Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


İQTİSADİ İNFORMATİKA 
 
 
________________________17________________________ 
 
inkişafına  imkan  verən,  nominal  keyfiyyətlə  və  optimal 
xərclə  hazırlanan,  qulluğa,  təmir  və  istismara  xidmət 
edən təşkilatı tədbirlər, həyata keçirilən əməliyyatlar və 
məqbul sayılan bir kompleksdir. 
Alimlərdən D.N.Uşakov və B.M.Volin hesab edirlər 
ki, “texnologiya – bu və ya digər xammalın hazır fabrik 
malına  və  ya  hazır  məhsula  çevrilməsi  üçün  həyata 
keçirilən emal proseslərinin cəmi və elmi toplumudur”. 
S.A.Smirnov  və  İ.B.Kotova  texnologiyanı  “verilmiş 
parametrlərə uyğun ilkin materialların təhlilində istifadə 
olunan  üsullar  ardıcıllığı  və  üsullar  toplumu”  kimi  şərh 
edirlər. 
N.Y.Şvedova  və  S.İ.Ojekov  texnologiyanı  belə 
şəkildə müəyyənləşdirirlər: texnologiya müəyyən istehsal 
sahələri və  prosesləri, həmçinin istehsal üsullarının cəmi 
olmaqla  yanaşı  istehsal  üsullarının  elmi  təsvir 
olunmasıdır. 
 
Funksional altsistemlər və əlavələr dedikdə, seçilmiş 
informasiya  texnologiyası  əsasında  konkret  funksional 
oblastda qərar qəbulu və ya sənəd hazırlanması məqsədi 
ilə  informasiyanın  təhlili  və  emalını  təmin  edən 
ixtisaslaşdırılmış  proqramlar  nəzərdə  tutulur.  Müasir 
korporativ  informasiya  sistemlərində  istehsalat,  maliyyə, 
mühasibat  uçotu,  marketinq  və  satış,  həmçinin  kadr 
funksional altsistemləri fərqləndirilir. Funksional altsistemin 
əsas  predmeti  daxil  olan  informasiyanı  təhlil  edib  sənəd 
hazırlamaqdan  ibarətdir.  Bu  baxımdan,  funksional 
altsistemlər 
korporativ 
informasiya 
sistemlərinin 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________18________________________ 
 
intellektual təməlini təşkil edir və interaktiv xarakter daşıyır, 
yəni,  mütəxəssislə  dialoq  rejimində  işləyir.  Buna  görə  də 
funksional  altsistemlərin  səmərəliliyi  mütəxəssislərin 
fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olur. 
Bəzən 
informasiya 
texnologiyası 
dedikdə, 
müəssisənin “kompüter infrastrukturu” göz önünə gətirilir. 
Lakin iqtisadi informatika baxımından, önəmli olan verilən 
bazasıdır. 
Verilən  bazası  –  müəyyən  qaydalara  uyğun  təşkil 
edilmiş  və  kompüter  yaddaşında  saxlanaraq  istifadəçi 
tələbini  ödəmək  üçün  istifadə  edilən  verilənlər 
məcmusudur.  Verilən  bazası  –  veriləni  informasiyaya 
çevirən xüsusi mühitdir. 
İnformasiya  texnologiyası  informasiya  proseslərini 
təmin  edərkən  işin  məzmunu  arxa  plana  keçir.  Bu, 
informasiyanın 
saxlanmasından, 
qəbulundan 
və 
ötürülməsindən  ibarət  sırf  texnoloji  zəncirdir.  Yəni, 
informasiya  texnologiyası  dedikdə,  bir  ucu  istifadəçiyə 
açılan informasiya emaledici kanal nəzərdə tutulur. 
İnformasiya 
texnologiyasından 
fərqli 
olaraq 
funksional  altsistemlər  dəqiq  ixtisaslaşmaya  malikdir. 
Məsələn, kadr altsistemi, satış uçotunu apara bilməz. Buna 
baxmayaraq,  bütün  funksional  altsistemlərin  ümumi  və 
daimi  vəzifəsi  də  vardır  ki,  bu  da  qərar  qəbulu  üçün 
informsiya şəffaflığı yaratmaqdan, yəni, şöbələrdə vəziyyət 
barədə  maksimum  dəqiq  və  cəld informasiya  təqdimatını 
təmin etməkdən ibarətdir. 
 İnformasiya texnologiyası və funksional altsistemlər 
bir-biri  üçün  mövcudluq  şərtidir.  Belə  ki,  informasiya 
texnologiyası  yoxdursa,  funksional  altsistem  mövcud  ola 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________19________________________ 
 
bilməz,  funksional  altsistem  yoxdursa,  informasiya 
texnologiyası  mənasızdır.  Hal-hazırda  çalışırlar  ki, 
funksional  altsistemlər  informasiya  texnologiyasının 
konkret platformasından asılı olmasın. Lakin praktiki olaraq 
asılılığı tam aradan qaldırmaq mümkün deyildir. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS 
KOMPONENTLƏRİ. İDARƏETMƏ 
 
İnformasiya  sistemlərinin  idarə  edilməsi  dedikdə, 
informasiya  texnologiyaları,  funksional  altsistemlər  və 
onlarla  əlaqədar  mütəxəssislər  arasında  optimal  qarşılıqlı 
fəaliyyət yaradan və həmçinin onların inkişafını təmin edən 
komponent  nəzərdə  tutulur.  Korporativ  informasiya 
sistemlərinin idarə edilməsi aşağıdakı funksiyaların icrasına 
yönəldilir: 
 İşçi heyətin idarə edilməsi; 
 İstifadəçilərin idarə edilməsi; 
 İnkişafın idarə edilməsi; 
 Operativ idarəetmə; 
 Keyfiyyətin idarə edilməsi; 
 Maliyyənin idarə edilməsi; 
 Təhlükəsizliyin idarə edilməsi. 
Hal-hazırda  təsərrüfat  qərarlarının  hazırlanması  və 
qəbulunda  informasiya  sistemləri  daim  istifadə  olunur. 
Bunlardan:  ümumi  təyinatlı 
Reuters,  Bloomberg 
sistemlərini,  axtarış  təyinatlı 
Yahoo!,  Alta  Vista,  Google, 
Rambler və Яndex sistemlərini misal göstərmək olar. 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________20________________________ 
 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________21________________________ 
 
İQTİSADİ İNFORMATİKANIN İNKİŞAF 
TARİXİ
 
İqtisadi  məsələlərin  həllində  istifadə  edilən  ilk 
hesablayıcı maşın Blez Paskal (1623-1662) tərəfindən 1642-
ci  ildə  yaradılmış,  lakin  cəmiyyətin  buna  hazır  olmaması 
üzündən  geniş  tətbiq  tapmamışdır.  XIX  əsrin  sonunda 
German  Hollerit  (1860-1929)  perforator,  nəzarət  və 
çeşidləyici maşınlar sistemi yaratdı ki, bu da ilk dəfə 1887-ci 
ildə statistika məsələsinin həllinə tətbiq edildi. 1896-cı ildə 
Xollerit  maşınları  ABŞ-da  əhalinin  siyahıya  alınmasında 
istifadə edildi və əmək məhsuldarlığını 4 dəfə artırdı! 1911-ci 
ildə Hollerit 
İBM (İnternational Busines Machines) firmasını 
yaratdı.  Beləliklə,  G.Hollerit  maşınları  (perforator,  nəzarət, 
ceşidləyici və tabulyator) praktiki olaraq iqtisadi informatika 
erasının  başlanğıcını  qoydu.  G.Hollerit  maşınları  lokal 
informasiya  proseslərini  mexanikləşdirdi  və  Maşın-
hesablama stansiyalarının maddi bazasını təşkil etdi. 
 
 
Blez Paskal 
 
German Hollerit 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________22________________________ 
 
50 ildən artıq istifadə edilən Hollerit maşınları tədricən 
öz  yerini  elektrik,  sonra  isə  elektron  maşınlarına  verdi.  İlk 
elektron  maşın  20-ci  əsrin  40-cı  illərində  Almaniyada  FAU 
ballistik  raketlərin  uçuş  traektoriyasını  hesablamaq 
zərurətindən yarandı. Bu maşınlar son dərəcə mürəkkəb və 
baha olduğundan, yalnız hərbi və elmi məqsədlər üçün tətbiq 
edildi. ABŞ və Böyük Britaniyada 1960-cı ildən EHM iqtisadi 
(ehtiyatların idarə edilməsi)  məsələlərin  həllinə  cəlb  edildi. 
Bu  məqsədlə,  lazımi  optimallaşdırma  modeli  tərtib  edildi. 
Həmin model yalnız EHM vasitəsi ilə reallaşdırıla bilirdi. Bu 
zaman xüsusi proqram təminatı 
MRP (Material Requirement 
Planning)  –  material  resurslarına  tələbin  planlaşdırılması 
sistemi,  sonra 
MRP-2  (Manufakturing  Resource  Planning), 
XX  əsrin  sonunda 
ERP  (Enterprise  Resource  Planning) 
yarandı ki, bu da əslində müəssisə üzrə inteqrasiya edilmiş 
informasiya  sistemi  idi.  Buna  analoji  olaraq  1970-ci  illərdə 
SSRİ-də  AİS  yaradıldı  və  heç  bir  cəhətdən  özünü 
doğrultmadı.  Fərdi  kompüterlərin  yaranması,  müxtəlif 
qaydalarda  fəaliyyət  göstərən  hesablayıcı  vasitələrin  və 
informasiya  resurslarının  vahid  şəbəkədə  birləşdirilməsi, 
İNTERNET (
World Wide Web) adlanan beynəlxalq kompüter 
şəbəkəsi iqtisadi informatikanın inkişafında növbəti mərhələ 
oldu. İnternet-in meydana çıxması ilə kompüter sadəcə cəld 
hesablayıcı  olmaqdan  dünyanın  istənilən  yerində  yerləşən 
informasiyaya müraciət imkanı verən vasitəyə çevrildi ki, bu 
da biznesin instrumental təchizatında inqilabi dönüş demək 
oldu. 
İnternet kompüterin yeni imkanlarını üzə çıxararaq onu 
iqtisadçı,  biznes,  idarəedici  və  digər  mütəxəssisin  öz 
vəzifəsini  yerinə  yetirməsi  üçün  gündəlik  istifadə  etdiyi 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________23________________________ 
 
vasitəyə  çevirdi.  Maliyyəçilərin,  mühasiblərin,  bank 
işçilərinin,  menecerlərin  əmək  məhsuldarlığı  görünməmiş 
dərəcədə artmaqla yanaşı, adi halda mümkün olmayan yeni 
imkanlar meydana çıxdı. Elektron biznes yarandı ki, bu da 
elektron  ticarət  və  elektron  bank  kimi  elementləri  özündə 
birləşdirdi. Nəticədə istehsalçı ilə istehlakçı elektron bazarda 
birbaşa görüşmək imkanı qazandı ki, bu da qiymətlərdə öz 
əksini tapdı. Biznes şəffaflaşdı. Bütün alqı-satqı əməliyyatları 
qanuniləşdi, dövlət bundan öz qazancını götürdü. 
İnternetlə 
birgə 
haqqında 
çoxdan 
danışılan 
“informasiya qiyaməti” də reallaşdı. Bu qiyamətdən yeganə 
çıxış  vasitəsi  müasir  informasiya  sistemləridir. Çünki  yalnız 
bunlar qərar qəbulu üçün lazım olan informasiyanı nəhəng 
informasiya  okeanından  cəld  seçib  istifadə  etməyə  imkan 
verir. 
Beləlıklə,  iqtisadi  informatikanın  əsas  məqsədi 
iqtisadiyyatda,  biznesdə  və  idarəetmədə  qərarların 
hazırlanması  və  qəbulu  üçün  informasiya  sistemlərinin 
uğurlu və səmərəli tətbiqinə imkan verən şərtləri müəyyən 
etməkdən ibarətdir.  
Göstərək  ki,  burada  söhbət  informasiya  sistemlərinin 
texnoloji 
məhsuldarlığından 
deyil, 
məhz 
iqtisadi 
səmərəliliyindən gedir. 
 Bir  sözlə,  iqtisadi  informatika  iqtisadi  vahidlərin 
informasiya  sistemlərinin  köməyi  ilə  idarə  edilməsi 
problemlərini öyrənir. 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________24________________________ 
 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________25________________________ 
 
VERİLƏNLƏR, İNFORMASİYA VƏ 
BİLİK. ÖLÇÜ VƏ TƏTBİQ 
 
İNFORMASİYANIN TƏRİFİ 
 
“İnformasiya” təməl və prinsipial anlayış olmaqla, 
həm  informasiya  sistemlərində,  həm  də  bütövlükdə 
müasir  cəmiyyətdə  baş  verən  proseslərin  dərk  edilməsi 
üçün  açar  anlayışdır.  İnformasiya  termini  bütövlük 
baxımından, çətin təyin ediləndir. 
Norbert  Vinerə  (1894-1964)  görə,  informasiya  - 
ətraf dünyanın duyğularımıza təsirinin məzmununu ifadə 
edir. 
 
 
Norbert Viner (ingiliscə Norbert Wiener) amerika 
alimi, görkəmli riyaziyyatçı və fəlsəfəçi, kibernbetikanın 
və süni intellektin banisi. 
  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________26________________________ 
 
Rusiya qanunvericiliyində göstərilir ki: informasiya – 
təqdimat  formasından  asılı  olmayaraq,  şəxslər,  əşyalar, 
faktlar, hadisələr və proseslər barədə məlumatlardır. 
İqtisadiyyata tətbiq baxımından, informasiya anlayışı 
verilən,  informasiya  və  bilik  kimi  3  növdə  təzahür  edir. 
Verilən  və  informasiya  barədə  yuxarıda  bəhs  edilmişdir. 
Bilik  –  bəlli  qaydada  işlənmiş  və  istifadə  edilmiş 
informasiyadır. 
Verilənlər  cədvəllərdə,  qəzetlərdə,  saytlarda  və  s. 
strukturlaşdırılmış  və  strukturlaşdırılmamış  mövcud  ola 
bilir. 
İnformasiyanın meydana çıxması üçün ilk növbədə, 
məsələ  qoyulmalıdır.  Yalnız  məsələ  qoyulduqdan  sonra 
onun həlli üçün lazım olan verilənlər yığılıb emal edildikdə 
qərar  qəbuluna  imkan  verən  informasiya  yaranır.  Bu 
mənada,  informasiya  qoyulmuş  məsələ  ilə  bağlı 
verilənlərin təhlili nəticəsində meydana çıxır. 
Qərar  qəbulu  üçün  istifadə  edilən  informasiyanın 
təkrarlanması biliyi meydana gətirir. Bilik formal və qeyri-
formal olur. Formal bilik standartlar, normativlər şəklində 
mövcud olur. Qeyri-formal bilik ekspert biliyidir. 
İqtisadi  məlumatların  əsas  hissəsi  rəqəm,  hərf, 
simvollar səklində saxlanır, emal edilir və ötürülür. Buna 
görə  də  iqtisadi  informasiyanın  təsviri  və  təhlilində 
semiotika terminlərindən də istifadə edilir. 
Bu baxımdan, obyekt 3 aspektdə təhlil edilir: 
1. Sintaksis aspekt- işarə quruluşu; 
2. Semantik aspekt-məzmunu
3. Praqmatik aspekt-faydalılığı (qiymətliliyi). 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________27________________________ 
 
İnformasiya ilə bağlı olan ən mürəkkəb məsələ onun 
kəmiyyətcə 
qiymətləndirilməsidir. 
İnformasiyanın 
kəmiyyəti  qeyri-müəyyənliyin  kəmiyyəti  ilə  müəyyən 
edilir. Qeyri-müəyyənlik istənilən təsərrüfat və idarəetmə 
qərarının  ayrilmaz  xassəsidir.  Çünki  bu  qərarlar  həmişə 
müəyyən  mümkün  variantlar  içərisindən  seçılməli  olur. 
Qəbul  edilmiş  qərarın  həqiqətən  ən  yaxşı  olduğunu  isə 
praktiki  olaraq  tam  yəqinliklə  təsdiq  etmək  mümkün 
deyildir. 
 
QEYD:  Sintaksis  yunan  sözü  olub  quruluş, 
nizam-intizam, tərkib, təqdimat anlamını verir. 
Semantika  yunanca  qeyd  etmə,  göstərmə,  işarə 
etmə anlamını verir və məna baxımından danışıq dilinin 
ölçülməsinin  qiymətini  öyrənir.  Bu  məqsədlə  ləvazımat 
kimi semantik təhlildən istifadə edilir. XIX əsrin sonu, XX 
əsrin  əvəllərində  semantikanı  bir  çox  hallarda 
semasiologiya  (yunanca 
işarə,  göstəriş)  adlandırırdılar. 
Semantika  ilə  məşğul  olan  alimləri  də  indiki  zamanda 
semasioloqlar  adlandırırlar.  Əksər  sinif  dil  vahidlərinin 
qiymətlərini (məsələn, “hərəkət feillərinin semantikası”) 
semantika ilə işarələyirlər. 
Semantik  problemlər  uzaq  keçmişdə  fəlsəfi 
mənada araşdırılırdı. Termin fransız dilşunası (linqvisti) 
Mişel  Breal  (1832-1915)  tərəfindən  elmə  daxil 
edilmişdir. 1910-1920-ci illərdə semantika məsələlərinin 
öyrənilməsi bir çox mütəxəssisləri özünə cəlb etmişdir. 
Praqmatika  semiotikanın  bölməsi  olub  əsasən 
istifadə  olunan  və  qəbul  edilən  hər  hansı  bir  işarələr 
sisteminin  həmin  sistemə  olan  münasibətini  öyrənir. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________28________________________ 
 
Əsas  ideya  Ç.Pirs  (Çarlz  Sanders  Pirs  (1839-1914)  – 
amerika filosofu, riyaziyyatçı, məntiqçi, praqmatizmin və 
semiotikanın  banisi)  tərəfindən  irəli  sürülsədə  Ç.Morris 
(Çarlz  Uilyam  Morris  (1901-1979)  –  amerika  filosofu, 
semiotikanın banilərindən biri, “praqmatika” terminini ilk 
dəfə elmə daxil etmişdir) tərəfindən inkişaf etdirilmişdir. 
Praqmatikanın  ideyaları  evristik  proqramlaşdırmada, 
hesablama  maşınında  yerinə  yetirilən  tərcümələrdə, 
informasiya-axtarış sistemlərində və s. istifadə olunur. 
 
 
Çarlz Sanders Pirs 
 
Çarlz Uilyam Morris 
 
 
K.  Şennona  (1916-2001)  görə,  informasiyanın 
miqdarı  ləğv  edilən  qeyri-müəyyənlik  (entropiya) 
qədərdir.  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________29________________________ 
 
İnformasiyanın 
miqdarının 
sintaksis 
ölçüsü 
verilənlərin həcmi ilə təyin edilir. Verilənin həcmi dedikdə, 
xəbərdəki işarələrin sayı nəzərdə tutulur. 
 
QEYD:  Entropiya  və  informasiya  nəzəriyyəsi 
müxtəlif yanaşmalara məruz qalmış istənilən təcrübənin 
(sınağın) qeyri-müəyyənlik ölçüsüdür. Entropiya ilə bağlı 
sualları  araşdırmaq  üçün  səbrli  olmaq  gərəkdir,  çünki 
mürəkkəb  anlayışın  bütün  çalarlarını  o  dəqiqə  başa 
düşmək müşkül işdir. Bu baxımdan riyazıyyat sahəsində 
dövrünün böyük alimi sayılan A.Puankare qeyd etmişdi 
ki, entropiya anlayışı “
dəhşətli şəkildə abstraktdır”. 

Entropiya”  kəlməsini  ilk  dəfə  1865-ci  ildə  alman 
alimi  Rudolf  Klauzius  elmə  əsərində  istifadə  etmişdir. 
Alimin fikirinə görə “
soyuq cisimdə olan istiliyin isti cismə 
keçməsi müşkül məsələdir”. 
Yunan dilində entropiya sözü “
daxilimdə çevrilirəm” 
və  ya  “
özümə  gəlirəm”  anlamını  verir.  Sonuncu  kəlam 
avstriya  alimi  Ludoviq  Boltsmanı  çox  maraqlandırır, 
kəlamı təhlil edən alim 1872-ci ildə onunla bağlı əsər çap 
etdirir və əsərində “
entropiya” termininin izahını verir və 
entropiyanı əks neqentropiya adlandırır. 
 
İnformasiyanın miqdarının semantik ölçüsü “ünvanın 
tezaurusu” ilə, daha doğrusu, informasiya qəbuledicisinin 
biliyi ilə təyin edilir. Çünki tezaurus dedikdə, xəbərlər və 
onların  arasındakı  əlaqələr  məcmusu  başa  düşülür. 
Məsələn,  insanın  tezaurusu  onun  bilikləri  cəmidirsə, 
kompüterin  tezaurusu  da  informasiyanı  qəbul  etməyə, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________30________________________ 
 
işləməyə,  təqdim  etməyə  imkan  verən  proqramlar  və 
qurğular çoxluğudur. Lakin qərar qəbulu üçün tezaurusu 
zənginləşdirən aktual informasiya daha qiymətlidir. 
 
 
Klod  Elvud  Şennon  (ingiliscə  Claude  Elwood 
Shannon)  amareikalı  mühəndis  və  riyaziyyatçı, 
informasiya  nəzəriyyəsinin  yaradıcısıdır.  Alim  ehtimal 
sxemlərinə,  avtomatlar  və  idarəetmə  sistemləri 
nəzəriyyələrinə  böyük  tövhələr  vermiş,  “kibernetika” 
anlayışını elmə gətirnmişdir. 1948-ci ildə informasiyanın 
ən  kiçik  ölçü  vahidi  kimi  “bit”-dən  istifadəni  təklif 
etmişdir.
   
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________31________________________ 
 
Tezaurusu  dəyişən  informasiyanın  miqdarı  məhz 
semantik  ölçünü  ifadə  edir.  Başqa  sözlə,  semantik  ölçü 
informasiyanın faydalılığını qiymətləndirməyə xidmət edir. 
 
QEYD:  Tezaurus  (yunanca  xəzinə),  ümumi 
mənada 
xüsusi  terminalogiya,  məhdud  mənada  isə 
lüğət, məlumatın yığılması mənasında işlədilir. Tezaurus 
informasiya  nəzəriyyəsində  subyektin  malik  olduğu 
bütün  məlumatların  toplumunu  qeyd  etmək  üçün 
istifadə olunur. 
  
 Ünvanın  tezaurusu  zənginləşdikcə,  informasiyanın 
semantik miqdarı azalır. Çünki kifayət qədər bilikli adama 
nəsə öyrətmək çətindir. Semantik informasiyanın miqdarı 
xəbərin  məzmunluluğuna  qiymət  vermək  üçündür. 
Beləliklə,  informasiyanın  sintaksis  ölçüsü  informasiyanın 
texnologiyaya,  semantik  ölçüsü  isə  informasiyanın 
qəbulediciyə  münasibətini  təyin  edir.  Praqmatik  ölçü 
informasiyanın  qiymətliliyini  təyin  etmək  üçün  istifadə 
edilir. 
 
VERİLƏNLƏRİN, İNFORMASİYANIN VƏ BİLİYİN 
XASSƏLƏRİ 
 
Verlənlərin xassələri: 
 Prezentativlik  (təqdimatlılıq)  -  hadisəni  adekvat 
təsvir etmək; 
 Dəqiqlik: 
1. Formal  dəqiqlik  -  təklik  mərtəbədəki  rəqəmin 
göstərilməsi; 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________32________________________ 
 
2. Real  dəqiqlik  –  təklik  mərtəbədəki  rəqəmin 
gerçəkliyinə təminat verilməsi; 
3. Maksimal  və  ya  əldə  edilmiş  dəqiqlik  –  xüsusi 
yığım şəraitində əldə edilən dəqiqlik; 
4. Lazımi  dəqiqlik  –  məsələnin  tələbinə  uyğun 
dəqiqlik. 
 Gerçəklik – obyektin tələb olunan dəqiqliklə təsviri; 
Cayqou  prinsipinə  görə,  “keyfiyyətsiz  veriləndən 
faydalı  informasiya  alına  bilməz”.  Ölçmələrdəki 
xətalar gerçəkliyin səviyyəsinə mənfi təsir göstərir. 
Gerçəkliyinin səviyyəsinə təsir edən xətanı yaradan 
amillər təyin edilə biləndirsə, verilən etibarlı hesab 
edilir.  Beləliklə,  yaxşı  verilən  dedikdə,  təqdimatlı, 
dəqiq  və  etibarlı  verilən  nəzərdə  tutulur.  Faydalı 
informasiya yalnız yaxşı veriləndən alınır. 
İnformasiyanın xassələri:  
 Aktuallıq – qərar qəbulu məqamına yararlı olmaq; 
Bu, verilənin reprezentativliyi hesabına baş tutur. 
Verilən  köhnəldikcə,  aktuallaşdırma  və  ya 
yeniləşdirmə həyata keçirilir. 
 Məqamlılıq  –  informasiyanın  qərar  qəbulu 
məqamına 
alınması; 
Gecikən 
informasiya 
lazımsızdır. Vaxtından əvvəl alınmış informasiya isə 
qərar qəbulu məqamına aktuallığını itirə bilər. 
Veriləni informasiyaya çevirən emal prosesi adekvat 
və  gerçəkdirsə,  onda  alınan  informasiya  da  dəqiq  və 
etibarlı sayılır.  
Biliyin  xassələri.  Bilik  predmet  və  ya  konkret, 
konseptual  və  ya  ümumiləşdiurici  və  metabilik  şəklində 
ola  biləndir.  Konkret  bilik  konkret  oblasta  aid 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________33________________________ 
 
informasiyadan  yaranır.  Konseptual  bilik  metodoloji 
xarakterli olur. Metabilik bilik haqqında bilikdir. Məsələn, 
Mendeleyev cədvəli. 
Kompaniyanın  rəqabətdə  üstünlüyünün  əsas 
mənbəyi bilikdir.  
 
 
İQTİSADİ İNFORMASİYA HAQQINDA ANLAYIŞ 
İnformasiya  -  izah  etmək  mənasına  gələn  çox 
qədim bir dildə olan cümlədir. 20-ci əsrin ortalarından 
informasiya  elmi  anlayışdır  və  müxtəlif  təbiətli  obyektlər 
(yaddaşlar)  arasında  baş  verən  məlumat  mübadiləsinin 
məna  yükünü  ifadə  edir.  İqtisadi  informasiya  - 
çəmiyyətdə istehsal münasibətlərini xarakterizə edir. 
İqtisadi informasiya iqtisadi sistemin (müəssisənin, 
nazirliyin, dövlətin və s.) ayrılmaz tərkib hissəsidir. 
İqtisadi  informasiya  dəqiq,  gerçək  və  operativ 
olmalıdır. Dəqiqlik bir informasiyanın bütün istehlakçılar 
tərəfindən  birmənalı  dərk  edilməsi yolu ilə təmin edilir. 
Gerçəklik  informasiyanın  elə  keyfiyyət  səviyəsidir  ki,  bu 
səviyyə  təmin  olunduqda  sistemin  səmərəli  fəaliyyətinə 
xələl  gəlmir. Оperativlik  isə konkret şəraitdə  yüksək 
aktuallıq nümayişidir. 
İqtisadi  informasiya  ilk  növbədə,  idarəetmə 
funksiyaları  və  yaranma  yerləri  (idarəetmə  səviyyələri) 
üzrə təsnifləşdirilir. 
İdarəetmə  funksiyaları  üzrə  iqtisadi  informasiya 
plan-uçot, 
normativ-arayış 
və 
hesabat-statistika 
informasiyasına ayrılır. 

 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin