İQTİSADİ İNFORMATİKA
________________________200________________________
ONTOLOJİ MATERİALLAR
Təbii dildə təqdim edilmiş mətn sənədlərinin və
axtarış sorğularının adekvat dərki (interpretasiyası) üçün
sistem predmet oblastının əsas anlayışlarını və onların
arasındakı müxtəlif semantik əlaqələri təyin edən vasitə
olmalıdır ki, buna da ontoloji materiallar deyilir. Buraya
predmet oblastının tezaurusu, birinci dərəcəli məntiq
dilləri və s. aiddir.
AXTARIŞ MODELLƏRI
Axtarış modeli anlayışı. Axtarış modeli dedikdə,
sənədlərin və sorğuların təqdimatı üsulları və relevantlıq
kriterisinin növü və bunların əlaqələndirilməsi nəzərdə
tutulur.
Sadə axtarış modeli. Bu modellər deskriptorlu və
klassifikatorlu axtarışı təsvir edir.
Aidi axtarış modeli. Mətndə tez-tez rast gələn söz
və söz birləşmələri əsasında axtarışı təsvir edir.
Məntiqi (Bul) axtarış modeli. Bu halda VƏ, VƏ
YA, DEYİL operatorlarından istifadə edilir.
Vektor axtarış modeli. Bu halda sənəd və sorğular
vektor kimi təsəvvür edilir. Sənəddəki və sorğudakı söz və
sözbirləşmələrinin lüğətdəki koordinatları əsas rol oynayır.
Axtarılan söz sənəddə varsa, onun koordinatına 1, əks
halda 0 yazılır.
İQTİSADİ İNFORMATİKA
________________________201________________________
MƏTN AXTARIŞ SİSTEMLƏRİNİN VƏZİYYƏTİ VƏ
YENİ TƏLƏBLƏR
İlk mətni axtarış sistemləri kitabxana işi üçün
nəzərdə tutulsa da, hal-hazırda bu, insan fəaliyyətinin bir
çox sahələrinə uğurla tətbiq edilir. Xüsusən qlobal
informasiya məkanı olan Veb-lə bağlı təkamül intensiv
xarakter almışdır.
MƏTN AXTARIŞ SAHƏSİNİN PROBLEMLƏRİ
Müasir dövrdə mətn axtarış problematikası olduqca
genişlənmişdir. Belə ki, buraya: konkret axtarış
modellərinin inkişafı; sistemlər üzərində eksperiment
aparılması, onların testləşdirilməsi və qiymətləndirilməsi
metodologiyası; mətn axtarışın reallaşdırılması metodları;
mətn axtarış və VB texnologiyalarının inteqrasiya edilməsi
üçün tətbiq edilən yanaşmalar; Veb mühitində axtarış;
verilənlərin sıxılması metodları; sorğuların emalı
səmərəliliyinin qiymətləndirilməsi; təbii dilin emalı; mətn
sənədlərinin təsnifləşdirilməsi və
klasterləşdirilməsi
metodları; elektron kitabxanalardakı informasiya axtarışı
üzrə proqram əlavələri; mətnlərin dərin təhlili;
multimediya informasiyasının indeksləşdirilməsi və
axtarışı texnologiyaları; “insan – kompüter” interfeysləri
və s. aiddir. Bu istiqamətlərin hamısında böyük uğurlar
əldə edilmişdir.
QEYD: Klaster (ingiliscə cluster - toplaşma, fırça,
dəstə, yığın anlamını verir) dedikdə müəyyən
İQTİSADİ İNFORMATİKA
________________________202________________________
xüsusiyyətə malik, müstəqil element kimi qəbul edilən
eyni cinsli elementlərin birləşməsi başa düşülür.
MƏTN SİSTEMLƏRİNİN FUNKSİONAL
İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ
Mətn axtarış sistemləri həm baza funksiyalarının icra
mexanizmlərinin təkmilləşdiriliməsi, həm də əlavə
imkanların yaradılması istiqamətində inkişaf etdirilir.
Əlavə imkanlardan bəziləri aşağıdakilardır:
Axtarış
dəqiqliyinin
yüksəldilməsi.
İstifadəçi
sorğusundaskı termlər müxtəlif qiymətlilik nümayiş
etdirdiyindən, bəzi sistemlər sorğuda iştirak edən
termlərin əhəmiyyətini xarakterizə edən əmsallar da verir.
Bu informasiya relevantlığın qiymətləndirilməsi zamanı
istifadə edilərək axtarış dəqiqliyini yüksəltməyə imkan
verir.
Sorğulara görə sənədlərin ranqlaşdırılması. Bir sıra
səbəblərə görə mətn axtarış sistemləri istifadəçini təmin
edən axtarışı reallaşdıra bilmədiyindən, sorğuya müəyyən
dərəcədə uyğun gələn sənədləri sorğuya yaxınlıq
dərəcəsinə görə ardıcıl düzmək lazım gəlir.
Relevantlıq üzrə əks-əlaqə. Bu, axtarışın nəticəsi
istifadəçini təmin etmədikdə sorğunu dəqiqləşdirmək
üçün yaradılan imkandır.
Yəni axtarışın nəticəsi kimi
təqdim edilmiş sənədlərin siyahısında istifadəçini təmin
etməyən sənədlərin qeyd edilməsi yolu ilə axtarışın
dəqiqləşdirilməsi həyata keçirilir.
İQTİSADİ İNFORMATİKA
________________________203________________________
İstifadəçi sorğularının avtomatik genişləndirilməsi.
Bu, istifadəçi sorğusuna avtomatik əlavələr edilməsi yolu
ilə edilir və axtarışın səmərəliliyini artırır.
Sənədlərin avtomatik indeksləşdirilməsi. Bu, işi
əhəmiyyətli dərəcədə sürətləndirir.
Multi-dilli axtarış. Bu, bir neçə təbii dildə təqdim
edilmiş sənədləri axtarmağa imkan verir. Burada əsas
problem sənəd və ya onun fraqmentinin hansı dildə tərtib
edildiyini düzgün təyin etməkdən ibarətdir.
Kross-dilli axtarış. Bu o halda tətbiq edilir ki, sorğu
bir dildə, axtarılan sənəd isə başqa dildə tərtib edilmiş
olsun. Burada, ilk növbədə, sorğu və sənədin hansı
dillərdə tərtib edildiyi müəyyən edilir, sonra ya sorğu
sənədin, ya da sənəd sorğunun dilinə tərcümə edilir.
VB sistemlərində mətn axtarışı. VB resurslarının
mətn sənədləri kolleksiyaları ilə inteqrasiya edilməsi
mühüm əhəmiyyət daşıyır. Bir sıra relyasiyalı və obyekt-
relyasiyalı serverlərdə, məsələn,
IBM kompaniyasının
DB2, Oracle kompaniyasının Oracle Corp., Microsoft Corp.
kompaniyasının
SQL Server 7.0 və SQL-server 2000 VBİS-
lərində mətn axtarış mexanizmləri mövcuddur. Lakin bu
sistemlərdəki axtarış yalnız məntiqi (bul) modelə
əsaslanır.
Veb-də mətn resurslarının axtarışı. Veb resursları
zənginləşdikcə bu mühitdə mətn axtarışı aktuallaşır. Çünki
ənənəvi naviqasiya mexanizmləri informasiya resurslarına
kifayət qədər operativ müraciəti təmin etmir.
Veb
mühitində ilk mətn axtarış
axtarış maşınları vasitəsilə icra
edilirdi və bu zaman yalnız aidi axtarış aparmaq mümkün
idi. Sonralar
Veb mühitində məntiqi (bul) axtarışı tətbiq
İQTİSADİ İNFORMATİKA
________________________204________________________
edildi. Hal-hazırda bir sıra universal və predmet oblastına
yönəldilmiş
Veb-axtarış sistemləri mövcuddur. Bunlardan:
çoxdilli
AltaVista, Yahoo!, Google və s. nəhəng axtarış
sistemlərini misal göstərmək olar.
Sözügedən istiqamətdə növbəti ciddi uğurlar
XML
platforması
standartlarına
əsaslanan
yeni
nəsil
texnologiya ilə bağlı olacaqdır. Çünki bu texnologiya
axtarış “çoxüzlülüyünü” (çoxindeksliliyini) azaltmağa
imkan verir.
MƏTN AXTARIŞ SİSTEMLƏRİNƏ YENİ TƏLƏBLƏR
Əsas tələblər aşağıdakılardır:
Çox iri sənəd kolleksiyaları ilə səmərəli mətn axtarışın təmin
edilməsi;
Sənədin və sorğunun məzmununu daha yaxşı təqdim
edən metodların işlənib hazırlanması;
Mətn, şəkil, audio, video və s. təbiətli sənədlərin birgə emalı
imkanının yaradılması;
Həm statik sənədlərin, həm də sənəd axınlarındakı
sənədlərin axtarışını təmin edən səmərəli metodların
işlənib hazırlanması;
Mətn
axtarış
sistemlərinin
qiymətləndirilməsi
metodologiyasının yaradılması.
İQTİSADİ İNFORMATİKA
________________________205________________________
VEB TEXNOLOGİYALARI
İnternet mühitində fəaliyyət göstərən ümumdünya
hörümçək toru (
World Wide Web) adlı qlobal hipermediya
paylanmış informasiya sisteminin yaradılması 20-ci əsrin
son 10 illiyində əldə edilmiş ən böyük elmi-texniki nailiyyət
olmaqla, bir sıra yeni informasiya texnologiyalarının
təməlini təşkil etmişdir ki, bu da nəticə etibarı ilə dərin
sosial-iqtisadı dəyişikliklər törətmişdir.
Layihənin ideyası 1980-ci illərin sonunda Cenevrədə
yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN)
istifadə edilmək üçün təklif edilmişdi. Lakin qısa müddətdə
bu ideya İnternetin yaranmasına gətirib çıxardı.
İNTERNETİN İNFORMASİYA SERVİSLƏRİ
Qlobal hesablayıçı-kommunikasiya şəbəkəsi olan
İnternetdə bir sıra informasiya və digər servislər
mövcuddur ki, bunların da xidmətlərindən müxtəlif
istifadəçilər istifadə edirlər. Bu servislərin bəziləri hamı
üçün açıq olsa da, bəziləri xüsusi parol tələb edir.
Nisbətən çox istifadə edilən İnternet servislərinə:
WWW, elektron poçt, fayl ötürülməsi servisləri,
telekonfrans və hesablayıcı resurslara məsafədən
müraciət imkanları yaradan proqram və aparat vasitələri
kompleksləri aiddir.
İnternetin bütün ibformasiya servisləri “müştəri –
server” arxitekturası əsasında qurulur. Bunlardan bəziləri,
İQTİSADİ İNFORMATİKA
________________________206________________________
məsələn,
WWW paylanmış informasiya resursları ilə işləyə
bilir.
İnternet açıq sistemlərin şəbəkədə qarşılıqlı
fəaliyyətinin etalon modeli (
Open System İnterconnection
–OSİ) standartı əsasında qurulduğundan, WWW proqram
təminatı
İnternetə
daxil
olan
şəbəkələrin
xüsusiyyətlərindən də asılı deyildir. Bu proqram təminatı
etalon modeldə
tətbiqi səviyyəyə aiddir.
Beləliklə, İnternetdə istifadə edilən aparat-proqram
platformalarının bircinsli olmaması sözügedən şəbəkə
servislərinin şəffaf olmasına mane olmur.
İnternetin informasiya servislərinin funksional
imkanları barədə qisaca aşağıdakıları qeyd etmək olar.
WWW servisi. Bu, qlobal şəbəkənin müxtəlif
düyünlərində
yerləşən
paylanmış
hiper-mediya
informasiya resurslarına naviqasiya (axtarış) müraciəti
təmin edən İnternet servisidir. Bu servisdə paylanmış
informasiya resursları istifadəçilər üçün şəffafdır.
Elektron poçt. Bu, İnternet servislərinin ən
populyarıdır. Elektron poçtun funksiyası bir istifadəçinin
ötürdüyü xəbəri başqa istifadəçiyə (istifadəçilərə)
çatdırmaqdan ibarətdir. Bu servisin hər bir istifadəçisi
özünün
elektron ünvanına malikdir. Bu ünvan onu
İnternet mühitində fərdi şəkildə təyin etməyə imkan verir.
İstifadəçinin elektron ünvanı ona xidmət göstərən poçt
serverindəki İnternet düyününün
domen adından və
həmin
serverdə
təkrarı
olmayan
istifadəçi
identifikatorundan ibarətdir.
Məsələn,
vizit
kartındakı
e-mail:
student@econ.adiu.az yazısı kart sahibinin elektron
İQTİSADİ İNFORMATİKA
________________________207________________________
ünvanıdır. Burada:
student – elektron poçt serverində
onun istifadəçi identifikatoru,
econ.adiu.az - xidmətedici
düyünün domen adı,
@ - ayırıcı simvoldur. İstifadəçiyə
gələn xəbər poçt serveri tərəfindən onun
poçt qutusuna
yerləşdirilir. Müştəri proqram təminatının köməyi ilə
istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı faylları silə
bilir, oraya fayl daxil edə bilir və s.
QEYD: Orta əsr rahibləri latın dilində olan “ad”
önluyünü qısa şəkildə yazmaq üçün @ işarəsini icad
edirlər (müasir ingilis dilində “at” önlüyü “hara”, “doğru”,
“hara yanaşma” anlamını verir). İşarə haqqında sonralar,
XV əsr əlyazmalarında ispan tacirlərinin tərəzi və ya
qapanlarda aparılmış ölçüləri – “arroba” - qısa şəkildə
şəhr etməkdən ötrü @ işarəsindən istifadə etdikləri
barədə xatırlamalar vardır (arroba təxminən 11,52
kiloqrama və ya 25,40 funta bərabər ölçüdür). Kapitalizm
dövründə işarə yeni tətbiq sahəsi tapır. Ondan
hesablama işlərində qiyməti göstərmək üçün istifadə
olunur. Bu ərəfədə bütün sahələrdə geniş istifadə edilən
çap makinalarında @ işarəsi ilə yanaşı digər işarələrdə -
#, $, % özünə tutarlı səviyyədə yer tutur. 1960-cı illərin
axırlarında BBN Technology şirkətində işləyən Rey
Tomlinson ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə
hazırlanacaq ARPANET şəbəkəsinin yaradılmasında fəal
iştirak edir və 1971-ci ildə ARPANET şəbəkələrində bir-
birindən uzaq məsafələrdə yerləşən kompüterlər
arasında əlaqə yaratmaq üçün elektron poçtundan
istifadə etməyi təklif edir. Şəbəkədə istifadə olunan “ad-
İQTİSADİ İNFORMATİKA
________________________208________________________
işarə-yer” universal alqoritmini tamamlamaq üçün
R.Tomlinson “@” işarəsini təklif edir. Buna əsas səbəb
işarənin çap makinasının klaviaturasında təsadüfü
istifadə edilməsi idi.
İşarənin “sobaçka” adlandırılması da çox dolaşıq
hadisədir. Müxtəlif mənbələr hesab edirlər ki, ancaq
ruslar işarəni belə adlandırırlar.
Digər xalqların dilində işarə müxtəlif çür: məsələn,
koreyalılar “ilbiz”, finlər “yatmış pişik balası”, macarlar
“soxulcan”, çinlilər “balaca sican”, isveçlər “darçınlı
bulka” və s. adlandırırlar.
Rey Tomlinson (ingiliscə Ray Samuel Tomlinson)
1941-ci ildə anadan olmuşdur. BBN Technologies
şirkətinin kompüter mühəndisidir. Analoq - rəqəmsal
hibrid danışıq sintezatorunu icad etmişdir. 1971-ci ildə
ARPANET kompüter şəbəkəsində istifadə olunan
Elektron poştunun yaradıcısıdır. İnternetdə @ (at-sign)
İQTİSADİ İNFORMATİKA
________________________209________________________
simvolundan istifadəni təklif etmişdir. Kompüterin mətn
informasiyasının kompüterdən kompüterə ötürülməsi
üçün yararlı olan TENEX proqramının müəllifidir. Bununla
yanaşı CPYNET proqramını işləyib hazırlamışdır. Proqram
istifadəçiyə faylı göndərən zaman onun mühafizə
olunmasına tam əminlik verir. 2009-cu ildə “Texniki və
elmi tədqiqatlar” kateqoriyası üzrə
şəhzadə Asturiqski
mükafatına
layiq
görülmüşdür.
2012-ci
ildə
“İnnovatorlar” kateqoriyası üzrə “
İnternetin şöhrət
salonu” siyahısına adı daxil olunmuşdur.
Faylötürmə servisi. Bu,
ftp (File Transfer Protocol)
protokoluna əsasən iş görür. Bu səbəbdən, faylötürmə
servisi qısaca,
ftp servisi adlanır. Bu servisin istifadəçiləri
müvafiq parol yığmaqla, onları maraqlandıran poçt-
serverlərdəki arxiv fayllarına müraciət edərək həmin
faylları lazımi ünvanlara ötürə bilirlər.
Ftp-serverdəki
ümumi istifadə fayllarına
anonim (parolsuz) müraciət
etməkdə mümkündür.
Telekonfranslar. Telekonfrans servisi insanlar
qrupunu müəyyən problem ətrafında ünsiyyət keçirməyə
şərait yaradır. Bu servisdə konfrans iştirakçıları bir-birinə
xəbər ötürüb qəbul edə bilirlər. Telekonfransın 2 növü
vardır:
informasiya yayımı siyahıları və yeniliklər qrupu. 1-
ci növ telekonfrans ya inzibatçı tərəfindən, ya da
avtomatlaşdırılmış qaydada idarə edilir. Bu konfransın
iştirakçısı olmaq üçün konfrans inzibatçısına və ya serverə
xəbər göndərməklə
yazılmaq lazımdır. Yalnız bundan
sonra iştirakçı olmaq istəyənin elektron ünvanı yayım
İQTİSADİ İNFORMATİKA
________________________210________________________
siyahısına düşür. 2-ci növ konfranslar interaktiv rejimdə
fəaliyyət göstərir. Bu halda verilmiş qrup iştirakçıları üçün
nəzərdə tutulan xəbərlərin saxlandığı Veb-serverə
müraciət etmək kifayətdir.
Uzaq terminalın emulyasiyası. Bu servis
istifadəçiyə uzaq terminalla öz kompüteri ilə işlədiyi kimi
işləməyə imkan verir. Uzaq terminalın emulsiyası
telnet
protokolunun köməyi ilə həyata keçirilir.
Bunlarla yanaşı, İnternetdə
Gopher, Archie və WAIS
kimi ilk informasiya servisləri də hələ fəaliyyətdədir. Bu
servislər istifadə sarıdan xeyli zəifləsə də hələ
nəzərəçarpacaq dərəcədə istifadəçiləri öz ətrafında
saxlamaqdadırlar.
Gopher servisi. Bu, vahid inteqrasiya edilmiş
istifadəçi interfeysinin köməyi ilə
elektron poçt, ftp, telnet
və s. servislərə müraciəti mümkün edir. Müştəri proqramı
olan
Gopher özünəməxsus axtarış vasitələrinə, şəbəkə
naviqasiyasına və menyuyə malik olduğundan, çox zaman
onu şəbəkə proqram örtüyü də adlandırırlar.
Archie servisi. Bu,
Archie-serverin yaddaşındakı
disk kataloqlarının strukturu, oradakı faylların adları və
müəllifləri barədə məlumat almağa imkan verir.
Archie
servisi müştəri sorğuları üzrə fayl axtarmağı təmin edir.
WAIS servisi. Bu,
Wide Area Information Server
adlı, interaktiv interfeysli, tammətnli aidi axtarış
sistemidir.
Lakin artıq qeyd etdiyimiz kimi, bu servislər Veb
tərəfindən sıxışdırılmışdır. Veb-brauzerlər adlanan Veb-in
müştəri proqram vasitələri həmin servislərə müraciəti
təmin edir.
İQTİSADİ İNFORMATİKA
________________________211________________________
ÜMUMDÜNYA HÖRÜMÇƏK TORU
İnformasiya servisi layihəsi şəklində meydana çıxan
və sonra Ümumdünya hörümçək toruna çevrilən qlobal
kompüter şəbəkəsi
görünməmiş sürətlə
inkişaf
etməkdədir. Bu inkişafın səbəbi təkcə aktuallıq deyil, həm
də Veb texnologiyasının aşağidakı üstünlükləridir:
İnformasiya resurslarına qlobal müraciətin təmin
edilməsi;
Müraciət vaxtına hədd yoxdur, istənilən vaxt
müraciət mümkündür;
Müxtəlif mövzulara aid olan iri həcmli informasiya
resurslarına sərbəst müraciət imkanının olması;
Naviqasiya üsulunun sadə və təbiiliyi;
Sistemin açıq xarakterli olması – Veb açıq sistem
standartlarına əsaslanır;
İnformasiya resurslarının çap edilməsi üçün
sistemin açıq olması (Veb-də heç bir mərkəzi
idarəetmə orqanı yoxdur, bu, başdan-başa
könüllülər sistemidir);
Veb-də informasiyanın nəşrə hazırlanmasının
sadəliyi;
Həm server, həm də müştəri proqram təminatına
azad müraciətin mümkünlüyü;
İnformasiya resurslarının paylanması amilinin
istifadəçi üçün şəffaflığı və aparat-proqram
platformalarının yekcins olmaması;
İstifadəçidən tələb olunan ixtisas səviyyəsinin
minimumluğu və s.
İQTİSADİ İNFORMATİKA
________________________212________________________
VEB-İN FUNKSİYALARI NƏDƏN İBARƏTDİR?
Hər şeydən əvvəl qeyd edək ki, İnternetin digər
informasiya servisləri kimi, Veb-in arxitekturası da
“müştəri – server” prinsipinə əsaslanır. Sistemin
informasiya resursları Veb-serverlərdə
hipermətn və ya
hipermediya
formasında
saxlanır.
Veb-serverin
informasiya resursları həm öz aralarında, həm də digər
serverlərdəki
resurslarla
hiperiqtibaslarla
əlaqələndiklərindən,
qlobal informasiya hiperməkanı
yaranır. Veb-serverlərdəki informasiya resurslarının
hipermətn təqdimatı (Veb-səhifələr) və multimediya
resursları (şəkillər, audio-video verilənlər və s.)
HTML
dilinə əsaslanır.
Beləliklə, Veb - bircins olmayan (hipermətn
+multimediya) qlobal paylanmış informasiya sistemidir.
Veb-müştərilərinin proqram təminatı
veb-brauzer
adlanır. Veb-brauzer istifadəçiyə sorğu vermək imkanı
yaratmaqla yanaşı, həm də cavabı öz kompüterinin
ekranında almağa, çap etməyə, öz diskində saxlamağa,
Veb-in paylanmış informasiya resursları fəzasında
hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.
Veb-in instrumental vasitələri istifadəçi ilə Veb-
server arasında əks-əlaqə yaratmaqla, müəyyən
proqramların serverdə icrasına nail olmaq imkanı da
yaradır. Bu halda server nəticəni münasib formaya salaraq
istifadəçi kompüterinin ekranına çıxarır. Bu prinsip
paylanmış VB-yə telekommunikasiya vasitələri ilə
müraciət zamanı geniş tətbiq edilir.
İQTİSADİ İNFORMATİKA
________________________213________________________
VEB-İN İNFORMASİYA RESURSLARI
Veb-in
informasiya
resursları
hipermətn
konsepsiyasına əsasən təşkil edilir. Bu konsepsiyanın
məğzi ondan ibarətdir ki, Veb mühitində təqdim edilən
sənədlər əlahiddə və bölünməz tam deyildir. Burada
informasiya resursu vahidi kimi həm bütövlükdə sənəd,
həm də onun əvvəlcədən işarələnmiş fraqmentləri
götürülə bilir. Bundan əlavə, Veb-serverdə sənədlər və ya
fraqmentlər arasındakı hiperiqtibaslar əvvəlcədən təyin
edilmiş şəkildə olur. Bu qayda ilə sənədlərin mürəkkəb
strukturu yaradılır. İstifadəçi istədiyi sənədə və ya
fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.
Hipermətn dedikdə, bir-biri ilə hiperiqtibas adlanan
məzmun əlaqələri olan sənədlər çoxluğu nəzərdə tutulur.
Hipermətn elə
mürəkkəb strukturlaşdırılmış mətndir ki,
onun strukturu istifadəçiyə görünür. Hipermətnlə işləmək
üçün Veb-brauzer adlanan proqramdan istifadə edilir. Adi
mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və
ya axırdan-əvvələ ardıcıl baxmaq olar. Lakin hipermətn
qeyri-xətti quruluşludur. Buna görə hipermətnə istənilən
qaydada baxmaq mümkündür. Bu xassəsinə görə,
hipermətn
elektron
lüğətlərin,
ensiklopediyaların,
dərsliklərin və s. qurulması üçün çox səmərəlidir.
Hipermətn ideyası ilk dəfə ABŞ prezidenti T.
Ruzveltin elm üzrə məsləhətçisi V. Buş (1890-1974)
tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə
amerika alimi T.Nelson tərəfindən reallaşdırıldı.
|