MODELLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ
Modellər həmişə, hətta informasiya (kompüter)
texnologiyalarına qədər də qərarın hazırlanması və
qəbulunda əsas rol oynamışdır. Güclü İNTEX
instrumentlərinin meydana çıxması qərar qəbuluna
dəstəyi daha da möhkəmləndirmişdir. Qərar qəbulu üçün
dəstək verən modellərə ənənəvi statistik, balans və
optimallaşdırma modelləri nümunədir. Biznes-planların
İQTİSADİ İNFORMATİKA
________________________256________________________
tərtibində və mürəkkəb işlər ardıcıllığının icrasında qraf
modelləri tətbiq edilir. Bu sistemlərin əsas vəzifəsi
proqnoz
qiymətləri
əsasında
qərar
variantları
hazırlamaqdan
ibarətdir.
Həm
mikrosəviyyədə
(Qiymətlərin və satışın səviyyələrini, istehsalın həcmini
təsvir edən modellər), həm də makrosəviyyədə (Sahələrin
inkişafı ssenariləri əsasında bütövlükdə milli iqtisadiyyatı
təsvir edən modellər) qərar qəbulu üçün modellər qurmaq
mümkündür.
Model tiplərindən asılı olaraq müxtəlif paketlər tətbiq
edilir. Məsələn, statistik modellər üçün SAS və SPSS kimi
dünyada məşhur paketlər, optimallaşdırma məsələlərinin
həlli üçün GAMS paketi və s. mövcuddur.
VERİLƏNLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ
Bu, formal cəhətdən ən mürəkkəb məsələ olan
aktual verilənlərin operativ emalı altsistemidir. Burada
söhbət, faylların yaddaşda yerləşdirilməsi, axtarışı və
təqdimatı kimi elementar əməliyyatlardan deyil, ilk
növbədə, verilənlərin saxlanc yerlərindən (Data
Warehouse) və on-line emal sistemlərindən (OLAP) gedir.
OLAP-sistemlərə əsaslanan Qərar qəbulunu dəstəkləyən
sistemlər irihəcmli aktual verilənlərin təhlili əsasında qərar
qəbuluna güclü kompüter dəstəyi verə bilir. Belə
sistemlərə nümunə kimi coğrafi informasiya sistemlərini
(CİS) göstərmək olar.
Verilənlərin saxlanc yeri dedikdə, qərar qəbulunu
dəstəkləmək üçün formalaşdırılan predmet yönümlü,
inteqrasiya edilmiş, zaman-zaman zənginləşdirilən, lakin
İQTİSADİ İNFORMATİKA
________________________257________________________
qeyd edildikdən (yaddaşa (bazaya) yazıldıqdan) sonra
dəyişdirilməyən verilənlər yığımı nəzərdə tutulur.
Verilənlərin saxlanc yerlərində istifadə edilən nisbətən
geniş yayılmış emal metodları çoxölçülü təsnifləşdirmə və
asılılıqların bərpası kimi statistik metodlardan ibarətdir. Bu
metodların bir qismi kəşfiyyat təhlili (Data Mining) deyilən
kateqoriyaya aid olub, bazaya yığılmış verilənlərdəki gizli
qanunauyğunluqları aşkarlamağa xidmət edir.
TELEKOMMUNİKASİYALARA ƏSASLANAN
QQDS ALTSİSTEMİ
Qərar qəbulunun telekommunikasiya dəstəyi iki və
daha çox mütəxəssisin ünsiyyət qurmasına, informasiya
mübadiləsi etməsinə və birgə fəaliyyətlərini koordinasiya
etməyə (əlaqələndirməyə) imkan verir. Belə sistemlərə
nümunə kimi audio-, video-, Veb-konfranslar, elektron
poçt göstərilə bilər ki, bunlara da bəzən qrupşəkilli qərar
qəbulu sistemi də deyilir. Bu tip altsistemlər mütəxəssis
qrupları
arasında
əlaqə
yaradaraq
informasiya
mübadiləsini reallaşdırır və mütəxəssis qruplarının birgə
işləməsini təmin edir.
QQDS-İN REALLAŞDIRILMASI NÜMUNƏLƏRİ
Rusiyada geniş tətbiq tapmış Qərar qəbulunu
dəstəkləyən sistemlərindən: ORACLE OLAP, mySAP,
Hyperion Enterprise sistemlərini göstərmək olar.
SAP (SAP- Software Applied Products) şirkətinin əsas
məhsulu olan SAP-ERP R/3 sisteminin əsas özəyi - on-line
İQTİSADİ İNFORMATİKA
________________________258________________________
transaksiya emalı sistemində (OLTP) R/3 funksional
altsistemi: maliyyə (FI), logistika (LO), kadrlar (HR) və
sahəvi əlavələri (Industry Solitions - IS) özündə birləşdirir.
QQDS-in intellektual əlavələrinə adətən, modellərə,
verilənlərə və biliklərə əsaslanan altsistemlər aid edilir.
SAP şirkəti aşağıdakı intellektual əlavələri təklif edir:
Biznes-informasiya
saxlanc
yeri
(Busines
Information Warehouse BIW);
Biliklərin saxlanc yerinin idarə edilməsi (Knowledge
Warehouse Management – KWM);
Korporativ maliyyənin idarə edilməsi (Corporate
Finance Management – CFM);
Şirkətin strateji idarə edilməsi (Strategic Enterprise
Management – SEM).
Bu siyahı daim artır. Çünki bu sahədə axtarışlar
davam edir. Məsələn, Malgöndərmə zəncirinin idarə
edilməsi sistemlərini (SCM- Supply Chain Management)
nümunə göstərmək olar.
Bu sistem malgöndərənləri, distribüterləri və alıcıları
bir məntiqi prosesdə birləşdirir. Malgöndərmə zənciri -
istehsal müəssisələri, topdan ticarət və ya distribüter
mərkəzləri, mal göndərilməsi və ya xidmət göstərilməsi
üzrə sifarişlərin icrası üçün birləşmiş insanlar kimi çoxsaylı
iqtisadi agentlərdən əmələ gəlir. Malgöndərmə zəncirinin
məntiqi ardıcıllığı belədir: tələbatın planlaşdırılması
tələbatın proqnozlaşdırılması
tələbatın spesifikasiyası
(Bir
şeyin
dəqiqləşdirilmiş
təsnifi)
sifarişin
rəsmiləşdirilməsi
sifarişin
yerləşdirilməsi
sifarişin
icrası
nəqliyyatmalın (xidmətin) alınması.
İQTİSADİ İNFORMATİKA
________________________259________________________
Malgöndərmə zəncirinin idarə edilməsi dedikdə,
sifarişin icrasını minimal maddi, vaxt, maliyyə məsrəfləri
ilə həyata keçirməyi təmin edən şəkildə təşkil etmək başa
düşülür. SCM sistemi məhz bu məqsəd üçündür.
Malgöndərilməsinin dəqiq tələb olunan vaxtda həyata
keçirilməsi külli miqdarda itkilərdən qaçmağa imkan verir.
Bu, malgöndərmələrinin optimallaşdırılması yolu ilə əldə
edilən əlavə səmərədir.
Bundan əlavə, malgöndərmələri ilə əlaqədar
sənədlərin rəsmiləşdirilməsinin avtomatlaşdırılması sənəd
tərtibi zamanı mümkün səhvləri aradan qaldıraraq əlavə
itkilər yaranması risklərini minimumlaşdırır.
Malgöndərmə zəncirinin ilk 3 həlqəsində yeni SCM
köhnə MRP ilə “üst-üstə düşür”. Sonrakı həlqələr MRP-nin
imkanı xaricindədir. Çünki MRP yalnız tələbatı təyin edir.
Xüsusi proqram əlavələrinin köməyi ilə MRP-ni SCM-ə
çatdırmaq mümkündür.
MRP ilə SCM arasında prinsipial fərq ondadır ki, MRP
yalnız daxilolan logistika parametrlərini təyin edirsə, SCM
malgöndərmə prosesini bütövlükdə həyata keçirir.
Bundan əlavə, MRP ERP-nin bir hissəsidir. SCM isə ERP
üzərində üstqurumdur. Odur ki, SCM həm daxilolan
logistikanı, həm də çıxan logistikanı tamamilə
avtomatlaşdırır.
SCM-LƏRİN REALLAŞDIRILMASI
(YARADILMASI MƏNASINDA)
PricewaterhouseCoopers şirkətinin nəşr etdiyi
Technology Forecast sorğu kitabında göstərilmişdir ki,
İQTİSADİ İNFORMATİKA
________________________260________________________
2000-ci ildə
SCM-in inkişafında lider olan i2TECHNO-
LOGİES şirkəti bazara yeni RHYTHM proqram paketi
əsasında genişləndirilmiş
MRP-sistem çıxarmışdır. Bu
paket obyektyönümlü texnologiyalara və süni intellektə
əsaslanan malgöndərmə planları və qrafikləri tərtibini
avtomatlaşdıra bilir.
MANUGİSTİCS GROUP şirkəti isə
SCM-sistemlərdə malgöndərmələrin optimallaşdırılması
sistemlərinin inkişaf etdirilməsi üzrə liderdir. Bu iki şirkət
ERP, xüsusən də SCM istehsalı üzrə lider olaraq qalır.
İNFORMASİYA SİSTEMLƏRİNİN ÜMUMI TƏSVIRI
Aşağıdakı şəkildə
SCM, CRM və ERP sistemlərinin
qarşılıqlı fəaliyyəti təsvir edilmişdir.
Müəssisənin idarə edilməsində biznes-əlavələrin qarşılıqlı
fəaliyyəti
Materialların
satın
alınması
Dəyərin
əlavə
edilməsi
Məhsulun
satılması
Malgöndərənl
ər
SCM ERP CRM/ SCM
Sifarişçilər
Malgöndər-
mə zənciri
İstehsal
tsikli
Satış
zəncir
i
İQTİSADİ İNFORMATİKA
________________________261________________________
İnteqrasiya edilmiş idarəetmə sistemləri (İNEDİS) və
korporativ informasiya sistemlərinin qarşılıqlı əlaqələri
aşağıdakı şəkildə verilmişdir. Şəkildən göründüyü kimi,
korporativ informasiya sistemlərinin nüvəsi
ERP-
sistemidir. Korporativ informasiya sistemləri əsasən,
şirkətdaxili funksional altsistemlərin məsələlərini həll edir.
İnteqrasiya edilmiş idarəetmə sistemləri korporativ
informasiya sistemlərindən fərqli olaraq daha çox xarici
informasiya ilə işləyir. Bu informasiya
SCM, CRM və DSS
vasitəsilə daxil olur.
İnteqrasiya edilmiş idarəetmə sistemlərinin fəaliyyət
sferası korporativ informasiya sistemlərinə nisbətən daha
genişdir.
İnteqrasiya edilmiş idarəetmə sistemləri (İNEDİS)
və korporativ İNSİ-lərin qarşılıqlı əlaqələri
İQTİSADİ İNFORMATİKA
________________________262________________________
REAL İNFORMASİYA SİSTEMLƏRİNİN
QURULUŞUNA NÜMUNƏLƏR
Açasğıdakı şəklildə
ERP SAP R/3 sisteminin
arxitekturası təsvir edilmişdir.
Şəkildə:
EDI – Electronic Data Interchange –
elektron verilənlər mübadiləsi sistemi;
ALE – Application
Link Enabling – proqram əlavələrini əlaqələndirən sistem;
Firewall – korporativ informasiya sistemlərini xarici
sistemlərdən qoruyucu ekrandır.
ERP SAP R/3 sisteminin arxitekturası
İndi isə neft şirkətində gerçək fəaliyyət göstərən
korporativ informasiya sistemlərinin arxitekturasını
nəzərdən keçirək (Cədvələ nəzər sal). Burada informasiya
SCM
CRM
DSS
INSI 1
INSI 2
INSI n
ALE
SAP R/3
EDI
Daimi
partn-
yorlar
IT-platforma
FI
LO
HR
WEB
İnternet
Fire-wall
INSI 1
INSI 2
INSI n
İQTİSADİ İNFORMATİKA
________________________263________________________
sistemlərinin İNTEX əməlini təsvir edərkən ilk baxışda
informasiya sistemləri ilə heç bir əlaqəsi olmayan
mühəndis sistemlərinə diqqət yetirəcəyik.
Aydındır ki, bütünlükdə texnoloji avadanlığın, o
cümlədən informasiya texnologiyalarının etibarlılığı
elektroqidalanmadan,
informasiya
sistemlərini
dəstəkləyən bütün avadanlıqların müntəzəm reqlamentli
profilaktikasından birbaşa asılıdır. Güclü prosessorlar üçün
server otaqlarında sabit iqlim təmin etmək olduqca
vacibdir və s. Bir sözlə, şirkətdə real işləyən informasiya
sistemləri üçün hər şey əhəmiyyətlidir. İnformasiya
sistemlərindən
“uzaq”
mühəndis
sistemlərinin
diqqətdənkənar qalması şirkət üçün baha başa gələ bilər.
Burada 2 informasiya texnologiyaları “layı” barədə də
bəhs etmək məqsədəuyğundur. Bunlardan biri,
telematik
sistemlər, digəri istehsal tsiklinin optimallaşdırılması
sistemidir. İstehsal tsiklinin optimallaşdırılması sistemi
neft sahəsində informasiya texnologiyaları ilə funksional
altsistemlər (FUNAS) və proqram əlavələri ilə
həmsərhəddir.
Göstərək ki, informasiya texnologiyaları ilə FUNAS
arasında real sərhəd tapmaq o qədər də asan deyildir.
Telematik sistemlər şirkətin obyektlərindəki istehsal
tsikllərinə məsafədən nəzarət etmək üçündür. Bu
sistemlər FUNAS üçün neft hasilatı və quyuların vəziyyəti
barədə informasiya təqdim edir. Telematik sistemlər
məhdudimkanlı mexaniki sistemlərdir. Bunlarda “intellekt”
elementi yoxdur. Lakin telematik sistemlər qəzaları
qabaqlaya, neft quyularını dayandıra və yenidən işlədə
bilir.
İQTİSADİ İNFORMATİKA
________________________264________________________
Şirkətin
idarə
edilməsi
(Managem
ent)
Neftçıxarma
(Upstream)
Neft emalı
(Midstream)
Satış
(Downstrea
m)
I
I
I
E
R
P
-ə
la
və
İnf
ra
st
ru
kt
ur
ə
la
və
lə
ri
IT
SM
, D
S
S
N
ef
tçı
xa
rm
a
üz
rə
T
P
A
İS
E
R
P
İnf
ra
st
ru
kt
ur
ə
la
və
lə
ri
N
ef
t em
al
ım
a
üz
rə
T
P
A
İS
E
R
P
İnf
ra
st
ru
kt
ur
ə
la
və
lə
ri
S
C
M
, C
R
M
E
R
P
İnf
ra
st
ru
kt
ur
ə
la
və
lə
ri
I
I
İstehsal tsiklinin optimallaşdırılması sistemləri: RPMS,
OilInfoSystem,Schlumberger Merak və s.
Telematik sistemlər (SCADA): Регион 2000, Телескоп+,
InTouch, RSView, xüsusi proqram-aparat kompleksi
Aparat-proqram platformaları: serverlər, verilənlər bazaları,
əməliyyat sistemləri
Telekommunikasiyalar, lokal şəbəkələr, intranet, İnternet
Mühəndis sistemləri: havalandırma, elektroqidalandırma,
reqlamentli işlər üçün avadanlıqlar
I
Korporativ İNSİ-nin təşkilati strukturu
Şirkətin təşkilati strukturu
Neft şirkətinin korporativ informasiya sistemlərinin
arxitekturası:
I- təşkilati təməl; II- informasion-texnoloji təməl; III-
funksional altsistemlər və proqram əlavələri
İstehsal tsiklinin optimallaşdırılması sistemləri
geoloqlar və texnoloqlar tərəfindən avadanlığın operativ
İQTİSADİ İNFORMATİKA
________________________265________________________
idarə edilməsi və işinin dəstəklənməsi üçün istifadə edilir.
Bu sistemlər QQDS-ə lazım olan bütün məlumatları: - neft
yataqlarının vəziyyəti və quyulardan daxil olan neft və su
qarışığının quruluşu barədə məlumatları, neft hasilatı və
emal məhsulları haqqında məlumatları verir və xam nefti
benzinə, mazuta, yağa çevirən emal prosesi üçün optimal
struktur təklif edir.
Haqqında bəhs edilən bu iki sistem texnoloji
proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin (TP
AİS-in (maraqlıdır ki, AİS termini ERP ilə, Müəssisə AİS-i
MRPII ilə əvəzlənsə də, TP AİS termini olduğu kimi
saxlanmışdır)) tərkib hissələridir. Neft sahəsində TP AİS
bütün informasiya sistemlərinin hamısından həm çox
xidmətedici işçilər, həm də çox xərc tələb edir. Öndəki
cədvəldən göründüyü kimi, texnoloji proseslərin
avtomatlaşdırılmış idarəetmə sisteminin korporativ
informasiya sistemlərinin bütün texnoloji və tətbiqi
fəaliyyət səviyyələrinə nüfuz edir. Belə ki, həm istehsal
tsiklinin optimallaşdırılması sisteminin, həm də verilmiş
tərkibli xam neftin emal strukturunu təyin etməkdən ötrü
optimal variant axtaran proqram paketinin uğurlu işləməsi
üçün quyularda lazımi təzyiq yaratmaq məqsədilə
quyulara su vuran nasosların işi barədə məlumat lazımdır.
Bu mövzunu yekunlaşdırmazdan əvvəl, daha bir
proqram əlavələri sinfinə diqqət yönəltmək lazımdır ki, bu
da infrastruktur əlavələridir. Funksional altsistemlər və
əlavələr həmişə konkret sifarişçiyə və ya sahibkara xidmət
göstərir. Belə ki, məsələn, maliyyə modulları
mühasibatlığa, maliyyə-plan şöbəsinə xidmət göstərir;
SCM maddi-texniki təminat şöbəsinin işini dəstəkləyir;
İQTİSADİ İNFORMATİKA
________________________266________________________
CRM marketinq və satışın bir sıra məsələlərini həll edir.
Lakin elə tətbiqi sistemlər var ki, şirkətin bütün
fəaliyyətinin uğurlu olması həmin sistemlərin işindən
asılıdır. Belə sistemlərdən biri korporativ ATS (avtomat
telefon stansiyası)-dir. Yuxarıda bəhs edilmiş təsnifatda
ATS-i “telekommunikasiya” bölməsinin informasiya
texnologiyalarına aid etmək olardı. Lakin aydındır ki, ATS
telekommunikasiya texnologiyasının bir sıra funksiyalarını
(Məsələn,
məlumatların
saxlanması,
ünvanların
dəyişdirilməsi, konfransların təşkili və s.) icra etmək
iqtidarında
deyildir.
Bu
baxımdan,
informasiya
sistemlərinə daha yaxın olan informasiya sistemləri
servislərinin idarə edilməsi sistemi olan
ITSM (Information
Technology Service Management) -dir. ITSM faktiki olaraq
informasiya sistemlərinin idarə edilməsinin dünya
standartıdır. Çünki bu, informasiya sistemləri üzərində
üstqurum sistem, informasiya sistemləri elementlərinin
fəaliyyətinə nəzarət edən, nasazlıqları qeyd edən, kömək
istəyən istifadəçiləri qeydiyyata alan, reqlamentli işlərin
icrasını işləyən, işdə baş verə biləcək imtinaları
proqnozlaşdıran metasistemdir.
Belə infrastruktur əlavələri şirkətin bütün əsas
fəaliyyət istiqamətlərində - həm neftçıxarmada, həm neft
emalında, həm də neft məhsullarının satışında
mövcuddur.
Beləlikə, biznes-əlavələr informasiya sistemlərinin
funksional
altsistemlərlə
birlikdə
informasiya
texnologiyaları və real biznec-proseslər arasında müəyyən
növ interfeys yaradır. FUNAS və biznes-əlavələr dəyər
əlavə edilməsi prosesində birbaşa iştirak edir. Məhz bunlar
İQTİSADİ İNFORMATİKA
________________________267________________________
informasiya
sistemlərinə
qoyulmuş
investisiyanın
qaytarılmasını təmin və informasiya texnologiyalarının
fəaliyyətini iqtisadi cəhətdən məqsədəuyğun edir.
Sonda onu da qeyd etmək lazımdır ki, iqtisadiyyat və
biznes mövcud olduqca, yeni tətbiqi informasiya sistemləri
yaradıcılığı da davam edəcəkdir. Bunu nəzərə almayanlar
rəqabət qabiliyyətini itirəcəkdir.
İQTİSADİ İNFORMATİKA
________________________268________________________
İQTİSADİ İNFORMATİKA
________________________269________________________
İNFORMASİYA SİSTEMİ VƏ
İDARƏETMƏ
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLİ
Müasir şirkətlərin idarə edilməsində informasiya
texnologiyaları geniş istifadə edilir. Müəssisənin idarə
edilməsinin bir-birinə qarşılıqlı təsir edən 2 tərəfi vardır:
müəsisənin idarə edilməsi prinsipləri və informasiya
texnologiyaları. Müəssisənin idarə edilməsinin müasir
metodları daha mükəmməl texnoloji həllər tələb edir.
Digər tərəfdən də, texnologiyaların bugünkü səviyyəsi
müəssisə menecmenti üçün yeni imkanlar açır.
Müəssisənin idarə edilməsi və informasiya texnologiyaları
informasiya sistemləri ilə sıx əlaqədardır.
İndi də informasiyanın quruluşunu idarəetmə
baxımından nəzərdən keçirək. Bəlli olduğu kimi,
informasiyanın bir hissəsi idarəetmə işçilərinin nəzarəti
altındadır və qərar qəbulunda həmin
nəzarət edilən
informasiyadan istifadə edilir. İnformasiyanın müəyyən
hissəsi diqqətdən kənarda qalır və bu informasiya qərar
qəbulunda istifadə edilmir. Halbuki qəbul edilən qərarın
keyfiyyətinin yüksəldilməsində həmin informasiyadan
istifadə edilməsi xeyli faydalı ola biləndir. Odur ki,
idarəedici işçi heyətinin çox mühüm vəzifələrindən biri
qəbul edilən qərarda
nəzarət edilən informasiyanın xüsusi
çəkisinin artırılmasından ibarətdir.
Zəruri verilənlərin əldə edilməsi üsullarından biri
kompüterləşdirilmiş informasiya sistemlərinin satın alınıb
İQTİSADİ İNFORMATİKA
________________________270________________________
müəssisədə quraşdırılmasıdır. Lakin bundan əvvəl
aydınlaşdırılmalıdır ki, rəhbərliyi hansı hesablama üsulu
qane edir. Əgər rəhbərlik ənənəvi yazı-posuya üstünlük
verirsə, bu məsələ barədə düşünməyə dəyməz. Əgər
kompüter texnologiyasına üstünlük verilirsə, onda bu işə
nə qədər vəsait ayrılması imkanı ön plana keçir. Bu imkan
həll ediləcək məsələlərin tərkibi ilə bağlıdır. Yəni,
müəssisə rəhbərliyi qərar qəbuluna cəlb etmək istədiyi
yeni informasiyanı necə alacağını bildikdən sonra məlum
olur ki, ayrılan vəsait bu məsələləri həll etməyə qadir olan
hesablayıcı sistemi satın almağa imkan verir, ya yox.
Müəssislərin əksəriyyəti üçün aydın olmuşdur ki,
nəzarətdən kənar qalan informasiyanın həcmi çox
olduqca, müəssisəinin işləməsi mürəkkəbləşir. Nəzarət
edilən informasiyanın tələbatdan az olması müəssisənin
fəaliyyət nəticələrinə ciddi təsir göstərir. Bu baxımdan,
informasiya sistemlərinin vəzifəsi nəzarət edilən
informasiyanın artırılmasından ibarətdir.
İnformasiya texnologiyaları, müəyyən mənada,
informasiya vakuumunu ləğv etməyə imkan verir. Bu
informasiya texnologiyaları həm müəssisədaxili, həm də
ətraf aləm (İstahlakçıların sorğuları, bazarların vəziyyəti,
tənzimləyici qaydalar və s.) barədə geniş spektrdə
informasiya verə bilir. Lakin idarəedicilərin bir qismi elə
hesab edir ki, proqram məhsulları informasiya vakuumunu
və şirkətin bütün problemlərini sərbəst surətdə, idarəedici
işçilərin fəal iştirakı olmadan aradan qaldırmaq
iqtidarındadır. Bu, yanlış fikirdir və idarəetmədə insanın
fəal iştirakı daim zəruri olacaqdır. Çünki müəssisələrin
fəaliyyəti təkcə texnoloji prosesdən ibarət deyildir. Hətta
|