87
Sobada qızdırıcı başlıq elə yerdə quraşdırılır ki,
sobanın daxilində temperatur qradienti minimal olsun.
Laboratoriya sobaları.
Laboratoriyada
termiki
emala olan təlabatı ödəmək üçün L5/11 və LT24/11
markalı sobalar istifadə oluna bilər. Bu sobalar
1100
0
C- yə qədər temperatur almağa imkan verir.
Sobanın həcmi uyğun olaraq 5 və 24 litr, gücü isə 2,4
və 4,5 Kvt- dır.
Şəkil 3.25. L5/11 və LT24/11 markalı laboratoriya sobaları.
Laboratoriya üçün nəzərdə tutulmuş
Mufel sobası
onda istifadə olunan mufel materialına
əsasən belə
adlandırılmışdır.
Mufel temperatura davamlı material
olub, qızdırma kamerası ilə qızdırıcı arasında
yerləşdirilərək, emal olaunan materiala qızdrıcının
birbaşa təsirinin qarşısını alır.
88
Şəkil 3.26. LE 6/11 və L 9/13 markalı mufel sobaları.
Liflə izolyasiya olunmuş
HT 276/17 markalı
yüksək
temperaturlu
laboratoriya
sobasının
maksimal
qızdırma temperaturu 1750
0
C, gücü isə 36KVt- dır.
Bu sobanın qapağının mexaniki üsulla açılıb
bağlanmısı və həcminin böyük olması, laboratoriya
işləri üçün əlavə imkanlar yaradır.
Şəkil 3.27. HT 276/17 markalı, qapağı pnevmatik üsulla
açılıb-bağlanan laboratoriya sobası.
Sobanın idarə olunması.
Bütün elektrik sobaları,
qızma və əritmə zamanı temperaturun düzgün
Qızdırıcı
lövhə
Mufel
H
av
al
an
dı
rma
89
seçilməsini təmin etmək məqsədiylə, çoxsaylı elektrik
açarları ilə təchiz olunurlar. Sobaların
sayi artdiqda
onların ardıcıl qoşulması üçün “intellektual elektrik
açarı sistemi” qurulur ki, bu da şəbəkəni yüklənmədən
qoruyur. Elektrik dolablarının əlverişli temperaturla
təmin olunması üçün,
onlar əlavə olaraq, soyutma
sitemi ilə təchiz olunur.
Müasir sobalarda temperatura nəzarət üçün saat
mexanizmli idarəedicilər
istifadə olunur ki, bu
idarəedicilər gecələr sobanın temperaturunu avtomatik
olaraq azaldıb, gündüzlər atırır və temperatur verilmiş
mütləq qiymətlər (sollwert) arasında saxlanılır. Qeyd
olunan saat mexanizmində, iş müddəti və fasilələr də
nəzərə alına bilər. Məsələn, ərinti vannasının səmərəlı
idarə olunması, H700 lövhəsində SPS (Standby Power
System) nizamlanması ilə yerinə yetirilə bilər (şək.
3.28.). H700 lövhəsi toxunmaqla (Touch Screen) idarə
olunur,
dəqiq və sadə nizamlanmaqla, çoxlu tətbiq
əməliyyatına malik olub,
profesional sənədləşdirmə
imkanına malikdir.
Dostları ilə paylaş: