı prosesində növbəti
baxılacaq sənədin relevantlığı qiymətləndirilməlidir. Bu
məqsədlə
relevantlıq (yaxınlıq) kriterisindən istifadə edilir.
Bu kriteri sənəd və sorğunun təqdimat üsulundan asılıdır.
Məsələn, deskriptorlu sistemlərdə sənəd o zaman relevant
sayılır ki, sorğudakı axtarış obrazını əmələ gətirən
deskriptorlar sənədin axtarış obrazındakı deskriptorlar
çoxluğunun alt çoxluğu olsun. Müasir sistemlərdə daha
mürəkkəb kriterilərdən istifadə edilir.
İQTİSADİ İNFORMATİKA
________________________197________________________
MƏTN AXTARIŞIN ÜMUMİ PRİNSİPLƏRİ
Müasir mətn axtarış sistemlərində sənədlərin
indeksləşdirilməsi və təqdimatı, istifadəçi sorğularının
təqdimatı və sənədlərin relevantlığının qiymətləndirilməsi
üçün çoxsaylı yanaşmalar tətbiq edilir. Buna baxmayaraq,
axtarışın təşkilinin müəyyən ümumi prinsipləri də
mövcuddur.
QEYD: Relevantlıq (latınca relevo sözündəndir,
sadələşdirmək, asanlaşdırmaq, qaldırmaq anlamını verir)
dedikdə informasiya axtarışında axtarış sorğusunun
semantik uyğunluğu və sənədin axtarış nümunəsi kimi
başa düşülür. Ümumi mənada isə “relevantlıq”
“adekvatlıq”
kimi,
yəni
uyğunluq
dərəcəsinin
qiymətləndirilməsi, nəticənin praktiki tətbiq edilmə
dərəcəsi, həmçinin məsələnin qəbul edilməsinin sosial
dərəcəsi kimi qəbul edilir.
Sənəd sistemə daxil edilərkən indeksləşdirilir və
təqdimatı hazırlanır ki, bu da sorğuların emalı zamanı
həmin sənədin əvəzedicisi kimi çıxış edir. Sonra konkret
sənədlərin indeksləşdirilən xassələri əsasında sənədlər
kolleksiyası avtomatik indeksləşdirilir.
İstifadəçi sorğusu sistemə daxil olan kimi onun da
təqdimatı hazırlanır. Bu, sənədin təqdimatına anolijidir.
Sonra sorğu təqdimatı yaxınlıq kriterisi üzrə sənəd
təqdimatları ilə bir-bir müqayisə edilir. Uyğunluq şərti
ödəndikdə axtarış bitir.
İQTİSADİ İNFORMATİKA
________________________198________________________
LİNQVİSTİK TƏMİNAT VASİTƏLƏRİ
Mətn axtarış sistemlərində tammətnli sənədlərlə
işləyərkən təbii dilin emalı vasitələrindən istifadə edilir. Bu
vasitələr sözügedən sistemlərin son dərəcə mürəkkəb
komponentləridir.
Təbii dilin emalı vasitələri mətn
sənədlərindəki və sorğulardakı
termləri (söz və söz
birləşmələrini, frazaları) təhlil edib onların məzmununu
aydınlaşdırır, termlər arasındakı münasibətləri aşkarlayır
və səmərəli axtarışı təmin edir. Bu məqsədlə mətni axtarış
sistemlərində linqvistik təminat vasitələri kompleksindən
istifadə edilir. Bu kompleksə müxtəlif lüğətlər, tezauruslar,
sistemin predmet oblastının
ontoloji xüsusiyyətlərini əks
etdirən materiallar daxildir.
QEYD: Ontologiya (latınca ontologia – təhsil alma,
elm anlamını verir) dedikdə həqiqətin oyrənilməsi,
doğruluq haqqında elm sahəsi başa düşülür. Ontologiya
fəlsəfənin bir bölməsidir, varlığın fundamental
prinsiplərini, struturunu, qanunauyğunluğunu və
kateqoriyalarını öyrənir.
“Ontologiya” termini 1613-cü ildə Rudolf Qoklenius
(1547-1628) tərəfindən hazırlanmış “Fəlsəfə lüğəti”
(
Lexicon philosophicum, quo tanquam clave philisophiae
fores aperiunter. Francofurti) kitabında təklif edilmişdir.
Sonralar, 1656-cı ildə İohan Klauberq (1622-1665)
bu sahə ilə məşğul olur və yazdığı
Metaphysika de ente,
quae rectus Ontosophia kitabında sözə ekvivalent olan
“metafizika” baradə ətraflı araşdırmalar verir.
İQTİSADİ İNFORMATİKA
________________________199________________________
Rudolf Qoklenius
İohan Klauberq
SİSTEM LÜĞƏTLƏRİ
Təbii dilin emalı ilə məşğul olan mətn axtarış
sistemlərində həm ümumdil leksikası, həm də predmet
oblastı leksikası üzrə lüğətlərdən istifadə edilir. Bu lüğətlər
mətnin morfoloji təhlilinə və axtarış zamanı müxtəlif
qrammatik formalardakı sözləri tanımağa imkan verir.
TEZAURUSLAR
Mətn sənədlərinin formal təqdimatında tezaurus
adlanan xüsusi lüğətlər mühüm rol oynayır. Tezaurus –
dilin əsas anlayışları lüğətidir. Tezaurus həm də sorğunu
genişləndirmək üçündür.
|