İQTİSADİ İNFORMATİKA
________________________141________________________
İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir;
Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən
təsdiq edilməlidir;
Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir;
Paketin hərəkət marşrutu ötürmə zamanı müəyyən
edilməli və hətta bir xəbər daxilindəki paketlər də müxtəlif
marşrutlarla ötürülə bilməlidir;
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər
bərpa edilməlidir.
Kommunikasiya protokolu olan İP
şəbəkə
səviyyəsinin protokolu olub, İnternet şəbəkəsi ilə ötürülən
paketin formatını təsvir edir.
Nəqliyyat protokolu olan TCP informasiyanın
ötürülməsinə və bütövlüyünə nəzarət edir. Yəni,
İnternetdə kompüterlər arasındakı informasiya mübadiləsi
İP protokolu ilə ötürülən paketlərin TCP protokolu ilə
nəzarətdə saxlanmasına əsaslanır.
İnternet daxilində hər bir şəbəkə özünəməxsus
rabitə texnologiyasına əsaslanaraq spesifik tələblərə
uyğun fəaliyyət göstərir. Lakin bütün şəbəkələr
informasiya paketlərini qəbul edib lazımi ünvana ötürə
bilir.
QEYD: 1961-ci ildə Kaliforniya Universitetinin
professoru Leonard Kleynrok informasiyanın paket
prinsipi ilə ötürülməsi ilə bağlı ilk elmi məqaləni sayılan
jurnallardan birində çap etdirir. Alim elmi məqalədə
qlobal informasiya şəbəkələrinin qurulmasının başlıca
prinsipini formalaşdırır: informasiyanı müəyyən zaman
İQTİSADİ İNFORMATİKA
________________________142________________________
müddətində, müxtəlif sayda aralıq bəndlərindən
keçirməklə, böyük məsafəyə göndərmək üçün verilənlər
kiçik paketlərə ayrılmalı və bir-birindən asılı olmadan
ötürülməli, yalnız son məntəqədə qəbuledici tərəfindən
bir yerə yığılmalıdır.
ARPANET layihəsi çərçivəsində həyata keçirilən iş
paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına
əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn,
xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər
təyin olunmuş yerə çatana qədər səmərəli marşrut
seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə
yerini dəyişir. Sonda bütün paketlər lazımı yerə çataraq
yenidən birləşərək ilkin formanı alır. Kompüterlərin eyni
hüquqlu olması informasiyanın konkret bir kompüterdən
asılılığını aradan qaldırır. Bu texnologiyaya əsasən əgər
kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa,
böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə
bilər.
ARPANET sistemi uzaq məsafədə olan kompüter
mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem elektron
poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün
istifadə
olunurdu.
Sistem
inkişaf
edərək, 1983-cü ildə iki şəbəkəyə: ARPANET və MILNET
şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər,
ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün
nəzərdə tutulur. Son nəticədə iki şəbəkə arasında
informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə
İnternet adı ilə dünyada tanınır.
İQTİSADİ İNFORMATİKA
________________________143________________________
Leonard Kleynrok (ingiliscə Leonard Kleinrock 1934-
cü ildə anadan olmuşdur. Amerika mühəndisi və
informasiya texnologiyaları və kompüter şəbəkələri
sahəsində görkəmli alim, “Mühəndis işləri və tətbiqi”
elmlər
sahəsində
Kaliforniya
universitetinin
professorudur. ARPANET-in yaradılmasında və Los-
Anceles şəhərində istifadə edilməsində böyük rol
oynamışdır. Onun nəzəri ieratrxik marşrutlaşma işləri
indiki zamanda müasir İnternetdən istifadə edilməsində
geniş istifadə olunur.
İlk vaxtlar İnternet yalnız elmi informasiya
mübadiləsini həyata keçirdiyindən, kommersiya xarakteri
daşımırdı. Son illərdə İnternetin kommersiya tərəfi daha
böyük əhəmiyyət daşımağa başlamışdır.
İQTİSADİ İNFORMATİKA
________________________144________________________
QEYD: 1958-ci ildə ABŞ prezidenti D.Eyzenxayerin
təşəbbüsü ilə yeni dövlət strukturu, strukturun tərkibində
isə gələcək problemlərin həlli üçün ARPA (Advanced
Research Projects Agency) agentliyi yaradıldı. Agentlik
qarşısında duran əsas məsələ müdafiə sahəsində yeni və
perspektiv elmi layihələrlə bağlı məsələlərin həll edilməsi
idi. Məqsəd bir idi – hərbi işlərdə Sovet dövləti Amerika
Birləşmiş Ştatlarını ötüb keçməməli.
Ö dövrdə əsas məsələ agentlik tərəfindən
kompüterlər arasında verilənlərin mübadiləsini həyata
keçirən elektron şəbəkənin yaradılması idi. Şəbəkə
ARPANET adlandırıldı (Net –ingiliscə “şəbəkə” anlamını
verir).
ARPANET şəbəkəsinin yaradılmasında istifadə
edilən bütün təşkiledicilər sonralar tamamilə İNTERNET
şəbəkəsində istifadə olundu.
İnternetin yaradıcısı kim olmuşdur sualına cavab
vermək çətindir. Suala təxmini cavab belədir: şəbəkə bir
nəfər tərəfindən deyil, çoxlu sayda alımlər və bu sahədə
peşəkar olan şəxslər tərəfindən yaradılmışdır.
Bu barədə məlumata 2013-cü ildə texniki jurnalların
birində çap edilmiş maqələdə rast gəlinir. Məqalədə
şəbəkənin yaradılma təşəbbüskarının Cozef Liklayder
(Joseph Carl Robnett Lieklider: 1915-1990) olduğu qeyd
olunur.
Ümumiyyətlə, İnternetin yaradıcılarından birini Pol
Barana olduğunu (Paul Aleksandr Baran: 1926-2011)
hesab etmək düzgündür. 1959-cu ildə “RAND
Corporation” şirkətində işləyərkən Pol Barana nüvə
İQTİSADİ İNFORMATİKA
________________________145________________________
hücumlarından müdafiə olunmaq üçün şəbəkə sisteminin
yaradılması ilə məşğul olur. Əsas məsələ şəbəkə
vasitəsilə ötürüləcək məlumatların “paket”lər formasinda
olaraq ötürülməsi və bu məqsədlə ötürülən
informasiyanın həddindən artıq sıxlığa malik olması idi.
Bu
ərəfədə
informasiyanın
kommunikasiya
şəbəkələrində paketlər formasinda ötürülməsi məsələsini
ingilis fiziki Donald Devis də (Donald Watts Davies: 1924-
2000) irəli sürür və maliyyə çatışmazlığı üzündən
problem həllini tapa bilmir.
Nəzərə almaq lazımdır ki, “RAND Corporation”
şirkəti Amerikanın starteji mərkəzi olduğu üçün şirkətdə
bu sahə ilə bağlı yerinə yetirilən işlər vaxtlı-vaxtında
həyata keçirilidi, çünki şirkətin maliyyə təminatı lazımı
səviyyədə yerinə yetirilirdi.
Çoxsaylı mütəxəssislər qrupu bu baxımdan da
İnternetin yaradılmasını məhz həmin şirkətin adı ilə
bağlayırlar. Digər tərəfdən də 1963-cü ildə vahid
kompüter şəbəkəsinin yaradılması ideyası şirkətdə
laboratoriya müdiri işləyən Cozef Liklayderə tapşırıldığı
üçün bu məsələnin doğrülünü müəyyən qədər təsdiq
edir.
İdeyanın tamamilə həyata keçirilməsi ərəfəsində
(1966-cı il) Cozef Liklayder şirkəti tərk edir və problemin
həlli Bob Teylora (Robert William Taylor: 1932- )
tapşırılır. B.Teylor tərəfindən yaradılan vahid kompüter
şəbəkəsi 4 müxtəlif istiqamətdən məlumatları qəbul
etməklə təhlil edirdi. Alınmış məlumatları təhlil etmək
həddindən artıq çətinliyə gətirib çıxarırdı, çünki hər bir
İQTİSADİ İNFORMATİKA
________________________146________________________
istiqamətdən gələn məlumat özünə uyğun terminalda
təhlil olunurdu. Bu baxımdan da təşkilatçı müxtəlif
istiqamətlərdən daxil olan informasiyaların bir terminala
daxil edilməsinə və həmin terminalda təhlil edilməsini
məsləhət görür, bu ideyanın həyata keçməsinə üstünlük
verir və ideyanı həyata keçirir.
ARPANET şəbəkəsinin yaradılmasına 1966-cı ildən
başlanılır. Tədqiqatlar Boston şəhərində yerləşən, Cozef
Liklayderin rəhbərlik etdiyi BBN firmasına həvalə olunur.
Layihənin yerinə yetirilməsində Kaliforniya ştatının üç
universiteti və Yutı ştatının bir universiteti iştirak edir.
Cozef Liklayder
Pol Baran
Bir-birindən 600 kilometr məsafədə yerləşən iki
kompüter arasında ilk əlaqə seansı 1969-cu il, Oktyabr
İQTİSADİ İNFORMATİKA
________________________147________________________
ayının 29-da, 21
00
-da baş tutur. Bir terminaldan digər
terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur.
Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur.
Daha sonra şəbəkənin imkanlarından (1971-ci il) daha
15 universitet istifadə etməyə başlayır. 1973-cü ildə
şəbəkəyə Böyük Britaniya və Norveç universitetləri də
qoşulur.
Beləlikılə, şəbəkə ümumdünya statusu alır. 1990-cı
ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki şəbəkə
qarşısında qoyulmuş məsələ artıq öz həllini tapmışdı.
Şəbəkənin işini onun bazası əsasında yaradılmış yeni
şəbəkə - İNTERNET şəbəkəsi davam etdirir.
Donald Devis
Bob Teylor
İQTİSADİ İNFORMATİKA
________________________148________________________
Kompaniya
və
korporasiyaların
korporativ
informasiya və kommunikasiya resursları əsasında
İnternetin İntranet texnologiyası yaranmışdır.
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması
üçün müxtəlif mürəkkəbliyə malik məsələlər həll
edilməlidir. Belə ki:
Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir;
İnternet ünvanları və adları şəbəkənin bütün daxili
istifadəçiləri üçün alınmalıdır;
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki
qoşulmalıdır;
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin
marşrutu təyin edilməli və marşrutlaşdırma idarə
edilməlidir;
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında
elektron poçtla informasiya mübadiləsi reallaşdırılmalıdır;
İnternet bazasında İntranet texnologiyasına maneəsiz
informasiya xidmədi təşkil edilməlidir;
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll
edilməlidir.
İNTERNET XİDMƏTLƏRİ
İnternet xidmətləri cürbəcürdür. Əsas xidmətlər
aşağıdakılardır: elektron poçt, telekonfrans, informasiya
yayımı siyahıları, fayllara məsafədən müraciət, uzaq
terminal rejimində iş, Ümumdünya hörümçək toru.
İnternet xidmətləri: interaktiv, birbaşa və təxirə
salınmış oxu kimi 3 növə bölünür. Təxirə salınmış oxu
İQTİSADİ İNFORMATİKA
________________________149________________________
xidmətində sorğu ilə cavab eyni vaxtda baş vermir.
Elektron poşt bu xidmət növünə aiddir. Birbaşa müraciət
xidmətində sorğuya həmin anda cavab verilir. Lakin cavab
alanın əlbəəl reaksiya verməsi tələb olunmur. Faylların
ötürülməsi bu növ xidmətə aiddir. Alınmış informasiyaya
əlbəəl reaksiya verilməsi tələb olunan xidmət növü
interaktiv sayılır və Ümumdünya hörümçək toru belə
xidmətdir.
Elektron poşt (e-mail) İnternetin daha populyar
xidmətidir. Bu zaman bir kompüterdən ötürülən mətni
ünvan öz kompüterində alır, lakin onu özünə münasib
vaxtda oxuyur.
Müxtəlif prinsiplərlə qurulmuş, müxtəlif protokollarla
işləyən şəbəkələrdə elektron məktub ötürmək üçün SMPT
(Simple Mail Transfer Protocol) protokolundan, qəbul
etmək üçün isə POP protokolundan istifadə edilir.
Windows əməliyyat sistemi mühitində elektron poçt üçün
Outbook Express, Microsoft Outbook, Netscape
Communikator və digər proqramlardan istifadə etmək
olar.
Şəbəkə yenilikləri Usenet və ya telekonfrans da
İnternetin geniş yayılmış xidmətlərindəndir. Bu halda
xəbər alan şəbəkə düyünü həmin xəbəri siyahıda olan
bütün düyünlərə translyasiya edir. Beləliklə, bir xəbər
çoxqat təkrarlanaraq qısa müddətdə bütün dünyaya
(Usenet konfrans iştirakçılarına) yayılır.
İnformasiya yayımı siyahıları elektron poçtla işləyən
sadə İnternet xidmətidir. Bu halda bir məktub siyahıda
qeydiyyata düşmüş bütün abonentlərə ötürülür. Bu yayımı
İQTİSADİ İNFORMATİKA
________________________150________________________
hansı təşkilat icra edirsə, o da yayıma nəzarət edir.
Halbuki belə nəzarət Usenet xidməıtində yoxdur.
FTP xidməti xüsusi serverlərdə saxlanan fayllara
(həmçinin, arxiv fayllarına) müraciəti təmin edir.
Ümumdünya hörümçək toru (World Wide Web –
WWW) İnternetin ən populyar xidmətidir. Bu xidmət
hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının
ardıcıl, xətti formada deyil, bir-biri ilə iqtibaslar şəklində
bağlı olan mətnlər çoxluğu kimi təşkil edilməsinə
hipermətn deyilir. Bir mətn daxilindəki iqtibas digər mətnə
keçidə imkan verir. İqtibas edilən mətn başqa
kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər.
Hipermətn ideyası əsasında multimediya texnologiyasına
əsaslanan hipermediya yaradılmışdır. Hipermətn sənədi
HTML (Hyper Text Markup Language) dilində tərtib edilir.
HTML formatını ötürmək üçün HTTP (Hyper Text Transfer
Protocol)
protokolundan
istifadə
edilir.
WWW
sənədindəki iqtibaslar elə təşkil edilmişdir ki, hər bir
informasiya resursu İnternetdə birmənalı ünvanlaşdırılır.
İnternetdə informasiya resursuna iqtibaslar URL-ünvanlar
(Uniform Resource Locator) adlanır.
WWW xidmətinin köməyi ilə istifadəçi öz
informasiya fəzasını vahid bütöv kimi qəbul edir. İqtibaslar
WWW müştərisi olan brauzer adlanan proqramlar
vasitəsilə dərk edilir.
Telnet xidməti məsafədəki kompüterlərə terminal
müraciətini təmin edir.
Proxy-server (əlaqələndirici server) tez-tez müraciət
edilən informasiyanın üzünü özündə saxlayır və təkrar
müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.
İQTİSADİ İNFORMATİKA
________________________151________________________
İNTERNETDƏ RESURSLARIN ÜNVANLAŞDIRILMASI
Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir
kompüter (əslində, kompüterin şəbəkə adapteri) eyni
zamanda 3 ünvan alır: birincisi, adapterin zavod
nömrəsidir, ikincisi, İP ünvanın kodudur, üçüncüsü,
domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi
üçün nəzərdə tutulmuşdur.
İP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən
ibarətdir: İP –ünvanın ranqı, lokal şəbəkənin nömrəsi və
şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı
bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü
təyin edir. Şəbəkənin nömrəsi qeydiyyat zamanı verilir.
Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir.
Şəbəkə daxilində kompüterin nömrələnməsi isə şəbəkə
inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı DNS (Domain Name
System) iyerarxik quruluşludur. Yuxarı səviyyənin bir neçə
domeni vardır ki, bunların da hər birinə müəyyən ad
verilir: mom, edu, org, gov, ru, az və s. Növbəti səviyyə
domeni yuxarı səviyyə domeninə yeni ad əlavə etməklə
yaradılır. Məsələn, econ.msu.ru Moskva Dövlət
Universiteti İqtisad fakültəsinin şəbəkədəki domen adıdır.
Domen adları sistemi İnternet xidmətləri içərisində
mərkəzi yerlərdən birini tutur.
İQTİSADİ İNFORMATİKA
________________________152________________________
TCP/IP PROTOKOLLARI AİLƏSİ
Artıq qeyd edildiyi kimi, TCP/IP protokolları müxtəlif
səviyyəli kommunikasiya protokollarının tam ailəsini əhatə
edir. Buraya aşağıdakılar aiddir:
IP (Internet Protocol) – şəbəkələrarası protokol;
TCP (Transmission Control Protocol) - baza nəqliyyat
protokolu;
UDP (User Datagram Protocol)- TCP protokolundan
fərqlənən ikinci nəqliyyat protokolu;
ARP (Address Resolution Protocol)- İP və Ethernet
ünvanlarının uyğunluğunu müəyyən etmək üçün istifadə
edilir;
SLİP (Serial Line İnternet Protocol) - telefon xətti ilə verilən
ötürülməsinin kanal protokolu;
PPP (Point to Point Protocol)- “məntəqədən məntəqəyə”
məlumat mübadiləsinin kanal protokolu;
FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi
protokolu;
Telnet - virtual terminalın emulyasiyasının tətbiqi
protokolu;
DNS (Domain Name System) - domen adları sistemi;
RİP (Routing İnformation Protocol) - marşrutlaşdırma
protokolu;
NFS (Network File System) - paylanmış fayl sistemi və
şəbəkə çap sistemi;
SNMP (Simple Network Management Protocol) - şəbəkəni
idarə edən sadə protokol.
İQTİSADİ İNFORMATİKA
________________________153________________________
Kanal səviyyəsinə SLİP və PPP protokolları, Şəbəkə
(şəbəkələrarası) səviyyəsinə İP və ARP protokolları,
nəqliyyat səviyyəsinə TCP və UDP protokolları aiddir.
QEYD: 1973-cü ildə DARPA-nın İnformasiya
Departamentinin direktoru Robert Elliot (Bob) Kan və amerika
alimi Vinton Qrey Serf Pentaqonun Elmi Tədqiqatları İdarəsi
(Defense Advanced Research Projects Agency) DARPA-da
işləyərkən informasiyanın paketlər vasitəsi ilə uzaq məsafələrə
ötürülməsi üçün protokol kəşf edirlər və onu sonralar TCP/IP
protokolu adlandırırlar.
Robert Elliot (Bob) Kan Vinton Qrey Serf
İQTİSADİ İNFORMATİKA
________________________154________________________
KOMPÜTER SİSTEMLƏRİNİN PROQRAM
TƏMİNATI.
PROQRAM TƏMİNATININ TİPOLOGİYASI
Proqram vasitələri 3 tipə bölünür:
Sistem proqram təminatı;
Proqramlaşdırma texnologiyalarının instrumentariyası;
Tətbiqi proqram təminatı.
Sistem proqram təminatı dedikdə, kompüter və ya
şəbəkəni işçi vəziyyətdə saxlayan proqram vasitələri
kompleksi nəzərdə tutulur. Sistem proqram təminatını
işləyib hazırlayan, tətbiq edən və təkmilləşdirən
proqramçılar sistem proqramçılar adlanır.
Şəbəkədə sistem proqram təminatı ilə sistem
proqramçılarla yanaşı, şəbəkə inzibatçısı və operatorlar da
məşğul olurlar.
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar
daxildir:
Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi;
Kompüterdə və şəbəkədə tətbiqi proqramlar üçün iş
şəraitinin yaradılması;
Köməkçı prosedurların (surətçıxarma, arxivləşdirmə,
faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən
mühafizə) icrası;
Kompüter və ya şəbəkə aparaturasının diaqnostikası və
profilaktikası.
Sistem proqram təminatı kompüterin ayrılmaz tərkib
hissəsi olmaqla, sabit yaddaşdakı baza təminatını,
İQTİSADİ İNFORMATİKA
________________________155________________________
kompüterin əməliyyat sistemini, əməliyyat örtüyünü və
şəbəkə əməliyyat sistemini özündə birləşdirir.
Servis (xidməti) proqram təminatı istifadəçi üçün
rahat (komfort) iş şəraiti yaradır. Buraya: diaqnostika,
antivirus, disklərə xidmət, verilənləri arxivləşdirən və
imtinadan sonra bərpa proqramları daxildir.
Proqramlaşdırma
texnologiyalarının
instrumentariyası proqram tərtibi vasitələrini özündə
birləşdirir. Bu qəbildən olan proqram məhsulları tətbiqi
proqramların yaradılması, sazlanması və testləşdirilməsi
mərhələlərini özündə birləşdirən bütün proqramlaşdırma
prosesini həyata keçirməyə imkan verir.
Turbo Paskal və ya Turbo Si (
Turbo C) kimi universal
dillərə və müəyyən sinif proqram vasitələrinin (məsələn,
verilən bazasının) yaradılması üçün nəzərdə tutulan
ixtisaslaşdırılmış
sistemlərə
əsaslanan
çoxsaylı
proqramlaşdırma sistemləri mövcuddur.
Proqramlaşdırma
sistemlərinə:
müəyyən
proqramlaşdırma dilində mətn və obyekt-istinad proqram
vasitələri;
proqramlaşdırma
dilindən
kompilyator;
proqram sazlayan; proqramları optimallaşdıran vasitələr;
standart proqramlar kitabxanası; əlaqələr redaktoru
(kompanovka edici); sorğu informasiyası (aidi və ümumi
arayışlar); fərdi və kollektiv layihələrin reallaşdırılması
üçün olan proqramlar; proqramları sənədləşdirən
proqramlar aiddir.
Proqramlaşdırma sistemləri ilə yanaşı, son illərdə
proqramlaşdırmanın avtomatlaşdırılması üzrə müxtəlif
vasitələrin
(Alqoritmləşdiriləcək
proseslərin
modelləşdirilməsindən
tutmuş
proqram
kodunun
İQTİSADİ İNFORMATİKA
________________________156________________________
avtomatik generasiyası (yüklənməsi) və yaradılan
proqramların sənədləşdirilməsinədək bütün işlər) geniş
istifadəsi müşahidə olunur. Bunlara
CASE (Computer
Aided System Engineering) instrumentləri deyilir.
Tətbiqi proqram təminatının tipologiyası olduqca
genişdir. Təkcə iqtisadi yönlü proqram əlavələrini
sadalamaq istəsək, mühasibat uçotu, maliyyə fəaliyyəti,
anbar uçotu, kadr uçotu, istehsalın idarə edilməsi, sifariş
və satışın uçotu və bank fəaliyyəti kimi iqtisadi fəaliyyət
növləri üzrə yaradılmış proqramların adını çəkmək
kifayətdir.
Tətbiqi proqram təminatına ofis proqramlarını,
informasiya sistemlərinin yaradılması və fəaliyyət
göstərməsi üçün nəzərdə tutulan proqram vasitələrini,
ekspert sistemlərini, layihə işlərinin avtomatlaşdırılması
sistemlərini, təqdimat hazırlayan vasitələri və s. aid
edirlər.
Qeyd etmək lazımdır ki, tətbiqi proqram təminatına
həm də mətn redaktorları, elektron cədvəlləri və MBİS-lər
(Məlumat bazalarını idarə edən sistemlər) aiddir.
Dostları ilə paylaş: |