İQTİSADİ İNFORMATİKA
________________________243________________________
Texnoloji səviyyə müəyyən texnoloji parametrlərlə
təyin edilir ki, bunlara da sistemin cəldliyi, yaddaş resursu,
rabitə kanalının növü və verilənlərin ötürülməsi sürəti və
s. aiddir.
Operativ (əməli) səviyyə şirkətdə sadə və bezdirici,
lakin olduqca vacib əməliyyatlar icra edilən bölmələrdə
formalaşır. Bu bölmələr müştərilərlə birbaşa kontakt
(təmas) yaradan, sifariş qəbul edən, hesab çıxarışı verən,
anbardakı material resursları sərfini qeydiyyata alan, nağd
vəsaitlər verən iş yerləridir. Operativ səviyyədə idarəetmə
qərarı qəbul edən, məsələn, nağd pul götürmək üçün
Əmanət bankının şöbəsinə müraciət edir. Operator təqdim
edilən sənədlər əsasında əmanətin vəziyyətini yoxlayır və
tələb edilən pul məbləğini verib-verməmək barədə qərar
qəbul edir.
Taktiki səviyyə bizim üçün daha maraqlıdır. Çünki bu
səviyyədə inzibati və analitik işlə məşğul olan orta səviyyə
menecerləri işləyir. İnzibati iş xeyli bezdiricidir və formal
xarakter daşıyır. Bu səviyyədə bütün tabe bölmələrdən
informasiya toplayıb şirkətin normal fəaliyyəti təmin edilir
və bu vəziyyət nəzarət altında saxlanır. Orta səviyyə
menecerlərinin inzibati işi, adətən, strukturlaşdırılmış
məsələlərin həllindən ibarət olur. Taktiki səviyyədən gələn
informasiya bir qayda olaraq, bölmələrdə işlərin vəziyyəti
barədə dövri informasiyadan ibarət olur. Buna misal,
sexlərin, təmir bölmələrinin həftəlik, ongünlük, aylıq və s.
hesabatları göstərilə bilər.
Taktiki səviyyədə icra edilən analitik iş daha çox
strukturlaşdırılmamış məsələlərin həllindən ibarət olur.
İQTİSADİ İNFORMATİKA
________________________244________________________
Belə məsələlərin həlli üçün adətən dəqiq alqoritm və və
ya dəqiq informasiya çatışmır.
İdarəetmə qərarı aydın olmadıqda məsələni
modelləşdirmək və müxtəlif variantları yoxlamaq lazım
gəlir. Belə məsələlərə aşağıdakılar aiddir:
Məhsulun satış qiyməti 15% artırılarsa, satış həcmi
necə dəyişər?
Sifarişlər portfelinin necə tərtib etməli ki, mənfəət
maksimum olsun?
Qeyd edək ki, inzibati işin icrası üçün şirkətdaxili
informasiya kifayət edir. Analitik iş isə həm xarici
məlumatlara, həm də operativ səviyyədə yaranan
informasiyaya ehtiyac duyur.
Biliklərin emalı da taktiki səviyyədə həyata keçirilir.
Bu işlə şirkətin 2 tip bölmələri: sənəd emalı (sənədin
alınması, qeydiyyatdan keçirilməsi, saxlanması, tələb üzrə
təqdim edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi
bölmələr və yeni məhsul modelləri hazırlayan layihə
büroları məşğul olur.
Strateji səviyyədə yuxarı səviyyə menecerləri şirkətin
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin,
ətraf aləmdə baş verən dəyişikliklərin meyllərini izləyirlər.
Bunların əsas vəzifəsi ətraf aləmdə baş verən
dəyişikliklərin şirkətin biznes fəaliyyəti üçün təhlükəli olan
məqamlarını (Şirkətin biznes fəaliyyətində uduzmalara
səbəb ola biləcək yeni materialların, məhsulların,
texnologiyaların meydana çıxması) aşkarlamaqdan
ibarətdir.
Strateji səviyyədə həll edilən məsələlərə nümunə
olaraq aaşağıdakıları göstərmək olar:
İQTİSADİ İNFORMATİKA
________________________245________________________
Şirkət yaxın illərdə hansı məhsulları istehsal
edəcəkdir?
5 ildən sonra şirkətə hansı mütəxəssislər və hansı
ixtisas səviyyələrinə malik mütəxəssislər lazım
olacaqdır?
Şirkətin əsas rəqibləri hansı məhsulun istehsalı
strategiyasını seçmişlər?
Aydındır ki, strateji səviyyə üçün əsasən xarici
informasiya tələb olunur ki, bunu da əldə etmək həmişə
mümkün olan iş deyildir. Məsələn, rəqiblərin strateji
istehsal planları çox gizli saxlanır.
Qeyd edək ki, hər bir idarəetmə və qərar qəbulu
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.
Məsələn, neft-qaz sahəsində “İstehsal” funksionallığı
üçün həll edilən məsələlərə nümunə olaraq aşağıdakıları
göstərmək olar.
Operativ səviyyədə daxilolan logistika üzrə istehsal
resurslarının mövcudluğu, çıxan logistika üzrə isə
istehsalın gedişi və hazır məhsul anbarındakı vəziyyət
barədə verilənlər daimi və müntəzəm surətdə emal edilir.
Neft-qaz sahəsi üçün daxil olan logistika axınları müxtəlif
diametrli borulardan və qazma qurğularından ya təmir
işlərini aparmaq üçün lazım olan xırda bolt və
qaykalaradək minlərlə addan ibarət nomenklaturanı, çıxan
logistika axınları isə, şirkətin neft anbarlarını və topdan
ticarət müəssisələrinə müxtəlif markalı benzin, yağ,
mazut, dizel yanacağı göndərən neft emalı zavodlarının
hazır məhsulları anbarlarını əhatə edir.
Biliklərin emalı səviyyəsində yeni məhsulların
hazırlanması məsələləri həll edilir, həmçinin mövcud
İQTİSADİ İNFORMATİKA
________________________246________________________
normativlərə uyğun icra edilən reqlamentli işlər
(mexanizmlərə profilaktik baxış, texnoloji xətlərin təmiri)
görülür. Neft-qaz sahəsi üçün reqlamentli işlər dedikdə,
quyuların təmiri üçün profilaktik dayandırılması, neft nəqli
borularının yoxlanması nəzərdə tutulur. Neft-qaz
sahəsində yeni məhsul yaradılması nadir hadisə olsa da,
yeni xidmət növlərinin yaranması tez-tez baş verən
hadisədir. Misal üçün, müasir benzin doldurma
stansiyalarının müşayiətedici mağazalar, emalatxanalar
və kafelər yığını ilə layihələşdirilməsi yeni xidmət
növlərinin yaradılması məsələlərindəndir.
Taktiki səviyyədə şirkətin bölmələrində istehsal
planının yerinə-yetirilməsi barədə müntəzəm hesabatlar
tərtib edilir və həmçinin istehsal məsələlərinin (məsələn,
istehsal resursları ehtiyatlarının optimallaşdırılması) həlli
variantları hazırlanır. Orta səviyyə menecerləri operativ
səviyyədən daxil olan informasiya əsasında ayrı-ayrı
quyular və ya bir-neçə quyu barədə, həmçinin bütövlükdə
neft-qaz çıxarma müəssisələri üzrə hesabatlar hazırlayır.
Analitiklər bu informasiyanı neft hasilatı ilə sərf olunan
resursların
(elektrik
enerjisinin,
suyun,
təmir
materiallarının) müqayisəli təhlili üçün istifadə edə
bilərlər. Bu təhlil əsasında ayrı-ayrı quyular və ya bir-neçə
quyu barədə, həmçinin bütövlükdə neft-qaz çıxarma
müəssisələri üzrə işlərin səmərəliliyini əks etdirən
informasiya rəhbərliyə təqdim edilə bilər. Bu informasiya
əsasında xərci çox, hasilatı az olan quyunun və ya
quyuların, həmçinin müəssisənin işinin dayandırılması
barədə qərar qəbul edilə bilər.
İQTİSADİ İNFORMATİKA
________________________247________________________
Strateji səviyyədə uzunmüddətli istehsal planının
tərtibi məsələsi həll edilir ki, bu da istehsalın gələcək
artımını və onun resurs təminatını qiymətləndirmək
məqsədi güdür. Neft şirkəti üçün strateji səviyyədə həll
edilən məsələ kimi yeni neft yataqlarının mənimsənilməsi
yolu ilə və ya kiçik neft şirkətlərini satın almaqla neft
hasilatını artırmaq məsələsi nümunə göstərilə bilər. Bu
məsələnin həlli üçün operativ səviyyədən daxil olan neft-
qaz yataqlarının vəziyyəti barədə geoloji informasiya və
xaricdən daxil olan bazar informasiyası (Rəqabətedici
şirkətlərin satışa çıxarılması və neft-qaz hasil edən
şirkətləri olan səhmdarların şirkət satıb-satmadığı barədə
informasiya) lazımdır.
TƏŞKİLATI İYERARXİYANIN MÜXTƏLİF
SƏVİYYƏLƏRİNDƏKİ İNFORMASİYA SİSTEMLƏRİ
Operativ səviyyədə
transaksiya emal edən sistemlər
(TES), başqa sözlə,
transaksiya informasiya sistemləri
(
TPS - Transaction Processing Systems) işləyir.
Transaksiya
informasiya
sistemləri
informasiya
sistemlərinin bütün digər tipləri üçün əsas informasiya
göndərən sistemlərdir.
Transaksiya informasiya sistemləri biznesin həyata
keçirilməsi üçün lazım olan gündəlik bezdirici işləri
(Müxtəlif hesablardan çıxarışların verilməsi, bankdakı
hesabın vəziyyəti barədə arayış verilməsi və s.) yerinə-
yetirən kompüter sistemləridir. Transaksiya informasiya
sistemlərinin bir növü
online - Transaksiya informasiya
İQTİSADİ İNFORMATİKA
________________________248________________________
sistemləridir (OLTP -
Online Transaction Processing).
Bunlar transaksiyaları real vaxtda – sorğular daxil olduqca
icra edir.
Online - Transaksiya informasiya sistemlərinə:
qatarlara, təyyarələrə bilet satan sistemləri, plastik kart
üzrə ödəmə sistemləri və s. misal göstərilə bilər. Bu tip
sistemlər
məhsul
istehsalına
sifarişlərin
emalı,
materialların hərəkətinə nəzarətin həyata keçirilməsi,
bölmələrin təqvim planlarının işlənib hazırlanması, ödəmə
cədvəllərinin tərtibi, hesablarla işləmək, əməkdaşlar
barədə verilənlərin emalı və s. kimi transaksiyaların
icrasını və rəsmiləşdirilməsini avtomatlaşdırmağa imkan
verir. Şirkətlərin çoxunda istifadə edilən idarəedici
sistemlərin əksəriyyəti transaksiya sistemləridir. Bu, ona
görə belədir ki, transaksiyaların və onlara aid sənədlərin
emalı hər bir müəssisədə həqiqətən kütləvi xarakterli işdir
və bu işin avtomatlaşdırılması məhsuldarlığı və
səmərəliliyi nəzərəçarpacaq dərəcədə artırır. Bu
məsələləri həll edən informasiya sistemləri aşağı sinif
sistemləri hesab edilir. Məsələn,
1C-Предприятие belə
sistem sayılır. Lakin unutmaq olmaz ki, ən iri
ERP-
sistemlərindən olan
SAP R/3 də transaksiya sistemidir.
Çünki bütün modulların işi operativ səviyyədə verilənlərin
daxil edilməsi və ilkin emalı ilə başlanır.
Qeyd etmək lazımdır ki, informasiya sistemləri
içərisində transaksiya sistemləri ilə yanaşı, həm də
tranzaksiya sistemləri də mövcuddur. Bu ad oxşarlığı
dolaşıqlıq yaratmamalıdır. Çünki transaksiya təsərrüfat
fəaliyyətinin elementar aktıdır. Məsələn, hesabdan çıxarış
verilməsi bir transaksiyadır. Sifarişin emalı başqa
transaksiyadır və s. Tranzaksiya isə verilənlər bazasında
İQTİSADİ İNFORMATİKA
________________________249________________________
verilənlərin manipulyasiyası əməliyyatlarıdır ki, bunların
da nəticəsində verilənlər bazası bir bütövlük vəziyyətindən
digər bütövlük vəziyyətinə keçir. Yəni transaksiya xalis
iqtisadi termindir. Tranzaksiya isə verilənlərin saxlanması
və onlara müraciətin təşkili ilə bağlı olan texnoloji
termindir.
Beləliklə,
transaksiya sistemləri baş verən təsərrüfat
əməliyyatları ilə əlaqədar olan verilənlərin daxil edilməsi,
emalı və təqdim edilməsi işlərini həyata keçirir. Yəni faktiki
olaraq təsərrüfat fəaliyyətini sənədləşdirir.
Tranzaksiya sistemləri isə çoxsaylı istifadəçilərin
sorğularının paralel işlənməsi imkanını reallaşdırır. Bu
sistemlər hətta eyni verilənə çoxsaylı paralel müraciət
mövcud olan hallarda da paralel işlənməni həyata keçirə
bilir.
Taktiki səviyyədə, biliklərin emalı sahəsində 2 tip
sistem işləyir:
Bilik emalı sistemləri (BES, ingiliscə,
KMS -
Knowledge Management System);
Ofisin avtomatlaşdırılması sistemləri (OAS -
Office
Automation Systems).
Bilik emalı sistemləri (BES) – təşkilatda yeni biliklərin
yaradılmasına (yeni məhsulların dizaynı, sənəd
dövrüyyəsinin avtomatlaşdırılması, şirkətin İnternetdə
təqdim edilməsi və s.) və inteqrasiyasına kömək edən
informasiya sistemləridir.
Ofisin avtomatlaşdırılması sistemləri (OAS) isə
menecerlərin əmək məhsuldarlığını yüksəldən kompüter
sistemləridir. Məsələn,
Microsoft Office belə sistemdir.
Ofisin avtomatlaşdırılması sistemləri həm də sənəd
İQTİSADİ İNFORMATİKA
________________________250________________________
dövüyyəsini dəstəkləyən avtomatlaşdırılmış sistemləri də
əhatə edə bilər.
Taktiki səviyyədə idarəetmə və analitik məsələlərin
həlli sahəsində də 2 tip sistem işləyir:
İnzibati fəaliyyətin avtomatlaşdırılması üçün
idarəedici sistemlər və ya
menecer informasiya
sistemləri (Management Information Systems –
MİS);
Analitik işlərin avtomatlaıdırılması üçün
qərar
qəbulunu dəstəkləyən sistemlər (Decision Support
Systems – DSS).
Menecer informasiya sistemləri (MİS) taktiki
səviyyədə bezdirici hesabatların və əlahiddə məruzələrin
hazırlanması zamanı planlaşdırma, nəzarət və qərar
qəbulu
funksiyalarını
dəstəkləyən
informasiya
sistemləridir. Bu sistemlər operativ səviyyədən topladığı
informasiya əsasında avtomatik hesabat tərtib edə bilir.
Yəni menecer informasiya sistemləri tipik məsələlər üzrə
tipik hesabatlar hazırlayan avtomatlaşdırılmış sistemlərdir
ki, bunlar da şirkətlərin idarə edilməsi keyfiyyətinin
yüksəldilməsində çox mühüm əhəmiyyət kəsb edir.
Qərar qəbulunu dəstəkləyən sistemlər (QQDS)
müasir
mürəkkəb
analitik
modellər
vasitəsilə
yarımstrukturlaşdırılmış və ya strukturlaşdırılmamış
məsələlərin
həllini
dəstəkləyən
taktiki
səviyyə
sistemləridir. Bu sistemlər adətən, qərarın hazırlanması və
qəbulunu asanlaşdırmaq vəzifəsini icra edir.
Strateji səviyyədə işləyən sistemlər də 2 tipdir:
Rəhbərliyi dəstəkləyən sistemlər (
Executive
Support Systems – ESS);
İQTİSADİ İNFORMATİKA
________________________251________________________
Strateji
informasiya
sistemləri
(
Strategic
Information Systems – SIS).
Rəhbərliyi dəstəkləyən sistemlər (RDS) şirkət üzrə ən
yüksək idarəetmə səviyyəsində qərar qəbulunu
dəstəkləmək üçündür. Bu sistemlər həm strateji, həm də
operativ qərar qəbulunu dəstəkləyə bilir. Rəhbərliyi
dəstəkləyən sistemlər rəhbərə uyuşan, onun səviyyəsinə
köklənə biləndir. Bunlar bəzən kokpit (
Cockpit – ingiliscə,
pilot kabinəsi) - sistemlər də adlandırılır. Rəhbərliyi
dəstəkləyən sistemlər üçün tipik sistem nümunəsi yoxdur.
Çünki bu sistem şirkətdə qərarların hazırlanması və
qəbulu üslubundan (stilindən) əhəmiyyətli dərəcədə
asılıdır. Sirr deyil ki, yüksək səviyyə rəhbərləri
kompüterləşdirilmiş informasiya sistemlərindən istifadə
səviyyəsinə görə bir-birindən kəskin fərqlənirlər. Bu
rəhbərlərin bəziləri iş gününü İnternet xəbərləri ilə
başlamadan keçinə bilmədiyi halda, bəziləri, ümumiyyətlə
kompüterdə işləməyi qətiyyən sevmirlər.
Əvvəla, rəhbərliyi dəstəkləyən sistemlər şirkətdə
qəbul edilmiş reqlamentə uyğun və ya yaranmış ənənəyə
müvafiq qaydada qərar hazırlanması və qəbulunu təmin
edən bloklardan təşkil edilir. Bu ənənə gündəlik səhər
dinləmələri (informasiyası), operativ iclaslar üçün və ya
xüsusi komitələrin və direktorlar şurasının iclasları üçün
informasiya verilməsi və s. şəklində ola bilir. İri şirkətlərdə
və ya xoldinqlərdə Rəhbərliyi dəstəkləyən sistemlərin bu
istiqamətdəki işi: qəzalar, bədbəxt hadisələr, hava
proqnozları, xammal və hazır məhsul anbarlarının
vəziyyəti, hazır məhsul və xammalın qiymətləri, kreditor
və debitor borcları, hazır məhsulun yüklənib göndərilməsi,
İQTİSADİ İNFORMATİKA
________________________252________________________
göndərilmiş məhsula görə ödənişlər, bazar proqnozları,
səhmlərin qiymətinin təyin edilməsi (kotirovkası), valyuta
kursları və s. barədə informasiya hazırlayıb təqdim
etməkdən ibarətdir.
Bu tip informasiya rəhbərin kompüterinin baş
səhifəsi olaraq displey ekranına ilk çıxan məlumatlardır.
Bu informasiyanı Rəhbərliyi dəstəkləyən sistemlər şirkətin
aşağı idarəetmə səviyyələrindən, əsasən menecer və
qərar qəbulunu dəstəkləyən sistemlərində, həmçinin
İnternet vasitəsilə xarici mənbələrdən alır. Gördüyü işin
nisbətən sadəliyinə baxmayaraq, Rəhbərliyi dəstəkləyən
sistemlərin
olub-olmaması
korporativ
informasiya
sistemlərinin uğurlu inkişafına ciddi təsir göstərir.
Kompüterləşdirilmiş informasiya sistemlərinin faydasını
şirkət rəhbəri ilk növbədə Rəhbərliyi dəstəkləyən
sistemlərin nümunəsində hiss edir.
Aparıcı informasiya sistemlərin
ERP-sistem üzərində
quraşdırılmış
Accenture, Navision kimi öz kokpit-sistemləri
vardır.
İkincisi, Rəhbərliyi dəstəkləyən sistemlər
xüsusən
strateji qərarların hazırlanması üçün istifadə edilir. Bu,
şirkətin perspektiv fəaliyyətini: istehsalda istifadə edilən
materiallar, texnoloji proseslər, idarəetmə prosesləri,
strukturları və metodları, müəssisələrin kreditləşməsinin
maliyyə sxemləri və öz vəsaitlərinə investisiya qoyuluşları,
ixtisaslı mütəxəssislərin cəlb edilməsi, hazırlanması və
yenidən hazırlanması, rəqiblərin fəaliyyəti və s
baxımından qiymətləndirmək üçün lazımdır.
Xarici mənbələrdən alınması mümkün olan bütün
informasiya toplanır. Mütəxəssislər strateji inkişaf
İQTİSADİ İNFORMATİKA
________________________253________________________
ssenariləri hazırlayır. Bu məqsəd üçün bəzi hallarda külli
miqdarda vəsait sərfi ilə bağlı güclü hesablayıcı sistemlərə
sahib olmaq lazım gəlir.
Rəhbərliyi dəstəkləyən sistemlər
çox hallarda
“əgər..., onda nə olar?” suallara cavab verən sistem kimi
fəaliyyət göstərir.
Strateji informasiya sistemləri şirkətin rəqabət
qabiliyyətini azalmağa qoymayan məhsul, xidmət, proses
axtarışı ilə məşğul olur. Bu məsələlər adətən,
strukturlaşdırılmamış olur. Bəzi iri şirkətlərdə xüsusi
situasiya otaqları fəaliyyət göstərir ki, bunlar da müxtəlif
strateji ssenarilərin virtual gerçəkləşdirilməsi və
qiymətləndirilməsi ilə məşğul olurlar. Strateji məsələlər
daim korrektə olunmağa ehtiyac duyur. Yəni hər cür
dəyişikliklər nəzərə alınmaqla yeni variantlar yoxlanılır. Bu
məsələləri həll edən
SAP AG şirkətinin təklif etdiyi SAP
SEM (Strategic Enterprise Management) sistemi: strateji
planlaşdırmanın modelləşdirmə, operativ planlaşdırma və
büdcələşdirmə ilə əlaqələndirilməsi, əsas açar göstəricilər
əsasında şirkətin strateji səmərəliliyinin monitorinqi, xarici
və daxili qüvvələrin birləşdirilməsi, qərar qəbulu üçün
lazım olan daxili və xarici informasiyanın avtomatik
yığılması kimi komponentlərə malikdir.
İNFORMASİYA SİSTEMLƏRİ –
BİZNES - ƏLAVƏ KİMİ
ERP-sistemlərin, artıq kifayət qədər ətraflı bəhs
edilən, üzvi tərkib hissəsi olan funksional altsistemlərlə
yanaşı, ERP-sistemlərin imkanlarını genişləndirən və onu
İQTİSADİ İNFORMATİKA
________________________254________________________
gücləndirən müxtəlif tətbiqi sistemlər də mövcuddur.
Mahiyyətcə, ERP özü də tətbiqi sistemdir. Şirkətin əsas və
köməkçi biznes fəaliyyətini dəstəkləyən tətbiqi sistemlər
biznes-əlavələr adlanır.
İri şirkətlərdəki müasir biznes-əlavələrin əsas
komponentləri aşağıdakılardır:
ERP-təməl (The ERP Backbone). Bu, zəruri
funksional altsistemlər məcmusudur;
Qərar qəbulunu dəstəkləyən sistemlər (QQDS-
DSS). Bunlar intellektual proqram əlavəsinə
(
Business Intelligence Solutions - BIS) malik
sistemlərdir;
Malgöndərmə zəncirini idarə edən sistemlər
(Supply Chain Management - SCM);
Müştərilərlə
münasibətlərin
idarə
edilməsi
sistemləri (Customer Relationship Management –
CRM).
Sadalanan bu tətbiqi sistemlər içərisində bizim üçün
ən çox maraq kəsb edənlər “qərar qəbulunu dəstəkləyən”
(DSS ) və “müştərilərlə münasibətləri idarə edən” (CRM )
sistemlərdir.
QƏRAR QƏBULUNU DƏSTƏKLƏYƏN
SİSTEMLƏR (QQDS-DSS)
Qərar qəbulunu dəstəkləyən sistemlər ilə iqtisadi-
riyazi metodlar arasında sıx əlaqə vardır. Lakin Qərar
qəbulunu dəstəkləyən sistemlərin fəaliyyət sferası
başqadır.
İQTİSADİ İNFORMATİKA
________________________255________________________
Qərar qəbulunu dəstəkləyən sistemləri, şərti olaraq,
sənədlərə,
modellərə,
verilənlərə,
biliklərə
və
telekommunikasiyalara əsaslanan altsistemlərə bölmək
olar. Qərar qəbulunu dəstəkləyən sistemlərin modellərə
və verilənlərə əsaslanan altsistemləri məzmunca iqtisadi-
riyazi metodlara daha yaxındır.
SƏNƏDLƏRƏ ƏSASLANAN QQDS ALTSİSTEMİ
Qərar qəbulu praktiki olaraq həmişə sənədlərlə
müşayiət olunur. Lazımi sənədin axtarılması və istinad
edilməsi xeyli zəhmət tələb edir. Odur ki, sənədlərə
əsaslanan Qərar qəbulunu dəstəkləyən sistemlər
altsistemi daxili sənəd dövrüyyəsini və xaricdən daxil olan
sənədlərin qoyulmuş reqlamentlərə uyğun təqdim
edilməsini avtomatlaşdırır. Daxili sənəd dövrüyyəsini
avtomatlaşdıran sistemlərə nümunə olaraq IBM Lotus
Notes, “AyTi” şirkətinin Boss-Referent və Documentum
sistemlərini göstərmək olar. Xarici sənədlərə müraciət
etmək üçün çoxsaylı axtarış sistemləri mövcuddur.
Dostları ilə paylaş: |