II FƏSİL
Maşınqayırma sənayesinin yenidənqurulma işlərinin aparılması haqda
strateji qəraraların qəbulu xüsusiyyətləri
27
2.1
Yenidənqurulma əməliyyatının mümkünlüyü və zəruriliyinin
iqtisadi əsaslandırılmasının xüsusiyyətləri.
Sənaye üsulu metodu ilə neft hasili dünyada ilk olaraq 1848-ci ildə Bakıda tətbiq
olunması ölkəmizdə sənayeləşmənin əsası hesab olunmuşdur. Sənayeləşmə prosesinə
XIX əsrin ikinci yarısında neft hasilatının əhəmiyyətli dərəcədə artması təkan
vermişdir, bu da öz növbəsində respublikada neftlə əlaqəli infrastrukturun və sənaye
sahələrinin yaranması ilə nəticələnmişdir. Sənayeləşmə prosesi regionlara XX əsrin
ortalarından etibarən nüfuz etmiş və bunun sayəsində də yeni sənaye şəhərlərinin əsası
qoyulmuşdur. (4, s.206)
Əsrin ikinci yarısında sənayeləşmə prosesi neft və sənaye sektorları ilə bağlı
infrastrukturun yaradılması ilə nəticələndi. Bu da öz növbəsində ölkədə neft hasilatının
əhəmiyyətli dərəcədə artmasını, ağır sənayenin inkişafına geniş miqyaslı vəsaitlər
istiqamətlənməsinə, ittifaqmiqyaslı bir çox iri sənaye müəssisələri qurulmasına, ölkə
üçün ənənəvi olmayan yeni sənaye sahələri yaradılmış, sənayenin diversifikasiyası
daha da inkişaf etməsinə səbəb olmuşdu. (4, s.206)
Sovet İttifaqının süqutu ilə əlaqədar olaraq və müstəqilliyin ilk illərində davam
edən böhran mühitində iqtisadiyyatın bütün sahələrində olduğu kimi sənayedə də
geriləmə yaşanmış, bir tərəfdən planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid,
digər tərəfdən Azərbaycan Respublikası torpaqlarının Ermənistan tərəfindən işğalı
nəticəsində sənaye istehsalının miqdarı və növü kəskin şəkildə azalmışdır.
Azərbaycanın maşınqayırma sahəsinin inkişafının retrospektiv təhlili göstərir ki,
keçən əsrin 90-cı illərində maşınqayırma məhsullarının istehsal həcmi əhəmiyyətli
dərəcədə azalmışdır. (24, s.154)
Bəhs edilən dövrdə Azərbaycanda siyasi-iqtisadi sabitliyin bərqərar olması ilə
1997-ci ildən başlayaraq sənaye istehsalında artım nəzərə çarpırdı. Müstəqillik
dövründə sənayenin inkişafında ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici
investisiyalar həlledici rol hesab edilirdi, bu sahənin inkişafı həm birbaşa, həm də
dolayısı ilə sənayenin digər sahələrinin yenidən canlanmasına zəmin yaratmışdı.
Həmçinin sənaye müəssisələrinin özəlləşdirilməsidə məhz həmin dövrdə həyata
28
keçirilmiş və bununla da bazar iqtisadiyyatı institutlarının əsası qoyulmuşdur. (9,
s.196).
Yeni maşın , cizah, avadanlığın buraxılışı nəticəsində maşınqayırma onun
məhsulunun istismarı sahəsində əmək məhsuldarlığının artırılmasına bilavasitə təsir
edir, müəssisələrin texniki cəhətdən yenidən silahlanmasına kömək edir, xammal ,
material , enerjini daha səmərəli istifadəsinə məhsulun materialtutum-luğu və
enerjitutumluluğunun azaldılmasına əsas yaradır və bu, şübhəsiz ki, müəs-sisələrin
rəqabət qabliyyətinin artmasına gətirir.
Maşınqayırmada həmin dövrdə baş verən bohranın səbəbi ölkə iqtisadiyyatının
digər sahələrindəki böhran səbələrinə oxşadır. Birincisi, Sovet İttifaqının vahid
iqtisadi
məkanı
dağılmışdır. İkincisi, istehsal olunan məhsul ümumən
rəqabətqabliyyətli deyildi. Üsüncüsü, müəssisələr inkişaf üçün lazım olan
investisiyalardan məhrum olmuşlar.
Bunun belə, maşınqayırma sənayesinin maşınqayırma müəssisələrinə məxsus
olan bir sıra spesfik xüsusiyyətlər maşınqayırmadakı böhranı daha dərin və ağrılı
etmişdir. Bu xüsusiyyətlər sırasına aşağıdakıları aid etmək olar: istehsal
rentabelliyinin nisbətən aşağı səviyyəsi, əlavə xərclərin yüksək səviyyəsi,
texnologiyaların enerji və metaltutumluğu, uzunmüddətli istehsal tsikli və nəticə kimi
inverstisiyaların artmasının uzun müddəti.
2004-cü ildən etibarən Azərbaycanda sənayeləşmə templəri artımmağa başladı,
sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi aid
edildi, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin
həlli istiqamətində məqsədyönlü tədbirlər yerinə yetirildi, respublika təbii qaz və
elektrik enerjisi idxalçısından ixracatçıya çevrilmiş, sənayenin infrastruktur təminatı
əhəmiyyətli dərəcədə yüksəldir.
Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı, dövlət investisiyaları bir sıra
istehsal təyinatlı layihələrə istiqamətləndirilmiş, ölkədə əlverişli biznes investisiya
mühiti təmin edilmiş, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə
29
dövlət tərəfindən maliyyələşdirilməsi və zərurət yarandığı halda dövlətin bu
layihələrdə pay iştirakı müəyyən edilmişdir. (9, s.181)
Sənaye yeni inkişaf mərhələsinə görülən işlər nəticəsində qədəm basmış, bu
mərhələnin başlanğıcı olaraq Azərbaycan Respublikasında 2014-cü il “Sənaye ili” kimi
elan edilmişdir. Real potensialdan düzgün və sərfəli istifadə etmək eyni zamanda
sənayeləşmənin yeni mərhələsində Azərbaycanın regionda güclü sənaye mərkəzinə
çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətləri əsas tutularaq, “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”
(bundan sonra – Dövlət Proqramı) tərtib olunmuşdur.(12, s.216)
Əsasən, Bakı və Sumqayıt şəhərlərində və ətraf rayonlarda Azərbaycanın ağır
sənaye və maşınqayırma sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri,
yerləşmişdir . Bununla başqa , ötən dövr ərzində ölkənin digər bölgələri də də ağır
sənaye və maşınqayırmanın müvafiq növləri üzrə ixtisaslaşmışdır.
Maşınqayırma sənayesinin yenidənqurulma işlərinin aparılması haqda strateji
qəraraların qəbulu öz növbəsində Azərbaycanda maşınqayırma sahəsinin gələcək
inkişafı üçün əsalə şərait yaradılmışdır. (19, s.169)
2016-cı ildə ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə qəbul olunmuş
sənədlər və həyata keçirilən tədbirlər sənaye sahəsinə investisiyaların cəlb edilməsi
baxımından irimiqyaslı əhəmiyyət malikdir. İxtisaslı kadr potensialı, yenilənən
infrastruktur, fəaliyyət göstərən institutlar və yüksələn biznes mühiti sahənin
gələcəyinin əsas təminatı hesab edilir.Belə ki, yeni istehsal obyektləri qurmaq
məqsədilə fiziki və hüquqi şəxslər maşınqayırma və digər sənaye sahələrinə
investisiya yatıraraq, geniş vergi və gömrük güzəştlərindən istifadə edə bilərlər.
Sadalanan tədbirlər ölkənin maşınqayırma sektorunun inkişafına çox müsbət təsir
edəcəkdir. (7, s.259)
Maşınqayırma sənayesinin inkişafı üçün birinci şərt makroiqtisadi sabitliyin
təmin edilməsi və əlverişli biznes investisiya mühitinin qurulmasıdır. Maşınqayırma
sənayesinin dayanıqlı inkişafını təmin etmək məqsədilə bundan sonra da metallurgiya
30
və neft-kimya sahələri baza məhsullarının təchizatçıları olaraq diqqət mərkəzində
saxlanılacaq, maşınqayırma kompleksində yeni, əlavə dəyəri yüksək olan məhsulların
mənimsənilməsi və keyfiyyət standartlarının yaxşılaşdırılması məqsədilə tədbirlər
həyata keçiriləcəkdir. (10, s.168)
Aparılmış tədqiqatlar söyləməyə əsas verir ki, sənayenin inkişafı daxili bazarın
həcmindən asılı olmayaraq idxal əvəzləyici yanaşmadan ixrac yönlü istehsal modelinə
keçidə dair əsaslı zəmin formalaşdıır. Ölkənin yüksək artım potensialına, daxili
tələbata cavab verən ixrac imkanlarının formalaşdırılması gələcək illərdə sənaye
istehsalının strukturunun təkmilləşdirilməsində əhəmiyyətlidir. İlk növbədə yerli
xammala əsaslanan rəqabətqabiliyyətli maşınqayırma sənayesinin istehsalının
yüksəlməsi zəruridir. Bəzi sıra ənənəvi istehsal sahələri ilə yanaşı, sənayenin
diversifikasiyası ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir.
Bunun əsas səbəbi kiçik iqtisadiyyatlarda daxili bazara hesablanmış istehsal həcminin
maya dəyəri xərclərinin minimuma endirilməsinə imkan verməməsi, digər səbəbi isə
daxili tələbatda uzun müddət yüksək artım sürətinin təmin edilməsinin
mümküsüzlüyüdür. (24, s.154)
Son illər maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasən təchiz
olunması onların istehsal güclərinin yüksəlməsi ilə nəticələnmişdir.
Dövlət Proqramının əhatə etdiyi dövr ərzində ağır sənayesinin bir çox -
metallurgiya, neft-kimya və kimya sahələrində müasir texnoloji tələblərə cavab verən
yeni istehsal güclərinin yaradılması vacib faktorlardandır.
Dövlət Proqramının yerinə yetirildiyi müddətdə ağır sənaye əsasən də,
maşınqayırması sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalı, bu sahəyə dair
istehsal olunan texniki baza təsissatlaı sənayedə daxili tələbatın ödənilməsində payının
artırılması istiqamətində həyata keçirilən yenidənqurma lahiyələrinin sayının artması
vacibdir.Başlıca olaraq yerli xammala əsaslanan rəqabətqabiliyyətli ağır sənaye
istehsalının genişlənməsi əsas şərtdir. Son illər maşınqayırma müəssisələrinin yeni
texnologiyalara əsasən təchiz olunması müəssələrin istehsal güclərinin artmasına
səbəb olmuşdur. (12, s.162)
31
Dövlət Proqramının əhatə etdiyi dövr ərzində metallurgiya, neft-qaz emalı, neft-
kimya və kimya sahələrində müasir tələblərə cavab verən yeni istehsal güclərinin
qurulması vacibdir.Dövlət Proqramının yerinə yetirildiyi müddətdə maşınqayırma,
xüsusən, neft maşınqayırması sənayesinin inkişafı diqqət mərkəzində olmalı, bu sahədə
istehsal olunan məhsullar daxili tələbatın ödənilməsində istiqamətində tədbirlər həyata
keçirilməlidir. (6, s.195)
Dostları ilə paylaş: |