Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


İQTİSADİ İNFORMATİKA 
 
 
________________________104________________________ 
 
 Prosessor  və  yaddaş  resurslarının  proqramlar 
arasında  bölünməsi  və  xarici  qurğulara  müraciət 
ardıcıllığının təmin edilməsi. 
Çoxistifadəçili rejim verilənlərlə bir neçə istifadəçinin 
paralel  işləməsini  nəzərdə  tutur.  Odur  ki,  əməliyyat 
sistemi  bu  rejimdə  əlavə  olaraq  aşğıdakılara  da  imkan 
verməlidir: 
 Prosessor  və  yaddaş  resurslarının  və  xarici 
qurğulara  müraciət  ardıcıllığının  istifadəçilərin 
prioriteti üzrə bölünməsinin təmin edilməsi; 
 Bir  istifadəçinin  verilənlərinə  başqa  istifadəçinin 
müdaxilə etməsinə imkan verilməməsi. 
Vaxt  bölgüsü  rejimi  vaxt  kvantları  ilə  işləməyi 
nəzərdə  tutur.  Belə  ki,  bu  rejimdə  çoxsaylı  proqram  və 
istifadəçilərə  öz  prioritetlərinə  uyğun  ardıcıllıqla  imkan 
yaradılır  və  onlara  yalnız  bir  kvantlıq  xidmət  göstərilir. 
Növbəti kvantda yarımçiq qalan məsələlər həll edilir. 
 
 ƏMƏLİYYAT SİSTEMİNİN TƏKAMÜLÜ 
 
İlk  zamanlar  bir  neçə  firma  tərəfindən  hazırlanmış 
müxtəlif  əməliyyat  sistemləri  variantları  mövcud 
olmuşdur.  1970-ci  illərin  ortalarında  bir  sıra  səbəblər 
üzündən  kompüterlərin  əksəriyyətində  IBM  firmasının 
Disk  Əməliyyat  Sistemi  (
DOS) istifadə  edilməyə başladı. 
İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır. 
Sonra 
DOS  əsasında  Mikrosoft  firması  MS  DOS 
əməliyyat  sistemini  yaratdı.  Sonra 
MS  DOS  üzərində 
Norton  Commander  adlı  proqram  örtüyü  yaradıldı.  Bu, 
istifadəçi interfeysini xeyli əyaniləşdirdi və işin etibarlılığını 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________105________________________ 
 
yüksəltdi.  Əməliyyat  sistemlərinin  müasir  versiyalarında 
istifadəçi  interfeysi  əməliyyat  sistemlərinin  bilavasitə 
tərkib  hissəsidir. 
Makintosh  maşınlarındakı  istifadəçi 
interfeysi daha uğurlu oldu. Sonra bu interfeys 
Windows 
əməliyyat  sistemində  də  istifadə  edildi.  Sonra  əməliyyat 
sisteminin  inkişafı  yeni  xidmətlərin  daxil  edilməsi 
istiqamətində  getdi.  Məsələn, 
Windows  əməliyyat 
sistemində  çap  dispetçeri  yaradıldı  ki,  bu  da  mətn  və 
qrafik  informasiyanın  çapa  çıxarılması  funksiyasını  öz 
üzərinə götürdü. Yəni çap avtonomlaşdı. 
Müasir 
əməliyyat 
sistemləri 
virtual 
maşın 
konsepsiyasına əsaslanır.  
Virtual 
maşın 
dedikdə, 
xarakteristikaları 
yaxşılaşdırılmış  operativ  yaddaşı  (virtual  yaddaşı)  və 
müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik 
təmin  edən  hüdudsuz  sayda  xarıcı  qurğuları  olan 
mücərrəd maşın nəzərdə tutulur. Tətbiqi sistemlər məhz 
belə ideal virtual maşına istinad edir. Bu halda əməliyyat 
sisteminin  vəzifəsi  real  kompüterin  işini  elə  təşkil 
etməkdən  ibarət  olur  ki,  tətbiqi  proqram  nöqteyi-
nəzərindən  o,  virtual  maşın  kimi  görünsün.  Əməliyyat 
sistemi  vasitələrinin  köməyi  ilə  virtual  maşın 
reallaşdırılmasına virtual maşının 
emulyasiyası deyilir.  
Hesablayıcı  şəbəkələrin  meydana  çıxması  yeni  tip 
məsələlər  yaratdı.  Fərdi  kompüterlər  arasında  şəbəkə 
rabitəsini  təmin  edən  şəbəkə  örtükləri  (məsələn,  Novell 
firmasının  NetWare  sistemi)  istifadəyə  verildi.  Şəbəkə 
funksiyalarının  daxil  edilməsi  əməliyyat  sisteminin 
inkişafında mühüm rol oynadı. 
Windows NT və UNIX  belə 
yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________106________________________ 
 
həm  də  şəbəkənin  fəaliyyətini  təmin  edir.  Şəbəkə 
əməliyyat sistemləri şəbəkədəki bütün kompüterlərin fayl 
fəzalarını  vahid  fayl  fəzası  kimi  istifadə  edir.  Yəni, 
istifadəçi öz kompüterində nə edə bilirsə, onu şəbəkədə 
də  edə  bilir.  Şəbəkə  əməliyyat  sistemləri  çoxistifadəçili 
sistemlər 
olduğundan, 
hansı 
proqramın 
hansı 
kompüterdən  işə  buraxıldığını,  fayl  sistemindən  açılmış 
fayldan  kimin  iştifadə  etdiyini  izləmək  lazım  gəlir.  Bu 
zaman  əməliyyat  sistemləri  həmin  istifadəçinin  həmin 
fayla  müraciət  hüququnun  olub-olmadığını  yoxlayır  və 
istifadəçi prioritetini nəzərə alır. 
  
ƏMƏLİYYAT SİSTEMİNİN FƏALİYYƏTİ 
 
Müasir 
kompüterlərdə 
əməliyyat 
sisteminin 
funksiyalarının  bir  hissəsi  sabit  yaddaşda    saxlanan 
proqramlarda  reallaşdırılmışdır.  Bu  proqramlar  giriş-çıxış 
baza sistemi 
(BİOS) adlanır. Kompüter cərəyana qoşulan 
kimi ilkin yüklənmə proqramı icra edilir. Bu, kompüterin 
qurğularını  yoxlayan  diaqnostika  proqramlarını  qoşur. 
Bundan  sonra  əməliyyat  sistemi  operativ  yaddaşa 
yüklənir.  Sonra  isə  əməliyyat  sisteminin  nüvəsi  –  baş 
idarəedici proqram (və ya kommander, və ya dispetçer, 
və ya əməliyyat sisteminin monitoru) işə başlayır. Utilitlər 
lazım gəldikdə yüklənir və işləri başa çatan kimi operativ 
yaddaşdan  silinir.  Əməliyyat  sisteminin  nüvəsi  ətraf 
mühitdən  (klaviaturadan,  mışdan  və  s.)  daxil  olan  əmri 
təhlil edib müvafiq proqramı yaddaşda axtarır, tapırsa işə 
qoşur, tapmırsa, bu barədə məlumat verir. Dispetçer 
MS 
DOS-da command.com, Windows-da win.com adlanır. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________107________________________ 
 
PROQRAMLARIN İCRASININ İDARƏ EDİLMƏSİ 
 
İlk zamanlar kompüterdə yalnız bir proqram işləyirdi 
və  o,  operativ  yaddaşın  sıfır  nömrəli  yuvasından 
başlayaraq  yerləşdirilirdi.  Operativ  yaddaşa  bir  neçə 
proqramın  yerləşdirilməsi  halında  proqramın  icrasından 
sonra  onun  yaddaşda  ünvanı  dəyişə  bilir.  Bu  hal 
verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə 
də  nisbi  ünvan  anlayışından  istifadə  edilir.  Yəni, 
proqramın  ilk  ünvanı  nə  qədər  sürüşürsə,  həmin  rəqəm 
qalan ünvanların üzərinə əlavə edilir. 
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri 
mövcuddur  ki,  bunların  da  ən  yüksək  mərtəbəsində  ƏS 
durur. Müxtəlif proqramlar qarşılıqlı fəaliyyət göstərə bilir. 
Daha doğrusu, bir proqram işləyərkən başqa proqramı işə 
qoşa bilir və özü başqa proqram vasitəsilə işə qoşula bilir. 
Başqa proqram vasitəsilə işə qoşularkən həmin proqram 
özünü alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı 
nəticələr  hökmən  onu  işə  qoşan  proqram  tərəfindən 
istifadə  edilir.  Yəni,  hər  bir  proqramın  icrası  müəyyən 
proqramlar  əhatəsində  baş  tutur.  Bütün  bunlar  isə  ƏS 
tərəfindən idarə olunur. 
 
YADDAŞIN İDARƏ EDİLMƏSİ 
 
Kompüterdə  çoxlu  proqram  işlədikdə,  hansı 
proqramın  operativ  yaddaşın  harasında  yerləşdiyini 
izləmək çox vacibdir. Bu,  əməliyyat sistemn in yaddaşın 
idarə  edilməsi  funksiyası  adlanır.  Əməliyyat  sistemi 
yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________108________________________ 
 
Yeni proqram işə buraxılarkən əməliyyat sistemi yaddaşı 
idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və 
bu  proqram  üçün  lazım  olan  yaddaş  sahəsini  ayırmağı 
tələb  edir.  Utilit  yaddaşda  boş  sahə  axtarır,  tapan  kimi 
tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, 
yer ayırır. Bəzən işləyən proqram əməliyyat sistemindən 
əlavə  yaddaş  sahəsi  tələb  edir  ki,  dinamik  verilənlər 
deyilən aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə 
edən  utilitin  vəzifəsidir.  Dinamik  verilənlərə  ehtiyac 
qalmadıqda  onlar  silinir.  Yaddaşı  idarə  edən  utilit 
həmçinin tutulmuş sahəni başqa proqramlardan qoruyur. 
Yaxşı  məlum  olan  əməliyyat  sistemlərinin  hamısında 
operativ  yaddaşın  məntiqi  modelindən  istifadə  edilir  ki, 
buna da virtual yaddaş deyilir. 
Virtual yaddaş – əməliyyat 
sisteminin istifadəçilər və proqramlar üçün yaratdığı ideal 
kompüterin  yaddaşıdır.  Virtual  yaddaş  vinçesterdə 
yaradılır.  Yəni,  bu  və  ya  digər  proqrama  operativ 
yaddaşda  yer  çatmadıqda  vinçesterin  müəyyən  hissəsi 
virtual  yaddaş  adı  ilə  müvəqqəti  istifadəyə  cəlb  edilir. 
Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir. 
 
FAYL SİSTEMİNİN İDARƏ EDİLMƏSİ 
  
Proqramların  xarici  yaddaşda  yerləşən  verilənlərə 
müraciət  etməsini  təşkil  etmək  üçün  ƏS  mürəkkəb  fayl 
sistemindən  istifadə  edir. 
Fayl  dedikdə,  xarici  yaddaşda 
vahid  məntiqi  obyekt  şəklində  saxlanan  və  müəyyən 
proqramlar  üçün  lazım  olan  verilənlər  yığımı  (proqram 
mətni və adi verilənlər) nəzərdə tutulur. ƏS üçün fayl elə 
bir  struktur  vahididir  ki,  proqram  istifadəçiləri  onun 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________109________________________ 
 
üzərində 
yaratmaq,  ləğv  etmək,  operativ  yaddaşa 
oxumaq, dəyişdirilmiş verilənləri yenidən yazmaq, simvol 
adlı fayllara müraciət etmək,digər istifadəçilərin fayllarına 
müraciət  etmək,  öz  fayllarına  müraciət  etməyi  idarə 
etmək, pozulma hallarında faylları bərpa etmək  kimi tipik 
əməliyyatlar apara bilir. 
Fayl  sistemi  kompüterdə  saxlanan   
disk—kataloq—
fayl  iyerarxiyasına  malik  verilən  modelidır.  Fayl  fiziki 
diskdə  saxlansa  da,  fiziki  disk  məntiqi  disklərə 
bölündüyündən, faktiki olaraq məntiqi diskdə yerləşir. Hər 
bir  diskdə  yerləşən  faylların  siyahısı  (direktoriya)  olur. 
Fiziki  diskin  məntiqi  disklərə  bölünməsi  disklərə  və 
kataloqlara  da  fayl  kimi  baxmağa  imkan  verir.  Beləliklə, 
fayl sistemi dedikdə 3 səviyyəli fayllar iyerarxiyası nəzərdə 
tutulur. Fayl məntiqi vahid olsa da fiziki cəhətdən müxtəlif 
saylı  fraqmentlər  şəklində  saxlana  bilir.  Bir  fayla  aid 
fraqmentlər eyni adla saxlanır və həmin ada əsasən 
FAT 
xüsusi  cədvəli  (
FAT  –File  Allocation  Table)  vasitəsilə 
müəyyən  edilir.  FAT  cədvəlində,  həmçinin  fayla  icazəsiz 
müdaxilə edilməsinin qarşısını almaq üçün əlavə əlamətlər 
də  saxlanır.  Fayla  çoxsaylı  müraciət  səviyyələri 
mövcuddur: 
 Kataloqdan heç nə oxumaq mümkün olmur; 
 Faylın  və  sahibinin  adını  oxumaq  və  sahibinə 
müraciət etmək mümkün olur; 
 Faylı işə qoşmaq mümkün olsa da üzünü köçürmək 
mümkün olmur; 
 Faylın məzmunu ilə tanış olmaq mümkün olsa da, 
onu dəyişmək mümkün olmur; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________110________________________ 
 
 Faylın məzmununu yalnız sona əlavəetmə şəklində 
dəyişmək mümkündür; 
 Fayl  üzərində  istənilən  iş  aparmaq  mümkün  olsa 
da, başqa istifadəçilərin müraciət etmək statusunu 
dəyişmək mümkün olmur; 
 Fayl üzərində istənilən iş aparmaq mümkündür.  
 
KƏSİLMƏLƏRİN İDARƏ EDİLMƏSİ 
 
Kəsilmələr  kompüterdə  hesablama  prosesinin  idarə 
edilməsinin  vacib  elementidir.  Çünki  kəsilmələr 
kompüterin müxtəlif qurğularının sərbəst paralel işləməsi 
vasitəsidir.  Məsələn,  klaviaturadan  daxiletmə  zamanı 
müvafiq qurğu prosessora kəsilmə barədə siqnal göndərir. 
Səhv  hesablama,  məsələn,  sıfra  bölmə  zamanı,  qurğu 
imtinası  zamanı  da  kəsilmə  baş  verir.  Prosessor  növbəti 
əmri  icra  etməzdən  əvvəl  kəsilmə  siqnalının  olub-
olmadığını yoxlayır. Varsa, onu işləyir, sonra növbəti əmrə 
keçir. Kəsilmə sorğuları maskalanmış və maskalanmamış 
olur.  Maskalanmamış  sorğular  prosessora  ayrıca  xətlə 
verilir. Məsələn, elektrik cərəyanı şəbəkəsindən daxil olan 
sorğu  maskalanmamış  sorğudur.  Bu  sorğular  yüksək 
prioritetə  malikdir.  Cərəyanda  baş  verən  dəyişiklik 
informasiya  itkisinə  səbəb  ola  bildiyindən,  xüsusi  qəza 
halları üçün nəzərdə tutulan tutum filtrləri vardır ki, bu da 
informasiya  itkisi  təhlükəsini  xeyli  azaldır.  Maskalanmış 
sorğular xarici qurğulardan daxil  olur və növbədənkənar 
əməliyyat icrasına icazə istəyir. Prosessor cari işi yarımçıq 
qoyub  həmin  əməlin  icrasına  keçir  və  sonra  yarımçıq 
qalmış iş davam etdirilir. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________111________________________ 
 
APARAT PLATFORMALARININ NÖVLƏRİ 
 
Kompüterlər 
əsas 
etibarı 
ilə 
kəmiyyət 
xarakteristikaları  (operativ  və  xarici  yaddaşların  həcmi, 
prosessorun  sürəti)  ilə  bir-birindən  fərqləndirilir.  Bu 
xarakteristikalar üzrə kompüterlər 4 sinfə bölünür: mikro 
kompüterlər,  mini  kompüterlər,  iri  kompüterlər 
(maynfreymlər) və super kompüterlər. 
 
  
 
Mikro Elektron Hesablama Maşını 
 
Müasir fərdi kompüterlər, noutbuklar, serverlər, işçı 
stansiyalar mini kompüter sayılır. Mini kompüterlərin bir 
qismi  ixtisaslaşdırılmış  kompüterlərdir.  Məsələn,  kassa 
aparatları,  avtomobillərdəki  kompüterlər,  istehsalatda 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________112________________________ 
 
texnoloji xətləri idarə edən kompüterlər ixtisaslaşdırılmış 
maşınlardır.  Serverlər  irihəcmli  informasiya  saxlayan  və 
çoxsaylı 
istifadəçilərə 
xidmət 
göstərən 
mini 
kompüterlərdir.  Yüksək  məhsuldarlığa  malik  stolüstü 
kompüterlər  işçi  stansiya  adlanır.  Bunlar  peşəkar 
istifadəçilər  (proqramçılar)  üçündür.  Fərdi  kompüterlər 
həm peşəkar, həm də peşəkar olmayanlar üçün nəzərdə 
tutulmuş stolüstü mini kompüterdir. 
 
 
 
“VAX – 11” mini Elektron Hesablama Maşını 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________113________________________ 
 
İri kompüterlər (maynfreymlər) ümumi təyinatlı, çox 
güclü,  çoxmaşınlı  hesablayıcı  sistemlərdir.  Bunlar  gecə-
gündüz fasiləsiz iş rejimində işləyir.  
Super kompüter əməliyyat sistemi üçün vahid bütöv 
maşın kimi təsəvvür olunan maşınlar şəbəkəsidir.
  
 
   
 
 
IBM şirkətinin akademik mərkəzi, z9-BC  və  z9EC markalı 
Böyük Elektron Hesablama Maşınları 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________114________________________ 
 
 
 
Super elektron hesablama maşını 
 
 
 
 
 
 
 
 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________115________________________ 
 
KOMPÜTER ŞƏBƏKƏLƏRİ 
 
KOMPÜTER ŞƏBƏKƏLƏRİ HAQQINDA ÜMUMİ 
ANLAYIŞ VƏ ONLARIN TƏYİNATI 
 
Kompüter  şəbəkəsi  dedikdə,  rəqəm  ötürən  rabitə 
xətləri  ilə  birləşdirilmiş  və  bir-biri  ilə  informasiya 
mübadiləsi  edən  kompüterlər  qrupu  nəzərdə  tutulur. 
Şəbəkədə  birləşdirilmiş  kompüterlər  müxtəlif  coğrafi 
nöqtələrdə yerləşə bilər. Kompüter şəbəkəsi ilə çoxmaşınlı 
kompleksi  eyniləşdirmək  olmaz.  Çünki  çoxmaşınlı 
kompleksə  daxil  olan  hər  bir  maşın  vahid  hesablama 
prosesində ayrıca bir iş görür. İstənilən kompüter miniatür 
çoxmaşınlı  kompleksdir.  Çünki  kompüterin  tərkibinə 
müxtəlif kontrollerlər və adapterlər daxildir ki, bunların da 
hər  birinin  özünəməxsus  funksiyası,  prosessoru  və 
yaddaşı  vardır.  Çoxmaşınlı  kompleks  həm  də  özünü  iri 
maşın  (maynfreym)  kimi  aparır.  Çünki  onun  tərkibində 
xarıcı qurğuların idarə edilməsi kimi köməkçi funksiyalar 
icra  edən  köməkçi  kompüterlər  vardır.  Çoxmaşınlı 
kompleksdən  fərqli  olaraq  şəbəkədə  birləşdirilmiş 
maşınların  icra  etdikləri  funksiyalar  əvvəlcədən  məlum 
deyil,  şəbəkənin  quruluşu  dəyişə  biləndir  və  müxtəlif 
proseslərdə kompüterlərin qarşılıqlı fəaliyyəti müxtəlif ola 
bilir.  Şəbəkənin  işi  yalnız  kompüterlər  arasında 
informasiya mübadiləsini reallaşdırmaqdan ibarət olur.  
Kompüterlərin şəbəkədə birləşdirilməsi meyli bir sıra 
obyektiv  səbəblərlə,  o  cümlədən,  iqtisadiyyatın 
qloballaşdırılması,  işgüzar  fəaliyyətin  və  dövləti  işlərin 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________116________________________ 
 
idarə  edilməsi  səviyyəsinin    yüksəldilməsi,  informasiya 
xidmətinin yeni növlərinin meydana çıxması ilə bağlıdır.  
 
 
  
Yeni nəsil IBM maynfremi 
 
Müəssisədəki  kompüterlərin  birləşdirilməsi  və 
şəbəkə aşağıdakı üstünlüklərə malikdir: 
 İş  yerlərində  icra  edilən  idarəetmə  əməliyyatları  bir 
proqramla,  vahid  qayda  və  vahid  vasitələrlə  həyata 
keçirilir; 
 Şəbəkədən  istifadə  edilməsi  zamanı  müəssisənin  bütün 
verilənləri bir (bəzən bir neçə) kompüterdə yerləşdirilir ki, 
bu  da  həmin  verilənlərə  bütün  iş  yerlərindən  müraciət 
etmək imkanı verir; 
 Disk yaddaşına qənaət edilir; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________117________________________ 
 
 Sistemə  daxil  edilən  informasiya  həmin  andan  etibarən 
bütün istifadəçılər üçün də əlçatan olur; 
 Çoxistifadəçili rejim təmin edilir; 
 Periferiya qurğularından (printerdən və maqnit diskindən) 
şərikli istifadə edilir. 
Sadalanan bu funksiyalar proqramların paylanması, 
verilənlərin  paylanması  və  kompüter  resurslarının 
paylanması  adlanır.  Şəbəkədə,  həmçinin  prosessor 
resursları  da  paylana  bilir.  Yəni,  zəif  kompüter  güclü 
kompüterin resurslarından istifadə edə bilir.  
Kompüter şəbəkələri lokal, regional və qlobal olur. 
Lokal  hesablayıcı  şəbəkələr  (LAN  -  Local  Area 
NetWork) məhdud  məkanda (1 km-lik radiusda) yerləşən 
bir müəssisəyə aid kompüterləri birləşdirir. 
   
 
 Local Area NetWork 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________118________________________ 
 
 Regional hesablayıcı şəbəkələr (WAN  – Wide Area 
NetWork) ərazi və ya tabeçilik əlaməti üzrə birləşdirilmiş 
bir neçə lokal şəbəkədən yaranır. 
 
Wide Area NetWork 
 
Qlobal  hesablayıcı  şəbəkələr  (GAN  –  Global  Area 
NetWork)  müxtəlif  ölkələrdə  və  müxtəlif  kontinentlərdə 
yerləşən  təşkilatların,  firmaların,  elmi  idarələrin  və  ya 
şəxslərin kompüterlərini birləşdirir. 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________119________________________ 
 
 
 
Global Area NetWork 
 
Şəbəkə  proqram  təminatının  təşkilinə  2  yanaşma 
mövcuddur: mərkəzləşdirilmiş idarəetmə ilə təşkil edilən 
şəbəkələr və birsəviyyəli şəbəkələr. 
Mərkəzləşdirilmiş  idarəetmə  ilə  təşkil  edilən 
şəbəkələrdə  informasiya  mübadiləsini  idarə  etmək  üçün 
ayrıca  bir  və  ya  bir  neçə  kompüter  olur.  Buna  mərkəzi 
server deyilir. Serverdə şəbəkə dispetçeri vardır ki, bu da 
şəbəkənin  etibarlı  və  təhlükəsiz  işləməsini  təmin  edir. 
Qalan kompüterlər işçi stansiyalardır. 
Server 3 əsas funksiya icra edir: 
 Şəbəkənin  konfiqurasiyası  (quruluşu)  barədə  məlumatı, 
sistem  cədvəllərini  və  tez-tez  istifadə  edilən  proqramları 
saxlayır; 
 Bir işçi stansiyadan digərinə ötürüləcək informasiyanı qəbul 
edir; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________120________________________ 
 
 Digər  şəbəkələr  üçün  şlüz  (ötürücü  qurğu)  xidməti 
göstərir. 
Server  ayrılmış  və  ayrılmamış  ola  bilir.  Ayrılmış 
server işçi stansiya kimi işləmir. Ayrılmamış server həm də 
işçi stansiya kimi işləyir. Bu halda şəbəkənin məhsuldarlığı 
və etibarlılığı aşağı düşür. 
Ümumi  təyinatlı  sistem  vasitələri  çox  hallarda 
serverdə saxlanır ki, bu da işçi stansiyaların yaddaşından 
səmərəli istifadə edilməsinə imkan verir.  
 
 
 
Server 
 
Birsəviyyəli  şəbəkələrdə  ayrıca  server  olmur. 
Şəbəkənin  idarə  edilməsi  funksiyaları  işçi  stansiyalar 
arasında paylanır. Lakin bu halda sistem cədvəlləri bütün 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________121________________________ 
 
kompüterlərə yazılır. Bu şəbəkələr nisbətən azməhsuldar 
olsa da, istismarı sadədir. 
Şəbəkənin ən mühüm cəhəti konfliktli situasiyaların 
həlli  metodları  ilə  seçilir.  Bu  məqsəd  üçün  şəbəkələrin 
çoxu prioritet sistemindən istifadə edir. 
 
 
QEYD
Serverlər 
(server ingiliscə 
to 
serve deməkdir  və  xidmət  etmək  anlamını  verir) 
şəbəkədə  olan  digər  kompüterlərə  müxtəlif  servis 
xidmətlərini göstərə bilən, optimal xarakteristikaya malik 
kompüterlərdir. Onlar güclü prosessorlara, böyük sayda 
(həmçinin tutuma) operativ yaddaşa və böyük tutumlu 
xarici yaddaşa (vinçerterə) malikdirlər. 
İlk  İnternet-server  1991-ci  ilin  6  avqustunda 
yaradılmışdır.  Bu  gün  WWW  (Vsemirnoe  pautinı-
Ümumdünya  Hörümçək  Toru)  istifadəçiləri  üçün 
əlamətdardır.  Amma  serverdən  istifadə  1989-cu  ilə 
təsadüf  edir.  İnternet-serverin  yaradıcısı,  Avropa  nüvə 
tədqiqatları  laboratoriyasında  işləyən  ingilis  alimi  Tim 
Berners-Li  ilk  dəfə  serverin  yaradılma  ideyasını  çap 
etdirdiyi məqalədə irəli sürür və Ümumdünya kompüter 
şəbəkəsinin yaradılmasını təklif edir. 
İl  ərzində  (1991-ci  il  nəzərdə  tutulur)  İnternet-
server  Avropa  və  Amerikanın  digər  tədqiqat 
mərkəzlərində  də  yaradılır.  1992-ci  ilin  noyabr  ayında 
artıq dünya miqyasında 26 serverdən istifadə olunurdu. 
1993-cü ildə bu rəqəm 200-ü keçir. 1995-ci ildə WWW–
nin müxtəlif ölkələrdə tətbiqi o qədər artır ki, şəbəkəni 
“həvəskar şəbəkə” adlandırmaq düzgün sayılmır. İndiki 

 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin