İQTİSADİ İNFORMATİKA
________________________171________________________
Mətn axtarış texnologiyaları təbii dildə mətn axtarışı
ilə işləyir və səmərəli axtarış təmin etmək üçündür.
Praktiki fəaliyyət göstərən informasiya sistemlərində
baza texnologiyalarının inteqrasiya edilməsi səmərəli
sayılır.
İQTİSADİ İNFORMATİKA
________________________172________________________
İQTİSADİ İNFORMATİKA
________________________173________________________
VERİLƏNLƏR BAZASI (VB)
TEXNOLOGİYALARININ ƏSASLARI
VB TEXNOLOGİYALARININ MƏNŞƏYİ
“Verilənlər bazası” termini ilk dəfə ötən əsrin 60-cı
illərinin əvvəlində işlədilmişdir. Həmin illərdə maqnit
lentlərində təşkil edilmiş faylların idarə edilməsi sistemi
yaradılmışdı. Bu, ardıcıl müraciətli sistem idi. Yəni, fayllar
lentdə işlənmə ardıcıllığı üzrə yerləşdirilirdi. Lakin bu
ardıcıllıq tezliklə pozulduğundan, maqnit lentinin mexaniki
yığılıb-açılmasına çox vaxt sərf edilirdi. Buna baxmayaraq,
hələ 60-cı illərin astanasında kifayət qədər irihəcmli
iqtisadı məsələlərin (anbarda ehtiyatların uçotu,
sifarişlərin
qəbulu
və
işlənməsi,
mal-nəqliyyat
qaimələrinin işlənməsi və s.) həlli faylların təşkili üsulu ilə
mümkün olmuşdu. Bu məsələlərin həllində verilənlərin
fayllara yazılması, fayldakı verilənlərin təzələnməsi,
yazıların
silinməsi,
eyni
strukturlu
faylların
qovuşdurulması,
yazıların
çeşidlənməsi
və
qruplaşdırılması, nəticələrin cədvəllər şəklində, aralıq və
son yekunlarla çap edilməsi əməliyyatları yerinə yetirilirdi.
Bu istiqamətin fəallaşdırılmasında 1961-ci ildə meydana
çıxan Kobol dili mühüm rol oynadı. Belə ki, bu dil
sözügedən
məsələlərin
proqramlaşdırılmasının
avtomatlaşdırılmasının təməlini təşkil etdi. Lakin maqnit
lentinin mahiyyətindən irəli gələn nöqsan bu sahənin
sonrakı inkişafına mane olurdu. 1960-cı illərin əvvəlində
birbaşa müraciətə imkan verən maqnit disklərinin
İQTİSADİ İNFORMATİKA
________________________174________________________
meydana çıxması ilə prinsipcə yeni imkanlar yarandı.
Yalnız bundan sonra verilənlər bazası yaratmaq mümkün
oldu.
İNFORMASİYA SİSTEMİNİN PREDMET OBLASTI
VƏ ONUN MODELLƏŞDİRİLMƏSİ
“VB” konsepsiyası verilənlərin səmərəli idarə
edilməsi tələbatından yaranmışdır.
Verilənlər bazası texnologiyaları yaranmazdan əvvəl
informasiya sistemlərini 2 sinfə bölürdülər: sənədli və
faktoqrafik informasiya sistemləri.
Sənədli informasiya sistemləri indi mətn sistemləri
adlanır. Bunlar təbii dildə yazılmış sənədlərlə, biblioqrafik
təsvirə malik nəşr materialları ilə, jurnal məqalələrinin tam
mətnləri ilə, monoqrafiyalarla, elmi hesabatlarla,
dissertasiyalarla, qanunvericilik aktları ilə və s. işləmək
üçündür. Lakin artıq bu sistemlər mətn sənədləri ilə
yanaşı, şəkil, video, audio və s. kimi informasiya
resurslarını da əhatə edir.
Faktoqrafik informasiya sistemləri strukturlaşdırılmış
verilənlər şəklində təqdim edilən faktlarla işləyir. İlk
faktoqrafik sistemlər müəyyən xassələrlə xarakterizə
olunan obyektlərin axtarışı üçün istifadə edilirdi. Verilənlər
bazası texnologiyaları ilk dəfə məhz bu sistemlərdə tətbiq
tapdı. Bu sistemlər, ilk növbədə, real dünyanın müəyyən
hissəsi olan
sistemin predmet oblastının dinamik
informasiya modelini reallaşdırmağa təyinatlıdır.
Müəyyən vaxt ərzində məşğul olunan fəaliyyət növü
(iqtisadi tədqiqat, istehsalın planlaşdırılması, bazarda
İQTİSADİ İNFORMATİKA
________________________175________________________
lazımi məhsulun axtarılması, ətraf mühitin vəziyyətinin
monitorinqi) öz predmet oblastının vəziyyəti və onda
gedən proseslər barədə lazımi məlumatları əldə etmək
üçün müntəzəm və ya qeyri-müntəzəm müşahidə və
ölçmələr aparılmasını tələb edir. Lakin müşahidə və
ölçmələri lazım olan vaxtlarda həyata keçirmək bu və ya
digər səbəblər üzündən heç də həmişə mümkün olmur.
Bu halda kompüterdə yaradılmış gerçəkliyin dinamik
informasiya modeli misilsizdir.
İnformasiya modeli fiziki, riyazi və s. modellərdən
fərqli olaraq maddi resursları informasiya resursları
şəklində təsvir edir. Verilənlər bazası texnologiyaları
həmin informasiya modelini verilənlər modelinə çevirə
bilir. İnformasiya modeli real prosesləri adekvat təsvir
etdiyindən, zəruri ölçmələrə ehtiyacı azaldır. Bu, həm
vaxta qənaət etməyə, həm də xərci azaltmağa imkan
verir.
Dinamik model dedikdə, zamanda dəyişən model
nəzərdə tutulur. Bu model prosesin gedişini kadrlar sırası
şəklində təsvir etmək üçün kifayət edən yaddaşa malik
kompüterdə reallaşdırılır.
Predmet oblastının informasiya modeli real
obyektlərin konkret məqsədlə birbaşa bağlı olan
mahiyyətləri əsasında yaradılır. Bu məqsədlə mahiyyətlər
tipləşdirilir. Predmet oblastı mahiyyət tipləri üzrə
strukturlaşdırılır. Hər bir obyekt özünəməxsus mahiyyət
atributları ilə təsvir edilir. Praktikada predmet oblastının
strukturunun təhlili və sintezi deduktiv metodla həyata
keçirilir. Yəni, əvvəlcə mahiyyət tipləri aşkar edilir, ümumi
mahiyyətlər müəyyənləşdirilir, sonra həmin tip bu tipdən
İQTİSADİ İNFORMATİKA
________________________176________________________
olan bütün mahiyyət nüsxələri üçün mənimsədilir.
Predmet oblastının hər bir mahiyyəti fərdidir. Bu fərdilik
həm də eyni tip mahiyyətlər arasında hökm sürür. Yəni,
heç bir təkrara yol verilmir. Fərdilik identifikator vasitəsilə
reallaşdırılır. Bəzi identifikatorlar unikal olur. Unikal
identifikator ilkin açar adlanır. Məsələn, şəxsiyyət
axtarışında soyad ilkin açardır. Unikal olmayan
identifikatorlar ikinci açar adlanır. Məsələn, tələbənin
soyadı ilkin açar, qrup nömrəsi ikinci açardır.
Predmet oblastında mahiyyətlər arasında müxtəlif
məzmunlu əlaqələr mövcud olur ki, informasiya
modelində bunlar da öz əksini tapmalıdır. Bunlar əlaqə
tipləri ilə təsvir edilir. Əlaqə tipləri məcburi və ya fakültativ
olur. Məsələn, şəxsiyyətlə doğum tarixi məcburi, yaşayış
yeri isə fakültativ əlaqədədir.
Mahiyyət tipləri arasında ixtiyari ölçülü əlaqələr ola
bilir. Praktikada unar (1 öçülü), binar (2 ölçülü) və n-ar (n
ölçülü) əlaqələr mövcud olur. Əlaqələr “birin birə”, “birin
çoxa” və “çoxun çoxa” tiplərdə olur. Predmet oblastını
xarakterizə edən mahiyyətlərarası əlaqə tipləri məcmusu
predmet oblastının tipik quruluşunu əmələ gətirməklə,
həm də predmet oblastının tipik modeli kimi çıxış edir. Bu
model predmet oblastının sabit (və ya nisbi sabit)
xassələrini əks etdirdiyindən,
intensional model adlanır.
Predmet oblastının müəyyən cəhətlərini əks etdirən
bəzi əlaqələr müəyyən dəyişikliyə uğradığından, bəzi
əlaqələrin pozulması və ya yeni əlaqələrin meydana
çıxması səbəbindən, predmet oblastının
vəziyyəti dinamik
xarakterlidir. Bu vəziyyəti predmet oblastının
ekstensional
modeli təsvir edir. Göründüyü kimi, intensional statik,
İQTİSADİ İNFORMATİKA
________________________177________________________
ekstensional dinamik modeldir. Predmet oblastının hər bir
vəziyyəti müəyyən sərhədlər daxilində olmalıdır ki,
bunlara da
bütövlük məhdudiyyətləri deyilir. Bütövlük
məhdudiyyətləri
əyani (müəyyən hökm şəklində
formalaşdırılmış) və ya əyani ifadə olunmasına ehtiyac
olmayan
gizli ola bilər. Məsələn, ağacşəkilli quruluşda, kök
düyündən (zirvədən, təpədən) başqa, hər bir düyünün
yeganə ana düyünə bağlılığı faktı gizli məhdudiyyətdir.
Bütövlük məhdudiyyətləri statik və dinamik olurlar. Statik
məhdudiyyət
ayrıca
vəziyyətə
xasdır.
Dinamik
məhdudiyyət predmet oblastının bir vəziyyətdən digərinə
keçidi müəyyən edir. Beləliklə, bütövlük məhdudiyyətləri
zamanda dəyişməz olmaqla intensional modelin tərkib
hissəsidir.
Qeyd etmək lazımdır ki, intensional və ekstensional
modellər predmet oblastının müxtəlif səviyyələrdə
abstraksiyasını əks etdirir. Ekstensional model “nüsxə”
modelidir. Çünki mahiyyət nüsxələrinin xassələrini və
onlar arasındakı əlaqələri təsvir edir. İntensional model işə
mahiyyət nüsxələrinin xassələrini nəzərə almır və buna
görə də o, “tip” modelidir.
İnformasiya sisteminin yaradıcısı üçün intensional
model daha maraqlıdır. Çünki bu, predmet oblastını bütöv
şəkildə təsvir edir.
Layihələşdirici mütəxəssis baxımından, həm də
konseptual model maraqlıdır. Çünki bu, bütövlükdə
“informasiya fəzası”nı xarakterizə edir. Konseptual
modelin
sintez
edilməsi
informasiya
sisteminin
yaradılmasının ən vacib mərhələsidir.
İQTİSADİ İNFORMATİKA
________________________178________________________
VERİLƏNLƏR BAZASI VƏ DİGƏR ƏSAS
ANLAYIŞLAR
Verilənlər bazası - kompüter yaddaşında müəyyən
qaydalara uyğun şəkildə təşkil edilmiş və istifadəçi
tələbinə uyğun aktuallaşa bilən, başqa sözlə, predmet
oblastının ekstensional modelini təşkil edən verilənlər
çoxluğudur. Verilənlər bazasının təşkili predmet oblastının
intensional modeli ilə təsvir edilir. Çünki intensional model
ekstensional modelə nisbətən yuxarı səviyyə modelidir.
Verilənlər bazasının aktuallaşdırılması dedikdə,
verilənlərin tərkibinin və quruluşunun dəyişdirilməsi başa
düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər
bazadan çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir
və s. Daha dərin aktuallaşdırma verilənlər bazasının
restrukturlaşdırılması
adlanır.
Bu,
bütövlük
məhdudiyyətlərinin dəyişdirilməsi zamanı baş verir.
Çox zaman verilənlər bazası elə təşkil edilir ki,
predmet oblastının hər vəziyyətinə bazanın bir vəziyyəti
uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı
olaraq,
temporal (zamanlı, sürəkli) bazalar da yaradılır. Bu
bazalardakı verilənlərin qiymətləri müəyyən zamana aid
olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks
etdirilir.
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş
çoxluğudur. Yəni, bir fakt bazada bir dəfə qeyd edilir. Bu,
bazanın informasiya
bolluğunun minimum olmasını
göstərir. Lakin paylanmış bazalarda müəyyən baza
fraqmentlərinin (replikatların) şəbəkə düyünləri üzrə
təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü)
İQTİSADİ İNFORMATİKA
________________________179________________________
ixtisar etməyə və sistemin məhsuldarlığını artırmağa
imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə xidmət
üçün yaradıldığından, onun yaradılması kriterisi sosial
xarakter daşıyır və ayrı-ayrı istifadəçilərin tələbini ödəmək
baxımından irəli gələn lokal səmərəlilik deyil, inteqral
səmərəlilik daha vacibdir.
Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə,
hesablama yolu ilə alınması mümkün olmayan müşahidə
və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir.
Verilənlər bazası xüsusi proqram kompleksi
vasitəsilə idarə edilir. Buna verilənlər bazasının idarə
edilməsi sistemi (VBİS) deyilir. VBİS-lə VB birliyinə VB
sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə
VB-ni idarə edə bilər.
VB sisteminin istifadəçiləri adətən bazadakı
məlumatların
mənbəyi
olan
predmet
oblastı
mütəxəssisləridir. Bunlar həm də
son istifadəçilərdir. Lakin
VB-yə müraciət edən hər şey - VB sisteminin əlavələri
adlanan tətbiqi proqramlar və proqram kompleksləri,
həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi
sayılır.
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən
VBİS-in
istifadəçi interfeysindən, tətbiqi proqramlar isə
tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir.
Verilənlərin mərkəzləşdirilmiş qaydada idarə
edilməsi VB
inzibatçısının səlahiyyətindədir. İnzibatçı
heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında
aktuallaşdırma
aparmalı,
sistemin
informasiya
İQTİSADİ İNFORMATİKA
________________________180________________________
resurslarından və yaddaşdan səmərəli istifadə edilməsini
təmin etməlidir.
Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış
olurlar. Mərkəzləşdirilmiş VB bir kompüterdə yaradılır və
ondan yalnız həmin kompüterdə işləyənlər istifadə edir.
Belə bazaya lokal şəbəkə kompüterləri də müraciət edə
bilir. Kompüter şəbəkələri paylanmış bazalar yaradılmasını
şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil
edilmiş bir neçə hissədən ibarət olur. Bu hissələr
kəsişməyən, kəsişən və təkrarlanan ola bilir. Bir
kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən
lokal VB kimi fəaliyyət göstərir.
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.
Paylanmış VB verilənlərin
fraqmentləşdirilməsi və
tirajlaşdırılması metodları ilə yaradılır. Fraqmentləşdirmə
bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə
fraqmentlərin nüsxələrinin müxtəlif kompüterlərdə
təşkilini nəzərdə tutur.
VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə
müraciət yalnız VBİS vasitəsilə mümkündür.
VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar.
Ümumi təyinatlı VBİS-lər heç bir konkret predmet
oblastına istiqamətli olmur. İxtisaslaşdırılmış VBİS-lər
xüsusi təyinatlı sistemlərdir.
VBİS-in əsas xassəsi verilənlər bazasına həm
istifadəçi tərəfdən, həm də saxlayıcı tərəfdən baxmağı
reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu,
saxlayıcı baxımı isə fiziki quruluşu şərtləndirir.
İQTİSADİ İNFORMATİKA
________________________181________________________
VERİLƏN MODELLƏRİ
İxtiyari VBİS müəyyən verilən modeli ilə işləyir.
Verilən modeli dedikdə, verilənlərin strukturlaşdırılması
qaydaları çoxluğu nəzərdə tutulur. Əgər VBİS bir neçə
modellə işləyirsə, bu,
multimodelli sistem adlanır.
Verilən modeli bir tərəfdən, predmet oblastının
verilən bazasında təzahür vasitəsidir və buna görə də o,
özünü metainformasiya kimi təqdim edir. Digər tərəfdən,
verilən modeli verilənlərin VBİS tərəfindən idarə edilməsi
mexanizmi kimi çıxış edir. Müasir anlamda verilən modeli
predmet oblastının modelləşdirilməsi instrumentidir.
Halbuki əvvəllər bu anlayış yalnız verilənlərin quruluşunu
təsvir edirdi. İlk verilən modelləri qraf modelləri idi. Bunlar
ya şəbəkə, ya da iyerarxik (ağacşəkilli) quruluşları ifadə
edirdilər. Hal-hazırda relyasiyalı (iqtibaslı) modellər daha
geniş tətbiq edilir.
Qraf modellərinin ən mühüm komponenti
naviqasiya
(axtarış)
aparatıdır. Naviqasiya aparatı üzərində
manipulyasiya (dəyişdirmə) əməli aparılacaq verilənləri
(bunlara cari verilən deyilir) identifikasiya etmək
(adlandırmaq) və idarəni struktur üzrə həmin verilənlərə
yönəltmək üçündür.
CODASİL şəbəkə modelində
naviqasiya aparatı kifayət qədər mürəkkəbdir. Bu
modeldə aşağıdakı tipik əməllər icra edilir:
Verilmiş tipə aid növbəti yazının tapılması;
Verilmiş məlumat yığımının növbəti yazısına keçilməsi;
Carı yazıların emal üçün götürülməsi;
İQTİSADİ İNFORMATİKA
________________________182________________________
Cari yazıların dəyişdirilməsi (təzələnməsi, əvəzlənməsi və
s.);
Yazının VB-də yadda saxlanması;
Yazının yığıma əlavə edilməsi;
Yazının yığımdan silinməsi;
Cari yazının VB-dən silinməsi və s.
Bu əməllər iyerarxik modellərdə də icra edilir.
1970-ci illərdən geniş tətbiq edilən relyasiyalı
modellər cədvəllər çoxluğu şəklində qurulur.
Sözügedən modellərin xarakterik xüsusiyyəti
verilənə sərbəst mücərrəd obyekt kimi baxılmasıdır. Yəni,
verilənin məzmunu və əlaqələri VB-dən kənarda qalır.
1970-ci illərdən semantik modellərin yaradılmasına
başlanıldı. Bu modellər verilənin məzmunu və əlaqələrini
də VB-yə daxil etməyi nəzərdə tuturdu. Lakin bunlar geniş
tətbiq tapmadı. 1980-ci illərin sonunda obyekt-istinad
proqramlaşdırmasının uğur qazanması ilə verilənlərin
obyekt modelləri meydana çıxdı. 1993-cü ildə ilk obyekt
modeli
ODMG-93 (Objekt Data Management Group)
yaradıldı və
ODMG 3.0 versiyası 2000-ci ildə ən yaxşı
model kimi bəyənildi. Müasir kommersiya VBİS-lərinin
əksəriyyətində obyekt-relyasiya modellərindən istifadə
edilir. Bu modellər 1999-cu ildə təklif edilmiş
SQL dilinin
yeni versiyası əsasında yaradılmışdır.
Obyekt modellərinin mərkəzi anlayışı obyektdir.
Obyekt müəyyən vəziyyətdə olandır. Obyektin vəziyyəti
atributlar çoxluğu ilə təyin edilir. Obyekt bir vəziyyətdən
digər vəziyyətə keçməklə müəyyən davranış nümayiş
etdirəndir. Obyektin davranışı əməllər sırası ilə təyin edilir.
Obyekt fərdidir və özünəməxsus identifikatorla ifadə
İQTİSADİ İNFORMATİKA
________________________183________________________
edilir. Obyektin vəziyyəti dəyişsə də identifikatoru
dəyişmir.
Hal-hazırda çoxölçülü modellər də geniş tətbiq edilir.
Bu modellərdə verilən çoxölçülüdür. Yəni, bir əsas
rekvizitə əlamət rekvizitləri zənciri qoşulur.
Bunlarla yanaşı, mahiyyət-əlaqə modelləri də vardır
ki, bunlar da avtomatlaşdırılmış layihələşdirmə sistemləri
mühitində geniş istifadə edilir.
VERİLƏNLƏR BAZASI SİSTEMLƏRİNİN
ARXİTEKTURASI
VB sisteminin arxitekturasının funksional, fəza və
informasiya kimi 3 aspekti vardır. Bu aspektlər bir-biri ilə
sıx bağlıdır. Fəza və informasiya arxitekturaları
funksionsal arxitekturadan törəmədir.
İnformasiya
arxitekturası
VB-də
informasiya
resurslarının paylanma quruluşunu xarakterizə edir.
Fəza arxitekturası funksional komponentlərin
yerləşmə fəzasını təsvir edir. Bu baxımdan, VB-lər
mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş
VB-də funksional komponentlərin hamısı bir kompüterdə
cəmlənir. Bu, fərdi VB-dir. Paylanmış VB lokal, regional və
qlobal şəbəkələrdə yaradılır.
Şəbəkəyə naqilsiz (mobil) qoşulmaların tətbiqi VB
arxitekturasını xeyli mürəkkəbləşdirmişdir. İndi şəbəkənin
stasionar hissəsi işçi, mobil hissəsi isə yalnız istifadəçi kimi
işləyir.
Funksional arxitektura funksional komponentlərin
funksiyasını, tərkibini və qarşılıqlı əlaqələrini təsvir edir.
İQTİSADİ İNFORMATİKA
________________________184________________________
Bu arxitektura “müştəri-server” konsepsiyasına söykənir.
Bu konsepsiyada funksional komponentin biri server
şəklində ayrılır. Qalan funksional komponentlər müştəri
kimi işləyir.
VBİS-LƏRİN DİL VASİTƏLƏRİ
VB sistemi ilə iş dil vasitələrinin köməyi ilə baş tutur.
Dil vasitələri verilən modelində müxtəlif üsullarla
reallaşdırılır. İxtisaslı mütəxəssislər, məsələn, mürəkkəb
tətbiqi sistemlərin yaradıcıları üçün dil vasitələri sintaksis
formada verilir. Digər hallarda dilin funksiyaları
4-cü nəsil
dil (4GL) adlandırılan istifadəçi interfeysi formasında,
yəni, gizlədilmiş şəkildə, məsələn, menyu, dialoq
ssenariləri və ya istifadəçi tərəfindən doldurulan ekran
blankları, diaqramlar və digər vizual təsvir formalarında
reallaşdırılır. İstifadəçi interfeysindən daxil edilən
verilənlər interfeysin müvafiq sintaksis konstruksiyalarına
çevrilib icraya ötürülür. Bu forma fərdi kompüter üçün
nəzərdə tutulmuş VBİS-lərdə geniş tətbiq edilir.
Relyasiyalı VBİS-lərdə sorğuların cədvəl dili
(QBE –
Query-By-Example) tətbiq edilir. Bu dildə sorğu cədvəl
sətr və sütunlarının doldurulması formasında daxil edilir.
Sonra avtomatik surətdə
SQL dilinə çevrilərək icraya
verilir.
VBİS-in dil vasitələri iki funksiyanın: 1) sistem
arxitekturasının idarə edilən səviyyələrində verilənlər
bazasının təqdim edilməsinin təsviri və 2) verilənlərin
manipulyasiyası əməliyyatlarının icrası üçün istifadə edilir.
Birinci funksiya verilənlərin təsviri dili (VTD) ilə təmin
İQTİSADİ İNFORMATİKA
________________________185________________________
edilir. Buna verilənlərin təyini dili də deyilir. VB-nin VTD
vasitəsilə təsviri VB-nin sxemi adlanır. Bu, VB-nin
strukturunu təsvir edir. VB sxemi, əslində, predmet
oblastının intensional modelidir.
Verilənlərin manipulyasiyası dili (VMD) VB-dəki
verilənlərə müraciət etməyə imkan verir.
Relyasiyalı dil olan
SQL hər iki dili özündə birləşdirir.
Sorğu dili olmaqla
SQL geniş tətbiq edilir. SQL-lə yanaşı,
relyasiyalı dil olan
Quel və dBase dilləri də geniş
yayılmışdır.
dBase dili bitkin instrumental dil vasitəsi
olduğundan, avtonom dil adlanır.
VB-lərin proqramlaşdırılıması dilləri müxtəlif dil
vasitələri arasında meydana çıxan uzlaşma çətinliklərini
aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu dillərə:
Paskal, Ada, Modula, Atlant, Teksis, Qalileo və s. aiddir.
Lakin bu dillər geniş tətbiq tapmadı. Bu məqsəd üçün
C++
və
Java obyekt dilləri yaradıldı ki, bu da həmin dillər üçün
ODMG standartının yaranmasına gətirib çıxardı. ODMG
standartı tətbiqi proqramlaşdırma interfeysinin təməlinə
qoyuldu. Beləliklə, obyekt proqramlaşdırma dili ilə obyekt
VB-nin əlaqələndirilməsi uzlaşma cətinliyini bir yolluq ləğv
etdi.
Dostları ilə paylaş: |