Dərslik kimi tövsiyyə edilir. B a k I 2 0 1 6 İQTİsadi İnformatiKA


VERİLƏNLƏR BAZASININ SAXLANMA MÜHİTİNİN



Yüklə 7,63 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix14.11.2019
ölçüsü7,63 Mb.
#29587
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
55-QT-SAD-NFORMAT-KA-DERSLIK-2016


 
VERİLƏNLƏR BAZASININ SAXLANMA MÜHİTİNİN 
TƏŞKİLİ 
 
VB  yalnız  saxlama  mühitində  tam  “maddiləşmiş” 
olur.  VBİS-də  VB-nin  saxlanması  mühiti  mexanizmləri 
sistem  resurslarının  iki  qrupunu  –  saxlanan  verilənlər 
resursunu və saxlama mühiti üçün yaddaş resursunu idarə 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________186________________________ 
 
etməyə  xidmət  edir.  Saxlama  mühiti  mexanizmləri 
aşağıdakı əməliyyatları icra etməlidir: 
 Yaddaşda yeni saxlanan verilənlərin yerinin təyini; 
 Onların  yaddaşda  yerləşməsi  üçün  lazımi  yaddaş 
resursunun ayrılması; 
 Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması 
və pozulması; 
 Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın 
boşaldılması; 
 Yaddaşda  verilənlərin  atributlar  və  ya  ünvanlar  üzrə 
axtarılması; 
 Saxlanan verilənlərin emal üçün seçilib götürülməsi. 
Saxlama  mühitində  verilənlər  fiziki  yerləşmə 
baxımından  sərbəst  olsalar  da,  bir-biri  ilə  ünvan 
göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan 
saxlama 
sxeminə tabedirlər. Saxlama sxemi  CODASYL tərəfindən 
yaradılmış 
saxlanan verilənlərin təyini dili (Data Storaqe 
Definition Lanquaqe) ilə təsvir edilir. 
Verilənlərin  yaddaşda  yerləşdirilməsinin  idarə 
edilməsi  də  saxlama  mühiti  mexanizmlərinin  mühüm 
funksiyasıdır.  Verilənlər  adətən  xarici  yaddaşda 
nömrələnmiş  eyniölçülü  səhifələr  şəklində  saxlanır.  Hər 
müraciətdə bir səhifə oxunur. Səhifənin ölçüsü 
mübadilə 
buferinin ölçüsünü təyin edir. Yaddaşdakı hər yazının öz 
ünvanı  vardır.  Ünvanlar  birbaşa  və  dolayı  olur.  Birbaşa 
ünvan yazının yaddaşdakı yerini bilavasitə göstərir. Lakin 
bu,  çoxsaylı  boş  yaddaş  fraqmentlərinin  yaranmasına 
səbəb  olur.  Bu  nöqsanı  aradan  qaldırmaq  üçün  dolayı 
ünvanlaşdırmadan  istifadə  edilir.  Bu  halda  səhifənin  bir 
hissəsi  indeksləşdirmə  üçün  ayrılır.  Həmin  indekslər 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________187________________________ 
 
müvafiq  yazı  üçün  ünvan  göstəricisi  rolunu  oynayır. 
Yazının ölçüsü dəyişərkən növbəti yazıların yalnız ünvan 
göstəricilərinin  qiyməti  dəyişir.  Beləliklə,  bu  halda 
yaddaşda  boş  yer  qalmır.  Göründüyü  kimi,  birbaşa 
ünvanlaşdırma  verilənlərin  ardıcıl  saxlama  quruluşuna, 
dolayı ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna 
uyğundur. 
Verilənlər hansı qaydada saxlanırsa, onlara müraciət 
də həmin qaydada mümkün olur.
  
 
VB İNZİBATÇISI 
 
VB  inzibatçılığı  sistemin  etibarlı  və  səmərəli 
fəaliyyətini təmin etməyə yönəldilməklə, həm də istifadəçi 
tələbinə  adekvat  olan  VB  yaradılmasını  və  predmet 
oblastının  aktual  vəziyyətdə  saxlanmasını  təmin  etməyi 
nəzərdə  tutur.  İnzibatçı  heyətin  zəruriliyi  verilənlərin 
mərkəzləşdirilmiş  idarə  edilməsi  ilə  bağlıdır  və  sosial 
istifadəçi  mühitində  meydana  çıxan  ziddiyyətləri  həll 
etmək üçündür.  
İnzibatçılıq  predmet  oblastı  üzrə, əlavələr  üzrə,  VB 
üzrə və təhlükəsizlik üzrə qruplaşdırılır. 
Predmet  oblastı  üzrə  inzibatçı  VB-nin  konseptual 
sxeminin  istifadəçilərin  inteqrasiya  edilmiş  tələblərinə 
adekvat olmasını təmin edir.  
Əlavələr  üzrə  inzibatçı  VB-nin  xarici  sxeminin 
müvafiq  proqram  əlavəsinə  adekvatlığının  təmin 
edilməsinə məsuldur. 
VB 
inzibatçısının 
vəzifəsi 
sistemin 
lazımi 
məhsuldarlıq  səviyyəsini  təmin  etməkdən  ibarətdir.  Bu 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________188________________________ 
 
vəzifə  səmərəli  müraciət  metodlarından  və  verilənlərin 
səmərəli  yerləşmə  strategiyasından  istifadə  etmək, 
həmçinin verilənlərin optimal bolluğunun yaradılması yolu 
ilə yerinə yetirilir.  
VB inzibatçısının vəzifələrinə aşağıdakılar daxildir: 
 Sistemin fəaliyyət statistikasının aparılması; 
 Yaddaş resurslarından səmərəli istifadənin təmin edilməsi; 
 Sistemin etibarlı fəaliyyətinin təmin edilməsi; 
 VB-nin  saxlanması  mühitinin  yenidən  sazlanmasına 
ehtiyacın qiymətləndirilməsi; 
 Lazım gəldikdə, VB-nin daxili sxeminin dəyişdirilməsi; 
 Konseptual sxemin yeni daxili sxemə uyğunlaşdırılması; 
 VB-nin  saxlanması  mühitinin  yeni  daxili  sxemə 
uyğunlaşdırılması; 
 VB-nin məntiqi və ya fiziki pozuntularının ləğv edilməsi yolu 
ilə tamlığının bərpası.         
Təhlükəsizlik üzrə inzibatçı istifadəçi səlahiyyətlərini, 
verilənlərə  müraciət məhdudiyyətlərini  müəyyən etməyə 
və  VB-nin  texnoloji  təhlükəsizliyini  təmin  etməyə 
borcludur. 
Bəzən  verilənlər  üzrə  də  inzibatçı  vəzifəsi  nəzərdə 
tutulur.  Bu,  verilənlərin  gerçəkliyinə,  uyuşanlığına  və 
tamlığına  cavab  verir.  VB-nin  aktuallaşdırılması 
reqlamentinin müəyyən edilməsi də bu inzibatçının işidir. 
 
VB-NİN LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
VB  yaradılmasının  ən  məsuliyyətli  mərhələsi 
layihələşdirmədir.  Çünki  VB-nin  istifadəçi  baxımından 
məzmununun səmərəli təşkili məsələsi bu mərhələdə həll 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________189________________________ 
 
edilir.  Layihələşdirmə  zamanı  yol  verilən  səhv  çox  baha 
başa gəlir. Layihələşdirmə işləri böyük zəhmət tələb edən 
iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu 
işdə  layihələşdirici  mütəxəssis  intuisiyası  və  təcrübəsi 
mühüm rol oynayır. 
Ötən  10  illiklərdə  çoxsaylı  mütəxəssislərin  gərgin 
əməyi  sayəsində  müxtəlif 
CASE-texnologiyalar  (CASE- 
Computer-Aided 
Software/System 
Enqinerinq) 
yasradılmışdır  ki,  bunlar  da  layihələşdirmə  işlərinin 
avtomatlaşdırılması  üçün  proqram  təminatı  yaratmağa 
imkan verir. 
CASE instrumentariyası müxtəlif struktur və 
obyekt-istinad metodlarına əsaslanır.  
VB-nin 
layihələşdirilməsi 
prosesi 
aşağıdakı 
mərhələləri birləşdirir: 
 VB-nin konseptual layihələşdirilməsi; 
 VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi; 
 VB-nin məntiqi layihələşdirilməsi; 
 VB-nin fiziki layihələşdirilməsi. 
Konseptual  layihələşdirmənin  əsas  vəzifəsi  gələcək 
istifadəçilərin  informasiyaya  tələbatının  öyrənilməsi 
əsasında  sistemin  predmet  oblastını  təyin  etməkdən 
ibarətdir. Predmet oblastının tərkibi və strukturu 2 üsulla 
seçilir. Ən geniş yayılmış üsul funksional yanaşmadır ki, 
bu da “məsələ” prinsipi ilə seçmədir. İkinci üsul predmet 
yanaşmasıdır. Birinci üsul istifadəçi tələbinin aydın olduğu 
halda, ikinci üsul bu tələbin qeyri-müəyyən olduğu halda 
tətbiq edilir. 
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq 
mobil  sistem  yaratmağın  qeyri-mümkünlüyü  ilə  bağlıdır. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________190________________________ 
 
Odur ki, hər dəfə konkret tərkibli instrumentariya seçmək 
lazım gəlir. 
Məntiqi  layihələşdirmə  mərhələsində  predmet 
oblastının konseptual modeli seçilmiş VBİS-in tələb etdiyi 
verilən modeli formasında təsvir edilir. 
Fiziki  layihələşdirmə  mərhələsi  layihələşdirilmiş 
məntiqi  quruluş  üçün  daha  səmərəli  saxlama  mühiti 
yaradılmasını həyata keçirir.  
 
VB TEXNOLOGİYALARININ İNKİŞAF 
PERSPEKTİVLƏRİ 
 
 
40-ildən artıq inkişaf tarixi olmasına baxmayaraq, VB 
texnologiyaları  bu  gün  də    inkişaf  etməkdədir.  Bu,  ilk 
növbədə,  hesablayıcı  və  kommunikasiya  texnikasının 
yüksək sürətlə inkişafı ilə bağlıdır. 
Son 
illərdə 
Veb 
mühitində 
işləyən 
telekommunikasiya 
müraciətli 
VB 
sistemlərinin 
yaradılması  geniş  vüsət  almışdır.  Bu,  naqilsiz  rabitə 
kanallarının tətbiqi ilə bağlıdır. 
Aktual  istiqamətlərdən  biri  də  çox  böyük  VB-lərin 
idarə  edilməsi  texnikasının  yaradılmasıdır.  Bu  sistemlər 
kosmik  tədqiqatlar,  molekulyar  biologiya,  zərrəciklər 
fizikası  və  Yer  səthinin  aerofotoçəkilişi  sferalarında 
mövcuddur və gələcəkdə kommersiya sferasına da tətbiq 
ediləcəyi istisna edilmir.
      
 
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________191________________________ 
 
MƏTN AXTARIŞ 
TEXNOLOGİYALARININ ƏSASLARI 
 
Cəmiyyətdə  informasiya  mübadiləsi  əsas  etibarı  ilə 
mətn  formasında  həyata  keçirilir.  Buna  görə  də  müasir 
informasiya  sistemlərinin  informasiya  resurslarının 
olduqca böyük hissəsini mətn informasiyası təşkil edir. 
İnformasiya sistemlərinin ilk inkişaf mərhələlərindən 
mətn  informasiyasının  səmərəli  saxlanması,  emalı  və 
axtarışı  texnologiyalarının  işlənib  hazırlanmasına  xüsusi 
diqqət yetirilmişdir. 
Mətn informasiyası ilə işləyən informasiya sistemləri 
arasında  ən  geniş  yayılmış  mətn  axtarış  sistemləridir. 
Bunların vəzifəsi istifadəçini maraqlandıran təbii dildə olan 
sənədləri  kompüterdə  saxlanan  mətn  sənədləri 
kolleksiyasından  tapıb  təqdim  etməkdən  ibarətdir.  Mətn 
axtarış  sistemlərinin  inkişafı  elmi-tədqiqat  və  təhsil 
sferalarında  avtomatlaşdırılmış  kitabxana  sistemlərinin 
yaranmasına səbəb oldu. 
Son illərdə isə bu sistemlər daha geniş diapazonda 
tətbiq edilir.  
Ötən 
əsrin 
50-ci 
illərində 
yaradılan 
ilk 
avtomatlaşdırılmış  informasiya  sistemləri  başlıca  olaraq 
informasiya  axtarışını  reallaşdırdığına  görə, 
informasiya-
axtarış  sistemi  adlanırdı.  Bunlar  2  yerə:  sənədli  və 
faktoqrafik axtarış sistemlərinə bölünürdü ki, bunların da 
haqqında yuxarıda bəhs edilmişdir. 
Mətn  axtarış  texnologiyalarında  təbii  dilin  emalı 
əhəmiyyətli yer tutur. Bu, təbii dildəki mətnin kompüter 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________192________________________ 
 
tərəfindən  dərki,  təhlili  və  mətn  üzərində  müxtəlif 
əməliyyatların  icrası,  həmçinin  mətnin  kompüter 
yaddaşına  generasiyası  ilə  bağlı  işləri  əhatə  edir.  Bu 
məsələlər isə süni intellekt sahəsinə aiddir.  
Müasir  mətn  axtarış  texnologiyalarında  mətni  təhlil 
etmək üçün təkcə linqvistik aparat deyil, həmçinin statistik 
metodlar,  riyazi  məntiq  və  ehtimal  nəzəriyyəsi,  klaster 
təhlili,  süni  intellekt  metodları  və  verilənlərin  idarə 
edilməsi texnologiyaları tətbiq edilir. 
İnformasiya supermagistralı üzrə işlər, xüsusilə də, 
1990-cı  illərin  ortalarında  bir  sıra  dünya  ölkələrində 
meydana  çıxan 
elektron  kitabxanalar  mətni  axtarışa 
marağı  kəskin  şəkildə  artırdı.  Qlobal  kompüter 
şəbəkələrində,  Veb-də  mətn  axtarış,  multidilli  axtarış 
istiqamətləri yarandı.  
50 illik tarixi ərzində deskriptorlu informasiya-axtarış 
sistemlərindən  tammətnli  axtarış  sistemlərinədək  böyük 
bir inkişaf yolu keçilmişdir.
 
 
ƏSAS ANLAYIŞLAR 
 
Təbii  dilin  məzmun  müxtəlifliyi  olduqca  genişdir. 
Belə  ki,  bu  material  qəzet  və  jurnallarda  çap  edilmiş 
məqalələr, müxtəlif texniki sənədlər, hesabatlar, kitablar, 
dissertasiyalar, məktublar, qanunvericilik aktları və s. ola 
bilər.  
Mətn  axtarış  sistemlərində  əsas  informasiya  vahidi 
sənəddir. Sənəd – bu və ya digər təbii dildə təqdim edilən 
bitkin məzmunlu hüquqi mahiyyətdir.  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________193________________________ 
 
Tammətnli  axtarış  sistemləri  elektron  sənədləri  ilə, 
yəni kompüter yaddaşında saxlanan və avtomatlaşdırılmış 
emal üçün hazır olan sənədlərlə işləyir. Bunlara “sənədlər 
kolleksiyası”  deyilir.  Mətn  axtarış  istifadəçi  sorğuları  ilə 
aktuallaşır. Sorğu 
axtarış kriterisi şəklində formalaşdırılır. 
Axtrış 
çoxaspektliliyinin  vahidi  sənəddir.  Axtarış  kriterisi 
termlər  yığımı  (söz  və  ya  sözbirləşməsi)  və  ya  məntiqi 
operator  simvolları  (VƏ,  VƏ  YA,  DEYİL)  ilə birləşdirilmiş 
termlər ola bilər. Sorğuya uyğun elektron sənədi 
relevant 
sənəd,  yəni,  tanına  bilən sənəd  adlanır.  Bu,  sadə  halda 
“hə-yox”  məntiqi  ilə,  mürəkkəb  sistemlərdə  isə  “qeyri-
səlis”  məntiqlə  reallaşdırılır.  Sonuncu  halda 
tanıma 
dərəcəsi  mühüm  rol  oynayır.  Bəzən  sorğu  kompüter 
tərəfindən səhv anlaşılır, lazım olan sənəd əvəzinə başqa 
sənəd təqdim edilir. Bu hadisə 
informasiya küyü adlanır.  
Axtarışın  keyfiyyət  göstəricisi  tamlıq  və  dəqiqlikdir. 
Axtarışın  tamlığı  sorğulara  təqdim  edilən  relevant 
sənədlərin sayının yaddaşdakı relevant sənədlərin ümumi 
sayına nisbətidir. 
Axtarışın dəqiqliyi  sorğuya cavab verən 
relevant  sənədlərin  sayının  sorğuya  cavab  olacaq 
sənədlərin ümumi sayına nisbətidir. 
 
 
MƏTN AXTARIŞ PRİNSİPLƏRİ 
 
MÜASİR MƏTN AXTARIŞI SİSTEMLƏRİNİN 
MÜRƏKKƏBLİYİNİN MƏNBƏLƏRİ 
 
Müasir  sistemlər  deskriptorlarla  və  ya  sənəddəki 
atributlarla  (nəşr  ili,  müəllifi,  nəşriyyat  və  s.)  işləyən 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________194________________________ 
 
əvvəlki  axtarış  sistemlərindən  fərqli  olaraq  sənədin 
məzmunu ilə iş görür. 
Təbii  dildə  verilən  cümlə  və  ya  ifadə  çox  hallarda 
ikimənalı  və  bolluqlu  olur.  Sinonimləri,  omonimləri, 
qramatik forma müxtəlifliklərini nəzərə almaq lazım gəlir. 
Cümlədəki  sözlər  arasındakı  məna  əlaqələri  çox  zaman 
əyani  olmur.  Yeni  terminlər  və  anlayışlar  yaranır.  Bütün 
bunlar 
mətni 
informasiya 
resurslarının 
strukturlaşdırılmamasına dəlalət edir. 
 
SƏNƏDLƏRİN TƏQDİMATI 
 
Mətni  axtarış  sistemlərində  saxlanan  sənəd 
kolleksiyaları olduqca iri ola bilir. Sənəddəki mətnlər də iri 
həcmli ola bilir. Buna görə də bütün mətnin təhlili səmərəli 
deyil.  Vəziyyətdən  çıxış  yolu  sənədin  struktur  təqdimatı 
ilə,  başqa  sözlə,  sənədin  təqdimat  nümayəndələri  ilə 
işləməkdən ibarətdir. 
 
SƏNƏDLƏRİN İNDEKSLƏŞDİRİLMƏSİ 
 
Sənədlərin  təqdimatı  onların  xassələri  (atributları) 
çoxluğu  ilə  yaradılır. 
“Dublin  nüvəsi”  (DC  1.1)  adlanan 
beynəlxalq standartda sənədin təqdimatı 15 metaverilən 
elementlə verilir: 
 Title (resursun adı); 
 Creator  (resursu  hazırlayan  və  buna  məsul  olan  şəxs, 
təşkilat və ya şöbə); 
 Subject (resursun məzmununda müzakirə edilən mövzu); 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________195________________________ 
 
 Deskription  (resursun  məzmununun  sərbəst  formada 
təsviri); 
 Publisher  (resursa  müraciət  təmin  edən  şəxs,  təşkilat, 
şöbə); 
 Contributor  (Creator-da  göstərilənlərdən əlavə,  resursun 
hazırlanmasında iştirak edənlər); 
 Date (resursun yaradılması və ya təqdim edilməsi tarixi); 
 Type  (resursun  janrı,  kateqoriyası  və  digər 
xarakteristikaları); 
 Format (resurs təqdimatının xarakteri); 
 İdentifier (resursa dəqiq iqtibas); 
 Source (resursun götürüldüyü mənbəyə iqtibas); 
 Language (resursun təqdimat dili); 
 Relation (verilənlərlə əlaqəli resursa iqtibas); 
 Coverage (resursun aid olduğu sahə, zaman və s.); 
 Rights (resursa intellektual mülkiyyət hüququ).  
Kvalifikatorlar 
– 
metaverilən 
elementlərin 
semantikasının  dəqiqləşdiriciləri  “Dublin  nüvəsi”ndəki 
qeyri-müəyyənlikləri  aradan  qaldırır.  Məsələn, 
Date 
elementi  üçün  yaradılma  tarixi,  müraciət  tarixi  kimi 
dəıqiqləşdirmə etmək olar. 
Sənədlə 
assosiasiyalanmış 
ixtiyari 
atribut 
indeksləşdirilmiş  xassə  adlanır.  Bu  xassələrə  əsasən 
axtarış sistemində verilənlərin köməkçi strukturu qurulur 
ki,  bunun  köməyi  ilə  sənədin  bütün  məzmununa 
baxmadan  lazımi  sənədi  axtarıb  tapmaq  olur.  Köməkçi 
struktur 
indeks,  göstərilən  atributların  sənədlə 
assosiasiyalanması  propsesi 
sənədin  indeksləşdirilməsi 
adlanır.  

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________196________________________ 
 
Köhnə axtarış sistemlərində 
deskriptor adlanan ayrı-
ayrı  söz  və  söz  birləşmələrindən  istifadə  olunurdu. 
Deskriptor  sənədin  axtarış  obrazı  idi.  Bu  sistemlər 
deskriptorlu sistem adlanırdı. Deskriptorlu sistemlər hələ 
də istifadə edilir. 
Sənədlərin  indeksləşdirilməsi  sənədin  annotasiyası 
və ya tam mətni əsasında müəllif tərəfindən adi qaydada, 
ya da sənədin kompüter təhlili yolu ilə avtomatik həyata 
keçirilir. 
 
İSTİFADƏÇİ SORĞULARININ TƏQDİMATI 
 
Mətn  axtarış  sistemlərinin  digər  mühüm  məsələsi 
istifadəçi  sorğularının  məzmununun  strukturlaşdırılmış 
təqdimatıdır.  Sorğuların  təqdimatı  da  sənədlərin 
təqdimatına  uyğun  prinsiplərdən  çıxış  edərək  hazırlanır. 
Əks  halda  sorğu  ilə  axtarış  obyektini  müqayisə  etmək 
mümkün olmaz. 
 
SƏNƏDLƏRİN RELEVANTLIĞI KRİTERİLƏRİ 
 
İstifadəçi  sorğusunun  emalı  prosesində  növbəti 
baxılacaq  sənədin  relevantlığı  qiymətləndirilməlidir.  Bu 
məqsədlə 
relevantlıq (yaxınlıq) kriterisindən istifadə edilir. 
Bu kriteri sənəd və sorğunun təqdimat üsulundan asılıdır. 
Məsələn, deskriptorlu sistemlərdə sənəd o zaman relevant 
sayılır  ki,  sorğudakı  axtarış  obrazını  əmələ  gətirən 
deskriptorlar  sənədin  axtarış  obrazındakı  deskriptorlar 
çoxluğunun  alt  çoxluğu  olsun.  Müasir  sistemlərdə  daha 
mürəkkəb kriterilərdən istifadə edilir. 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________197________________________ 
 
MƏTN AXTARIŞIN ÜMUMİ PRİNSİPLƏRİ 
 
Müasir  mətn  axtarış  sistemlərində  sənədlərin 
indeksləşdirilməsi  və  təqdimatı,  istifadəçi  sorğularının 
təqdimatı və sənədlərin relevantlığının qiymətləndirilməsi 
üçün çoxsaylı yanaşmalar tətbiq edilir. Buna baxmayaraq, 
axtarışın  təşkilinin  müəyyən  ümumi  prinsipləri  də 
mövcuddur.  
 
QEYD:  Relevantlıq  (latınca  relevo  sözündəndir, 
sadələşdirmək, asanlaşdırmaq, qaldırmaq anlamını verir) 
dedikdə  informasiya  axtarışında  axtarış  sorğusunun 
semantik  uyğunluğu  və  sənədin  axtarış  nümunəsi  kimi 
başa  düşülür.  Ümumi  mənada  isə  “relevantlıq” 
“adekvatlıq” 
kimi, 
yəni 
uyğunluq 
dərəcəsinin 
qiymətləndirilməsi,  nəticənin  praktiki  tətbiq  edilmə 
dərəcəsi,  həmçinin  məsələnin  qəbul  edilməsinin  sosial 
dərəcəsi kimi qəbul edilir.  
 
Sənəd  sistemə  daxil  edilərkən  indeksləşdirilir  və 
təqdimatı  hazırlanır  ki,  bu  da  sorğuların  emalı  zamanı 
həmin sənədin əvəzedicisi kimi çıxış edir. Sonra konkret 
sənədlərin  indeksləşdirilən  xassələri  əsasında  sənədlər 
kolleksiyası avtomatik indeksləşdirilir.  
İstifadəçi  sorğusu  sistemə  daxil  olan  kimi  onun  da 
təqdimatı  hazırlanır.  Bu,  sənədin  təqdimatına  anolijidir. 
Sonra  sorğu  təqdimatı  yaxınlıq  kriterisi  üzrə  sənəd 
təqdimatları  ilə  bir-bir  müqayisə  edilir.  Uyğunluq  şərti 
ödəndikdə axtarış bitir.
 
 

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________198________________________ 
 
LİNQVİSTİK TƏMİNAT VASİTƏLƏRİ 
 
 
 
Mətn  axtarış  sistemlərində  tammətnli  sənədlərlə 
işləyərkən təbii dilin emalı vasitələrindən istifadə edilir. Bu 
vasitələr  sözügedən  sistemlərin  son  dərəcə  mürəkkəb 
komponentləridir. 
Təbii  dilin  emalı  vasitələri  mətn 
sənədlərindəki  və  sorğulardakı 
termləri  (söz  və  söz 
birləşmələrini,  frazaları)  təhlil  edib  onların  məzmununu 
aydınlaşdırır,  termlər  arasındakı  münasibətləri  aşkarlayır 
və səmərəli axtarışı təmin edir. Bu məqsədlə mətni axtarış 
sistemlərində  linqvistik  təminat  vasitələri  kompleksindən 
istifadə edilir. Bu kompleksə müxtəlif lüğətlər, tezauruslar, 
sistemin predmet oblastının 
ontoloji xüsusiyyətlərini əks 
etdirən materiallar daxildir. 
 
QEYD: Ontologiya (latınca ontologia – təhsil alma, 
elm  anlamını  verir)  dedikdə  həqiqətin  oyrənilməsi, 
doğruluq haqqında elm sahəsi başa düşülür. Ontologiya 
fəlsəfənin  bir  bölməsidir,  varlığın  fundamental 
prinsiplərini,  struturunu,  qanunauyğunluğunu  və 
kateqoriyalarını öyrənir. 
“Ontologiya” termini 1613-cü ildə Rudolf Qoklenius 
(1547-1628)  tərəfindən  hazırlanmış  “Fəlsəfə  lüğəti” 
(
Lexicon philosophicum, quo tanquam clave philisophiae 
fores aperiunter. Francofurti) kitabında təklif edilmişdir. 
Sonralar, 1656-cı ildə İohan Klauberq (1622-1665) 
bu sahə ilə məşğul olur və yazdığı
 Metaphysika de ente, 
quae rectus Ontosophia  kitabında sözə ekvivalent olan 
“metafizika” baradə ətraflı araşdırmalar verir.   

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________199________________________ 
 
 
Rudolf Qoklenius 
 
İohan Klauberq 
 
  
SİSTEM LÜĞƏTLƏRİ 
 
Təbii  dilin  emalı  ilə  məşğul  olan  mətn  axtarış 
sistemlərində  həm  ümumdil  leksikası,  həm  də  predmet 
oblastı leksikası üzrə lüğətlərdən istifadə edilir. Bu lüğətlər 
mətnin  morfoloji  təhlilinə  və  axtarış  zamanı  müxtəlif 
qrammatik formalardakı sözləri tanımağa imkan verir. 
 
TEZAURUSLAR 
 
Mətn  sənədlərinin  formal  təqdimatında  tezaurus 
adlanan  xüsusi  lüğətlər  mühüm  rol  oynayır.  Tezaurus  – 
dilin əsas anlayışları lüğətidir. Tezaurus həm də sorğunu 
genişləndirmək üçündür. 

 
Yüklə 7,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin