İQTİSADİ İNFORMATİKA
________________________86________________________
İQTİSADİ İNFORMATİKA
________________________87________________________
KOMPÜTERİN TƏŞKİLİ VƏ
FƏALİYYƏTİ
KOMPÜTERİN ƏSAS QURĞULARI VƏ
ARXİTEKTURASI
KOMPÜTERİN ÜMUMİ ARXİTEKTURASI
Arxitektura dedikdə, kompüteri təşkil edən qurğular,
onların qarşılıqlı əlaqələri və bu əlaqələrin qurulması
qaydaları çoxluğu nəzərdə tutulur. Başqa sözlə,
arxitektura dedikdə, kompüterin quruluşu, ayrı-ayrı
qurğularının xarakteristikaları, yaddaşa və xarici qurğulara
müraciət üsulları, maşın əmrləri sistemi, əmrlərdə istifadə
edilən verilən formatları və s. ön plana çəkilir.
Kompüterin əsas qurğuları prosessor və yaddasdır.
Kompüterin hesablama imkanı məhz bu iki qurğunun
qarşılıqlı fəaliyyəti ilə təyin olunur. Verilənləri
prosessordan yaddaşa və əksinə ötürən rabitə xətlərinə
şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan şini, idarə
şini və qidalanma (cərəyan) şini. Kompüter qurğularını
əlaqələndirən şin ümumi şin adlanır. Bundan əlavə,
köməkçi şinlər də vardır ki, bunlara da lokal şinlər deyilir.
Kompüter bloklarını birləşdirən rabitə sistemi
maşındaxili sistem interfeysi adlanır.
Prosessor külli miqdarda elektron mikrosxemlərin
mikroskopik həcmdə cəmləşdirildiyi bir qurğudur.
Dünyada prosessor qədər mürəkkəb qurğu yoxdur.
İQTİSADİ İNFORMATİKA
________________________88________________________
Kompüter
sənayesinin
tərəqqisi
prosessorun
təkmilləşdirilməsi (icra edilən funksiyaların artırılması,
həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş
etibarlılığının yüksəldilməsi) ilə bağlıdır.
Nisbətən daha cəld yaddaş növü olan prosessor
registrləri prosessorun daxilində yerləşir.
Müasir kompüterlər açıq sistem ideologiyası ilə
yaradılır. Yəni, kompüter qurğuları kifayət qədər sərbəst
fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır.
Qurğuları bir-birinə qoşan hissə həmin qurğunun
interfeysi adlanır. İnterfeysin reallaşdırdığı qayda protokol
adlanır. Bəzən interfeys dedikdə, qoşqu ilə yanaşı, həm
də protokol nəzərdə tutulur. Eyni qurğu üçün bir neçə
protokol ola bilər. Kompüter daxilindəki rabitə
kanallarında siqnallar yalnız rəqəm formasında, 1 və 0-ları
kodlaşdıran impulslar şəklində ötürülür.
Müxtəlif cür periferiya qurğuları mövcuddur. Fərdi
kompüterin periferiya avadanlığına: klaviatura, maus,
skaner, manitor, printer, plotter (qrafquran), vinçester,
diskovod,
CD-ROM, səsucaldan, şəbəkə çıxışı aiddir.
Kompüterin qurğuları şinə kontroller və ya adapter
vasitəsilə qoşulur. Kontroller və adapterlərin öz
prosessoru vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış
mikrokompüterlərdir.
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter
cərəyana qoşulan kimi bütün lazımi informasiyanın üzü
vinçesterdən operativ yaddaşa köçürülür.
İQTİSADİ İNFORMATİKA
________________________89________________________
OPERATİV YADDAŞ
Operativ yaddaş, əslində, daxili ünvanlaşdırılmış
yaddaşdır. Operativ yaddaş bəzən birbaşa müraciət
yaddaşı (
RAM -Random Access Memory) da adlanır.
Kompüterlərin həm də sabit yaddaşı olur. Yalnız
informasiya oxumaq üçün olduğundan, buna
ROM (Read
-
Only Memory) deyilir.
Operativ yaddaş
Aralıq nəticələr də operativ yaddaşda saxlanır.
Kompüterin məhsuldarlığı həm də, operativ yaddaşın
sürətindən asılıdır. Odur ki, kompüterin inkişafının əsas
istiqamətlərindən biri də operativ yaddaşın işləmə
sürətinin
artırılmasından
ibarətdir.
Elektromaqnit
mahiyyətli olduğundan, kompüter sönən kimi operativ
yaddaşdakı informasiya pozulur. Buna görə də kompüter
söndürülməzdən əvvəl operativ yaddaşdakı informasiya
maqnit mahiyyətli vinçesterə köçürülür.
Sabit yaddaş (
ROM) kompüteri hazır vəziyyətə
gətirmək üçündür. Burada işə başlama proqramları, o
cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar,
giriş-çıxış baza sistemi
(BİOS- Base İnput Output System)
İQTİSADİ İNFORMATİKA
________________________90________________________
və diaqnostika proqramları saxlanır. Sabit yaddaşın
məzmunu dəyişməzdir. Bəzi sabit yaddaş növlərinin
məzmununu dəyişdirmək mümkündür.
Fərdi kompüterdə operativ yaddaş ana plataya
əlahiddə qurğu kimi qoşulur. Operativ yaddaş triggerlər
sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və 1)
ola bilən elektron qurğudur. Sabit yaddaşda isə 1 və 0-lar
inteqral sxemlər şəklində hazırlanmışdır. Buna görə də
cərəyan kəsiləndə operativ yaddaşın məzmunu pozulur,
sabit yaddaşınkı pozulmur. Yaddaşla prosessor arasındakı
informasiya mübadiləsinin sürəti yaddaşın sürətini
müəyyən edir. Prosessor hesablama nəticələrini registrə,
oradan da operativ yaddaşa ötürür. Operativ yaddaşdakı
informasiya da əvvəlcə registrə, sonra prosessora
ötürülür.
Xarici yaddaş (Vinçester) praktiki olaraq hüdudsuz
həcmə malik ucuz yaddaşdır. Operativ yaddaşın sürətini
artırmaq üçün keş-yaddaşdan istifadə edilir. Keş-yaddaş
prosessorla operativ yaddaş arasında yerləşir.
Mərkəzi prosessor. Bu, informasiyanı emal edən
qurğudur. Operativ yaddaşa gətirilmiş maşın proqramı
prosessorun başa düşəcəyi əmrlər ardıcıllığı olduğundan,
prosessor həmin əmrləri növbə ilə yerinə yetirir. Əmrdə
göstərilir ki, ilkin verilən haradan götürüləcək, üzərində
hansı
əməliyyat
aparılacaq,
nəticə
haraya
yerləşdiriləcəkdir.
İQTİSADİ İNFORMATİKA
________________________91________________________
Mərkəzi prosessor
Prosessor aşağıdakı funksiyaları icra edir:
Əmri operativ yaddaşdan oxuyub deşifrasiya edir;
Veriləni operativ yaddaşdan və giriş-çıxış
portlarından oxuyur;
Veriləni operativ yaddaşa yazır və ya giriş-çıxış
portlarına göndərir;
Xarici qurğu adapterlərindən müraciət və əmrləri
qəbul edib işləyir;
Kompüterin bütün qurğularını idarə etmək üçün
siqnallar hasil edir.
Prosessor 2 hissədən ibarətdir: əməliyyat hissəsi və
interfeys hissəsi. Əməliyyat hissəsi idarə qurğusundan,
hesab-məntiq qurğusundan və prosessor yaddaşından
(ümumi təyinatlı registrlərdən) ibarətdir. İnterfeys hissəsi
şin və portların idarə edilməsi mikrosxemlərindən və
ünvan və əmr registrlərindən təşkil edilir. İdarə qurğusu
prosessorun ən mürəkkəb hissəsidir. İdarə qurğusu
aşağıdakı funksiyaları icra edir:
İQTİSADİ İNFORMATİKA
________________________92________________________
Operativ yaddaşdakı icrası tələb olunan növbəti
əmrin ünvanını ünvan registrindən seçir;
Operativ yaddaşdan növbəti əmri seçir;
Əməliyyat deşifratorunun köməyi ilə əmrin kodunu
təhlil edib əmrdə nəzərdə tutulan əməliyyatı və
onun əlamətini identifikasiya edir;
Seçılmiş
əməli
icra
edən
mikropoqramı
prosessordan oxuyub lazımi idarəedici siqnallar
hasil edir;
Operativ
yaddaşdakı
əməl
operandlarının
ünvanlarını oxuyub ümumi təyinatlı registrlərə
yazır;
Əməli icra edir;
Nəticəni operativ yaddaşa yazır;
Növbəti əmrin ünvanını formalaşdırır.
Hesab-məntiq qurğusu hesab və məntiq əməllərinin
icrası üçündür. Bu işin icrası üçün əməl operandları
əvvəlcədən ümumi təyinatlı registrlərdə yerləşdirilir.
Nəticələr də həmin registrlərə yazılır.
Şin və portların idarə edilməsi sxemi aşağıdakı
funksiyaları icra edir:
Portun və onu idarə edən informasiyanın ünvanını
formalaşdırır;
Portdakı informasiyanı (və ya portun əmrə hazırlığı
barədə məlumatı) qəbul edir;
Bütün qurğu və mikrosxemləri prosessorla giriş-
çıxış portu arasında informasiya mübadiləsi üçün
hazırlayır.
Şini idarə edən sxem idarəedici şinə giriş və ya çıxış
əməlinə hazırlaşmaq, ünvan şininə isə portun ünvanı
İQTİSADİ İNFORMATİKA
________________________93________________________
barədə siqnal göndərir. Ünvan yerləşən qurğu hazır olmaq
barədə cavab verdikdən sonra verilən şini üzrə verilənlərin
daxil edilməsi və ya çıxarılması həyata keçirilir.
SİSTEM ŞİNLƏRİ
Sistem şini dedikdə, bütün şinlərin məcmusu
nəzərdə tutulur. Sistem şininin əsas funksiyası prosessorla
digər elektron komponentlər arasında informasiya
mübadiləsini həyata keçirməkdən ibarətdir. Müasir fərdi
kompüterlərdə 64 mərtəbəli (xətli) şinlərdən istifadə edilir
ki, bu da eyni zamanda 8 bayt verilən ötürə bilir. Buna 32
mərtəbəli ünvan şini uyğun gəlir.
1333 Meqaherslik Sistem şini
İQTİSADİ İNFORMATİKA
________________________94________________________
PERİFERİYA QURĞULARI, ONLARIN TƏYİNATI
VƏ XARAKTERİSTİKASI
GİRİŞ QURĞULARI
Kompüterə informasiya daxil edən qurğulara:
klaviatura, maus, trekbol, coystik, skaner, dicitayzer,
sözanlayan qurğu və s. aiddir.
Klaviatura hələ əsas giriş qurğusu olaraq qalır.
Klaviatura düymələri nömrələnmişdir. Hər nömrə ayrıca
elektrik sxeminə uyğundur. Registr düymələri (
Shift, Ctrl,
Alt, Caps Lock və Num Lock) klaviatura düymələrinin
nömrələrini dəyişir. Klaviatura bütövlükdə 510-a qədər
işarə daxil etməyə imkan verir.
Klaviatura
Maus və trekbol koordinatlı daxiletmə qurğusudur.
Yəni, bunları müstəvi üzərində hərəkət etdirdikdə displey
ekranında üfqi və şaquli hərəkət edən kursor
informasiyanın daxil edilməsi və idarə edilməsi prosesini
reallaşdırmağa imkan verir. Trekbol arxası üstə çevrilmiş
İQTİSADİ İNFORMATİKA
________________________95________________________
mausdur. Trekbolun fırlanan kürəsini barmaqla
fırlatmaqla kursoru lazımi yerə gətirmək mümkündür.
Maus
Trekbol
Coystik – üfqi və şaquli hərəkət edən iki diyircəkli
altlığa bərkidilmiş dəstəkdir. Bu da maus kimi işləyir.
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks
qurğusu kimi işləyir.
Coystik
Skaner
Digitayzer (elektron planşet) koordinat dəyişdiricidir.
Avtomatlaşdırılmış layihələşdirmə sistemlərində istifadə
edilir.
Sözanlayan qurğu sözü ikilik rəqəmə çevirib
kompüterə ötürür.
İQTİSADİ İNFORMATİKA
________________________96________________________
Digitayzer
XARİCİ YADDAŞ QURĞULARI
Xarici yaddaş qurğuları
informasiyanı uzun müddət
saxlamaq üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli
disklər vardır. Diskə informasiya yazan və oxuyan
qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit
disk (disket) yığıcıları və lazer disk yığıcıları (
CD-ROM)
geniş tətbiq tapmışdır. Disklərdən paket yaradılır. Diskin
səthi cığırlaşdırılır. Eyni radiuslu cığırlar paketdə silindr
yaradır. İnformasiya cığırla radiusun kəsişməsinə yazılır.
Cığırlar eyni tutumludur. Cığırlar sektorlara bölünür.
Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur.
Vinçester də maqnit mahiyyətli disk paketidir. Lakin
vinçester çevik yaddaş qurğusu hesab edilmir. Vinçester
diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.
İQTİSADİ İNFORMATİKA
________________________97________________________
QEYD: 1973-cü ildə IBM firması yeni texnologiya
ilə 16 Kbayt informasiyanı saxlayan ilk sərt diski istehsala
buraxır. Disk hər biri 30 sektora bölünən 30 silindrdən
ibarət olduğundan, onun şərti işarəsi 30/30 kimi qəbul
edilir. Bu işarə 30/30 kalibrinə malik, alman istehsalı olan
Vinçester tipli məşhur avtomatik tüfəngə anoloji olduğu
üçün ona “
Vinçerter” adı da verilir. O vaxtdan bəri sərt
disklərin konfiqurasiyası xeyli dəyişmiş, tutumu,
etibarlılığı və işləmə sürəti kəskin artmışdır. Lakin fərdi
kompüterlərdə sərt diskin əvvəlki adı indi də istifadə
edilməkdədir.
İlk sərt disklərin seriya şəkilində istehsalı 1979-cu ildə
Seagate firması tərəfindən həyata keçirilmişdir. Beş
düymlü ST-506 diskinin tutumu 6 Mbayta bərabər idi.
1979-cu ildə istehsal olunan sərt disk belə disklərin
istehsalının təməlini qoydu. Müasir vinçester yığıcıları bir
ox üzərində quraşdırılmış maqnit disklər paketindən
ibarətdir. Diskin hazırlanması üçün alüminium lövhədən,
şüşə və keramikadan və onun üzərinə xüsusi texnologiya
ilə yapışdırılmış (oturdulmuş) yüksək keyfiyyətli
ferromaqnit qatdan istifadə olunur. Diskin üzərinə qat
yapışdırılandan sonra onu firmada xüsusi texnologiya ilə
emal edirlər. Emal olunmuş diskləri bir paketə yığıb
otürücüyə quraşdırılmış oxa bərkidirlər (adətən bir
paketdə 2-dən 12-yə qədər disk olur).
Çıxış
qurğuları
kompüterdə
işlənmiş
informasiyanı insan üçün münasib formada təqdim etmək
İQTİSADİ İNFORMATİKA
________________________98________________________
üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və
səsucaldan kolonkalar aiddir.
Plotter
Monitor (displey) mətn və qrafik informasiyanı
təqdim etmək üçündür. Fərdi kompüterin monitoru mətn
rejimində 25 sətr və 80 sütunun kəsişməsindəki 2000
xanadan ibarətdir. Hər xanaya bir simvol yazılır. Simvol
nöqtələrdən yığılmış şəkildir. Qrafik rejimdə isə monitorun
sahəsi piksellə (nöqtə ilə) ölçülür. 480x640, 600x800,
768x1024, 864x1152, 1024x1280 rejimləri vardır.
Monitor
ekranına
çıxarılan
informasiya
videoyaddaşda saxlanır. Bu, məntiqi cəhətdən operativ
yaddaşın bir hissəsi olsa da, fiziki cəhətdən monitora
quraşdırılmış ayrıca qurğudur.
İQTİSADİ İNFORMATİKA
________________________99________________________
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur.
Port kompüterin girişinə və ya çıxışına müvafiq virtual
yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir.
Hansı verilənin və ya əmrin hansı porta ötürüləcəyi və ya
hansı portdan qəbul ediləcəyi prosessor tərəfindən təyin
və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə
onun qoşulub-qoşulmadığını, sonra işə hazır olub-
olmadığını, sonra kağızın olub-olmadığını yoxlayır, sonra
lazımi əmri ötürür.
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər:
ardıcıl, sətri və səhifəlik olur. İş prinsipinə görə, zərbəli və
zərbəsiz printerlər vardır. Çap üsuluna görə, matris və
simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir.
Başlıqda 9, 18, 24 iynə ola bilir. Sətri və səhifəlik matris
printerlər müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap
edir. Lakin bunlar səslidirlər. Şırnaqlı printerlər zərbəsiz
olduğundan səssiz işləyir. Dəqiqədə 2-7 səhifə çap edir.
Lazer printer kseroks prinsipində işləyir.
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran
böyük printerdir.
İndiki kompüterlərin hamısında
audioadapter (səs
platası)
vardır.
Səsucaldan
kolonkalar
həmin
audioadapterlə işləyir.
BƏZİ DİGƏR QURĞULAR
Bunlardan:
Riyazi prosessor üzən vergüllü ədədlər üzərində cəld
və daha dəqiq əməllər aparır.
İQTİSADİ İNFORMATİKA
________________________100________________________
Taktlı impulslar generatoru kompüter qurğularına
ötürülən siqnalları müəyyən vaxt fasilələri ilə göndərir. Bir
saniyədəki taktların sayına kompüterin takt tezliyi deyilir.
Saniyədə milyon takt 1 meqahersdir. Bu, bütün qurğuların
işini sinxronlaşdırmaq üçündür.
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt
kvantları ilə işləyir.
Yaddaşa birbaşa müraciət kontrolleri operativ
yaddaşla xarici qurğular arasında prosessorun iştirakı
olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır.
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə
çevirmək üçündür. Bunun köməyi ilə kompüter real vaxta
köklənir və səs generasiyası baş tutur.
Takt tezliyi anlayışı. İstənilən verilənlər üzərində
müxtəlif əməliyyatların yerinə yetirilməsində kompüterin
bir neçə qurğusu iştirak edir. Yerinə yetirilən əməliyyatlar
arasında müəyyən uyğunluq olmalı, qurğular isə bir-biri
ilə sinxron işləməlidirlər. Belə uyğunluğu və sinxronluğu
kompüterin daxilində yerləşən xüsusi qurğu – impuls
taktları generatoru həyata keçirir. İmpuls taktları
generatoru bərabər zaman ərzində sinxronlaşdırıcı
impuls siqnaları hasil edir. Sinxron impulslar kompüterin
daxilindəki qurğuların vasitəsi ilə yerinə yetirilən
əməliyyatları koordinasiya edir. Hasil edilən impulsların
uzunluğunun da eyni olması (yüksək dərəcədə
dəqiqliklə) vacib şərtlərdən biridir.
İQTİSADİ İNFORMATİKA
________________________101________________________
Sinxronlaşdırıcı impulsun başlanğıcı ilə növbəti
impulsun başlanğıcı arasındakı zaman müddəti
takt
adlanır (şəkilə nəzər sal).
Prosessor tərəfindən yerinə yetirilən istənilən
əməliyyat taktın müəyyən hissəsində baş verir. Bunun
ardınca fasilə gəlir ki, bu zamanda heç bir əməliyyat
həyata keçmir. Fasilənin olması prosessor üçün prinsipial
faktordur. Bu faktor fiziki qanunlara söykənir və
prosessorun işini idarə edir. Prosessorun proqrama
uyğun olaraq yerinə yetirdiyi əməliyyatlar ardıcıllığı takt
daxilində, takt sərhədlərinə uyğun olaraq t
0
, t
1
, t
2
...
zaman momentlərində ani olaraq həyata keçir. Taktın
sərhədləri sayılan sinxroimpulslar sıfırdan fərqli uzunluğa
malik olduqları üçün t
0
, t
1
, t
2
... zaman momentləri takt
impulslarının başlanğıcı sayılır.
İQTİSADİ İNFORMATİKA
________________________102________________________
İmpuls generatorunun vahid zaman müddətində
hasil etdiyi taktların tezliyi hesablama texnikasında
takt
tezliyi adlanır və vacib texniki xarakteristikalardan biri
hesab edilir.
Takt tezliyi verilənlərin emal olunma sürətini
müəyyən edən əsas faktorlardan biridir. İlk istehsal
olunan kompüterlər 5-10 Mhers tezlikdə işləyirdilər.
İndiki zamanda fərdi kompüterlərdə istifadə olunan
prosessorlar 100 MHers-lərdən 3-4 Hhers takt tezliyində
verilənləri emal edirlər. Yaxın gələcəkdə bu kəmiyyətin
10 Hhersə çatdırılacağı gözlənilir. Nəzəri hesablanmışdır
ki, kəmiyyətin qiyməti 30-40 Hhersdən artıq ola bilməz.
KOMPÜTERİN ƏMƏLİYYAT SİSTEMİ.
ƏMƏLİYYAT SİSTEMİNİN FUNKSİYALARI
Əməliyyat sistemi kompüterin ayrı-ayrı qurğularının,
həmçinin qurğularla tətbiqi proqramların qarşılıqlı
fəaliyyətini təmin edən proqram vasitələri kompleksidir.
Müasir əməliyyat sistemləri aşağıdakıları təmin edir:
Proqramların icrasının idarə edilməsi;
Yaddaşın idarə edilməsi;
Giriş-çıxışın idarə edilməsi;
Fayl sisteminin idarə edilməsi;
Kəsilmələrin emalı;
Kompüterin aparat qurğularının idarə edilməsi;
İstifadəçilər və proqramlarla qarşılıqlı fəaliyyət
(əməliyyat sisteminin istifadəçi interfeysi);
Çoxməsələli rejim;
İQTİSADİ İNFORMATİKA
________________________103________________________
Çoxistifadəçili rejim;
Əməliyyat sisteminin kompüterə yüklənməsi;
Əməliyyat sisteminin komponentlərinin qoşulub-
açılması;
Əməliyyat sisteminin parametrlərinin sazlanması;
Kompüter
cərəyana
qoşularkən
əməliyyat
sisteminin yüklənməsi;
Kompüter qurğularının cari konfiqurasiyasının
avtomatik təyini;
Kompüterin qurğularının və əməliyyat sisteminin
funksional altsistemlərinin testləşdirilməsi və
mümkün pozuntuların düzəldilməsi;
Kompüter resurslarının (operativ yaddaşın,
prosessorun vaxtının, xarici yaddaşın, periferiya
qurğularının
və
s.)
proqramlar
arasında
paylanması;
Kompüterin təhlükəsiz işləməsi (bir istifadəçi və ya
proqram tərəfindən istifadə edilən yaddaşın digər
istifadəçi və ya proqram müdaxiləsindən
qorunması);
Bir neçə proqram və ya istifadəçi tərəfindən birgə
istifadə edilən verilənlərin düzgünlüyünün təmin
edilməsi.
Proqramların icrasının və yaddaşın idarə edilməsi
əməliyyat sisteminin əsas funksiyasıdır.
Çoxməsələli
rejimdə
əməliyyat
sistemləri
aşağidakilara imkan verməlidir:
Bir neçə proqramın paralel (psevdoparalel) icrası;
Tapşiriqların (daha doğrusu, proqramların) icra
növbəliliyinin yaradılması;
|