96
İnduksiya qurğusu əsasən şəbəkə cərəyanını,
modifikasiya edən elektron blokdan,
soyutma
sistemindən, avtomatlaşdırılmış mexaniki qurğudan,
prosesə nəzarət
və onu idarə etmək üçün
proqramlaşdırma təchizatından ibarətdir.
Şək. 4.8- də nümunə üçün “Eldec Schwenk &
Heiliger GmbH” firmasının “TYP HFG 40” markalı
yüksək tezlikli cərəyan generatorunun elektrik sxemi
təqdim olunmuşdur. Sxemdən
göründüyü kimi ilkin
olaraq, şəbəkə gərginliyi (L1, L2, L3) generatorun
giriş düzləndiriciləri (diod işarələri olan blok) vasitəsi
ilə sabit cərəyana çevrilir.
Düzləndirilən bu cərəyan
növbəti olaraq tranzistor körpüsünə (bərabərlik və
tezlik işarələri olan bloklar) ötrülür və burada yüksək
tezlikli cərəyana generasiya olunur. Nəhayət, alınan
yüksək tezlikli cərəyan koaksial transformatorun (T3)
qidalandırma mənbəyinə verilir. İnduktora (I) ötürülən
bu cərəyanın gücünə və tezliyinə əlavə cihazlar
vasitəsi
ilə nəzarət olunaraq, çıxış parametrləri
avtomatik olaraq tənzimlənir.
Dostları ilə paylaş: