Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


İQTİSADİ İNFORMATİKA 
 
 
________________________243________________________ 
 
Texnoloji  səviyyə  müəyyən  texnoloji  parametrlərlə 
təyin edilir ki, bunlara da sistemin cəldliyi, yaddaş resursu, 
rabitə kanalının növü və verilənlərin ötürülməsi sürəti və 
s. aiddir. 
Operativ (əməli) səviyyə şirkətdə sadə və bezdirici, 
lakin  olduqca  vacib  əməliyyatlar  icra  edilən  bölmələrdə 
formalaşır.  Bu  bölmələr  müştərilərlə  birbaşa  kontakt 
(təmas) yaradan, sifariş qəbul edən, hesab çıxarışı verən, 
anbardakı material resursları sərfini qeydiyyata alan, nağd 
vəsaitlər verən iş yerləridir. Operativ səviyyədə idarəetmə 
qərarı  qəbul  edən,  məsələn,  nağd  pul  götürmək  üçün 
Əmanət bankının şöbəsinə müraciət edir. Operator təqdim 
edilən sənədlər əsasında əmanətin vəziyyətini yoxlayır və 
tələb edilən pul məbləğini verib-verməmək barədə qərar 
qəbul edir.  
Taktiki səviyyə bizim üçün daha maraqlıdır. Çünki bu 
səviyyədə inzibati və analitik işlə məşğul olan orta səviyyə 
menecerləri işləyir. İnzibati iş xeyli bezdiricidir və formal 
xarakter  daşıyır.  Bu  səviyyədə  bütün  tabe  bölmələrdən 
informasiya toplayıb şirkətin normal fəaliyyəti təmin edilir 
və  bu  vəziyyət  nəzarət  altında  saxlanır.  Orta  səviyyə 
menecerlərinin  inzibati  işi,  adətən,  strukturlaşdırılmış 
məsələlərin həllindən ibarət olur. Taktiki səviyyədən gələn 
informasiya bir qayda olaraq, bölmələrdə işlərin vəziyyəti 
barədə  dövri  informasiyadan  ibarət  olur.  Buna  misal, 
sexlərin, təmir bölmələrinin həftəlik, ongünlük, aylıq və s. 
hesabatları göstərilə bilər. 
Taktiki  səviyyədə  icra  edilən  analitik  iş  daha  çox 
strukturlaşdırılmamış  məsələlərin  həllindən  ibarət  olur. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________244________________________ 
 
Belə məsələlərin həlli üçün adətən dəqiq alqoritm və və 
ya dəqiq informasiya çatışmır. 
İdarəetmə  qərarı  aydın  olmadıqda  məsələni 
modelləşdirmək  və  müxtəlif  variantları  yoxlamaq  lazım 
gəlir. Belə məsələlərə aşağıdakılar aiddir: 
 Məhsulun satış qiyməti 15% artırılarsa, satış həcmi 
necə dəyişər? 
 Sifarişlər portfelinin necə tərtib etməli ki, mənfəət 
maksimum olsun? 
Qeyd  edək  ki,  inzibati  işin  icrası  üçün  şirkətdaxili 
informasiya  kifayət  edir.  Analitik  iş  isə  həm  xarici 
məlumatlara,  həm  də  operativ  səviyyədə  yaranan 
informasiyaya ehtiyac duyur. 
Biliklərin emalı da taktiki səviyyədə həyata keçirilir. 
Bu  işlə  şirkətin  2  tip  bölmələri:  sənəd  emalı  (sənədin 
alınması, qeydiyyatdan keçirilməsi, saxlanması, tələb üzrə 
təqdim edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi 
bölmələr  və  yeni  məhsul  modelləri  hazırlayan  layihə 
büroları məşğul olur.  
Strateji səviyyədə yuxarı səviyyə menecerləri şirkətin 
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, 
ətraf aləmdə baş verən dəyişikliklərin meyllərini izləyirlər. 
Bunların  əsas  vəzifəsi  ətraf  aləmdə  baş  verən 
dəyişikliklərin şirkətin biznes fəaliyyəti üçün təhlükəli olan 
məqamlarını  (Şirkətin  biznes  fəaliyyətində  uduzmalara 
səbəb  ola  biləcək  yeni  materialların,  məhsulların, 
texnologiyaların  meydana  çıxması)  aşkarlamaqdan 
ibarətdir. 
Strateji  səviyyədə  həll  edilən  məsələlərə  nümunə 
olaraq aaşağıdakıları göstərmək olar: 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________245________________________ 
 
 Şirkət  yaxın  illərdə  hansı  məhsulları  istehsal 
edəcəkdir? 
 5 ildən sonra şirkətə hansı mütəxəssislər və hansı 
ixtisas  səviyyələrinə  malik  mütəxəssislər  lazım 
olacaqdır? 
 Şirkətin  əsas  rəqibləri  hansı  məhsulun  istehsalı 
strategiyasını seçmişlər? 
Aydındır  ki,  strateji  səviyyə  üçün  əsasən  xarici 
informasiya tələb olunur ki, bunu da əldə etmək həmişə 
mümkün  olan  iş  deyildir.  Məsələn,  rəqiblərin  strateji 
istehsal planları çox gizli saxlanır.  
Qeyd  edək  ki,  hər  bir  idarəetmə  və  qərar  qəbulu 
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.  
Məsələn, neft-qaz sahəsində “İstehsal” funksionallığı 
üçün həll edilən məsələlərə nümunə olaraq aşağıdakıları 
göstərmək olar. 
Operativ  səviyyədə  daxilolan  logistika  üzrə  istehsal 
resurslarının  mövcudluğu,  çıxan  logistika  üzrə  isə 
istehsalın  gedişi  və  hazır  məhsul  anbarındakı  vəziyyət 
barədə verilənlər daimi və müntəzəm surətdə emal edilir. 
Neft-qaz sahəsi üçün daxil olan logistika axınları müxtəlif 
diametrli  borulardan  və  qazma  qurğularından  ya  təmir 
işlərini  aparmaq  üçün  lazım  olan  xırda  bolt  və 
qaykalaradək minlərlə addan ibarət nomenklaturanı, çıxan 
logistika  axınları  isə,  şirkətin  neft  anbarlarını  və  topdan 
ticarət  müəssisələrinə  müxtəlif  markalı  benzin,  yağ, 
mazut,  dizel  yanacağı  göndərən  neft  emalı  zavodlarının 
hazır məhsulları anbarlarını əhatə edir.  
Biliklərin  emalı  səviyyəsində  yeni  məhsulların 
hazırlanması  məsələləri  həll  edilir,  həmçinin  mövcud 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________246________________________ 
 
normativlərə  uyğun  icra  edilən  reqlamentli  işlər 
(mexanizmlərə profilaktik baxış, texnoloji xətlərin təmiri) 
görülür.  Neft-qaz  sahəsi  üçün  reqlamentli  işlər  dedikdə, 
quyuların təmiri üçün profilaktik dayandırılması, neft nəqli 
borularının  yoxlanması  nəzərdə  tutulur.  Neft-qaz 
sahəsində yeni məhsul yaradılması nadir hadisə olsa da, 
yeni  xidmət  növlərinin  yaranması  tez-tez  baş  verən 
hadisədir.  Misal  üçün,  müasir  benzin  doldurma 
stansiyalarının  müşayiətedici  mağazalar,  emalatxanalar 
və  kafelər  yığını  ilə  layihələşdirilməsi  yeni  xidmət 
növlərinin yaradılması məsələlərindəndir.  
Taktiki  səviyyədə  şirkətin  bölmələrində  istehsal 
planının  yerinə-yetirilməsi  barədə  müntəzəm  hesabatlar 
tərtib edilir və həmçinin istehsal məsələlərinin (məsələn, 
istehsal  resursları  ehtiyatlarının  optimallaşdırılması)  həlli 
variantları  hazırlanır.  Orta  səviyyə  menecerləri  operativ 
səviyyədən  daxil  olan  informasiya  əsasında  ayrı-ayrı 
quyular və ya bir-neçə quyu barədə, həmçinin bütövlükdə 
neft-qaz çıxarma müəssisələri üzrə hesabatlar hazırlayır. 
Analitiklər  bu  informasiyanı  neft  hasilatı  ilə  sərf  olunan 
resursların 
(elektrik 
enerjisinin, 
suyun, 
təmir 
materiallarının)  müqayisəli  təhlili  üçün  istifadə  edə 
bilərlər. Bu təhlil əsasında ayrı-ayrı quyular və ya bir-neçə 
quyu  barədə,  həmçinin  bütövlükdə  neft-qaz  çıxarma 
müəssisələri  üzrə  işlərin  səmərəliliyini  əks  etdirən 
informasiya rəhbərliyə təqdim edilə bilər. Bu informasiya 
əsasında  xərci  çox,  hasilatı  az  olan  quyunun  və  ya 
quyuların,  həmçinin  müəssisənin  işinin  dayandırılması 
barədə qərar qəbul edilə bilər.  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________247________________________ 
 
Strateji  səviyyədə  uzunmüddətli  istehsal  planının 
tərtibi  məsələsi  həll  edilir  ki,  bu  da  istehsalın  gələcək 
artımını  və  onun  resurs  təminatını  qiymətləndirmək 
məqsədi  güdür.  Neft  şirkəti  üçün  strateji  səviyyədə  həll 
edilən məsələ kimi yeni neft yataqlarının mənimsənilməsi 
yolu  ilə  və  ya  kiçik  neft  şirkətlərini  satın  almaqla  neft 
hasilatını  artırmaq  məsələsi  nümunə  göstərilə  bilər.  Bu 
məsələnin həlli üçün operativ səviyyədən daxil olan neft-
qaz  yataqlarının  vəziyyəti  barədə  geoloji  informasiya  və 
xaricdən  daxil  olan  bazar  informasiyası  (Rəqabətedici 
şirkətlərin  satışa  çıxarılması  və  neft-qaz  hasil  edən 
şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə 
informasiya) lazımdır. 
 
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF 
SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ 
 
Operativ səviyyədə 
transaksiya emal edən sistemlər 
(TES),  başqa  sözlə, 
transaksiya  informasiya  sistemləri 
(
TPS  -  Transaction  Processing  Systems)  işləyir. 
Transaksiya 
informasiya 
sistemləri 
informasiya 
sistemlərinin  bütün  digər  tipləri  üçün  əsas  informasiya 
göndərən sistemlərdir.  
Transaksiya  informasiya  sistemləri  biznesin  həyata 
keçirilməsi  üçün  lazım  olan  gündəlik  bezdirici  işləri 
(Müxtəlif  hesablardan  çıxarışların  verilməsi,  bankdakı 
hesabın  vəziyyəti  barədə  arayış  verilməsi  və  s.)  yerinə-
yetirən  kompüter  sistemləridir.  Transaksiya  informasiya 
sistemlərinin  bir  növü 
online  -  Transaksiya  informasiya 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________248________________________ 
 
sistemləridir  (OLTP  -
  Online  Transaction  Processing). 
Bunlar transaksiyaları real vaxtda – sorğular daxil olduqca 
icra  edir. 
Online - Transaksiya informasiya sistemlərinə: 
qatarlara,  təyyarələrə  bilet  satan  sistemləri,  plastik  kart 
üzrə  ödəmə sistemləri  və s.  misal  göstərilə bilər.  Bu  tip 
sistemlər 
məhsul 
istehsalına 
sifarişlərin 
emalı, 
materialların  hərəkətinə  nəzarətin  həyata  keçirilməsi, 
bölmələrin təqvim planlarının işlənib hazırlanması, ödəmə 
cədvəllərinin  tərtibi,  hesablarla  işləmək,  əməkdaşlar 
barədə  verilənlərin  emalı  və  s.    kimi  transaksiyaların 
icrasını  və  rəsmiləşdirilməsini  avtomatlaşdırmağa  imkan 
verir.  Şirkətlərin  çoxunda  istifadə  edilən  idarəedici 
sistemlərin əksəriyyəti transaksiya sistemləridir. Bu, ona 
görə belədir ki, transaksiyaların və onlara aid sənədlərin 
emalı hər bir müəssisədə həqiqətən kütləvi xarakterli işdir 
və  bu  işin  avtomatlaşdırılması  məhsuldarlığı  və 
səmərəliliyi  nəzərəçarpacaq  dərəcədə  artırır.  Bu 
məsələləri  həll  edən  informasiya  sistemləri  aşağı  sinif 
sistemləri  hesab  edilir.  Məsələn, 
1C-Предприятие  belə 
sistem  sayılır.  Lakin  unutmaq  olmaz  ki,  ən  iri 
ERP-
sistemlərindən  olan 
SAP  R/3  də  transaksiya  sistemidir. 
Çünki bütün modulların işi operativ səviyyədə verilənlərin 
daxil edilməsi və ilkin emalı ilə başlanır. 
Qeyd  etmək  lazımdır  ki,  informasiya  sistemləri 
içərisində  transaksiya  sistemləri  ilə  yanaşı,  həm  də 
tranzaksiya  sistemləri  də  mövcuddur.  Bu  ad  oxşarlığı 
dolaşıqlıq  yaratmamalıdır.  Çünki  transaksiya  təsərrüfat 
fəaliyyətinin elementar aktıdır. Məsələn, hesabdan çıxarış 
verilməsi  bir  transaksiyadır.  Sifarişin  emalı  başqa 
transaksiyadır və s. Tranzaksiya isə verilənlər bazasında 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________249________________________ 
 
verilənlərin  manipulyasiyası  əməliyyatlarıdır  ki,  bunların 
da nəticəsində verilənlər bazası bir bütövlük vəziyyətindən 
digər  bütövlük  vəziyyətinə  keçir.  Yəni  transaksiya  xalis 
iqtisadi termindir. Tranzaksiya isə verilənlərin saxlanması 
və  onlara  müraciətin  təşkili  ilə  bağlı  olan  texnoloji 
termindir.  
Beləliklə, 
transaksiya sistemləri baş verən təsərrüfat 
əməliyyatları ilə əlaqədar olan verilənlərin daxil edilməsi, 
emalı və təqdim edilməsi işlərini həyata keçirir. Yəni faktiki 
olaraq təsərrüfat fəaliyyətini sənədləşdirir. 
Tranzaksiya  sistemləri  isə  çoxsaylı  istifadəçilərin 
sorğularının  paralel  işlənməsi  imkanını  reallaşdırır.  Bu 
sistemlər  hətta  eyni  verilənə  çoxsaylı  paralel  müraciət 
mövcud olan hallarda da paralel işlənməni həyata keçirə 
bilir. 
Taktiki  səviyyədə,  biliklərin  emalı  sahəsində  2  tip 
sistem işləyir: 
 Bilik  emalı  sistemləri  (BES,  ingiliscə, 
KMS  - 
Knowledge Management System); 
 Ofisin avtomatlaşdırılması sistemləri (OAS -
 Office 
Automation Systems). 
Bilik emalı sistemləri (BES) – təşkilatda yeni biliklərin 
yaradılmasına  (yeni  məhsulların  dizaynı,  sənəd 
dövrüyyəsinin  avtomatlaşdırılması,  şirkətin  İnternetdə 
təqdim  edilməsi  və  s.)  və  inteqrasiyasına  kömək  edən 
informasiya sistemləridir.  
Ofisin  avtomatlaşdırılması  sistemləri  (OAS)  isə 
menecerlərin  əmək  məhsuldarlığını  yüksəldən  kompüter 
sistemləridir.  Məsələn, 
Microsoft  Office  belə  sistemdir. 
Ofisin  avtomatlaşdırılması  sistemləri  həm  də  sənəd 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________250________________________ 
 
dövüyyəsini dəstəkləyən avtomatlaşdırılmış sistemləri də 
əhatə edə bilər. 
Taktiki  səviyyədə  idarəetmə  və  analitik  məsələlərin 
həlli sahəsində də 2 tip sistem işləyir: 
 İnzibati  fəaliyyətin  avtomatlaşdırılması  üçün 
idarəedici  sistemlər  və  ya 
menecer  informasiya 
sistemləri  (Management  Information  Systems  – 
MİS); 
 Analitik  işlərin  avtomatlaıdırılması  üçün 
qərar 
qəbulunu dəstəkləyən sistemlər (Decision Support 
Systems – DSS). 
Menecer  informasiya  sistemləri  (MİS)  taktiki 
səviyyədə bezdirici hesabatların və əlahiddə məruzələrin 
hazırlanması  zamanı  planlaşdırma,  nəzarət  və  qərar 
qəbulu 
funksiyalarını 
dəstəkləyən 
informasiya 
sistemləridir.  Bu  sistemlər  operativ  səviyyədən  topladığı 
informasiya  əsasında  avtomatik  hesabat  tərtib  edə  bilir. 
Yəni menecer informasiya sistemləri tipik məsələlər üzrə 
tipik hesabatlar hazırlayan avtomatlaşdırılmış sistemlərdir 
ki,  bunlar  da  şirkətlərin  idarə  edilməsi  keyfiyyətinin 
yüksəldilməsində çox mühüm əhəmiyyət kəsb edir. 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  (QQDS) 
müasir 
mürəkkəb 
analitik 
modellər 
vasitəsilə 
yarımstrukturlaşdırılmış  və  ya  strukturlaşdırılmamış 
məsələlərin 
həllini 
dəstəkləyən 
taktiki 
səviyyə 
sistemləridir. Bu sistemlər adətən, qərarın hazırlanması və 
qəbulunu asanlaşdırmaq vəzifəsini icra edir.  
Strateji səviyyədə işləyən sistemlər də 2 tipdir: 
 Rəhbərliyi  dəstəkləyən  sistemlər  (
Executive 
Support Systems – ESS); 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________251________________________ 
 
 Strateji 
informasiya 
sistemləri 
(
Strategic 
Information Systems – SIS). 
Rəhbərliyi dəstəkləyən sistemlər (RDS) şirkət üzrə ən 
yüksək  idarəetmə  səviyyəsində  qərar  qəbulunu 
dəstəkləmək üçündür. Bu sistemlər həm strateji, həm də 
operativ  qərar  qəbulunu  dəstəkləyə  bilir.  Rəhbərliyi 
dəstəkləyən sistemlər rəhbərə uyuşan, onun səviyyəsinə 
köklənə biləndir. Bunlar bəzən kokpit (
Cockpit – ingiliscə, 
pilot  kabinəsi)  -  sistemlər  də  adlandırılır.  Rəhbərliyi 
dəstəkləyən sistemlər üçün tipik sistem nümunəsi yoxdur. 
Çünki  bu  sistem  şirkətdə  qərarların  hazırlanması  və 
qəbulu  üslubundan  (stilindən)  əhəmiyyətli  dərəcədə 
asılıdır.  Sirr  deyil  ki,  yüksək  səviyyə  rəhbərləri 
kompüterləşdirilmiş  informasiya  sistemlərindən  istifadə 
səviyyəsinə  görə  bir-birindən  kəskin  fərqlənirlər.  Bu 
rəhbərlərin  bəziləri  iş  gününü  İnternet  xəbərləri  ilə 
başlamadan keçinə bilmədiyi halda, bəziləri, ümumiyyətlə 
kompüterdə işləməyi qətiyyən sevmirlər. 
Əvvəla,  rəhbərliyi  dəstəkləyən  sistemlər  şirkətdə 
qəbul edilmiş reqlamentə uyğun və ya yaranmış ənənəyə 
müvafiq qaydada qərar hazırlanması və qəbulunu təmin 
edən  bloklardan  təşkil  edilir.  Bu  ənənə  gündəlik  səhər 
dinləmələri  (informasiyası),  operativ  iclaslar  üçün  və  ya 
xüsusi  komitələrin  və  direktorlar  şurasının  iclasları  üçün 
informasiya verilməsi və s. şəklində ola bilir. İri şirkətlərdə 
və ya xoldinqlərdə Rəhbərliyi dəstəkləyən sistemlərin bu 
istiqamətdəki  işi:  qəzalar,  bədbəxt  hadisələr,  hava 
proqnozları,  xammal  və  hazır  məhsul  anbarlarının 
vəziyyəti, hazır məhsul və xammalın qiymətləri, kreditor 
və debitor borcları, hazır məhsulun yüklənib göndərilməsi, 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________252________________________ 
 
göndərilmiş  məhsula  görə  ödənişlər,  bazar  proqnozları, 
səhmlərin qiymətinin təyin edilməsi (kotirovkası), valyuta 
kursları  və  s.  barədə  informasiya  hazırlayıb  təqdim 
etməkdən ibarətdir.  
Bu  tip  informasiya  rəhbərin  kompüterinin  baş 
səhifəsi  olaraq  displey  ekranına  ilk  çıxan  məlumatlardır. 
Bu informasiyanı Rəhbərliyi dəstəkləyən sistemlər şirkətin 
aşağı  idarəetmə  səviyyələrindən,  əsasən  menecer  və 
qərar  qəbulunu  dəstəkləyən  sistemlərində,  həmçinin 
İnternet  vasitəsilə  xarici  mənbələrdən  alır.  Gördüyü  işin 
nisbətən  sadəliyinə  baxmayaraq,  Rəhbərliyi  dəstəkləyən 
sistemlərin 
olub-olmaması 
korporativ 
informasiya 
sistemlərinin  uğurlu  inkişafına  ciddi  təsir  göstərir. 
Kompüterləşdirilmiş  informasiya  sistemlərinin  faydasını 
şirkət  rəhbəri  ilk  növbədə  Rəhbərliyi  dəstəkləyən 
sistemlərin nümunəsində hiss edir.  
Aparıcı informasiya sistemlərin 
ERP-sistem üzərində 
quraşdırılmış 
Accenture, Navision kimi öz kokpit-sistemləri 
vardır.  
İkincisi,  Rəhbərliyi  dəstəkləyən  sistemlər
  xüsusən 
strateji  qərarların  hazırlanması  üçün  istifadə  edilir.  Bu, 
şirkətin  perspektiv  fəaliyyətini:  istehsalda  istifadə  edilən 
materiallar,  texnoloji  proseslər,  idarəetmə  prosesləri, 
strukturları  və  metodları,  müəssisələrin  kreditləşməsinin 
maliyyə sxemləri və öz vəsaitlərinə investisiya qoyuluşları, 
ixtisaslı  mütəxəssislərin  cəlb  edilməsi,  hazırlanması  və 
yenidən  hazırlanması,  rəqiblərin  fəaliyyəti  və  s 
baxımından qiymətləndirmək üçün lazımdır. 
Xarici  mənbələrdən  alınması  mümkün  olan  bütün 
informasiya  toplanır.  Mütəxəssislər  strateji  inkişaf 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________253________________________ 
 
ssenariləri hazırlayır. Bu məqsəd üçün bəzi hallarda külli 
miqdarda vəsait sərfi ilə bağlı güclü hesablayıcı sistemlərə 
sahib olmaq lazım gəlir.  
Rəhbərliyi  dəstəkləyən  sistemlər
  çox  hallarda 
“əgər..., onda nə olar?” suallara cavab verən sistem kimi 
fəaliyyət göstərir.  
Strateji  informasiya  sistemləri  şirkətin  rəqabət 
qabiliyyətini azalmağa qoymayan məhsul, xidmət, proses 
axtarışı  ilə  məşğul  olur.  Bu  məsələlər  adətən, 
strukturlaşdırılmamış  olur.  Bəzi  iri  şirkətlərdə  xüsusi 
situasiya otaqları fəaliyyət göstərir ki, bunlar da müxtəlif 
strateji  ssenarilərin  virtual  gerçəkləşdirilməsi  və 
qiymətləndirilməsi  ilə  məşğul  olurlar.  Strateji  məsələlər 
daim  korrektə  olunmağa  ehtiyac  duyur.  Yəni  hər  cür 
dəyişikliklər nəzərə alınmaqla yeni variantlar yoxlanılır. Bu 
məsələləri  həll  edən 
SAP  AG  şirkətinin  təklif  etdiyi  SAP 
SEM (Strategic Enterprise Management) sistemi: strateji 
planlaşdırmanın modelləşdirmə, operativ planlaşdırma və 
büdcələşdirmə ilə əlaqələndirilməsi, əsas açar göstəricilər 
əsasında şirkətin strateji səmərəliliyinin monitorinqi, xarici 
və  daxili  qüvvələrin  birləşdirilməsi,  qərar  qəbulu  üçün 
lazım  olan  daxili  və  xarici  informasiyanın  avtomatik 
yığılması kimi komponentlərə malikdir. 
 
 
İNFORMASİYA SİSTEMLƏRİ – 
BİZNES - ƏLAVƏ KİMİ 
 
ERP-sistemlərin,  artıq  kifayət  qədər  ətraflı  bəhs 
edilən,  üzvi  tərkib  hissəsi  olan  funksional  altsistemlərlə 
yanaşı, ERP-sistemlərin imkanlarını genişləndirən və onu 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________254________________________ 
 
gücləndirən  müxtəlif  tətbiqi  sistemlər  də  mövcuddur. 
Mahiyyətcə, ERP özü də tətbiqi sistemdir. Şirkətin əsas və 
köməkçi  biznes  fəaliyyətini  dəstəkləyən  tətbiqi  sistemlər 
biznes-əlavələr adlanır.  
İri  şirkətlərdəki  müasir  biznes-əlavələrin  əsas 
komponentləri aşağıdakılardır: 
 
ERP-təməl  (The  ERP  Backbone).  Bu,  zəruri 
funksional altsistemlər məcmusudur; 
 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  (QQDS-
DSS).  Bunlar  intellektual  proqram  əlavəsinə 
(
Business  Intelligence  Solutions  -  BIS)  malik 
sistemlərdir; 
 
Malgöndərmə  zəncirini  idarə  edən  sistemlər 
(Supply Chain Management - SCM); 
 
Müştərilərlə 
münasibətlərin 
idarə 
edilməsi 
sistemləri  (Customer  Relationship  Management  – 
CRM). 
Sadalanan bu tətbiqi sistemlər içərisində bizim üçün 
ən çox maraq kəsb edənlər “qərar qəbulunu dəstəkləyən” 
(DSS ) və “müştərilərlə münasibətləri idarə edən” (CRM ) 
sistemlərdir. 
 
QƏRAR QƏBULUNU DƏSTƏKLƏYƏN 
SİSTEMLƏR (QQDS-DSS) 
 
Qərar  qəbulunu  dəstəkləyən  sistemlər  ilə  iqtisadi-
riyazi  metodlar  arasında  sıx  əlaqə  vardır.  Lakin  Qərar 
qəbulunu  dəstəkləyən  sistemlərin  fəaliyyət  sferası 
başqadır. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________255________________________ 
 
Qərar qəbulunu dəstəkləyən sistemləri, şərti olaraq, 
sənədlərə, 
modellərə, 
verilənlərə, 
biliklərə 
və 
telekommunikasiyalara  əsaslanan  altsistemlərə  bölmək 
olar.  Qərar  qəbulunu  dəstəkləyən  sistemlərin  modellərə 
və verilənlərə əsaslanan altsistemləri məzmunca iqtisadi-
riyazi metodlara daha yaxındır. 
 
 
SƏNƏDLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ 
 
Qərar  qəbulu  praktiki  olaraq  həmişə  sənədlərlə 
müşayiət  olunur.  Lazımi  sənədin  axtarılması  və  istinad 
edilməsi  xeyli  zəhmət  tələb  edir.  Odur  ki,  sənədlərə 
əsaslanan  Qərar  qəbulunu  dəstəkləyən  sistemlər 
altsistemi daxili sənəd dövrüyyəsini və xaricdən daxil olan 
sənədlərin  qoyulmuş  reqlamentlərə  uyğun  təqdim 
edilməsini  avtomatlaşdırır.  Daxili  sənəd  dövrüyyəsini 
avtomatlaşdıran  sistemlərə  nümunə  olaraq  IBM  Lotus 
Notes,  “AyTi”  şirkətinin  Boss-Referent  və  Documentum 
sistemlərini  göstərmək  olar.  Xarici  sənədlərə  müraciət 
etmək üçün çoxsaylı axtarış sistemləri mövcuddur. 
 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin