ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

399

 

həm də müasir türk dillərində s~y səs  müvaziliyinə uyğun olaraq 



“ya” variantında “ox” mənasını bildirmişdir... dil faktları sadaq 

sözündəki –daq morfeminin “yelək” sözündəki –lək morfemi ilə 

eyni mənşəli olduğunu söyləməyə əsas verir ki, müasir dilimizdəki 

“qırtlaq-xırtdək” söz variantları da buna əyani sübutdur”; 

− “...yazılışına görə “yelək//yelük//yelik” variantlarında 

oxuna bilən bu arxaizm ilkin mərhələdə “dağ keçisi, ceyran, cüyür 

balası” mənasını bildirmiş və söz önündə “y” səsdüşümü hadisə-

sinə uyğun olaraq “elik” formasını almışdır. Sadağın samur və 

yaxud cüyür dərisindən  tikilməsi onun sinonim variantlarının 

yaranmasında mühüm rol oynamışdır”; 

− “...sol qoldan, yaxud hər iki qoldan geyinərək arxada 

gəzdirilən yelək (oxqabı) tarixi inkişaf prosesində ilkin funk-

siyasını itirsə də, eyni üsulla əyinə geyilən “qolsuz köynək” məna-

sını  hələ  də saxlamaqdadır. Dədə  Ələsgərdə belə bir bənd var: 

Ələsgər köynəkdən çıxartsın sazı...”Köynək sözünün sazın qoyul-

duğu qabı adlandırması “yelək” arxaizminin həm qolsuz köynəyi, 

həm də oxqabını adlandırmasına tamamilə uyğundur”

1

.  



Müxtəlif mənbələrə istinadən söylənilmiş yuxarıdakı fikir-

lər elmi və inandırıcı görünür. Amma Drezden nüsxəsindəki yazı-

lış şəkillərində birinci hərfin daha çox “b” kimi oxunması, həmin 

mətnlərdəki alliterativ qafiyələrin yaranmasında  “b” səsinin həll-

edici rolu, eyni zamanda Azərbaycan dili şivələrində “belə  bağ-

lanan böyük qurşaq” anlamlı “bellik” sözünün işlənməsi həmin 

yazılış  şəkillərinin oxunuşu, semantikası, mətndəki poetik çəkisi 

və s. barədə yeni söz deməyə imkan verir. Bu, aşağıdakı detallarda 

daha   aydın görünür: 

− Drezden nüsxəsində dörd dəfə işlənmiş bu yazılış şəkil-

lərindəki  birinci hərfin “y” deyil, “b” kimi oxunmasını, eyni za-

manda həmin yazılış  şəkillərinin “bilüg//belüg” (O.Ş.Gökyay), 

“bilük” (M.Ergin), “belək” (H.Araslı)  şəklində transkripsiyasını 

əsas götürdükdə “belik” oxunuş forması daha real görünür ki, bu 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.127-130. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

400

 

da assosiativ olaraq “bellik” sözünü yada salır. Zeynalov-Əlizadə 



nəşrindəki “bilək” oxunuş forması isə  mətnin semantik yükü ilə 

səsləşmir. Həmin nümunələrdən birinə  nəzər salaq: “Biləgində 

toqsan oqı seyrək oğlan!” (Bakı, 1988, səh.107). Burada təkcə onu 

qeyd edirik ki, paltarın qoluna – bilək hissəsinə doxsan oxun taxıla 

bilməsi məntiqli görünmür. 

− “belik” şəklində transkripsiya olunmuş söz geyim anlam-

lı “bellik” sözündən yalnız bir “l” səsinə görə fərqlənir ki, bu da 

həmin səsin düşməsi və ya onun  hərfi işarəsinin yazılmaması 

kontekstində izah oluna bilər. Yeri gəlmişkən, “bellik” sözü 

Azərbaycan dilinin qərb şivələrində “belə bağlanan böyük qurşaq” 

mənasında işlənməkdədir (söyləyəni: Billur Paşayeva, 81 yaşında 

Tovuz rayonunun Aşağı Quşçu kəndi); 

− bədən üzvlərinin adını bildirən bir sıra sözlərə -lıq

4

  şə-



kilçi morfeminin qoşulması ilə yaranmış geyim anlamlı sözlər türk 

dilləri, o cümlədən Azərbyacan  dili üçün səciyyəvidir: arxalıq, 

başlıq, əllik (əlcək)... “Belik” (bellik) sözünü də bu sistemə aid et-

mək olar. Yəni “Esləmədi, beligindən bir tutam  ox çıqardı, belinə 

soqdı”(D-225) tipli cümlələrdəki “belik” (bellik) sözü “qolsuz 

köynək”, daha doğrusu, oxun qolsuz köynəyin arxa hissəsinə yer-

ləşdirilməsi və ya taxılması mənasında başa düşülür. Bu da “oxqa-

bı” anlamlı “belik” sözünün ilkin formasını  bərpa etməyə imkan 

verir: bellikdə ox yeri→bellik→belik. Deməli, “belik” sözü tari-

xən həm qolsuz köynək, həm də “oxqabı” mənasında işlənib (bun-

lardan ikincisi birincisindən törəmədir). S.Əlizadə “beligindən” 

(D-225) sözünə tam başqa bucaqdan yanaşıb: “H.Araslının trans-

kripsiyasında bu söz  aid olduğu məfhumdan uzaqlaşır, “bel” anla-

yışı yada düşür. Lakin, əslində, mətndə Basatın paltarının qoluna 

(bilək hissəsinə) taxılmış oxlardan söhbət gedir”

1

. Bu fikirlərlə 



razılaşmaq olmaz: birincisi, ona görə ki, oxqabı paltarın qolunda 

yox, arxa hissəsində olur; ikincisi, qədim mənbələrdə “oxqabının 

döyüşçünün sağ böyründə  aşağıya doğru genişlənmiş  vəziyyətdə 

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri  şərhlər.Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.248. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

401

 

olduğu göstərilir”



2

; üçüncüsü, “qədim german dillərində də işlən-

miş bell, belti ingilis dilinin etimoloji sözlüyündə etrusk mənşəli 

sayılır və bu zaman romalı müəllif Varronun məlumatına istinad 

edilir. Belt qədim türk dilində işlənmiş bel (toqqa, kəmər) ilə eyni 

kökdəndir. Qırğız dilindəki beldik (< bel-lik) “toqqa” german 

dillərindəki  belti//belt  üçün ilkin forma sayıla bilər”

1

. Deməli, 



“paltarın qoluna (bilək hissəsinə) taxılmış ox” ifadəsi bu müstəvi-

də  də öz təsdiqini tapmır; dördüncüsü, kürək, dal, bel anlamlı 

“arxa” sözü ilə dal, arxa tərəf anlamlı “bel” sözü eyni semantik 

yuvaya daxil ola bilir. Bu da “arxa” və “bel” sözlərinə -lıq

4

 şəkilçi 



morfeminin qoşulması ilə yaranmış geyim anlamlı “arxalıq” və 

“bellik” (belik) sözlərini eyni xətdə birləşdirir; 

−  Drezden  nüsxəsinin 41-ci səhifəsindəki parçada bir neçə 

misra ilk səsi “b” olan sözlə başlanır ki, bu da ahəngdarlıq yaradan 

alliterativ qafiyələnmədir (Başındağı tuğulğaηı  nə ögərsən, mərə 

kafir? Başımdağı börkümlə gəlməz maηa!): başındağı, başımdağı, 

börkümlə..., yaxud Drezden nüsxəsinin 225-ci səhifəsindəki ya-

zılış  şəklinin “beligindən” formasında transkripsiyası  mətndəki 

ahəngdarlığı, obrazlılığı  qüvvətləndirir: “...beligindən bir tutam 

ox çıqardı, belinə soqdı” (belig – bir – bel). Burada onu da vurğu-

layaq ki, bu cür deyim tərzi  şifahi  ədəbiyyatımızdakı “altdan 

geyinib, üstdən qıfıllandı, üstdən geyinib, altdan qıfıllandı” kimi 

ifadələrlə səsləşir. Bu cür faktlar haqqında geniş şəkildə bəhs etdi-

yimiz yazılış  şəkillərinin “beligində” (belliyində), beligindən” 

(belliyindən)  şəklində transkripsiyasının daha düzgün olduğunu 

sübut edir. 

 

Qınlu qılıc, qınsuz qılıc 

 

İkinci komponenti qılıc (qılınc) şəklində işlənmiş bu ifadə-



lərdən birincisi “Kitab”da bir dəfə, ikincisi isə üç dəfə işlənib. Ma-

raqlıdır ki, bu ifadələrə yalnız “Basatın Təpəgözü öldürdüyü boy”-

                                                            

2

 Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.138. 



1

 Ç.Qaraşarlı. Aralıq dənizi hövzəsinin ilkin sakinləri – Türklər. Bakı,2009,səh.96. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

402

 

da rast gəlinir. Dəqiq desək, belədir: “qınlu” yalnız Təpəgözün 



dilində: “Anda eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230); 

qınsuz qılıc” iki dəfə  Təpəgözün, bir dəfə  təhkiyəçinin dilində: 

Təpəgözün dilində: “...biri qınlu, biri qınsuz” (D-230); “Ol qınsuz 

kəsər  mənim başımı” (D-230); təhkiyəçinin dilində: “Gördü bir 

qınsuz qılıc turmaz, enər, çıqar” (D-230). Fikrimizcə, Təpəgözün 

dilindən verilmiş “Ol qınsuz kəsər mənim başımı” cümləsini 

qeyri-reallığın real, həqiqi olan kimi təqdimi kontekstində araşdır-

maq lazımdır. Bəri başdan qeyd edək ki, “qınsız qılıncla” bağlı 

qeyri-reallığın ilkin kodu Təpəgözün pəri anasının dilində açıq-

aydın  şəkildə ifadə olunub: “Dəpəgöziη  pəri anası  gəlüb oğlanıη 

parmağına bir yüzik keçürdi. “Oğul, saηa ox batmasun, tənüηi 

qılıc kəsməsün!” (D-217). Bu cümlənin mətndəki yerini, poetik 

çəkisini semantik dinamika prizmasından  nəzərdən keçirək: “...tə-

nüηi qılıc kəsməsün!” (Təpəgözün pəri anasının dilindən verilmiş 

bu cümlə ilə semantik dinamika başlanır)  → “Qılıc urdılar, kəs-

mədi” (semantik dinamika təhkiyəçi dili ilə inkişaf etdirilir) → 

“Qara polad uz qılıclar kəsən qılını kəsdirəmədi” (semantika dina-

mika qarıcığın dilindən verilmiş cümlədəki mübaliğə ilə qüvvət-

ləndirilir) → “Ol qınsuz kəsər mənim başımı” (semantik dinamika 

başa çatır. Təpəgöz yalnız qınsız qılıncla  öldürülə bilər). Mətnin 

tamamlanması da birbaşa həmin semantik dinamikanın başa 

çatması ilə bağlanır. Təsadüfi deyil ki, Basat  da Təpəgözü məhz  

“xüsusi qılıncla” (K.Abdulla), qınsız qılıncla öldürür: “Balçağın-

dan ol qılıcı  bərk tutdı... Dəpəgöziη  kəndü qılıcilə boynını urdı” 

(D-234). K.Əliyev bu hadisəni belə  səciyyələndirir: “...Təpəgöz 

Basatı onun xəzinəsinə sahib olmaq üçün günbəzə göndərir və 

oranı darmadağın edir, lakin Basat yenə qurtulur. Bu üç döyüşdən 

sonra Təpəgöz könüllü şəkildə ölmək istəyir, yəni həqiqi ölüm 

arzulayır və mağaranı göstərərək Basata deyir: “Anda iki qılıc var:  

biri qınlu, biri qınsuz. Ol qınsuz kəsər mənim başımı. Var, götür, 

mənim başımı  kəs!” Basat  həmin qılıncı  gətirir və  Təpəgözün 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

403

 

boynunu vurur”



1

. Burada “Təpəgöz həqiqi ölüm arzulayır” fikri 

yerinə düşmür. Çünki  Təpəgöz ölüm arzulamır, əksinə, hiylə ilə 

Basatı öldürmək istəyir. Bu, mətnin sonrakı hissələrində Təpəgö-

zün dilindən verilmiş cümlələrdə aydın  şəkildə verilib: “Mərə,  

oğlan, dəxi ölmədiηmi?” (D-230). Digər tərəfdən, Basatı öldürə 

bilməyən Təpəgözdə sağ qalmaq, yaşamaq istəyi olmasa idi, o, 

Basata “Əmdi qardaşlar, qıyma maηa!” – deyərək yalvarmazdı. 

Burada Basat və Odissey obrazlarını mifoloji nəzəriyyələr müs-

təvisində təhlil süzgəcindən keçirmiş K.Abdullanın  fikirlərini xa-

tırlatmaq lazım gəlir: “Odisseydən fərqli olaraq Basat isə Təpəgö-

zü həm də öldürür. Başını kəsir. Təkgözü məhv etməklə anormal, 

xaotik bir sahmansızlığa qarşı mübarizə aparılırsa (bunu hər iki 

qəhrəman edir), başın bədəndən ayrılması, özü də xüsusi qılıncla 

ayrılması daha qədim mifoloji təsəvvürlərə aparıb çıxarır. Başın 

bədəndən ayrılması kainatdakı sahmansızlığı sahmana gətirmənin 

işarəsi ola bilər – bu  şəkildə Səma Torpaqdan ayrıla bilər, nəticə-

də Oğuzda sahman yaranar...”

1



Qınsız qılıncın sirlərini isə belə  səciyyələndirmək olar: 



mətndəki  “qınsuz qılıc” ifadəsi “döyüşə tam hazır vəziyyətdə ol-

maq” mənasındadır. “Kitab”dakı “qılıc qınını doğramaq” (Qara 

polad  uz qılıcum qının toğrar. D-248) ifadəsi də savaş, döyüş istə-

mək mənasını ifadə edir. Bu isə belə bir fikri reallaşdırır: “qınsız 

qılıc” ifadəsi “qılıc qınını doğramaq” tipli ifadələrin məntiqi dava-

mıdır; boyda təsvir olunur ki, zəncirdən asılmış qınsız qılınc dur-

madan enir-qalxır. Bu, o deməkdir ki, həmin  qınsız qılınc nəinki 

ona toxunanı, hətta onun yanından keçərkən ehtiyatlı olmayan hər 

kəsi yaralaya, öldürə bilər. Deməli, bədənini qılınc kəsməyən 

Təpəgöz elə bir qılınc düzəltdirib və onu zəncirdən elə yerdə  as-

dırıb ki, düşmənini (rəqibini) özünün iştirakı olmadan da məhv 

edə bilər. Burada silahın döyüşçünü (insanı) əvəz etməsi açıq-ay-

dın şəkildə ifadə olunub; M.Kaşğarinin “Divan”ındakı bir sıra de-

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.42. 



1

 K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, səh.256. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

404

 

yimlər “Kitab”dakı “qınlu qılıc” (mətndə “qınlu” şəklində verilib; 



şərti olaraq ellipsisə  uğramış “qılıc” sözü ilə birlikdə  təqdim 

edirik), “qınsuz qılıc” ifadələri ilə  səsləşir: “koş  kılıç kınka sığ-

mas” = qoşa qılınc qına sığmaz” (I cild, səh.365). “Divan”da iş-

lənmiş bu deyim həm k(q) səsinin alliterasiyasına (koş, kılıç, kın), 

həm də poetik semantikasına  görə “Kitab”dakı “biri qınlu, bir 

qınsuz”, “qınsuz qılıc”, eləcə  də “qılıc qınını doğramaq” kimi 

ifadələrlə eyni xətdə  birləşir, ən əsası isə türk poetik təfəkkürünün 

nadir inciləri kimi çıxış edir... Bütün bunlar onu da vurğulamağa 

əsas verir ki, Təpəgözün vəhşi obrazı  həm də  qılınc obrazı ilə 

vəhdətdə ustalıqla yaradılıb.  

 

Gəz çıxarmaq 

 

“Kitab”da cəmi bir dəfə  işlənmiş bu ifadəyə    mətn daxi-



lində diqqət yetirək: “Bəkil at cilavısın yeηimədi, bilə uçdı. Sağ 

oylığı qayaya toqındı, sındı. Bəkil aru turdı, ağladı. Aydır: “Ulu 

oğlım, ulu qardaşım yoq. Həman beligindən gəz çıqarub, atınıη 

tərkilərini tartdı urdı. Qaftanı altından ayağını bərk sardı” (D-240-

241). Bu parçadakı  “gəz” sözünün transkripsiyası yox, semantika-

sı ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn: O.Ş.Gökyayın fikrin-

cə,  həmin cümlədəki “gəz” “dəmir ucluqsuz ox” mənasındadır

1



Zeynalov-Əlizadə  nəşrində “gəz” sözü “bez” (parça) mənasında 

sadələşdirilib

2

. V.Bartoldun tərcüməsində “dəmir ucluqsuz ox” 



mənasında verilib (стрелу без перьев)

3

; F.Əhmədova görə, “gəz” 



leksemi “bez” (parça) mənasını ifadə edir

4

; A.Hacıyevin araşdır-



malarında “gəz” arxaizmi “ox” mənasında şərh olunub

5

... Deməli, 



“gəz”  arxaizminin semantikası ilə bağlı iki fikir var: “gəz” sözü 

“dəmir ucluqsuz ox” mənasındadır (V.V.Bartold, O.Ş.Gökyay, 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.211. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.203. 

3

 Книга моего Деда Коркута. М.-Л., 1962, с.85. 



4

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.123. 

5

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.129. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

405

 

A.Hacıyev...); “gəz” sözü “bez” (parça) anlamlıdır (F.Zeynalov, 



S.Əlizadə, F.Əhmədov...). Heç şübhəsiz ki, “gəz” sözünün seman-

tik yükü “Kitab”dakı sintaktik bütövlər, eyni zamanda qədim türk 

dilinə dair lüğət və  tədqiqatlar kontekstində  dəqiqləşdirilə bilər. 

Bu mənada aşağıdakılara diqqət yetirək:  

Zeynalov-Əlizadə    nəşrində (Bakı, 1988) yuxarıda təqdim 

etdiyimiz parça belə sadələşdirilib: “Bəkil atın cilovunu saxlaya 

bilməyib, keyiklə  bərabər uçundu. Sağ oyluğu qayaya toxunub 

sındı. Bəkil ayağa durub ağladı. Dedi: “Böyük oğlum, böyük qar-

daşım da yoxdur!...” Sonra paltarının qolundan bez çıxarıb, atının 

tərkindəki qayışları dardıb qırdı. Qaftanının altından ayağını ata 

bərk sarıdı...”(səh.203). A.Hacıyev bu sadələşdirməyə, eləcə  də 

mətnin qədim şəklinin ümumi semantik yükünə əsaslanaraq yazır: 

“Bu çevirmədə (Zeynalov-Əlizadə çevirməsi nəzərdə tutulur – 

Ə.T.) bir neçə qeyri-dəqiqliyə yol verilmişdir.  Əvvəla, irəlidə 

söylədiyimiz kimi,  “yelək” oxqabı  mənasındadır.  İkincisi, “gəz” 

arxaizmi “bez” deyil, “ox” anlamında işlənən sözdür. Üçüncüsü, 

Bəkil ayağını ata deyil, oxa sarıyır. Bu kiçik səhnədə böyük həyat 

təcrübəsinin izləri dəqiqliklə əks olunmuşdur. Bəkil sınmış ayağı-

nı atının yəhərindən qoparıb-üzdüyü (bu məqamda  mətndəki 

“dartdı urdı” oxunuşu əvəzinə “dartdu üzdü” oxunuşu daha mənti-

qi görünür) qayışlarla ox qabından çıxartdığı qayın ağacından dü-

zəldilmiş oxa bərk-bərk sarıyır ki, sonradan törənə biləcək fəsad-

ların qarşısını alsın...”

1

. M.Kaşğarinin “Divan”ında “kəz” (gəz) sö-



zü ox deyil, oxun arxa tərəfi, eyni zamanda “Çin ipəklərindən bir 

qumaş növü” mənasında verilməsə idi, bəlkə də, bu mövzuya qa-

yıtmayacaq və qorqudşünas A.Hacıyevin  şərhlərini bütün para-

metrlərinə görə elmi və inandırıcı hesab edəcək idik. Burada ilk 

olaraq “gəz” sözünün mənasını mətn semantikası müstəvisində nə-

zərdən keçirmək zərurəti yaranır: “Həman beligindən gəz çıqarıb, 

atınıη tərkilərini dartdı urdı” (D-241). Bu cümlədəki “belik” sözü 

“qolsuz köynək” (əvvəlki səhifələrdə bu sözün həm də “oxqabı” 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.129. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

406

 

mənasında  çıxış etdiyini göstərmişik), “gəz” (Çin  ipəklərindən 



bir qumaş növü (MK. I, səh.341), “tərki” (yəhərin arxasındakı 

qayış), “ur” (vurmaq, bir şeylə toxundurmaq) mənasında götürü-

lərsə, belə bir fikir reallaşar:  şübhəsiz ki, heç kəs atı sürə-sürə 

sınmış ayağını rahatlıqla sarıya bilməz. Deməli, at belində sınmış 

ayağını sarımaq istəyən igid  əvvəlcə atını saxlamalı, sonra ayağı-

nı sarımalıdır. Bu baxımdan həmin cümləni belə yozmaq olar: 

qolsuz köynəyindən (belik, bellik) parça (bez) çıxaran Bəkil yə-

hərin arxasındakı qayışı dartaraq atını vurur ki, onu saxlasın, sonra 

isə  sınmış ayağını sarısın (əks halda sınmış ayağını sarımaqda 

çətinlik çəkə bilərdi). Mətndəki “dartdı urdı” xəbərindən sonra ve-

rilmiş cümlə  də  məhz həmin semantik dinamikanın məntiqi 

davamı kimi çıxış edir:  

“Qaftanı altından ayağını    bərk sardı” (D-241).  Bu mə-

qamda bir detala aydınlıq gətirmək zərurəti yaranır: mətndəki ur 

(vur) çoxmənalı feli heç də çırpmaq, zərbə endirmək, döymək ki-

mi mənaları deyil, “bir şeylə toxundurmaq” mənasını ifadə edir. 

Atçılıqla məşğul olanlara, ümumən at sürməyi bacaranlara yaxşı 

məlumdur ki, atın boynuna yavaşca vurduqda o dayanır, sanki 

sahibinin nə istədiyini anlayır. Bu cəhət bir sıra heyvanlarda da 

müşahidə olunur: Müq.et: “Mən yavaşca öküzün boynuna vurub, 

həyətə döndərdim” (S.Rəhimov). Buraya qədər dediklərimizi belə 

sistemləşdirmək olar: belikdən “gəz” (parça) çıxarılır  → sürətlə 

gedən at saxlanılır → sınmış ayaq “gəzlə” (qumaşla) sarınır... De-

məli, “Bəkil sınmış ayağını bezlə ata sarıdı” (Zeynalov-Əlizadə), 

yaxud “Bəkil sınmış ayağını oxa sarıdı” (A.Hacıyev) deyil, “Bəkil 

sınmış ayağını “gəzlə” (qumaşla) sarıdı” fikri mətnin ümumi se-

mantik yükü ilə daha  çox səsləşir. Mətndəki “dartdı urdı” feli 

xəbəri də “dartıb qırdı” (Zeynalov-Əlizadə) və ya “dartdı üzdü” 

(A.Hacıyev) yox, “dartdı vurdu” mənasına uyğun gəlir. Bu da, 

qeyd etdiyimiz kimi, atın saxlanması, dayandırılması mənasını ifa-

də edir. Təsadüfi deyil ki, Bəkilin ayağı məhz atının cilovunu sax-

laya bilmədiyi üçün sınır: “Bəkil at cilavısın yeηimədi, bilə uçdı. 

Sağ oylığı qayaya toqındı, sındı” (D-240). Bütün bunlar onu vur-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

407

 

ğulamağa əsas verir ki, həmin mətndəki “gəz” sözü “ox” yox, “qu-



maş” (parça) mənasındadır. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın 

dilində “ox” anlamlı “gəz” sözünə də təsadüf edilir: “...birin gezlə-



di, birin  əlinə aldı” (D-199). Bu cümlədəki “gezləmək” felini 

tarixi-linqvistik müstəvidə  təhlil edərək “...qədim silah növlə-

rindən sayılan gəz//kez sözünə “gezlə” felinin tərkibində rast 

gəlinir”


1

, - deyən A.Hacıyev haqlıdır. 

 

Sur cida 

 

“Kitab”da dörd dəfə işlənmiş bu birləşmənin birinci kom-



ponenti Drezden nüsxəsinin 129-cu səhifəsində belə yazılıb: 

“روس”. Bəri başdan qeyd edək ki, qorqudşünaslıqda bu yazılış şək-

linin transkripsiyası, eyni zamanda yozumu mübahisəlidir. Elə 

buna görə də ilk olaraq həmin fikirləri saf-çürük etmək, sonra isə 

problemi “Kitab”ın semantik yükü və tarixi-linqvistik müstəvidə 

araşdırmaq lazım gəlir. Təqdim etdiyimiz yazılış  şəkli ilə bağlı 

qorqudşünasların fikirlərini,  əsasən, aşağıdakı kimi ümumiləş-

dirmək olar: 

− O.Ş.Gökyayın nəşrində - oxunuşu: sivri, mənası: kəskin 

uclu (İstanbul, 2000); 

− H.Araslının nəşrində − oxunuşu: sur (Bakı, 1976); 

− M.Erginin nəşrində  − oxunuşu: süvri, mənası: kəskin 

uclu (Ankara, 1958); 

− Zeynalov-Əlizadə nəşrində: oxunuşu: sür; mənası: çoxil-

lik qamışın yoğun gövdəsindən hazırlanmış nizə (Bakı, 1988); 

− Y.Məmmədlinin araşdırmalarında F.Zeynalov və S.Əli-

zadənin fikirləri müdafiə olunur: “sür” – çoxillik qamışdan cida, 

nizə (Azərbaycan dilində hərbi terminlərin tarixi-müqayisəli təhli-

li. NDA, Bakı, 1996); 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.191. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

408

 

−  Ə.Sadıqovun fikrincə, “sür” şəklində transkripsiya düz-



gündür və “sivri” mənasını ifadə edir (“Kitabi-Dədə Qorqud”un 

izahlı lüğəti. Bakı, 1999, səh.163). 

B.Abdulla “ala” rəngin simvolikasını  şərh edərkən “Ala 

uran sur cidamı saqlardım//Bu gün içün, güni gəldi...” misraların-

dakı “sur” şəklində transkripsiyanı düzgün hesab edərək yazır: 

“...O.Şaiq və M.Erginin oxumasında “sivri (süvrü) cida”dır. “Sur 

cida” oxunuşu mətnin məzmununa uyğundur... Bəklə ki (belə ki, -

Ə.T.), ərəb dilində “sur” sözünün öküz, buğa buynuzu anlamı da 

vardır. Hətta dini etiqada görə, qiyamət günündə İsrafil adlı mələ-

yin çalağacı (çaldığı – Ə.T.) şeypur da elə öküzün, buğanın buy-

nuzundan düzəldilmişdir. Cida isə, bildiyimiz kimi, möhkəm, bərk 

və nisbətən uzun ağacın uc hissəsinə poladdan, dəmirdən sivri 

ucluq taxılmış  əski silah növüdür... Biz bu fikirdəyik ki, dəmir, 

polad hələ olmamışdan qabaq cida – mizraq nizə ucluğu üçün 

“sur” adı daşıyan itilənmiş və ya elə öz-özlüyündə sivri olan öküz 

buynuzundan istifadə olunmuşdur”

1

.  


Göründüyü kimi, “روس” yazılış şəkli üç oxunuş formasında 

təqdim olunub: sur (H.Araslı, B.Abdulla); sür (Zeynalov-Əlizadə, 

Y.Məmmədli, Ə.Sadıqov); sivri//süvri (O.Ş.Gökyay, M.Ergin). Bu 

yazılış  şəklinin məna yükünə  də müxtəlif bucaqlardan yanaşılıb: 

kəskin uclu (O.Ş.Gökyay, M.Ergin; Ə.Sadıqov),  qamış gövdəsin-

dən hazırlanmış nizə (Zeynalov-Əlizadə, Y.Məmmədli); öküz 

buynuzu (B.Abdulla). Bütün bunlar problemə “Kitab”, M.Kaşğa-

rinin “Divan”ı və Azərbaycan dili şivələri müstəvisində yanaşmaq 

zərurəti yaradır. Bu mənada aşağıdakılara diqqət yetirək:  

− M.Kaşğarinin “Divan”ında çadır dirəyi, tir, sırıq anlamlı 

“sıruk” sözü verilib: “sırıkluk yığac = sırıq (dirək) düzəltmək üçün 

hazırlanmış  ağac, dirəklik ağac” (I c., səh.383, 480). Bu söz 

“Oğuznamə”də “uzun” mənasında işlənib: “Uzun olan sırıq kibi// 

əkşi olur qoruq kibi”

2

. “Divan”da  verilmiş, eləcə də “Oğuznamə”-



                                                            

1

 B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.88. 



2

 Oğuznamə. Bakı, 1987, səh.41. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin