İQTİSADİ İNFORMATİKA
________________________104________________________
Prosessor və yaddaş resurslarının proqramlar
arasında bölünməsi və xarici qurğulara müraciət
ardıcıllığının təmin edilməsi.
Çoxistifadəçili rejim verilənlərlə bir neçə istifadəçinin
paralel işləməsini nəzərdə tutur. Odur ki, əməliyyat
sistemi bu rejimdə əlavə olaraq aşğıdakılara da imkan
verməlidir:
Prosessor və yaddaş resurslarının və xarici
qurğulara müraciət ardıcıllığının istifadəçilərin
prioriteti üzrə bölünməsinin təmin edilməsi;
Bir istifadəçinin verilənlərinə başqa istifadəçinin
müdaxilə etməsinə imkan verilməməsi.
Vaxt bölgüsü rejimi vaxt kvantları ilə işləməyi
nəzərdə tutur. Belə ki, bu rejimdə çoxsaylı proqram və
istifadəçilərə öz prioritetlərinə uyğun ardıcıllıqla imkan
yaradılır və onlara yalnız bir kvantlıq xidmət göstərilir.
Növbəti kvantda yarımçiq qalan məsələlər həll edilir.
ƏMƏLİYYAT SİSTEMİNİN TƏKAMÜLÜ
İlk zamanlar bir neçə firma tərəfindən hazırlanmış
müxtəlif əməliyyat sistemləri variantları mövcud
olmuşdur. 1970-ci illərin ortalarında bir sıra səbəblər
üzündən kompüterlərin əksəriyyətində IBM firmasının
Disk Əməliyyat Sistemi (
DOS) istifadə edilməyə başladı.
İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır.
Sonra
DOS əsasında Mikrosoft firması MS DOS
əməliyyat sistemini yaratdı. Sonra
MS DOS üzərində
Norton Commander adlı proqram örtüyü yaradıldı. Bu,
istifadəçi interfeysini xeyli əyaniləşdirdi və işin etibarlılığını
İQTİSADİ İNFORMATİKA
________________________105________________________
yüksəltdi. Əməliyyat sistemlərinin müasir versiyalarında
istifadəçi interfeysi əməliyyat sistemlərinin bilavasitə
tərkib hissəsidir.
Makintosh maşınlarındakı istifadəçi
interfeysi daha uğurlu oldu. Sonra bu interfeys
Windows
əməliyyat sistemində də istifadə edildi. Sonra əməliyyat
sisteminin inkişafı yeni xidmətlərin daxil edilməsi
istiqamətində getdi. Məsələn,
Windows əməliyyat
sistemində çap dispetçeri yaradıldı ki, bu da mətn və
qrafik informasiyanın çapa çıxarılması funksiyasını öz
üzərinə götürdü. Yəni çap avtonomlaşdı.
Müasir
əməliyyat
sistemləri
virtual
maşın
konsepsiyasına əsaslanır.
Virtual
maşın
dedikdə,
xarakteristikaları
yaxşılaşdırılmış operativ yaddaşı (virtual yaddaşı) və
müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik
təmin edən hüdudsuz sayda xarıcı qurğuları olan
mücərrəd maşın nəzərdə tutulur. Tətbiqi sistemlər məhz
belə ideal virtual maşına istinad edir. Bu halda əməliyyat
sisteminin vəzifəsi real kompüterin işini elə təşkil
etməkdən ibarət olur ki, tətbiqi proqram nöqteyi-
nəzərindən o, virtual maşın kimi görünsün. Əməliyyat
sistemi vasitələrinin köməyi ilə virtual maşın
reallaşdırılmasına virtual maşının
emulyasiyası deyilir.
Hesablayıcı şəbəkələrin meydana çıxması yeni tip
məsələlər yaratdı. Fərdi kompüterlər arasında şəbəkə
rabitəsini təmin edən şəbəkə örtükləri (məsələn, Novell
firmasının NetWare sistemi) istifadəyə verildi. Şəbəkə
funksiyalarının daxil edilməsi əməliyyat sisteminin
inkişafında mühüm rol oynadı.
Windows NT və UNIX belə
yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin,
İQTİSADİ İNFORMATİKA
________________________106________________________
həm də şəbəkənin fəaliyyətini təmin edir. Şəbəkə
əməliyyat sistemləri şəbəkədəki bütün kompüterlərin fayl
fəzalarını vahid fayl fəzası kimi istifadə edir. Yəni,
istifadəçi öz kompüterində nə edə bilirsə, onu şəbəkədə
də edə bilir. Şəbəkə əməliyyat sistemləri çoxistifadəçili
sistemlər
olduğundan,
hansı
proqramın
hansı
kompüterdən işə buraxıldığını, fayl sistemindən açılmış
fayldan kimin iştifadə etdiyini izləmək lazım gəlir. Bu
zaman əməliyyat sistemləri həmin istifadəçinin həmin
fayla müraciət hüququnun olub-olmadığını yoxlayır və
istifadəçi prioritetini nəzərə alır.
ƏMƏLİYYAT SİSTEMİNİN FƏALİYYƏTİ
Müasir
kompüterlərdə
əməliyyat
sisteminin
funksiyalarının bir hissəsi sabit yaddaşda saxlanan
proqramlarda reallaşdırılmışdır. Bu proqramlar giriş-çıxış
baza sistemi
(BİOS) adlanır. Kompüter cərəyana qoşulan
kimi ilkin yüklənmə proqramı icra edilir. Bu, kompüterin
qurğularını yoxlayan diaqnostika proqramlarını qoşur.
Bundan sonra əməliyyat sistemi operativ yaddaşa
yüklənir. Sonra isə əməliyyat sisteminin nüvəsi – baş
idarəedici proqram (və ya kommander, və ya dispetçer,
və ya əməliyyat sisteminin monitoru) işə başlayır. Utilitlər
lazım gəldikdə yüklənir və işləri başa çatan kimi operativ
yaddaşdan silinir. Əməliyyat sisteminin nüvəsi ətraf
mühitdən (klaviaturadan, mışdan və s.) daxil olan əmri
təhlil edib müvafiq proqramı yaddaşda axtarır, tapırsa işə
qoşur, tapmırsa, bu barədə məlumat verir. Dispetçer
MS
DOS-da command.com, Windows-da win.com adlanır.
İQTİSADİ İNFORMATİKA
________________________107________________________
PROQRAMLARIN İCRASININ İDARƏ EDİLMƏSİ
İlk zamanlar kompüterdə yalnız bir proqram işləyirdi
və o, operativ yaddaşın sıfır nömrəli yuvasından
başlayaraq yerləşdirilirdi. Operativ yaddaşa bir neçə
proqramın yerləşdirilməsi halında proqramın icrasından
sonra onun yaddaşda ünvanı dəyişə bilir. Bu hal
verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə
də nisbi ünvan anlayışından istifadə edilir. Yəni,
proqramın ilk ünvanı nə qədər sürüşürsə, həmin rəqəm
qalan ünvanların üzərinə əlavə edilir.
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri
mövcuddur ki, bunların da ən yüksək mərtəbəsində ƏS
durur. Müxtəlif proqramlar qarşılıqlı fəaliyyət göstərə bilir.
Daha doğrusu, bir proqram işləyərkən başqa proqramı işə
qoşa bilir və özü başqa proqram vasitəsilə işə qoşula bilir.
Başqa proqram vasitəsilə işə qoşularkən həmin proqram
özünü alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı
nəticələr hökmən onu işə qoşan proqram tərəfindən
istifadə edilir. Yəni, hər bir proqramın icrası müəyyən
proqramlar əhatəsində baş tutur. Bütün bunlar isə ƏS
tərəfindən idarə olunur.
YADDAŞIN İDARƏ EDİLMƏSİ
Kompüterdə çoxlu proqram işlədikdə, hansı
proqramın operativ yaddaşın harasında yerləşdiyini
izləmək çox vacibdir. Bu, əməliyyat sistemn in yaddaşın
idarə edilməsi funksiyası adlanır. Əməliyyat sistemi
yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır.
İQTİSADİ İNFORMATİKA
________________________108________________________
Yeni proqram işə buraxılarkən əməliyyat sistemi yaddaşı
idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və
bu proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı
tələb edir. Utilit yaddaşda boş sahə axtarır, tapan kimi
tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa,
yer ayırır. Bəzən işləyən proqram əməliyyat sistemindən
əlavə yaddaş sahəsi tələb edir ki, dinamik verilənlər
deyilən aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə
edən utilitin vəzifəsidir. Dinamik verilənlərə ehtiyac
qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit
həmçinin tutulmuş sahəni başqa proqramlardan qoruyur.
Yaxşı məlum olan əməliyyat sistemlərinin hamısında
operativ yaddaşın məntiqi modelindən istifadə edilir ki,
buna da virtual yaddaş deyilir.
Virtual yaddaş – əməliyyat
sisteminin istifadəçilər və proqramlar üçün yaratdığı ideal
kompüterin yaddaşıdır. Virtual yaddaş vinçesterdə
yaradılır. Yəni, bu və ya digər proqrama operativ
yaddaşda yer çatmadıqda vinçesterin müəyyən hissəsi
virtual yaddaş adı ilə müvəqqəti istifadəyə cəlb edilir.
Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir.
FAYL SİSTEMİNİN İDARƏ EDİLMƏSİ
Proqramların xarici yaddaşda yerləşən verilənlərə
müraciət etməsini təşkil etmək üçün ƏS mürəkkəb fayl
sistemindən istifadə edir.
Fayl dedikdə, xarici yaddaşda
vahid məntiqi obyekt şəklində saxlanan və müəyyən
proqramlar üçün lazım olan verilənlər yığımı (proqram
mətni və adi verilənlər) nəzərdə tutulur. ƏS üçün fayl elə
bir struktur vahididir ki, proqram istifadəçiləri onun
İQTİSADİ İNFORMATİKA
________________________109________________________
üzərində
yaratmaq, ləğv etmək, operativ yaddaşa
oxumaq, dəyişdirilmiş verilənləri yenidən yazmaq, simvol
adlı fayllara müraciət etmək,digər istifadəçilərin fayllarına
müraciət etmək, öz fayllarına müraciət etməyi idarə
etmək, pozulma hallarında faylları bərpa etmək kimi tipik
əməliyyatlar apara bilir.
Fayl sistemi kompüterdə saxlanan
disk—kataloq—
fayl iyerarxiyasına malik verilən modelidır. Fayl fiziki
diskdə saxlansa da, fiziki disk məntiqi disklərə
bölündüyündən, faktiki olaraq məntiqi diskdə yerləşir. Hər
bir diskdə yerləşən faylların siyahısı (direktoriya) olur.
Fiziki diskin məntiqi disklərə bölünməsi disklərə və
kataloqlara da fayl kimi baxmağa imkan verir. Beləliklə,
fayl sistemi dedikdə 3 səviyyəli fayllar iyerarxiyası nəzərdə
tutulur. Fayl məntiqi vahid olsa da fiziki cəhətdən müxtəlif
saylı fraqmentlər şəklində saxlana bilir. Bir fayla aid
fraqmentlər eyni adla saxlanır və həmin ada əsasən
FAT
xüsusi cədvəli (
FAT –File Allocation Table) vasitəsilə
müəyyən edilir. FAT cədvəlində, həmçinin fayla icazəsiz
müdaxilə edilməsinin qarşısını almaq üçün əlavə əlamətlər
də saxlanır. Fayla çoxsaylı müraciət səviyyələri
mövcuddur:
Kataloqdan heç nə oxumaq mümkün olmur;
Faylın və sahibinin adını oxumaq və sahibinə
müraciət etmək mümkün olur;
Faylı işə qoşmaq mümkün olsa da üzünü köçürmək
mümkün olmur;
Faylın məzmunu ilə tanış olmaq mümkün olsa da,
onu dəyişmək mümkün olmur;
İQTİSADİ İNFORMATİKA
________________________110________________________
Faylın məzmununu yalnız sona əlavəetmə şəklində
dəyişmək mümkündür;
Fayl üzərində istənilən iş aparmaq mümkün olsa
da, başqa istifadəçilərin müraciət etmək statusunu
dəyişmək mümkün olmur;
Fayl üzərində istənilən iş aparmaq mümkündür.
KƏSİLMƏLƏRİN İDARƏ EDİLMƏSİ
Kəsilmələr kompüterdə hesablama prosesinin idarə
edilməsinin vacib elementidir. Çünki kəsilmələr
kompüterin müxtəlif qurğularının sərbəst paralel işləməsi
vasitəsidir. Məsələn, klaviaturadan daxiletmə zamanı
müvafiq qurğu prosessora kəsilmə barədə siqnal göndərir.
Səhv hesablama, məsələn, sıfra bölmə zamanı, qurğu
imtinası zamanı da kəsilmə baş verir. Prosessor növbəti
əmri icra etməzdən əvvəl kəsilmə siqnalının olub-
olmadığını yoxlayır. Varsa, onu işləyir, sonra növbəti əmrə
keçir. Kəsilmə sorğuları maskalanmış və maskalanmamış
olur. Maskalanmamış sorğular prosessora ayrıca xətlə
verilir. Məsələn, elektrik cərəyanı şəbəkəsindən daxil olan
sorğu maskalanmamış sorğudur. Bu sorğular yüksək
prioritetə malikdir. Cərəyanda baş verən dəyişiklik
informasiya itkisinə səbəb ola bildiyindən, xüsusi qəza
halları üçün nəzərdə tutulan tutum filtrləri vardır ki, bu da
informasiya itkisi təhlükəsini xeyli azaldır. Maskalanmış
sorğular xarici qurğulardan daxil olur və növbədənkənar
əməliyyat icrasına icazə istəyir. Prosessor cari işi yarımçıq
qoyub həmin əməlin icrasına keçir və sonra yarımçıq
qalmış iş davam etdirilir.
İQTİSADİ İNFORMATİKA
________________________111________________________
APARAT PLATFORMALARININ NÖVLƏRİ
Kompüterlər
əsas
etibarı
ilə
kəmiyyət
xarakteristikaları (operativ və xarici yaddaşların həcmi,
prosessorun sürəti) ilə bir-birindən fərqləndirilir. Bu
xarakteristikalar üzrə kompüterlər 4 sinfə bölünür: mikro
kompüterlər, mini kompüterlər, iri kompüterlər
(maynfreymlər) və super kompüterlər.
Mikro Elektron Hesablama Maşını
Müasir fərdi kompüterlər, noutbuklar, serverlər, işçı
stansiyalar mini kompüter sayılır. Mini kompüterlərin bir
qismi ixtisaslaşdırılmış kompüterlərdir. Məsələn, kassa
aparatları, avtomobillərdəki kompüterlər, istehsalatda
İQTİSADİ İNFORMATİKA
________________________112________________________
texnoloji xətləri idarə edən kompüterlər ixtisaslaşdırılmış
maşınlardır. Serverlər irihəcmli informasiya saxlayan və
çoxsaylı
istifadəçilərə
xidmət
göstərən
mini
kompüterlərdir. Yüksək məhsuldarlığa malik stolüstü
kompüterlər işçi stansiya adlanır. Bunlar peşəkar
istifadəçilər (proqramçılar) üçündür. Fərdi kompüterlər
həm peşəkar, həm də peşəkar olmayanlar üçün nəzərdə
tutulmuş stolüstü mini kompüterdir.
“VAX – 11” mini Elektron Hesablama Maşını
İQTİSADİ İNFORMATİKA
________________________113________________________
İri kompüterlər (maynfreymlər) ümumi təyinatlı, çox
güclü, çoxmaşınlı hesablayıcı sistemlərdir. Bunlar gecə-
gündüz fasiləsiz iş rejimində işləyir.
Super kompüter əməliyyat sistemi üçün vahid bütöv
maşın kimi təsəvvür olunan maşınlar şəbəkəsidir.
IBM şirkətinin akademik mərkəzi, z9-BC və z9EC markalı
Böyük Elektron Hesablama Maşınları
İQTİSADİ İNFORMATİKA
________________________114________________________
Super elektron hesablama maşını
İQTİSADİ İNFORMATİKA
________________________115________________________
KOMPÜTER ŞƏBƏKƏLƏRİ
KOMPÜTER ŞƏBƏKƏLƏRİ HAQQINDA ÜMUMİ
ANLAYIŞ VƏ ONLARIN TƏYİNATI
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə
xətləri ilə birləşdirilmiş və bir-biri ilə informasiya
mübadiləsi edən kompüterlər qrupu nəzərdə tutulur.
Şəbəkədə birləşdirilmiş kompüterlər müxtəlif coğrafi
nöqtələrdə yerləşə bilər. Kompüter şəbəkəsi ilə çoxmaşınlı
kompleksi eyniləşdirmək olmaz. Çünki çoxmaşınlı
kompleksə daxil olan hər bir maşın vahid hesablama
prosesində ayrıca bir iş görür. İstənilən kompüter miniatür
çoxmaşınlı kompleksdir. Çünki kompüterin tərkibinə
müxtəlif kontrollerlər və adapterlər daxildir ki, bunların da
hər birinin özünəməxsus funksiyası, prosessoru və
yaddaşı vardır. Çoxmaşınlı kompleks həm də özünü iri
maşın (maynfreym) kimi aparır. Çünki onun tərkibində
xarıcı qurğuların idarə edilməsi kimi köməkçi funksiyalar
icra edən köməkçi kompüterlər vardır. Çoxmaşınlı
kompleksdən fərqli olaraq şəbəkədə birləşdirilmiş
maşınların icra etdikləri funksiyalar əvvəlcədən məlum
deyil, şəbəkənin quruluşu dəyişə biləndir və müxtəlif
proseslərdə kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola
bilir. Şəbəkənin işi yalnız kompüterlər arasında
informasiya mübadiləsini reallaşdırmaqdan ibarət olur.
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra
obyektiv səbəblərlə, o cümlədən, iqtisadiyyatın
qloballaşdırılması, işgüzar fəaliyyətin və dövləti işlərin
İQTİSADİ İNFORMATİKA
________________________116________________________
idarə edilməsi səviyyəsinin yüksəldilməsi, informasiya
xidmətinin yeni növlərinin meydana çıxması ilə bağlıdır.
Yeni nəsil IBM maynfremi
Müəssisədəki kompüterlərin birləşdirilməsi və
şəbəkə aşağıdakı üstünlüklərə malikdir:
İş yerlərində icra edilən idarəetmə əməliyyatları bir
proqramla, vahid qayda və vahid vasitələrlə həyata
keçirilir;
Şəbəkədən istifadə edilməsi zamanı müəssisənin bütün
verilənləri bir (bəzən bir neçə) kompüterdə yerləşdirilir ki,
bu da həmin verilənlərə bütün iş yerlərindən müraciət
etmək imkanı verir;
Disk yaddaşına qənaət edilir;
İQTİSADİ İNFORMATİKA
________________________117________________________
Sistemə daxil edilən informasiya həmin andan etibarən
bütün istifadəçılər üçün də əlçatan olur;
Çoxistifadəçili rejim təmin edilir;
Periferiya qurğularından (printerdən və maqnit diskindən)
şərikli istifadə edilir.
Sadalanan bu funksiyalar proqramların paylanması,
verilənlərin paylanması və kompüter resurslarının
paylanması adlanır. Şəbəkədə, həmçinin prosessor
resursları da paylana bilir. Yəni, zəif kompüter güclü
kompüterin resurslarından istifadə edə bilir.
Kompüter şəbəkələri lokal, regional və qlobal olur.
Lokal hesablayıcı şəbəkələr (LAN - Local Area
NetWork) məhdud məkanda (1 km-lik radiusda) yerləşən
bir müəssisəyə aid kompüterləri birləşdirir.
Local Area NetWork
İQTİSADİ İNFORMATİKA
________________________118________________________
Regional hesablayıcı şəbəkələr (WAN – Wide Area
NetWork) ərazi və ya tabeçilik əlaməti üzrə birləşdirilmiş
bir neçə lokal şəbəkədən yaranır.
Wide Area NetWork
Qlobal hesablayıcı şəbəkələr (GAN – Global Area
NetWork) müxtəlif ölkələrdə və müxtəlif kontinentlərdə
yerləşən təşkilatların, firmaların, elmi idarələrin və ya
şəxslərin kompüterlərini birləşdirir.
İQTİSADİ İNFORMATİKA
________________________119________________________
Global Area NetWork
Şəbəkə proqram təminatının təşkilinə 2 yanaşma
mövcuddur: mərkəzləşdirilmiş idarəetmə ilə təşkil edilən
şəbəkələr və birsəviyyəli şəbəkələr.
Mərkəzləşdirilmiş idarəetmə ilə təşkil edilən
şəbəkələrdə informasiya mübadiləsini idarə etmək üçün
ayrıca bir və ya bir neçə kompüter olur. Buna mərkəzi
server deyilir. Serverdə şəbəkə dispetçeri vardır ki, bu da
şəbəkənin etibarlı və təhlükəsiz işləməsini təmin edir.
Qalan kompüterlər işçi stansiyalardır.
Server 3 əsas funksiya icra edir:
Şəbəkənin konfiqurasiyası (quruluşu) barədə məlumatı,
sistem cədvəllərini və tez-tez istifadə edilən proqramları
saxlayır;
Bir işçi stansiyadan digərinə ötürüləcək informasiyanı qəbul
edir;
İQTİSADİ İNFORMATİKA
________________________120________________________
Digər şəbəkələr üçün şlüz (ötürücü qurğu) xidməti
göstərir.
Server ayrılmış və ayrılmamış ola bilir. Ayrılmış
server işçi stansiya kimi işləmir. Ayrılmamış server həm də
işçi stansiya kimi işləyir. Bu halda şəbəkənin məhsuldarlığı
və etibarlılığı aşağı düşür.
Ümumi təyinatlı sistem vasitələri çox hallarda
serverdə saxlanır ki, bu da işçi stansiyaların yaddaşından
səmərəli istifadə edilməsinə imkan verir.
Server
Birsəviyyəli şəbəkələrdə ayrıca server olmur.
Şəbəkənin idarə edilməsi funksiyaları işçi stansiyalar
arasında paylanır. Lakin bu halda sistem cədvəlləri bütün
İQTİSADİ İNFORMATİKA
________________________121________________________
kompüterlərə yazılır. Bu şəbəkələr nisbətən azməhsuldar
olsa da, istismarı sadədir.
Şəbəkənin ən mühüm cəhəti konfliktli situasiyaların
həlli metodları ilə seçilir. Bu məqsəd üçün şəbəkələrin
çoxu prioritet sistemindən istifadə edir.
QEYD:
Serverlər
(server ingiliscə
to
serve deməkdir və xidmət etmək anlamını verir)
şəbəkədə olan digər kompüterlərə müxtəlif servis
xidmətlərini göstərə bilən, optimal xarakteristikaya malik
kompüterlərdir. Onlar güclü prosessorlara, böyük sayda
(həmçinin tutuma) operativ yaddaşa və böyük tutumlu
xarici yaddaşa (vinçerterə) malikdirlər.
İlk İnternet-server 1991-ci ilin 6 avqustunda
yaradılmışdır. Bu gün WWW (Vsemirnoe pautinı-
Ümumdünya Hörümçək Toru) istifadəçiləri üçün
əlamətdardır. Amma serverdən istifadə 1989-cu ilə
təsadüf edir. İnternet-serverin yaradıcısı, Avropa nüvə
tədqiqatları laboratoriyasında işləyən ingilis alimi Tim
Berners-Li ilk dəfə serverin yaradılma ideyasını çap
etdirdiyi məqalədə irəli sürür və Ümumdünya kompüter
şəbəkəsinin yaradılmasını təklif edir.
İl ərzində (1991-ci il nəzərdə tutulur) İnternet-
server Avropa və Amerikanın digər tədqiqat
mərkəzlərində də yaradılır. 1992-ci ilin noyabr ayında
artıq dünya miqyasında 26 serverdən istifadə olunurdu.
1993-cü ildə bu rəqəm 200-ü keçir. 1995-ci ildə WWW–
nin müxtəlif ölkələrdə tətbiqi o qədər artır ki, şəbəkəni
“həvəskar şəbəkə” adlandırmaq düzgün sayılmır. İndiki
|