Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


İQTİSADİ İNFORMATİKA 
 
 
________________________229________________________ 
 
planlaşdırılması 
məsələlərini 
zəruri 
rüsursların 
göndərilməsi və hazır məhsulun satışı ilə əlaqələndirməyi 
təklif  etdi.  Bu  yanaşma  plan  tapşırıqlarını  istehsal 
prosesində  baş  verən  şərait  dəyişmələri  (Resursların 
vaxtında  göndərilməməsi,  avadanlığın  imtinası,  hazır 
məhsula  sifarişin  dəyişməsi)  ilə  bağlı  olaraq  korrektə 
etməyə imkan verdi. 1960-cı illərin sonlarında O.Uayt MRP 
(MRP  –  Material  Requirement  Planning)  konsepsiyasını 
formalaşdırdı  ki,  burada  da  materiallara  tələbatın 
planlaşdırılması  alqoritmləri  verilmişdi.  Planlaşdırma 
alqoritmərinin  sonrakı  təkmilləşdirilməsi  nəticəsində 
Oliver  Uayt  belə  bir  fikrə  gəldi  ki,  təkcə  materiallara 
tələbatın  planlaşdırılması  kifayət  deyil,  bununla  yanaşı, 
maliyyə  və  əmək  resurslarının  planlaşdırılması  da 
zəruridir. 
1970-ci 
illərin 
sonlarında 
O.Uayt 
MRPII 
konsepsiyasını  formalaşdırdı  və  bununla  da  istehsal 
ehtiyatlarının planlaşdırılması alqoritmlərini təklif etdi. Bu 
konsepsiyaya  analoji  olaraq  keçmiş  SSRİ-də  MAİS  – 
müəssisənin  avtomatlaşdırılmış  idarəetmə  sistemi 
yaradıldı. 
  
“ERP-SİSTEM”LƏRİ 
 
20-ci  əsrin  80-ci  illəri  MRPII  (Manufacturing 
Resource  Planning)  sistemlərinin  inkişafı  illəri  idi.  Bu 
inkişaf  təkcə  istehsalla  bağlı  proseslərə  aid  deyildi. 
Avtomatlaşdırma  maliyyə  fəaliyyəti  məsələlərini  həll 
etməyə  kömək  etdi.  İnformasiya  sistemləri  vergitutma, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________230________________________ 
 
hüquq xidməti, ətraf mühitlə qarşılıqlı münasibətlər kimi 
köməkçi fəaliyyət proseslərini əhatə etdi. Bundan əlavə, 
transmilli korporasiyaların tələbatlarına xidmət göstərmək 
-  müxtəlif  hüquqi,  fiskal  (Nəzarətedici)  və  gömrük 
şərtlərində, müxtəlif dillərdə tərtib edilmiş sənədlərdə və 
müxtəlif  valyutalarda  müştəri  və  malgöndərənlərlə 
hesablaşmaların  aparılması  problemlərini  həll  etmək 
demək idi. Bu məsələlərin həllinin avtomatlaşdırılmasına 
tədiyəqabiliyyətli  tələb  tədricən  yeni  tip  informasiya 
sistemlərini  formalaşdırdı.  İndi  artıq  yeni  informasiya 
sistemləri  konsepsiyasının  müəllifi,  MRP  və  MRPII 
sistemlərinin  müəllifi  O.Uayt  kimi  bir  nəfər  deyil, 
qloballaşma  və  informatlaşdırmanın  yeni  çalarları  ilə 
bəzənmiş müasir iqtisadiyyatdır.  
1990-cı  illərdə  korporativ  informasiya  sistemlərinin 
inkişaf  etdirilməsi  və  tətbiqi  sahəsində  dünyada  məşhur 
olan 
GartnerGroup 
şirkəti 
ERP-sistemlərini 
iri 
korporasiyalarda  qərarların  hazırlanması  və  qəbulu  aləti 
kimi etiraf etdi.  
ERP-sistem dedikdə, artıq iri müəssisələrdə biznes-
proseslərin  avtomatlaşdırılması  və  optimallaşdırılması  ilə 
inteqrasiya edilmiş planlaşdırma və idarəetmə ideologiyası 
nəzərdə  tutulur.  ERP-sistemləri  planlaşdırma,  uçot, 
maliyyələşdirmə,  istehsal,  resurs  sifarişləri  və  hazır 
məhsul  satışı  üçün  qərarların  hazırlanması  və  qəbulu 
məqsədi  ilə  şirkətin  praktiki  olaraq  bütün  əsas  biznes-
proseslərini vahid informasiya mühitində, vahid verilənlər 
bazası  əsasında  avtomatlaşdırmaq  imkanı  təklif edir  (Bu 
baxımdan,  ERP  SSRİ-dəki  AİS-  avtomatlaşdırılmış 
idarəetmə sistemi anlayışına yaxındır).  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________231________________________ 
 
ERP-sistemin  əsas  məsələləri  aşağıdakı  sxemdəki 
kimidir:  
 
 
 
İNFORMASİYA SİSTEMLƏRİNDƏ
 
İNTEQRASİYA 
 
Müasir 
şirkətlərdə 
işləyən 
iri 
informasiya 
sistemlərinin müzakirəsi zamanı işlədilən ən vacib anlayış 
inteqrasiyadır.  Qərarların  hazırlanması  və  qəbulu  üçün 
inteqrasiya  edilmiş  yanaşmanı  təmin  etmək  məqsədi  ilə 
informasiya  sistemlərindən  istifadə  edilməsinin  vacibliyi 
informasiya iqtisadiyyatına aid ilk  əsərlərdə də öz əksini 
tapmışdır.  Belə  ki,  Y.Q.Yasin  göstərirdi  ki,  “inteqrasiya 
ixtiyari saylı qarşılıqlı  əlaqəli məsələlərin həlli və nəzarət 
edilə  bilməyən  informasiya  axınlarının  emalının 
təkrarlanmalarını ləğv etmək üçün verilənləri sistemə bir 
dəfə  daxil  etməyi  və  kompleks  şəkildə  istifadə  etməyi 
nəzərdə tutur. Çünki bu halda informasiyanın saxlanması, 
 
Satış 
planı 
 
İstehsal  
planı 
 
Satınalma, 
avadanlıqların və işçi 
heyətin yüklənməsi 
planları 
 
Maliyyələşdir-
mə planı 
 
 
Xərclər planı 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________232________________________ 
 
ötürülməsi  və  təqdim  edilməsinin  forma  və  metodlarına 
vahid tələblər formalaşır, yəni informasiya prosesləri üçün 
vahid  standart  təyin  edilir.  Bu  ona  görə  lazımdır  ki, 
informasiya  sistemlərinin  istənilən  yerində  iqtisadi 
verilənlər  birmənalı  başa  düşülsün”  (Ясин  Е.Г.  и  др. 
Экономическая информация. М.:Статистика,1974.).  
ERP-sistemləri müəssisədə planlaşdırma, idarəetmə 
və  nəzarət  məsələlərinin  gerçək  inteqrasiya  edilmiş 
şəkildə  həllinə  imkan  verir.  Bu  mənada,  ERP-sistemləri 
inteqrasiya edilmiş informasiya sistemləridir (İNEDİNSİ). 
Bunlar bəzən də inteqrasiya edilmiş idarəetmə sistemləri 
(İNEDİS)  adlanır.  Çünki  burada  informasiya  sistemləri 
şirkətin funksional altsistemlərini təmin edən informasiya 
proseslərini  dəstəkləyən  verilənlər  mübadiləsini  vahid 
standartlar 
çərçivəsində 
saxlayan 
birləşdirilmiş 
informasiya  texnologiyaları  (İNTEX)  platformalarına 
əsaslanır. Məsələn, SAP R/3 tam funksionallıq təmin edir. 
Yəni  şirkətin  istehsal,  maliyyə,  mühasibatlıq,  marketinq, 
zəruri resursların satın alınması, hazır məhsulun satışı və 
s.  kimi  bütün  funksional  istiqamətlərindəki  biznes-
prosesləri avtomatlaşdırmaq imkanı verir. 
SAP  R/3  inteqrasiya  edilmiş  qərar  hazırlayır.  Çünki 
qərar  qəbulunu  şirkətin  bu  sistemin  xidmətlərindən 
istifadə  edən  bütün  bölmələrində  verilənlər  və 
informasiyanın hazırlanması və təqdim edilməsinin vahid 
standartlarına  əsasən  hazırlayır.  Beləliklə,  ERP-sistemlər 
şirkətin biznes-proseslərini vahid texnoloji və informasion 
əsasda avtomatlaşdırmaq üçün vasitələr təqdim edir.  
Digər tərəfdən, ERP-sistemlər daha bir vacib xassə 
nümayiş etdirir. İri şirkət və ya xoldinq, bir qayda olaraq, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________233________________________ 
 
müxtəlif  bölmələrdə  və  ya  tabe  (qız)  müəssisələrdə 
müvəffəqiyyətlə  işləyən  bir-neçə  müxtəlif  informasiya 
sistemlərinə malik olur. Göstərək ki, ERP-sistemin müvafiq 
modulları  pərakəndə  paylanmış  sistemlərdə  ya  xüsusi 
hazırlıq  işi  görülmədən  işləmir,  ya  da  məqsədəuyğun 
olmur.  Bu  halda  ERP-sistem  birləşdirici  və  ya 
inteqrasiyaedici rol oynayır. Yəni şirkətdə bütün iyerarxiya 
səviyyələri  üzrə  fəaliyyət  göstərən  müxtəlif  təbiətli  və 
müxtəlif  funksional  imkanlara  malik  olan  informasiya 
sistemlərini birləşdirir. Məsələn, şirkətin mərkəzi ofisində  
işləyən  SAP  R/3  bölmələrdə  işləyən  1C  sistemindən 
mühasibat verilənlərini, tabe müəssisələrdə işləyən Парус 
sistemindən digər verilənləri qəbul etməklə birləşdirici rol 
oynaya bilir.  
Burada İNEDİNSİ ilə İNEDİS arasında mövcud olan 
fərqə  diqqət  yetirmək  lazım  gəlir.  Belə  ki,  İNEDİS  fərqli 
biznes-modellərdən  və  verilənlərin  idarə  edilməsi  üzrə 
fərqli 
texnologiyalardan 
istifadə 
edən 
müxtəlif 
platformalara  əsaslanan  proqram  əlavələrinin  ERP 
əsasında  birgə  istismarını  təmin  edir.  İNEDİNSİ  isə 
şirkətdə  mövcud  olan  və  özünün  funksional  altsistem 
modulları olmayan proqram əlavələrinə yalnız qoşula bilən 
EAI  (EAI  –  Enterprise  Application  Integration)  proqram 
paketləri əsasında inteqrasiya həyata keçirir. 
Adətən inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər:
 
 İnformasiya  texnologiyaları  -  birgəlik  (
IT-
compatability); 
 Funksional  altsistemlərin  və  proqram  əlavələrinin 
bir-birinə qoşula bilənliyi; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________234________________________ 
 
 Biznesin  idarə  edilməsinin  inteqrasiyası  (biznesin 
inteqrasiyası). 
Bu anlayışları izah etmək üçün çox sadə bir misala 
baxaq. 
Ailədə  ata,  ana,  oğul  və  qız:  hərə  öz  maliyyə  işini 
informasiya sistemlərinin köməyi ilə: ata - işçi stansiyada, 
ana  -  fərdi kompüterdə,  oğul  - noutbukda, qız  isə  -  adi 
dəftərdə  aparır.  Ata  ailənin  maliyyə  işində  qayda 
yaratmaq və onu idarə etmək qərarına gəlir. Bunun üçün 
ata öz işçi stansiyasında bir-neçə funksional altsistemdən 
ibarət olan “AB” (AB – ailə büdcəsi) paketi yaradır. 
Bu altsistemlərdən ikisi üzərində ətraflı dayanaq: 
 “Balans”  altsistemi.  Ailə  üzvlərinin  gəlirləri  və 
xərcləri, həmçinin ailənin verəcəkləri (kreditlər) və 
alacaqları (debetlər) bu altsistemdə əks etdirilir. Bu 
altsistemin vəzifəsi həm daxilolmalar və ödəmələr 
üzrə  hesab  əməllərini  icra  etməkdən,  həm  də 
alacaqların  və  verəcəklərin  çatan  müddətləri 
barədə xəbər verməkdən ibarətdir. Bundan əlavə, 
bu  altsistem  istifadəçilərin  sifarişi  üzrə  balasın 
vəziyyəti  barədə  verilmiş  formada  hesabat  da 
təqdim edir. 
 “Bank” altsistemi. Bu altsistem ailə üzvlərinə imkan 
verir ki, müxtəlif banklarda yerləşdirdikləri özlərinin 
bank hesablarındakı məbləğləri müvafiq bankların 
informasiya  sistemlərinə  qoşulmaq  yolu  ilə  idarə 
edə  bilsinlər.  Bu  altsistemdə  avtomatlaşdırılan 
proseslərdən  ən  vacibi  “kommunal  xərclərin 
ödənilməsi”  prosesidir  ki,  bunun  nəticəsində  qaz, 
su, elektrik enerjisi, telefon, zibil daşımaları, mənzil 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________235________________________ 
 
haqları  üzrə  ödəmələr  ailənin  bir  və  ya  bir-neçə 
bank hesabından həyata keçirilir. 
Aydındır  ki,  təqdim  edilən  funksional  altsistemlər 
vahid  informasiya  sistemlərinin  tərkib  hissələri  olaraq 
inteqrasiyanın  bütün  tələblərinə  cavab  verirlər.  Bu  AB 
sisteminə  ailənin  bütün  üzvlərindən  verilənlər  daxil 
olmalıdır və burada cürbəcür variantlar ola bilər.  
Birinci 
inteqrasiya 
səviyyəsi 

İnformasiya 
texnologiyaları  -  birgəlik  (IT-compatability).  Bu,  ilk 
növbədə, əməliyyat sistemlərinin və verilənlərin birgəliyini 
nəzərdə  tutur.  Əgər  hamı  eyni  sistemdə,  məsələn, 
Windows  2010  MS  Office-də  işləyirsə,  onda  verilənlərin 
mübadiləsi və mətnlərlə əlaqədar hər şey qaydasındadır. 
Əgər  ailə  üzvləri,  bizim  misalda  olduğu  kimi,  müxtəlif 
illərdə  buraxılmış  Windows-lardan,  xüsusən  də  kimsə 
Apple  Macintosh-dan  istifadə  edirsə,  bunları  bir-birinə 
qoşmaq problemi ayrıca həll edilməlidir.  
Qızın  dəftərdki  qeydləri  ilə  nə  etməli?  Onun 
verilənlərini  əl  ilə  daxil  etmək  lazım  gəlir.  Belə  hallar 
gerçək şirkətlərdə heç də qeyri-adi hal deyil: əl ilə verilən 
daxil  etmək  həmişə  mövcud  olur  və  onu  tam  aradan 
qaldırmaq olmaz.  
İkinci  inteqrasiya  səviyyəsi  -  proqram  əlavələrinin 
bir-birinə  qoşulabilənliyi.  Əgər  inteqrasiya  informasiya 
texnologiyaları  səviyyəsində  təmin  edilmişdirsə,  bütün 
istifadəçilər bir şəbəkədə birləşdirildikdə sual yarana bilər 
ki,  müxtəlif  sistemlərdə  verilənlərin  emal  nəticələri 
inteqrasiyedici  sistem  tərəfindən  dərk  edilirmi.  Məsələn, 
ana  Excel-də,  oğul  Access  və  ya  Word-də  işləyirsə,  ata 
ayın axırına qalıqlar barədə məlumat almaq üçün müxtəlif 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________236________________________ 
 
proqram əlavələrinə müraciət etməlidir. Aydındır ki, vahid 
sistem  daxilində  bunu  etmək  çətin  deyildir.  Ola  bilər  ki, 
oğul öz maliyyə fəaliyyətini idarə etmək üçün xüsusi paket 
yazsın.  Bunu  ata  da  istəyir.  Lakin  ata  oğula  verilənlərin 
hazırlanması  və  AB  sisteminə  daxil  edilməsi  üçün 
əvvəlcədən müəyyən standart təklif edir. Prinsipcə, ailənin 
hər bir üzvü özünün informasiya sistemləri ilə işləyə bilər. 
Lakin bu halda daxil edilən verilənlər inteqrasiyaedici AB 
sisteminə aydın (başa düşülən) şəkildə olmalıdır.  
Üçüncü  inteqrasiya  səviyyəsi  –  biznesin  idarə 
edilməsinin  inteqrasiyası.  Bu  səviyyədə  bütün  sistemlər 
birləşdirilmişdir və həm informasiya texnologiyaları, həm 
də proqram əlavələri üzrə əla qoşulmalar mövcuddur. Bu 
halda  ata  ailənin  maliyyələşdirilməsi  barədə  qərar 
qəbulunu AB sisteminin özü tərəfindən təqdim edilən AB 
istifadəçilərinin  hamısının  hesabatları  üzrə  informasiya 
əsasında həyata keçirəcəkdir. 
Şirkətin  müxtəlif  bölmələrində  və  ya  müxtəlif 
iyerarxiya  səviyyələrində  işləyən  müasir  informasiya 
sistemlərinin  real  inteqrasiyası  problemi  baxdığımız  bu 
misala  nisbətən,  əlbəttə,  müqayisə  edilməz  dərəcədə 
mürəkkəbdir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ayrı-ayrı 
funksional  modulların  inteqrasiya  edilməsi  üçün  EAI-
sistemlərindən  istifadə  edilir.    EAI-sisteminin  fəaliyyət 
məqsədi  aşağı  səviyyədə  icra  edilən  şoxsaylı  interfeys 
əməliyyatlarının  avtomatlaşdırılması  hesabına  müxtəlif 
proqram  əlavələrinin  inteqrasiyasını  sadələşdirməkdən 
ibarətdir. Bu avtomatlaşdırma EAI-sisteminə quraşdırılmış 
konnektor (adapter) vasitəsilə həyata keçirilir. Konnektor 
veriləni  bir  proqram  əlavəsindən  qəbul  edir,  lazımdırsa 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________237________________________ 
 
“tərcümə”  edib  digər  proqram  əlavəsinə  ötürür.  Bu 
konnektorlar  (adapterlər),  mahiyyətcə,  EAI-sistemləri 
tərəfindən 
təqdim 
edilən 
proqram 
əlavələrinin 
interfeysləridir.  
Bundan əlavə, EAI-sistemləri şirkətdə yeni qurulmuş 
sistemlərlə artıq mövcud olan sistemləri də iyerarxiyanın  
bütün  səviyyələrində  inteqrasiya  edə  bilir.  Bunun 
nəticəsində  çoxdan  işlədilən  və  çox  faydalı  sistemlər  də 
fəal  vəziyyətdə  mövcud  olur.  Yəni  onların  əvəz  edilməsi 
xeyli təxirə salınmaqla daha münasib vaxta keçirilə bilir. 
Bu halda EAI-sistemin tətbiqi və istismar xərclərini köhnə 
sistemi  əvəz  edəcək  yeni  sistemin  xərcləri  ilə  müqayisə 
etmək  lazım  gəlir.  Yəni  hansı  ucuzdursa,  o  seçilir.  EAI-
sistemlər  həm  də  heç  bir  birgəliyi  olmayan  sistemlər 
arasında  informasiya  mübadiləsinə  imkan  verir. 
Sözügedən  sistemlər  arasında  informasiya  mübadiləsi 
adətən əl ilə həyata keçirilir. EAI-sistemləri bu əməliyyatı 
avtomatlaşdırmağa imkan verir. 
 
MRP, MRPII VƏ ERP-SİSTEMLƏRİ  
 
Hər  şeydən  əvvəl,  yadda  saxlamaq  lazımdır  ki,  hər 
bir növbəti sistem əvvəlki sistemin təkamülünün nəticəsi 
kimi meydana şıxır. MRPII-sistemi o zaman meydana gəldi 
ki, 
istifadəçiləri 
yalnız 
materiallara 
tələbatın 
planlaşdırılmasını  avtomatlaşdırılmış  icra  edən  MRP- 
sistemi  qane  etmədi.  Yəni  MRPII-sistemi,  əslində,  MRP-
sisteminə maliyyə, mühasibat və insan resurslarının idarə 
edilməsi modullarının əlavə edilməsi yolu ilə yaradılmışdır.  
Bu halda MRPII ilə ERP-nin fərqi nədir? 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________238________________________ 
 
MRPII-sistemi, 
ilk 
növbədə, 
şirkətin 
daxili 
informasiya  mənbələrindən  daxil  olan  verilənləri  və 
informasiyanı emal edir. ERP-sistemi isə həm daxili, həm 
də xarici informasiya mənbələrinin informasiyası ilə işləyir. 
ERP-sistemi  daha  çox  maliyyə  məsələlərinin  həlli  ilə 
məşğul  olur.  Bunlar  beynəlxalq  standartlara  uyğun 
hesabatlar tərtib etməyə və mühasibat sənəd dövriyyəsini 
avtomatlaşdırmağa imkan verir. ERP-sisteminin köməyi ilə 
maliyyə  planı  tərtib  edilir  və  onun  icrasına  nəzarət  icra 
edilir. ERP-sistemi transmilli şirkətlərin idarə edilməsi üzrə 
bütün  mexanizmlərə  malikdir.  Belə  ki,  ERP-sistemi  bir-
neçə  valyuta  və  dillərlə,  müxtəlif  mühasibat  uçotu 
sistemləri  ilə,  müxtəlif  hesabat  tərtibi  qaydaları  ilə,  real 
vaxt rejimində və müxtəlif saat qurşaqlarında, 24x365  - 
günboyu və ilboyu fasiləsiz iş rejimində işləyir.  
ERP-sistemi  müəssisədə  mövcud  olan  bütün 
altsistemlərlə inteqrasiya olunmağın ən ciddi tələblərinin 
hamısına cavab verir. Odur ki, ERP-sistemi iri müəssisənin 
bütün  informasiya  strukturunun  məntiqi  və  fiziki  əsasını 
təşkil etməklə, “təməl şəbəkəsi” və ya bekbon (backbone) 
rolunu oynayır. 
Beləliklə,  ERP-sistemi  dedikdə,  özünəməxsus 
funksional  altsistem  modulları  olan  iri  müəssisə  və  ya 
şirkətin  inteqrasiya  edilmiş  idarəetmə  sistemi  (İNEDİS) 
nəzərdə tutulur.  
 
TƏKAMÜLÜN PERSPEKTİVLƏRİ 
 
Gartner  Group  şirkəti  ERP-sistemin  inkişaf  etdirilib 
ERPII-sisteminə  çevriləcəyi  barədə  proqnoz  vermişdir. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________239________________________ 
 
Müasir  ERP-sistemi  müəssisədaxili  biznes-prosesləri 
avtomatlaşdırmaq üçündür. ERPII-sistemi elektron-biznes 
sistemləri  və  alıcılarla  münasibətlərin  dəstəklənməsi 
sistemləri 
ilə 
inteqrasiya 
əsasında 
informasiya 
sistemlərinin  rolunu  artırmaq  məqsədi  güdür.  ERPII 
(ERPII – Enterprise Resurce & Relationship Processing) -
sistemi, mahiyyətcə, “resursların və xarici əlaqələrin idarə 
edilməsi  sistemi”dir.  Yəni,  ERPII  şirkəti  özünün  biznes-
partnyorları ilə inteqrasiya edən sistemdir.  
Müasir  ERP-sistem  istehsalçılarının  liderləri  öz 
məhsullarının imkanlarını genişləndirməklə, partnyorlar və 
müştərilərlə  İnternet  vasitəsilə  qarşılıqlı  əlaqələr 
yaradılmasını  reallaşdırırlar.  Lakin  ERP-sistemin  bu  cür 
texnoloji 
gücləndirilməsi 
konsepsiyanın 
zahiri 
təzələnməsindən  başqa  bir  şey  deyildir.  Əslində  isə, 
sahəvi ixtisaslaşmanın dərinləşdirilməsi və “maraqlar üzrə 
qruplar”  yaradılması  və  bu  qrup  üzvləri  arasında  xüsusi 
informasiya münasibətlərinin yaradılması nəzərdə tutulur. 
Çünki  bu,  həmin  qrup  üzvlərinin  rəqabət  qabiliyyətini 
artırmaq məqsədi güdür.  
 
ERP-SİSTEMLƏRİN SATIŞI   
 
XX əsrin sonlarında ERP-sistem bazarı həddən artıq 
genişlənsə də, XXI əsrin başlanğıcında ciddi geriləmə baş 
verdi. İnkişaf etmiş ölkələri bürüyən iqtisadi böhran ERP-
sistem bazarına öz mənfi təsirini göstərdi. AMR tədqiqat 
şirkətinin  hesablamalarına  görə,  1998-ci  ildə  ERP-
sistemləri bazarı 18,7 mlrd. dollar təşkil etmişdi. 2003-cü 
ildə bu rəqəm 13,4 mlrd. təşkil etmişdi. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________240________________________ 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________241________________________ 
 
ŞİRKƏTİN İNFORMASİON 
İNFRASTRUKUTURU  
   
Şirkətin informasion infrastrukturu maliyyə, istehsal
 
və  kadrların  strateji,  taktiki  və  operativ  (əməli) 
səviyyələrdə  informasiya  texnologiyalarının  dəstəyi  ilə 
aşağıdan-yuxarı verilənlərin biliklərə, yuxarıdan-aşağı isə 
qərarların  informasiyaya  çevrilərək  hərəkət  dövranını 
əhatə  edir.  Burada  “istehsal”  strukturun  mərkəzinə 
qoyulmuşdur.  Bu  struktur  real  iri  ERP-sistemlərin 
fəaliyyətini  daha  gerçək  təsvir  edir.  Bu,  bir  də  onunla 
bağlıdır  ki,  şirkət,  mahiyyətcə,  ya  dəyər  yaradan,  ya  da 
dəyər əlavə edəndir. 
Şirkətin  informasion  infrastrukturunun  “İstehsal” 
elementi aşağıdakıları əhatə edir: 
 Daxil olan və çıxan logistika; 
 İstehsal prosesinin və ya tsiklinin özü; 
 Marketinq və istehsal edilən məhsulun satışı; 
 
Satılmış  məhsula  servis  dəstəyi  göstərilməsi  üzrə 
xidmətlər. 
 
Daxilolan  logistika  istehsal  üçün  materialların 
axtarışı,  alınması  və  saxlanması  proseslərini  birləşdirir. 
Çıxan  logistika  isə  hazır  məhsulun  saxlanması  və 
göndərilməsi  proseslərini  əhatə  edir.  Marketinq  və  satış 
məhsulun bazarda hərəkətini təmin edir. Satışdan sonrakı 
xidmətlər isə zəmanət və məsləhət xidmətləridir. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________242________________________ 
 
Beləliklə, şirkətin informasion infrastrukturu dedikdə, 
şirkətdə mövcud olan ayrı-ayrı bölmələr arasındakı üfqi və 
şaquli informasiya axınları sistemi nəzərdə tutulur. 
 İdarəetmə və qərar qəbulu İNTEX bazasında, daha 
dəqiq  desək,  texniki  təməl  üzərində  həyata  keçirilən 
informasiyanın  yığılması,  emalı,  saxlanması  və  qərar 
qəbulu  üçün  ötürülməsi  kimi  prosedurlar  zəncirindən 
ibarət texnoloji prosesin fiziki təməli üzərində reallaşdırılır. 
Texnoloji səviyyədə kompüterlər, rabitə xətləri, verilənlər 
bazaları  və  çoxsaylı  sistem  və  tətbiqi  proqramlar 
sayəsində  informasiya  proseslərinin  paralel  baş  verməsi 
təmin  edilsə  də,  heç  bir  iqtisadi  məsələ  və  ya  biznes 
məsələsi  həll  edilmir.  Burada  təqdim  edilən  yanaşmaya 
görə,  informasiya  texnologiyaları  informasiyanın  həm 
mənbəyi, həm də ünvanı olan funksional altsistemlər üçün 
təməl  təşkil  edir.  Lakin  unutmaq  olmaz  ki,  informasiya 
texnologiyaları  həm  də  hər  yerdə  və  şirkətin  bütün 
iyerarxiya  səviyyələrində  qərar  hazırlanması  və  qəbulu 
mühitidir. Bununla belə, bu mühitin konkret vəzifəsi yalnız 
informasiya  proseslərini,  yəni  informasiyanın  yığılması, 
saxlanması,  ötürülməsi,  emalı  və  təqdim  edilməsi 
proseslərini  təmin  etməkdən  ibarətdir  və  informasiya 
texnologiyaları bilavasitə qərar qəbulu prosesində iştirak 
etmir. Lakin bu heç də o demək deyildir ki,  informasiya 
texnologiyaları  qərar  qəbuluna  təsir  etmir.  Bunu  yəqin 
etmək 
üçün 
müxtəlif 
səviyyəli 
informasiya 
texnologiyalarına əsaslanan qərarların keyfiyyətinə nəzər 
salmaq  kifayətdir.  Belə  ki,  müasir  infirmasiya  sistemləri 
daha çox həll variantlarını daha sürətlə təqdim etdiyindən, 
seçim üçün daha geniş imkan yaradır. 

 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin